Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

II fəsil
SİVİLİZASİYALARIN MÜXTƏLİF ELEMENTLƏRİ XALQIN RUHUNUN
ZAHİRİ TƏZAHÜRÜ KİMİ
Sivilizasiya təşəkkül tapdığı elementlər onu yaradan xalqların ruhunun zahiri
təzahürlərini təşkil edir. – Həmin müxtəlif elementlərin mühümlüyü bir xalqdan
digərinə keçdikcə müxtəlifləşməsindədir. – İncəsənət, ədəbiyyat, təsisatlar və sair
müxtəlif xalqlarda fərqli rol oynayırlar. – Qədimdə misirlilər, yunanlar və romalılar
tərəfindən gətirilmiş nümunələr. – Sivilizasiyaların müxtəlif elementləri, onun ümumi
inkişafından tamamilə müstəqil şəkildə inkişaf edə bilər. – İncəsənətin təqdim etdiyi
nümunələr. – O, nə verir. – Sivilizasiyaların hansısa bir elementində onun səviyyəsini
təyin etmək üçün ölçü tapmağın mümkünsüzlüyü. – Hansısa xalqın üstünlüyünü
təmin edən elementlər. – Fəlsəfi nöqteyi-nəzərdən əhəmiyyət kəsb etməyənlər,
ictimai nöqteyi-nəzərdən çox mühüm ola bilərlər.
Sivilizasiyaların təşəkkül tapdığı müxtəlif elementlər: dil, təsisatlar, ideyalar, din,
incəsənət, ədəbiyyata, onları yaradan insanların ruhunun zahiri təzahürləri kimi
baxmaq lazımdır. Amma dövrlər və irqlərdən asılı olaraq, həmin elementlərin
mühümlüyü, hansısa xalqın ruhunun ifadəsi kimi çox fərqlidir.
Hazırda incəsənət əsərlərinə həsr olunmuş, çətin, bir kitab tapa bilərsən ki, orada
bu əsərlərin xalqların düşüncələrini düzgün şərh edildiyini və sivilizasiyaların
əhəmiyyətli dərəcədə ifadə etməsinə xidmət göstərdiyi təkrarlanmasın.
Şübhəsiz, çox vaxt belə də olur, qaydaların mütləqliyi və incəsənətin inkişafının
millətin intellektual inkişafına həmişə uyğun gəlməsi üçün hələ çox şey çatmır. Əgər
elə xalqlar varsa ki, onlar üçün incəsənət əsərləri qəlblərinin ən əhəmiyyətli ifadəsini
təşkil edir, öz növbəsində, digərləri də var ki, sivilizasiyanın ən yuxarı pilləsində
durmalarına baxmayaraq, onlar üçün incəsənət yalnız ikinci dərəcəli rol oynayır. Əgər
hər bir xalqın sivilizasiya tarixini onun yalnız bir elementini diqqətə almaqla, yazmaq
lazım gələrdisə, onda bu element bir xalqdan digərinə keçdikcə müxtəlifləşərdi. Bəzi
xalqlar incəsənəti daha yaxşı öyrənmək imkanı yaradardılar; digərləri – siyasi və hərbi
təsisatları, sənaye və sair. Bu maddəni başlanğıcdan nəzərə almaq çox vacibdir, çünki
o, bir qədər sonra bizə sivilizasiyaların müxtəlif elementlərinin bir xalqdan digərinə
keçməsi ilə niyə bu qədər çox eyni olmayan dəyişikliklərə uğradığını başa düşməyə
kömək edəcək.
Qədim xalqlar arasında misirlilər və romalılar – sivilizasiyaların müxtəlif
elementlərinin inkişafı və hətta müxtəlif sahələr üzrə hər bir adıçəkilən elementlər
formalaşır – bu bərabərsizliyin tipik nümunələrini çox gözəl ifadə edirlər.
Öncə misirliləri götürək. Onlarda həmişə ədəbiyyat çox zəif olub, rəssamlıq – isə
orta həddə olub. Əksinə, memarlıq və heykəltəraşlıqda isə şah əsərlər yaradılıb.
Onların abidələri hələ də bizlərdə heyrət doğurur. Onların bizlərə qoyub getdikləri -
heykəllər, bu gün də nümunədilər, yunanlara isə bu sahədə onları ötüb keçmək üçün
qısa bir dövr lazım gəlmişdi.
downloaded from KitabYurdu.org


Misirlilərdən romalılara keçirik, hansılar ki, tarixdə hökmran rol oynamışlar.
Onlar nə tərbiyəçilər, nə də nümunə sarıdan yoxluq çəkməyiblər, çünki misirlilər və
yunanların şəxsində sələfləri var idi. Lakin onların orijinal incəsənət nümunələri
yaratmağa vaxtları çatmayıb. Heç vaxt onlar qədər öz bədii əsərlərində daha az
orijinallıq tapa bilən ikinci bir xalq olmayıb. Romalılar incəsənətə çox az qayğı
göstəriblər, yalnız mənfəət nöqteyi-nəzərindən və daşınması mümkün olan əşya,
digər məhsullar kimi baxırdılar, başqa xalqlardan metallar, ətirli şeylər və ədviyyat və
s. tələb edirdilər. Hətta dünyaya hökmranlıq etdikləri dövrdə də romalılar milli
incəsənətə malik deyildilər. Bütün dünyanın, sərvətə və cah-calala tələbat duyduğu
mərhələ də onlarda bədii hisləri zəif inkişaf etdirə bilmişdi, onlar yalnız
Yunanıstandan nümunələr gətirir və rəssamlar çağırırdılar. Roma memarlıq və
heykəltəraşlığı tarixi, yunan memarlıq və heykəltəraşlığı tarixinin əlavə bir fəslindən
artıq bir şey deyil.
Lakin incəsənətdə uğur qazana bilməyən həmin, böyük Roma xalqı sivilizasiyanın
üç digər elementində heç kimin nail ola bilmədiyi yüksəkliyə ucala bilib. Roma xalqı
dünya ağalığını təmin edən hərbi təşkilata; siyasi və məhkəmə təsisatlarına; – biz
indiyədək onlara nümunə kim baxırıq – nəhayət, ədəbiyyata malik idi; bu əsrlər
boyunca onlara ilham verib.
Beləliklə, iki millətdə sivilizasiyanın elementlərinin inkişafının bərabərsizliyini biz
son dərəcə aydın görürük. Mədəniyyətin yüksək pilləsi mübahisə belə doğura bilməz
və ona görə səhvləri öncədən söyləmək olur. Kimsə riskə yol verə bilər, kimsə
miqyasına görə onlardan yalnız bir elementi, məsələn, incəsənəti seçə bilər və sair.
Biz elə indicə misirlilərdə rəssamlıq və orta səviyyəli ədəbiyyat istisna olmaqla,
fövqəladə dərəcədə orijinal və gözəl incəsənəti görə bildik. Romalılarda isə –
orijinallıqdan kiçik bir iz belə olmayan çox ortabab bir incəsənəti, amma qarşılığında
çox gözəl ədəbiyyat və nəhayət birinci dərəcəli siyasi və hərbi təsisatları görə bildik.
Yunanlar da o xalqlardandır ki, ən çeşidli sahələrdə özlərinin üstünlüklərini təsdiq
edə bilmişlər, onları da sivilizasiyaların müxtəlif elementlərinin inkişafında paralelliyin
olmamasını göstərmək üçün nümunə gətirmək olar. Homer zamanında ədəbiyyat
artıq özünün parlaq dövrünü yaşayırdı. Hələ indinin özündə də Homerin nəğmələrinə
nümunə kimi baxılır, əsrlər boyunca Avropanın universitet gəncləri onun əsasında
tərbiyə olunurlar; hər halda müasir arxeologiyanın kəşfləri göstərdi ki, Homer
nəğmələrinin yarandığı mərhələdə yunan memarlığı və heykəltəraşlığı kobud,
barbarcasına idi və yalnız misirlilərin və assuriyalıların çirkin təqlidlərindən başqa bir
şey deyildi.
Lakin bu bərabərsizliyi ən yaxşı hindlilərin inkişafı göstərə bilir. Memarlıq
nöqteyi-nəzərindən, çox az xalq tapılar ki, onları bu sahədə qabaqlaya bilsin. Fəlsəfi
nöqteyi-nəzərindən, onların abstrakt mühakiməsi elə dərinliyə enmişdi ki, Avropa
düşüncəsi ora yalnız bu yaxınlarda çata bilib. Baxmayaraq ki, hindlilərin ədəbiyyatı
yunan və romalılarınkından aşağıda dayanır, bütün hallarda onlar bizlərə bəzi gözəl
şeylər verə biliblər. Memarlıq sahəsində hindlilər, əksinə, çox ortababdılar,
yunanlardan xeyli aşağıda dayanırlar. Elm və tarixi biliklər sahəsində isə tamamilə
yarıtmazdılar və bunu onlarda dəqiqliyin olmaması ilə izah etmək olar, bu sahələrdə
heç bir xalq inkişafın buna bənzər pilləsində dayanmayıb. Onların elmi – yalnız uşaq
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə