Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

Vətəndaşın ictimai həyatın nüfuz edəndə, o, görür ki, əgər kəndə hansısa
mənbəni yaxşılaşdırmaq lazımdırsa, dəniz limanı və yaxud dəmiryolu inşa etmək üçün
həmişə dövlətə deyil, şəxsi təşəbbüslərinə müraciət edirlər. Müşahidələrini davam
etdirməklə, o, çox tezliklə öyrənir – tək bu xalq, çatışmazlıqlara baxmayaraq, onu
əcnəbilər üçün ən dözülməz millətə çevirib – həqiqətən, ən azad xalqdır, çünki yalnız
tək o, özünüidarə mədəniyyətinə yiyələnib və hökumət üçün hakimiyyət fəaliyyətini
minimuma endirməyə nail olub. Tarixə nəzər salanda görürsən ki, məhz o, ilk olaraq
hər cür qaydalardan, hökmranlıqdan
– həm kilsənin, həm də avtokratların – azad ola bilib. Artıq XV əsrdə Forteskyü latın
xalqlarının irsi olan Roma qanunlarına qarşı ingilis qanunlarını qoydu: “Onlardan biri
avtokratizmin məhsulu olub, bütünlüklə şəxsiyyətin qurban verilməsinə əsaslanır;
digəri – ümumi iradəyə söykənir və həmişə şəxsiyyəti müdafiə etməyə hazırdır”.
Bu cür xalq dünyanın istənilən yerinə məskunlaşarsa belə, o, dərhal ağalıq
edəcək və güclü imperiyaların əsasını qoyacaq. Əgər onlar tərəfindən əsarət altına
alınmış irq, məsələn, Amerikada qırmızıdərililər (hindilər) həddən çox zəifdilər, lakin
kifayət qədər faydalı deyillər, onda həmin irq sistemli olaraq məhv ediləcək. Lakin
əgər əsarət altına alınmış irq, məsələn, Hindistan xalqları məhv edilmək üçün həddən
artıq çoxsaylıdılar və yeri gəlmişkən, məhsuldar əmək gətirmək üçün çox sərt vassal
asılılığı vəziyyətinə salınmışlar və öz ağaları üçün çalışmağa son dərəcə vadar
olunublar.
Xüsusilə Amerika kimi yeni ölkə də, öz varlığı üçün yalnız ingilis irqinin ruhi
xüsusiyyətlərinə borcludur, həmin fövqəladə uğurları izləmək mümkündür.
Mədəniyyəti olmayan, az qala bir qədər vəhşi səviyyədə olan əhali yaşayan bir ölkədə
məskunlaşan ingilislər, arxalanmaq üçün özlərindən qeyri kimsə olmadığı yerlərdə,
yalnız özlərinə güvənməklə nələrə nail ola biliblər, hamıya məlumdur. Onlara yalnız
bir yüzillik bəs etdi ki, dünya gücləri arasında ilk sıraya yüksəlsinlər və indi onlarla
yarışa biləcək gücdə olan birini tapmaq mümkün deyil. Mən kütləvi təşəbbüslər və
böyük ölkənin vətəndaşları tərəfindən sərf edilən şəxsi enerjinin həcmi barədə aydın
təsəvvürə malik olmaq istəyənlərə, M.Ruzyenin Birləşmiş Ştatlar haqqında yazdığı
kitabı oxumağı tövsiyə edirəm. Adamların özünüidarəetmədə, iri müəssisələr
qurmaq, şəhərlər, məktəblər, limanlar, dəmiryolları və s. salmaq üçün birləşmək
qabiliyyətləri elə yüksək həddə çatıb, dövlətin bu sahədə fəaliyyəti o dərəcədə
minimuma enib ki, söyləmək olar, orada dövlət hakimiyyəti demək olar ki, qalmayıb.
Polis və diplomatik nümayəndəliklər olmasaydı, hətta söyləmək olardı ki, o, yəni
hakimiyyət nəyə xidmət edəcəkdi.
Ancaq burası var ki, Birləşmiş Ştatlarda yalnız sözügedən xarakterin
keyfiyyətlərinə malik olmaqla, rifah içində yaşamaq mümkündür, mən elə indicə
qeyd etmişdim və elə buna görədir ki, əcnəbilər irqin əsas ruhunu niyə dəyişə
bilmirlər. Yaşamaq üçün şərtlər belədir, kimlər ki, həmin keyfiyyətlərə malik deyillər,
çox tezliklə məhvə məhkumdular. Bu cür mühitdə yalnız müstəqillik və enerji ilə
yüklənmiş anqlosakslar yaşaya bilər. İtalyan orada aclıqdan ölür, irlandiyalı primitiv
işlərdə çalışmaqla bir növ sürünür.
Əlbəttə, böyük respublika mövcuddur, azad torpaqlardır, lakin bununla yanaşı,
bu torpaqlarda nə bərabərlik, nə də qardaşlıq var. Dünyanın heç bir ölkəsində təbii
downloaded from KitabYurdu.org


seçim öz dəmir pəncəsini güclü hiss etməyə imkan verməyib. O, burada özünü
amansızcasına göstərir. Lakin məhz elə onun rəhmsizliyinin nəticəsi olaraq yaranan
irq özünün gücünü və enerjisini qoruyub saxlaya bilir.
Birləşmiş Ştatlar torpağında zəiflərə, adi insanlara və qabiliyyətsizlərə tamamilə
yer yoxdur. Ayrı-ayrı fərdlər və bütöv irqlər yalnız bir fakta, primitiv olduqlarına görə
məhvə məhkum olublar. Qırmızıdərililər faydasız olduqlarına görə dəmir və aclıqla
yox edildilər; çinli işçilər, hansı ki, əməkləri olduqca xoşagetməz rəqabət təşkil edir,
tezliklə eyni aqibətlə üzləşəcəklər. Onların tamamilə qovulmasına hesablanmış
qanun, yalnız həddən çox böyük xərclər tələb etməsi üzündən tətbiq olunmayıb.
Amma bu qanundan əlavə də onlar sistemli olaraq məhv edilməyə məruz qalırlar,
bəzi dairələrdə bu təcrübədən keçirilir. Bu yaxınlarda səsə qoyulan digər qanunlar isə
Amerika ərazisinə kasıb mühacirlərin girişini qadağan etməyə yönəlib. Zəncilərə
gəldikdə – abolisionist
1
müharibələrin, qul sahibləri ilə qullara sahib olmayanlar və
başqalarının da onlara sahib olmasını istəməyənlər arasında başlanması üçün bəhanə
olublar – daim primitiv məşğuliyyət sahibi olduqlarından, cəmiyyət onlara qarşı çox
dözümsüzdür və heç bir Amerika vətəndaşı onları öz yanına almaq istəmir. Nəzəri
olaraq, onlar bütün hüquqlara malikdilər; praktik olaraq isə onlarla bir növ faydalı
heyvanlarla olduğu kimi davranırlar, təhlükəli olduqda, belələrindən can qurtarmağa
çalışırlar. Onlara qarşı tətbiq olunan linçlə bağlı qanuna əsaslanan hesablaşma hər
yerdə tamamilə məqbul sayılır. İlk ciddi cinayətlər törədən zaman onları ya
güllələyirlər, ya da edam edirlər. Bununla bağlı statistika belədir: son yeddi il ərzində
belə edamların 1100-nü qeydə alınıb, deməli yalnız həmin edamların müəyyən
hissəsi nəzərə alınır.
Bu, əlbəttə, təsvirin qaranlıq tərəfidir. Bu o qədər parlaq görünür ki, onları
görünməz etmək belə, mümkün deyil. Əgər Avropa qitəsi ilə Birləşmiş Ştatlar
arasındakı fərqi bircə sözlə ifadə etmək lazım gələrdisə, demək mümkündür ki,
birinci, maksimum olaraq şəxsi təşəbbüsü əvəz edən rəsmi reqlament verə bilər;
ikinci isə maksimum olaraq hər bir rəsmi reqlamentdən tamamilə azad şəxsi
təşəbbüslər verə bilər. Bu, xarakterin başlıca fərqlilikləridir. Avropa sosializminin sərt
respublika mühitində aşılanması şansı yoxdur. Müstəbid dövlətin son təzahürü
olaraq, o, əsrlər boyunca özünü idarəetməni tamamilə onun əlindən almış rejimə
tabe olan, yalnız köhnə irqlərdə çiçəklənə bilər.
Biz elə indicə iradə və enerjinin üstünlük təşkil etdiyi, məlum ruhi xüsusiyyətlərə
malik irqin, Amerikanın bir hissəsində nələrə nail ola bildiyini görə bildik. Bizə yalnız o
qalır ki, çox inkişaf etdiyinə baxmayaraq, amma indi söylədiyim xarakter
keyfiyyətlərinə malik olmayan, başqa bir irqin əlində olan, demək olar ki, eyni ölkənin
başına nələr gəldiyini göstərək.
Cənubi Amerika – təbii sərvətlər nöqteyi-nəzərindən – dünyanın ən varlı
ölkələrindəndir. Ərazisinə görə Avropadan iki dəfə böyükdür və on dəfə az
məskunlaşdırılıb, orada torpaq çatışmazlığı yoxdur və belə demək mümkünsə, hər bir
fərdin sərəncamındadır. Orada əhalinin böyük əksəriyyəti – ispan mənşəlidir və bir
çox respublikalara bölünüb: Argentina, Braziliya, Çili, Peru və s. və i.a. Onların hamısı
siyasi quruluşlarını Birləşmiş Ştatlardan götürüblər və nəticə etibarilə, eyni qanunlar
altında yaşayırlar. Və bütün bunlardan sonra demək olur ki, yalnız bir irqi fərqin, yəni
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə