Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

inqilabı qədim monarxiyanın proqramını necə yerinə yetirdi. – Anqlosakson irqi və
latın idealı arasında ziddiyyət. Vətəndaş təşəbbüsünün dövlət təşəbbüsü ilə əvəz
olunması. – Məlum əsərdə izah olunmuş prinsiplərin Şimali Amerika Birləşmiş
Ştatlarının və ispan-amerikan respublikalarının inkişafının müqayisəli öyrənilməsində
tətbiqi. – Eyni siyasi təsisatlara baxmayaraq, birilərinin çiçəklənməsi və digərlərinin
isə tənəzzülünün səbəbləri. – İdarəçilik formaları və təsisatlar xalqların taleyinə çox
zəif təsir göstərirlər. – Bu tale, başlıca olaraq onların xarakterindən asılı olaraq ortaya
çıxır.
Tarixə, özünün başlıca xüsusiyyətləri ilə irqin əsas psixoloji ardıcıllığının istehsal
etdiyi nəticələrin sadə ifadəsi kimi baxmaq olar. O, həmin ardıcıllıqdan doğur, lap
balıqların nəfəsalma orqanlarının sudakı həyatında nəfəsalma orqanları kimi. Xalqın
ruhi xüsusiyyətlərini öncədən bilməyəndə, onun tarixi yalnız təsadüflər tərəfindən
idarə olunan hansısa hadisələrin hərc-mərcliyi kimi nəzərə çarpır. Əksinə, xalqın ruhu
bəlli olanda, onun həyatı bizə psixoloji əlamətlərin nəticəsi kimi düzgün və
qədərlənmiş kimi görünür. Millətin həyatının özünü büruzə verən bütün
təzahürlərində həmişə görürük ki, irqin dəyişilməz ruhu öz taleyini özü -
müəyyənləşdirir.
Xüsusilə də siyasi təsisatlarda irqin ruhunun ali hakimiyyəti daha aşkar nəzərə
çarpır. Bunu bir neçə nümunə ilə asanlıqla sübut edə bilərik.
Öncə daha çox köklü çevrilişlərə məruz qalmış, dünyanın ən önəmli ölkələrindən
biri olan Fransanı götürək, orada bir neçə il ərzində təsisatlar köklü şəkildə elə
dəyişikliyə uğrayıblar ki, partiyalar yalnız fərqli deyil, həm də öz aralarında bir-birləri
ilə tamamilə uyuşmaz kimi nəzərə çarpırlar. Lakin əgər biz psixoloji nöqteyi-nəzərdən
baxsaq, etiraf etməliyik ki, bu cür uyuşmaz, bir-birləri ilə daima mübarizə aparan
partiyalar, həqiqətdə onların irqinin idealını dəqiq təmsil edən tamamilə eyni ümumi
fondlara malikdilər. Barışmaz radikallar, monarxiyaçılar, sosialistlər, bir sözlə, fərqli
yarlıqlar altında, tamamilə eyni məqsəd güdən müxtəlif doktrinaları həyata keçirirlər:
şəxsiyyətlərin dövlət tərəfindən udulması. Onların hər birinin qızğıncasına istədikləri
nədir – bu, əski mərkəzçi və sezarçı rejimdir, hamını idarə edən, hər şeyi tənzimləyən,
hər şeyi mənimsəyən, vətəndaşların həyatında ən kiçik xırdalıqlara qədər hər şeyi
nizama salan və onları düşünmək və ən kiçik təşəbbüs irəli sürməkdən belə, məhrum
etmək. Dövlətin başında duran hakimiyyət, necə adlanmasından asılı olmayaraq, istər
kral, imperator, prezident, kommuna, fəhlə sindikatı və ya başqa cür, adlansın, bütün
hallarda hakimiyyətdir və mütləq, eyni ideala malik olacaq və həmin ideal da irqi
ruhun hissiyyat təzahürüdür. O, başqa nəyəsə imkan verməz.
“Fransanın fövqəladə dahiliyi budur, – çox dərin müşahidəçi olan Düpon Uayt
yazırdı, – əgər, öz hökuməti tərəfindən dəstəklənməzsə və təşviq olunmazsa, onda o,
zinət əşyaları və yaxud hətta mədəniyyətlə bağlı bəzi əhəmiyyətli və arzulanan
şeylərlə belə ayaqlaşa bilməzdi”.
Beləliklə, ekstremal əsəbiliyimiz, mövcud narazılığa olan meyllənməyimiz, o
ideyadan irəli gəlir ki, yeni hökumət taleyimizi daha xoşbəxt edə biləcək, bunun
nəticəsi də olaraq biz fasiləsiz şəkildə öz təsisatlarımızı dəyişirik, ölmüş əcdadlarımızın
ulu səsi isə bizləri yalnız sözləri və zahirimizi dəyişdirdiyimizə görə mühakimə edir.
downloaded from KitabYurdu.org


İrqimizin ruhlarının qeyri-iradi hökmü o dərəcədə güclüdür ki, biz hətta qurbanına
çevrildiyimiz illüziyaların fərqinə belə varmırıq.
Əgər yalnız zahirə diqqət yetirilirsə, onda, əlbəttə ki, başqa bir rejimi təsəvvür
etmək çox çətindir, hansı ki, belə olmasaydı, böyük inqilabımız nəticəsində yaranan
hakimiyyət köhnəsindən daha kəskin fərqlənərdi. Amma əslində buna da şübhə
etmək olmur, çünki o, yalnız krallıq ənənələrini davam etdirir, monarxiya tərəfindən
bir neçə əsr əvvəl başladılmış mərkəzləşdirmə işini başa çatdırır. Əgər XIII və XIV
Lüdoviklər inqilab işini mühakimə etmək üçün qəbirlərindən çıxsaydılar, inqilab
zamanı müşayiət olunan hadisələr zamanı bəzi zorakılıqlara yol verildiyini
qınayardılar, lakin onlar da baş verənlərə qəti şəkildə ənənələr və proqramlar
çərçivəsində baxardılar və etiraf edərdilər ki, həmin proqramın icrası hər hansı bir
nazirə tapşırılsaydı, o, bundan daha yaxşı yerinə yetirə bilməzdi. Deyərdilər ki,
Fransanın indiyədək tanıdığı hökumətlərdən inqilabiliyi ilə ən az fərqlənəni, elə
inqilab hökumətidir. Bundan əlavə təsdiq edərdilər ki, yüzillik ərzində Fransada bir-
birini əvəz etmiş müxtəlif rejimlər, bu məsələyə toxunmağa cəhd göstərməyiblər: bu,
o dərəcədə düzgün inkişafın bəhrəsidir ki, monarxiya idealının davamı və irqin
dahiliyinin təzahürüdür. Şübhəsiz, bu, o dünyadan gəlmə məşhurlar, böyük
təcrübələrindən çıxış edərək, bəzi tənqidi qeydlər edə bilərlər və bəlkə də “yeni
quruluşun” hökumətdə aristokratik kastanı, bürokratik kasta ilə əvəz etdiyinə, həmin
bürokratik kastanın dövlət içində köhnə aristokratiyanın hakimiyyətindən də simasız
hakimiyyətə yiyələndiyinə diqqət yetirə bilərdilər. Çünki yalnız bürokratiya siyasi
dəyişikliklərdən yan ötməklə, hökmən dövlətdə yeganə hökmranlığa aparıb çıxaran,
ənənələrə, korporativ üsul, məsuliyyətsizlik, dəyişilməzlik və sair kimi bir sıra şərtlərə
malikdir. Bununla belə, güman edirəm ki, onlar buna elə də kəskin etiraz etməzdilər,
latın xalqlarının azadlığın qayğısına az, bərabərliyin isə daha çox qaldıqlarını diqqətə
alaraq, onların istənilən despotizmi – ən azı bu despotizm simasız olsun – çox
asanlıqla həzm etdiklərini bilirdilər. Ola bilsin ki, onlar saysız-hesabsız qətnamələri,
hazırda həyatı ən xırdalıqlarına qədər əhatə edən həmin minlərlə yolu lazımsız və çox
qəddar hesab edərdilər və diqqəti daha çox bir şeyə yönəldərdilər. Əgər dövlət hər
şeyi öz əlinə alarsa, hər şeyə məhdudiyyətlər tətbiq edib, vətəndaşları istənilən
təşəbbüsdən məhrum edərsə, onda biz könüllü formada, heç bir yeni inqilab baş
vermədən, sözün əsl mənasında, sosializmə düşəcəyik. Lakin onda yuxarı “mühiti”
nurlandıran ilahi işıq və yaxud onun çatışmazlıqlarını bizlərə anladan riyazi dərketmə,
yəni, nəticə həndəsi inkişaf etdikcə, həmin səbəblər hələ də fəaliyyət göstərir, bu isə
onlara sosializmin monarxiya ideyalarının ifrat təzahürü olduğunu, inqilabın isə
bunun üçün sürətləndirici faza rolunu oynadığını başa düşməyə imkan verir.
Beləliklə, istənilən xalqın təsisatlarında biz, bu əsərin başlanğıcında misal
gətirdiyimiz təsadüfi səbəbləri və daimi qanunları, hansılar ki, müəyyən etməyə cəhd
etmişdik, eyni vaxtda görə bilirik. Təsadüfi səbəblər yalnız adı və zahiri görünüşü
yaradır. Əsas qanunlar isə xalqın xarakterindən axıb gəlir və millətin taleyini müəyyən
edir.
Yuxarıda təqdim etdiyimiz nümunəyə qarşı digər irqi – ingilisi qoya bilərik, onun
psixoloji xüsusiyyətləri fransızdan tamamilə fərqlənir.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə