Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

 
165 
Müəllifi  olduğu,  tərtib  etdiyi,  Azərbaycan  türkcəsinə 
çevirdiyi kitabların sayı-hesabı yoxdu.  Öz kitabları dünyanın 
bir çox dillərinə tərçümə edilib.  
Bütün  bunlar  isə  Azərbaycanın  müstəqilliyi  illərində 
bizim ədəbi mühitdə həqiqətən tarixi hadisədir.  
Elçin  İsgəndərzadənin  zəngin  bioqrafiyasının  təkcə 
xronoloji hissəsi ilə tanış olduqca düşünürsən ki, insan istəsə, 
az bir müddətdə dağı dağ üstə qoya bilər.  
Mən  eşidəndə  ki,  Gəncə  şəhərində  yaşayıb-yaradan 
görkəmli,  koloritli  bir  yazıçı  Qərib  Mehdinin  əsərlərinin 
oncildliyini  (əlyazmasından  tutmuş  mətbəə  proseslərinə 
qədər)  Elçin  İsgəndərzadə  nəşr  etdirib,  sonra  da  o  cildləri 
müəllifin  özünə  hədiyyə  edib.  Mən  də  gəncəli  Qərib 
qardaşım qədər sevindim. 
Yaxud  Xudu  Məmmədovun  adına  elm  sahəsində, 
Şahmar Əkbərzadə adına isə ədəbiyyat sahəsində Beynəlxalq 
mükafatlar  təsis  edib  və  10  ildən  çoxdur  ki,  laureatların  50-
dək  kitabları  hədiyyə  olaraq    bir-birinin  ardınca  işıq  üzü 
görür. Kitab nəşri sahəsində bu,  bütöv bir ədəbi hərəkatdır.  
Elçinin  Xudu  Məmmədovun  və  Şahmar  Əkbərzadənin 
xatirəsinə həsr etdiyi poemaları da minnətdarlıqla oxudum.  
Xudu  Məmmədov  o  vaxt  biz  gənclər  üçün  paklıq, 
azərbaycançılıq məktəbi idi.  
Bir şeyə indi də heyfsilənirəm.  
“Ədəbiyyat  və  incəsənət”  qəzetinə  yenicə  baş  redaktor 
təyin  olunmuşdum.  Qəzet  iri  formatda,  həftədə  bir  dəfə 
səkkiz səhifə çıxırdı. Nigarançılıq keçirirdim. 
Qəzet  həm  də  iki  böyük  təşkilatın  –  Azərbaycan 
Yazıçılar  İttifaqının  və  Respublika  Mədəniyyət  Nazirliyinin 
orqanı idi.  
Yolda,  indiki  İstiqlal  küçəsində  Xudu  müəllimlə 
rastlaşdıq  –  Səni  görmək  istəyirdim,  -  dedi.  –  Papkasından 
 
166 
göy rəngli bir şagird dəftəri çıxartdı. On iki səhifənin hamısı 
əlyazması ilə dolmuşdu. – Ədəbiyyat, incəsənət məsələlərini 
demirəm,  elmə  aid  problem  məsələləri  yazmışam.  Qəzetin 
ətrafına yaxşı müəlliflər topla...” 
Mən  o  şagird  dəftərini  itirməyim  deyə,  sonra  haraya 
qoydumsa, hələ də tapa bilmirəm.  
İndi  “Bu  qala  bizim  qala”  poemasını  məmmunuyyətlə 
oxuyanda  o  böyük  insanın  mələk  siması  yenidən  gözlərim 
önünə gəlir.  
 
...Dünya talan dünyadı, 
Gün gəlincə, verdiyini 
Geri alan dünyadı. 
Sən taleyin gecəsini 
Gündüzünü görmüşdün. 
Göy qübbəsi altında 
Bu dünyanın hər üzünü görmüşdün. 
Sən dünyaya uymadın, 
Sən mərd oğlu mərd idin. 
Sən gül ləçəyindən yumşaq, 
Qranitdən sərt idin. 
...Çiçək ömrü, yarpaq ömrü yaşadın, 
Yüzillik çinarlar sənin yaşıdın. 
Çiçək ömrü, 
Yarpaq ömrü, 
Bulaq ömrü, 
Mələk ömrü yaşadın. 
 
 
Poemadan 
köçürdüyüm 
bu 
misralar 
Xudu 
müəllimin  portret  cizgilərini  çəkmək  üçün  ən  münasib,  ən 
seçmə  sözlərdi.  Əgər  o  yaşadısa,  həqiqətən  “çiçək  ömrü, 
yarpaq ömrü, bulaq ömrü, mələk ömrü” yaşadı.  


 
167 
 
Müəllifin  poemada  real  boyalarla  verdiyi  kristal 
haqqında  söhbət  Xudu  Məmmədovun  elmi  axtarışları  və 
tapıntıları ilə bağlıydı.  
 
 
 
 
 
 
 
 
Hacansa qədim insan, 
Bəlkə qutlu bir şaman 
Öz içində bərq vuran 
Bir daş – kristal tapdı. 
Başqa bir qədim insan 
Kristalı onun əlindən qapdı. 
İki qardaş savaşdı, 
İnsan qanı töküldü. 
Şeytan bunu görürdü, 
Şeytan əl çalıb güldü. 
Və qədim insan birdən durdu. 
Daş alətlə kristala bir zərbə vurdu. 
Və bərq vuran kristal insanı ovsunladı. 
....Və bir gün qədim insanın tapdığı ilk kristal 
Xudu Məmmədovun əlinə düşdü. 
O da məftun oldu bərq vuran kristala. 
O, alimlər rəssamıydı – 
Kristalın sirrini 
mozaik qravürlərlə, 
naxışlarla çözürdü. 
Kainatın rəmzi idi onunçun kristal – 
Mozaik naxışların 
nə əvvəli, nə sonu var. 
 
 
Xudu  Məmmədov  kristallar  barədə  Londonda 
ingilis dilində doktorluq dissertasiyası müdafiə etmişdi. 
 
168 
 
Eşitmişdim 
ki, 
azərbaycanlı 
alim 
Xudu 
Məmmədov  bizim  ulu  nənələrin  toxuduğu  xalıların, 
kilimlərin  üstündəki  naxışların  izini  yerin  səkkizinci  qatına 
aid olan kristal kəsiyində görübdü.  
 
Olduqca  maraqlı  bir  elmi  kəşfin  müəllifinə  taleyi 
yaşamaq üçün möhlət vermədi. O, dünyasını qəfildən dəyişdi. 
 
 
 
 
 
 
Ürəyimdə hələ dərddi gül açan, 
Novruzgülün mənim kimi bağrı qan. 
Xarıbülbül, qovuşarıq bəs haçan? 
Qarabağa bizsiz gəlir bu yaz da, - 
 
deyə könül çırpıntılarını oxucusu ilə bölüşən müəllif indi 
də “Şahmar şikəstəsi” poemasında dünyasını vaxtsız dəyişən 
şair  Şahmar  Əkbərzadənin  yadda  qalan  detallarla  bədii 
obrazını yaradır. 
 
Burada  şairin  “48  ölçülü  qadın  paltarı”  məşhur 
hüznlü  şeiri,  Şahmarın  “Topxanaya,  Armud  ağacına  yazdığı 
məktub”un  ermənilər  tərəfindən  güllələnməsi  xatırlanır; 
taleyi bir-birinə bənzəyən qələm dostlarının Bişkekdə görüşü 
də unudulmur: 
 
Eyvandan qaranquşlar 
Xəbər verir ilk bahardan. 
Mir Cavadın rəsmləri 
Asılmışdı divardan. 
Kitab dolablarında 
Çingiz ağanın kitablarıyla 
yan-yana, çiyin-çiyinə 
Bizim Bəxtiyar, Şahmar, Anar. 
Siz sonuncu Ordaçılar idiniz, - 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə