Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

Elə bircə bu fakta görə onun təsisatları fransızlarda olduğundan kökündən
fərqlənir.
İngilislər, hakimiyyətdə kimin, İngiltərədə olduğu kimi monarxın və ya Birləşmiş
Ştatlarda olduğu kimi prezidentin olmasından asılı olmayaraq, onların idarəetmə
sistemi eyni əsas əlamətlərə malik olacaq: dövlətin fəaliyyəti minimuma qədər
azaldılacaq, xüsusi şəxslərin fəaliyyəti isə maksimuma qədər artırılacaq, bu isə latın
idealının tam əksidir. Limanlar, kanallar, dəmiryolları, təhsil müəssisələri həmişə şəxsi
təşəbbüslər nəticəsində yaradılacaq və dəstəklənəcək, lakin bu heç vaxt dövlətin
təşəbbüsü ilə olmayacaq. Nə inqilab, nə konstitusiya, nə də despotlar hansısa xalqa
onların malik olduğu xarakterin keyfiyyətlərini verə bilməz və yaxud
keyfiyyətlərindən irəli gələn təsisatlarını da ondan ala bilməz. O fikir, yəni hər bir xalq
layiq olduğu hakimiyyət formasını haqq edir, düşüncəsi dəfələrlə təkrar edilir. Onun
başqa bir hakimiyyət formasına malik ola biləcəyini çətin ağla gətirmək olar.
Əvvəlki qısa mühakimələr də göstərdi ki, xalqın təsisatları onun ruhunun
təzahürüdür və zahirən bunu dəyişdirmək onun üçün nə qədər asandırsa, əsaslarını
dəyişdirmək mümkün deyil. Biz indi hansısa xalqın ruhunun, onun taleyini hansı
dərəcəyədək idarə etdiyini və təsisatların onun taleyində çox kiçik rol oynadığını daha
aydın misallarla göstərəcəyik.
Bu örnəkləri mən bir ölkədən gətirirəm, çiyin-çiyinə eyni mühit şəraitində iki
avropalı irq yaşayır, onlar eyni dərəcədə sivilizasiyalı və inkişaf etmiş irqlərdir, yalnız
xarakterlərinə görə bir-birlərindən fərqlənirlər: Amerika haqqında söz açmaq
istəyirəm. O, bir-birilə bərzəxlə birləşmiş, iki ayrı-ayrı materikdən ibarətdir. Hər iki
materik böyüklüyünə görə bir-birinə bərabərdir, mühit də demək olar ki, eynidir.
Onlardan biri ingilislər tərəfindən ələ keçirilib və ingilis irqi tərəfindən məskunlaşıb,
digəri isə ispanlar tərəfindən.
Bu iki irq eyni, respublika quruluşlu, konstitusiyalı idarəçilik sistemi altında
yaşayırlar, Cənubi Amerikanın bütün respublikaları öz konstitusiyalarını Birləşmiş
Ştatların konstitusiyasından köçürüblər. Beləliklə, həmin xalqların fərqli talelərə malik
olmasını izah etmək üçün əlimizdə irqi müxtəliflikdən başqa heç nə yoxdur. İndi
həmin fərqlərin səbəblərini araşdırmağa çalışaq.
Öncə Birləşmiş Ştatları məskunlaşdırmış anqlosakson irqinin əlamətlərini bir
neçə sözlə yekunlaşdıraq. Dünyada bu irqin nümayəndələri qədər daha çox eynicinsli
və daha çox təyin olunan ruhi xüsusiyyətlərə malik olan ikinci bir irq tapmaq mümkün
deyil.
Bu, nöqteyi-nəzərdən xarakterin həmin ruhi xüsusiyyətlərinin üstünlük təşkil
edən əlamətləri bunlardır: iradə ehtiyatı, buna çox az xalqlar malikdir, (yalnız
romalılar istisna oluna bilər) qarşısıalınmaz enerji, olduqca böyük təşəbbüskarlıq,
mütləq soyuqqanlılıq, müstəqillik hissi, ifrat dərəcədə ünsiyyətsizlik, güclü fəaliyyət,
əbədiyaşar dini hislər, olduqca möhkəm əxlaq və borc haqqında (vəzifə) aydın
təsəvvür.
İntellektual nöqteyi-nəzərdən, həmin xüsusi əlamətləri, digər sivilizasiyalarda
tapmaq mümkün deyil, xüsusi xarakterizə etmək çox çətindir. Yalnız unudulmaqda
olan şeylərin əməli və müsbət tərəflərini əhatə etməyə imkan verən sağlam
düşüncəni qeyd etmək olar və həyata keçməz zərifliklərlə özünü aldatmaq lazım
downloaded from KitabYurdu.org


deyil; bir də faktlara olduqca fəal və ümumi ideya və dini ənənələrə mülayim-sakit
münasibəti.
Bu ümumi xarakteristikaya, həyat yolu tamamilə aydın olan və daha yaxşısını
seçməyi güman belə etməyən insanın həmin bütöv nikbinliyini də, əlavə etmək
lazımdır. O, vətənin, ailəsinin və dinin özündən nə tələb etdiyini həmişə yaxşı bilir. Bu
nikbinlik onda o dərəcəyə yüksəlib ki, bütün yad şeylərə nifrətlə baxır. Əcnəbilərə və
onların ənənələrinə bu cür nifrət İngiltərədə o dərəcədə ifrat həddə yüksəlib ki, bir
vaxtlar ən böyük yüksəliş dövrünü yaşayan romalıların barbaralara olan nifrəti qədər.
Bu isə ondan ibarətdir ki, əcnəbiyə münasibətdə hər cür əxlaqi qayda yoxa çıxır. Bir
nəfər də olsun ingilis siyasətçisi tapa bilməzsən ki, həmin hərəkəti digər millətlərə
münasibətdə qanuni hesab etməsin, əgər o əməllər öz həmvətənlərinə qarşı tətbiq
olunsaydı, o zaman bu onlarda, ən dərin və ümumi hiddət kimi riskə gətirib çıxarardı.
Şübhəsiz, əcnəbiyə qarşı olan bu nifrət, fəlsəfi nöqteyi-nəzərdən, çox rəzil
xüsusiyyətlərdən doğan hislərdir; lakin xalqın rifahı nöqteyi-nəzərindən, bu, çox
faydalıdır. İngilis generalı Uolslinin düzgün olaraq qeyd etdiyi kimi, bu, İngiltərənin
gücünü yaradan keyfiyyətlərindən biridir. İngiltərəni materiklə əlaqəsini asanlaşdıran
La-Manş boğazı altından tikilməsi nəzərdə tutulan tunelin çəkilməsinə olan etirazı bir
nəfər çox uğurla izah etmişdi (özü də əsaslı olaraq), ingilislər də, çinlilər kimi, yad
təsirlərin onlara gəlib çatmaması üçün bütün səylərini ortaya qoyublar. Yeri
gəlmişkən, amma həmin etirazlara baxmayaraq, bu tunel artıq çəkilib və neçə illərdir
fəaliyyət də göstərir.
Tərəfimizdən elə indi qeyd olunan bütün əlamətləri müxtəlif ictimai təbəqələrdə
axtarıb tapmaq olar; ingilis sivilizasiyasının bir elementini də tapa bilməzsən ki,
nədəsə öz dərin izlərini qoymamış olsun. Məgər İngiltərəni ilk dəfə ziyarət edən
istənilən əcnəbini bu, həmin andaca heyrətləndirmirmi? Ən təvazökar işçinin sərbəst
həyatla bağlı tələbatı üçün daxmanı seçməsini, əcnəbi o saat müşahidə edə bilər –
düzdür, həmin daxma darısqaldır, lakin hər cür məcburiyyətdən müdafiə olunub və
qonşuluqdan da təcriddədir; ən çox ziyarət olunan vağzallarda, kütlə fasiləsiz olaraq
hərəkətdədir – lap maneə arxasında olan və ora-bura sürülən qoyun sürüsü kimi –
jandarm tərəfindən mühafizə edilirlər, elə bil, insanların təhlükəsizliyini yalnız güc
vasitəsilə təmin etmək olar, bir-birini əzməmək üçün lazım olan diqqət və qabiliyyət
payı sanki onların özlərində yoxdur. O, irqin enerjisini həm gərgin işləyən işçi
əməyində, həm də təhsildəki əzmkarlığında tapa biləcək, kiçik yaşlarından özünü
təkbaşına idarə etməyə öyrənir, artıq bilir ki, həyatda onun taleyi ilə bağlı özündən
başqa heç kim məşğul olmayacaq; professorlarda elmə olduqca mötədillik var, amma
xarakterin yaranması üçün güclü diqqət olmalıdır, onlar bunu dünyanı hərəkətə
gətirən ən güclü mühərrik hesab edirlər.
İngiltərə kraliçası tərəfindən Vellinqton Kollecində hər il verilən mükafatın
təqdim olunması ilə bağlı şərtləri müəyyən etmək üçün vəkil edilmiş şahzadə Albert
belə qərara gəlib ki, mükafat elmdə daha böyük uğurlar qazanmış tələbəyə deyil,
daha yüksək xarakterə malik gəncə təqdim ediləcək. Bütün təhsilimiz (bizlər bunu ali
təhsil hesab edirik) nəticə etibarilə, gəncləri mühazirələri təkrar danışmağa məcbur
etməkdən ibarətdir. Bunun nəticəsində də həmin vərdişə o dərəcədə adət edilir ki,
onlar çoxdan əzbərlənmişləri həyatlarının bütün qalan hissəsi boyu təkrarlayırlar.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə