Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   2   3   4   5   6   7   8   9   ...   81

Əlcəzairdən olan ərəblərin və nəhayət, asiyalıların beyinlərini oxşar formaya salmağa
cəhd edirik. Əlbəttə, bu – tamamilə həyata keçməyən xülyadır, lakin indiyədək
bəşəriyyətin əsas məşğuliyyəti elə xəyalların arxasınca qaçmaqdan ibarət olmayıbmı?
Müasir insan, əcdadlarının tabe olduqları qanundan boyun qaçıra bilməz.
Mən, başqa bir yerdə avropalılar tərəfindən primitiv xalqlar arasında aparılan
tərbiyə və təsisatların hansı acınacaqlı nəticələrə gətirib çıxardığını göstərmişəm.
Eləcə də qadınların müasir təhsil nəticələrini izah etmişəm və həmin deyilənlərə
burada yenidən qayıtmaq istəmirəm. Bu əsərdə bizim öyrənməyi qəsd etdiyimiz
məsələlər, daha ümumi xarakterdə olacaq. Müfəssəlliyi bir kənara qoyub və yaxud
təfsilatlara yalnız ifadə olunmuş prinsipləri təsdiq etmək üçün lazım olan qədər
toxunmaqla, mən, tarixi irqlərin əmələ gəlməsi və mənəvi sistemlərini, yəni müəyyən
tarixi zamanlarda təsadüfi işğallar, mühacirət və siyasi dəyişikliklər nəticəsində süni
irqlərin formalaşmasını tədqiq edəcəyəm və onların tarixinin elə bu mənəvi sistemin
nəticəsi olaraq ortaya çıxmasını sübut etməyə çalışacağam. Mən irqlərin möhkəmlik
dərəcəsi və xarakter dəyişikliklərini müəyyən edəcək, eləcə də fərdlərin və xalqların
bərabərliyə nə qədər meylli olduqlarını və yaxud əksinə, bir-birlərindən niyə daha çox
fərqlənməyə cəhd etdiklərini öyrənməyə səy göstərəcəyəm. Sivilizasiyanın təşəkkül
elementləri (incəsənət, təsisat və etiqad) – onu əmələ gətirir, bilavasitə irqi ruhun
məhsuludurlar və buna görə də onlar bir xalqdan digərinə keçə bilmir.
Müəyyənləşdirəcəyəm ki, öhdəsindən gəlinə bilməyən qüvvələrin təsirindən
sivilizasiyalar tutqunlaşır və sonda da sönürlər. Bax, Şərq sivilizasiyaları haqqında
əsərlərimdə dəfələrlə müzakirə etdiyim məsələlər bunlardır. Bu kiçik cildə onların
qısa sintezi kimi baxmaq lazımdır.
Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq
təəssürat ondan ibarət oldu ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm
də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri,
təsisatları, etiqad və incəsənəti təşəkkül tapır. Tokvil və digər görkəmli mütəfəkkirlər,
xalqların təsisatlarında onların inkişafının səbəblərini tapmağı düşünürdülər. Mən isə
tam əksini düşünürəm və ümid edirəm ki, elə Tokvilin tədqiq etdiyi ölkələrin
nümunəsində təsisatların sivilizasiyaların inkişafına olduqca zəif təsir göstərdiyini
sübut edə biləcəyəm. Onlar daha çox nəticədirlər, çox nadir hallarda səbəb ola
bilərlər.
Şübhəsiz ki, xalqların tarixini çoxlu müxtəlif faktorlar müəyyən edir. Bu tarix,
müxtəlif hadisələr, təsadüflər ilə doludur; onlar mövcud olub, amma olmaya da
bilərdilər. Lakin bu təsadüflərlə, kənar müdaxilələrlə yanaşı, hər bir sivilizasiyanın
ümumi gedişatını idarə edən nəhəng, dəyişilməz qanunlar da var. Bu dəyişilməz, ən
ümumi və ən başlıca qanunlar irqin mənəvi quruluşundan irəli gəlir. Xalqın həyatı,
onun təsisatı, etiqadı və incəsənəti, onun gözlə görünməyən ruhunun, yalnız görünən
məhsullarının mahiyyətidir. Hər hansı bir xalqın öz təsisatını, etiqad və incəsənətini
yaratması üçün o, ilk növbədə, öz ruhunu dəyişməlidir; öz sivilizasiyasını başqasına
ötürməsi üçün isə o, həm də öz ruhunu verməyə hazır olmalıdır. Şübhəsiz, tarix bizə
başqa şeyləri deyir. Lakin biz əks fikirləri qeydə almaqla, asanlıqla sübut edə biləcəyik
ki, o, özünü boş görüntülərlə yanlışlığa sürükləyir.
downloaded from KitabYurdu.org


Bu əsərimdə inkişaf etdirilən ideyalardan bəzilərini bir dəfə böyük konqres
qarşısında izah etmişəm. Yığıncaq bir çox millətlərin müxtəlif mənşəli görkəmli
adamlarından: nazirlər, müstəmləkələrin qubernatorları, admirallar, professorlar,
elm adamlarından təşkil olunmuşdu. Mən həmin toplantıda başlıca məsələlərlə bağlı
bəzi fikir birliyi əldə oluna biləcəyinə ümid edirdim. Lakin bu olmadı. Deyilən fikirlər,
onları söyləyənlərin mədəniyyətlilik dərəcəsinə tamamilə uyğun belə gəlmirdi. Həmin
düşüncələr başlıca olaraq konqres iştirakçılarının mənsub olduqları müxtəlif irqlərin
irsi hislərindən ibarət idi. Buradan mənə tam aydın oldu ki, hər bir irqi təmsil edən
adamlar, sosial vəziyyət baxımından müxtəlifliyə baxmayaraq, əcdadlarından miras
qalan və tərkibini dayanıqlı ideya ehtiyatları, ənənələr, hislər, düşüncə tərzləri təşkil
edən şüursuz sərvətə malikdilər və istənilən arqumentlər onlara qarşı gücsüzdür.
Həqiqətdə isə insanların düşüncələri şüurun təsiri altında formalaşmır. İdeyalar
yalnız tədricən emal olunaraq hislərə çevrildikdən və ardınca fikirlərimizin istehsal
olunduğu qaranlıq sahəyə keçdikdən sonra öz təsirlərini göstərməyə başlayırlar. Kitab
ideyalarının təlqini, sözdən daha çox qüvvəyə malik deyil. Digər tərəfdən, filosoflar
zamanlarını yazmağa ona görə sərf eləmirlər ki, kimlərisə nəyəsə inandırsınlar, onlar
bunu daha çox əylənmək məqsədilə yazırlar. Yalnız insan yaşamağa məhkum olduğu
mühitin adi ideyalar dairəsindən kənara çıxa bilir, o, öncədən hər bir təsirdən imtina
etməlidir və özü müstəqil şəkildə oxşar ideyalara gəlib çıxan və onları müdafiə edən,
dar çərçivədə olan oxucularla da olsa, kifayətlənməlidir. Yalnız qəti şəkildə etiqad
edən həvarilər özlərini dinləməyə məcbur etmək qüdrətinə, axınının əksinə üzmək və
bütöv bir nəslin ideallarını dəyişdirmək bacarığına malikdilər, lakin bu da onların
düşüncə darlığı və müəyyən dozada fanatizmindən asılıdır ki, bu məsələdə də onlara
qibtə etmək mümkün deyil. Bununla belə, onlar hər hansı bir etiqada ruh yüksəkliyini
heç də kitab yazmaqla bəxş etmirlər. Ədəbiyyatçılar nəsə yazmaq fikrinə düşənə kimi,
barələrində əfsanələr uydurulana, onları danışmağa məcbur edənə qədər uzun
zaman torpaqda yatırlar.
Birinci bölmə
İRQLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
I fəsil
İRQLƏRİN RUHU
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə