Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

yaxşı olardı ki, nələrisə cilovlamağı daim dövlətdən tələb etmək əvəzinə, onlara bunu
idarə etməyi öyrədəsən.
Mən dillər üzərində çox dayanmayacağam, yalnız onu xatırlatmaq istəyirəm ki,
hətta dil yazı sayəsində bərqərar olduqdan sonra da bir xalqdan digərinə keçəndə
dəyişikliyə uğrayır və məhz bu, dünya dili ilə bağlı ideyaların cəfənglikdən başqa bir
şey olmadığını təsdiq edir. İşğaldan iki yüzillikdən də az müddət keçməmiş qallar,
saylarının dəfələrlə çox olmasına baxmayaraq, latın dilini qəbul etdilər. Amma çox
tezliklə də həmin dili öz tələbatlarına və xüsusilə də öz ağıllarının məntiqinə
uyğunlaşdırdılar. Bax, bu cür şəkil dəyişdirmədən də nəhayətdə, müasir fransız dili
təşəkkül tapdı.
Müxtəlif irqlər bir cür, eyni dildə uzun müddət danışa bilməzlər. Təsadüfi işğallar,
kommersiya maraqları, şübhəsiz ki, hər hansı bir xalqı öz ana dilinin əvəzinə tamamilə
yad bir dili qəbul etməyə məcbur edə bilər, lakin bir çox nəsillər dəyişdikcə, qəbul
edilmiş dil də tamamilə dəyişikliyə uğrayır. Bu dəyişikliklər dilin alındığı irqdəkindən
daha dərin olacaq və daha kəskin fərqlənəcək.
Müxtəlif irqlərin yaşadığı ölkələrdə həmişə bir-birinə uyğun gəlməyən dillərə rast
gələ bilərsən. Hindistanı buna gözəl bir nümunə kimi göstərmək olar. Böyük yarımada
çoxlu və olduqca fərqli irqlər ilə məskunlaşıb; alimlər orada 240-dan çox dil hesaba
alıblar, onların bəziləri bir-birindən yunan dilinin fransızcadan fərqindən də daha çox
fərqə malikdilər. İki yüz qırx dil, biz hələ üç yüzdən artıq dialektdən söz açmırıq! Bu
dillər arasında ən geniş yayılanı, hələ tamamilə yeni olanı – belə ki, o, üç yüzillikdən
çox mövcud deyil; bu, hind dilidir, hansı ki, müsəlman istilaçıların danışdığı fars və
ərəb dillərinin – işğal edilən ölkələrdə daha çox bu dillərdən istifadə olunurdu – hind
dili ilə birləşməsindən yaranıb. Həm qaliblər, həm də məğlublar birlikdə yaşayan
müxtəlif xalqların çarpazlaşması yolu ilə meydana çıxan yeni irqin tələbatlarına
uyğunlaşmaq, yeni dildə danışmaq üçün çox tezliklə öz dillərini unutdular.
Bu məsələ üzərində daha artıq dayana bilməyəcəyəm və yalnız başlıca ideyaları
göstərməklə kifayətlənməyə məcburam. Əgər təfərrüatlara varsam, onda bir qədər
də irəli gedib, deməliyəm ki, fərqli xalqlar olduqda, bizim eynimənalı hesab etdiyimiz
sözlər, əsl həqiqətdə bir-birindən o dərəcədə uzaq düşüncə üsulları və hisləri ifadə
edirlər ki, onların bir dildən digərinə düzgün tərcüməsi belə mümkün deyil. Bunu
başa düşmək elə də çətin deyil, çünki bir neçə əsrlər boyunca eyni ölkədə, eyni irqdə
və eyni söz tamamilə oxşar olmayan anlayışlara uyğun gəlir.
Qədim sözlər əvvəlki zaman insanlarının anlayışlarını təmsil edir. Əvvəllər real
şeylərin işarələri olan sözlər, ideya, adət və ənənələrdə baş verən dəyişikliklərin
nəticəsində çox tezliklə öz mənasını itirdilər. Vərdiş edilən və dəyişdirilməsi çətin olan
həmin işarələrin köməyi ilə düşünməyi davam etdirirlər, lakin onların indiki anda nəyi
təmsil etdikləri və hazırkı zamanda hansı məna kəsb etmələri arasında artıq hər hansı
bir uyğunluq yoxdur. Bizdən çox uzaqlaşmış, bizimkilərlə heç bir oxşarlığı olmayan
sivilizasiyalara aid xalqlardan söhbət gedəndə, tərcüməni yalnız öz orijinal
mənasından tamamilə məhrum olan sözlər verə bilər, yəni onlar ağlımızda həmin
sözlərin vaxtilə doğurduğu məna ilə heç bir əlaqəsi olmayan ideyalar yaradır. Bu hal
Hindistanın qədim dilləri üçün xüsusilə son dərəcə xarakterikdir. Bu, tərəddüd edən
ideyalara sahib xalqın (hindlilər) məntiqinin bizimki ilə heç bir qohumluq əlaqəsi
downloaded from KitabYurdu.org


yoxdur, sözlər heç vaxt dəqiq və müəyyən məna kəsb etmir, yalnız zamanla əsrlər və
şüurumuzun xüsusiyyətləri, bunu Avropada həmin sözlərə veriblər. Elə kitablar da var
ki, məsələn, Vedalar, tərcüməsi mümkün deyil. Birlikdə yaşadığımız elə fərdlər də var
ki, fikirlərinə nüfuz etmək artıq çox çətindir, bizlərdən onları bir sıra yaş, cinsi
münasibətlər, tərbiyə fərqləri ayırır; üzərinə əsrlərin tozu çökmüş irqlərin fikirlərinə
nüfuz etmək o dərəcədə çətin əməkdir ki, öhdəsindən heç bir elm adamı belə, gələ
bilməz. Bizə əlçatan olan bütün biliklər, ancaq belə cəhdlərin tamamilə faydasız
olduğunu göstərməyə xidmət edir.
Əvvəl misal gətirdiyimiz nümunələr nə qədər bitkin və inkişaf etdirilməmiş
olsalar da, başqa xalqlardan alınma sivilizasiya elementlərinin hansı dərəcədə dərin
dəyişikliklərə məruz qaldığını göstərmək üçün, tamamilə yetərlidir. Alınma
elementlər çox vaxt əhəmiyyətli olur, çünki, ada görə o bəzən çox qabarıq olur.
Amma mənimsənilməsi həmişə həqiqətən çox cüzidir. Əsrlər boyu, nəsillərin astagəl
çalışmaları sayəsində və olunan əlavələrin tədriciliyi nəticəsində alınma element, öz
başlanğıc prototipindən kəskin fərqlənir. Tarixin başlıca olaraq zahirinə toxunan
tədrici dəyişikliklər, əslində hesaba alınmır. Deyəndə ki, məsələn, hansısa xalq yeni
bir dini qəbul edib, reallıqda həmin an qəbul ediləni deyil, bizə hazırkı zamanda
məlum olan dini təsəvvürümüzə gətiririk. Onların genezisini yaxşı başa düşmək və
sözləri mahiyyətindən ayıran fərqləri sezmək üçün, bu, tədrici uyğunlaşmanı
dərindən öyrənmək lazımdır.
Beləliklə, sivilizasiyanın tarixi aramla gedən uyğunlaşmalardan, olduqca
əhəmiyyətsiz görünən tədrici dəyişikliklərdən ibarətdir. Əgər onlar bizə qəfil və
əhəmiyyətli görünürlərsə, buna səbəb geologiyada olduğu kimi aralıq mərhələlərə
əhəmiyyət verməyib, yalnız son mərhələlərə diqqət yetirməyimizlə əlaqədardır.
Həqiqətdə, hər hansı bir xalqın nə qədər inkişaf etməsi və xüsusi istedadlı
olmasından asılı olmayaraq, onun sivilizasiyanın bu və ya digər yeni elementinin
mənimsəmə qabiliyyəti həmişə məhduddur. Beyin hüceyrələri yaranması üçün əsrlər
lazım gəlmiş, hislərə və tamamilə müxtəlif orqanizmlərin tələbatlarına uyğunlaşanları
bir gün ərzində mənimsəyə bilməz. Yalnız tədricən və irsən əldə olunanlar belə
assimilyasiyalara imkan yaradır. Qədimdə ən inkişaf etmiş xalqlardan sayılan
yunanlarda incəsənətin təkamülünü öyrənməyə keçəndə, görəcəyik ki, Assuriya və
Misir obrazlarının kobud təqlidindən qurtarmaq və ardıcıl mərhələlərlə bu gün də
bəşəriyyəti heyran edən incilər yaratmağa gəlib çatmaq üçün onlara neçə əsr zaman
lazım gəlmişdir.
Misirlilər və xaldeylər (qədimdə Babilistan ovalığında yaşamış gildani xalqına
mənsub adamlar) kimi bəzi ibtidai xalqlar istisna olmaqla, tarixdə bir-birinin ardınca
gələn bütün xalqların etdikləri, yalnız keçmişin mirasını təşkil edən sivilizasiyaların
elementlərini mənimsəyərək, onları öz ruhi xüsusiyyətlərinə uyğun dəyişdirməkdən
ibarət olub. Əgər onlar özlərinə qədər məlum olan materiallardan istifadə edə
bilməsəydilər, onda sivilizasiyaların inkişafı müqayisə olunmayacaq dərəcədə ləng
gedər və müxtəlif xalqların tarixləri yalnız daimi təkrarlanmalardan ibarət olardı. 7 və
yaxud 8 min il bundan əvvəl Misir və Xaldey sakinlərinin yaratdığı sivilizasiyalar
material mənbəyinə çevrilib, bütün millətlər lazım olanı götürmək üçün ora müraciət
ediblər. Yunan incəsənəti Dəclə və Fərat çayları sahillərində yaranmış incəsənətdən
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə