Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

UOT-9:91:910.4 
Yadulla HAQVERDİYEV
Səyahət agentliyi və turoperatorluq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
haqverdiyevyadulla@gmail.com
Turizmdə reklamın xüsusiyyətləri
Tourism advertising features
Туризм рекламные возможности
Abstract: The correspondent for the development of tourism in the
area of advertising and promotional activities to achieve the objectives that
are consistent with it, accentuating some issues to examine the recommen-
dations and suggestions. The article is conducting in-depth market research
and analysis of the results obtained, the impact on the target audience for
the provision of the necessary contribution to the ad, the ad market through
the strengthening of the tourism firm and clearly reflected in the fact that
more revenue. Also distinguished advertising funding sources.
Keywords: emotional advertising, objectives, recommendations and
proposals, branding, advertising co. 
Резюме: Корреспондент развития туризма в области рекламы и
рекламной деятельности для достижения целей, которые согласуются
с ней, акцентируя некоторые вопросы для рассмотрения рекоменда-
ции и предложения. В статье проводит исследования и анализ полу-
ченных результатов на рынке детальный, воздействие на целевую
аудиторию для обеспечения необходимого вклада в объявлении, рек-
ламный рынок путем укрепления туристского фирмы и четко отра-
жены  в  том,  что  больше  доходов.  Также  различают  рекламные
источники финансирования.
Ключевые слова: эмоциональные рекламные, цели, рекоменда-
ции и предложения, имиджевая реклама, реклама совместное.
Reklamın harda və nə vaxt yaranması haqqında müxtəlif fikirlər var.
Aydındır ki, reklam çox dərin köklərə dayanır. Hələ qədim zamanlardan
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
22


tacirlər, satıcılar şəhər və küçələrdə gəzərək öz mallarını tərifləyərdilər.
Mütəxəssislərin fikrincə hər hansı bir malı ünsiyyət vasitəsilə reklam etmək
olar.
Reklam sözü latın sözü olub “qışqırmaq” deməkdir. Reklam qanun-
larla tənzimlənir və hər hansı bir fiziki və ya hüquqi şəxsin öz ideyalarının
reklam etmək hüququna malikdir.
Bütün reklam fəaliyyətində alıcının psixologiyasını bilmək lazımdır.
Hansı ki, kənardan baxanda çox xırda bir şey kimi görünə bilər. Hər bir
alıcı hər hansısa bir malı əldə etməmiş-dən əvvəl psixoloji gərginlik keçirir,
əsasən də o mal çox qiymətlidirsə. Sonda isə əgər əmindirsə onu almaq
qərarına gəlir. Tanınmış marketoloq F. Kotler qeyd edir ki, ünsiyyətin qeyri-
şəxsi forması olan ödəniş vasitəsilə yayılan informasiya hər hansı bir
nöqtədən maliyyələşdirilərsə o zaman bu mala diqqət həmçinin alıcı cəlb
etmək lazımdır (4, s. 1).
Effektiv reklam fəaliyyəti marketinqin əsas ünsiyyət vasitələrindən
biridir.  Turizm  sahəsində  marketinq  kommunikasiyalarının  başlıca
vasitələrindən biri kimi reklamın fərqləndirici xüsusiyyətləri həm reklamın
spesifikası, həm də turizm sənayesi və turist məhsulunun xüsusiyyətləri ilə
müəyyənləşdirilir. Bu xüsusiyyətlər aşağıdakılardır:
Reklam strukturası 5 əsas amildən asılıdır: 
– Diqqəti cəlb etmək. Əsas odur ki, oxucular başlıqlardakı reklamlara
nəzər salsınlar. Bu zaman reklam öz cəlbediciliyi ilə seçilməlidir.
– İstehlakçının reklama təsir gücü. Reklamın təsiri zamanı onlarda
hansı hisslər oyanır və onlar bu reklama necə diqqət ayırırlar.
– Təsir gücü nə qədər güclüdür. Görəsən tamaşaçı reklama baxdıqdan
sonra bu reklam məhsulunu əldə etmək istəyəcəkmi?
–  İnformasiya  düzgün  verilibmi?  Reklam  düzgün  verilibmi?  Bu
reklam insanların diqqətini nə qədər cəlb edəcək?
Hər hansı bir turizm şirkətinin fəaliyyəti reklamsız mümkün deyil,
dünya təcrübəsi göstərir ki, turizm sferası özü ən möhtəşəm reklam verən
və istehlakçıya güclü təsir vasitələrindən biridir. Buna görə də reklama
edilən ən başlıca tələb onun həqiqəti əks etdirməsidir. 
Turizm  məhsulunun  öyrənilməsi  elə  üstünlüklərin  və  nadir
xüsusiyyətlərin  aşkar  edilməsinə  yönəldilmişdir  ki,  reklam  potensial
müştərilərin diqqətini məhz onlara istiqamətləndirir. Buna görə də turizm
məhsulunun cəlbedici tərəflərinə, onu fərqləndirən və üstünlüklərini qabar-
dan xüsusiyyətlərinin önə çıxarılması lazımdır. 
Xarici turizm şirkətinin təcrübəsi göstərir ki, əldə olunmuş mənfəətin
5-6% turizm səfərlərinin reklamın xərclənir. Turizm reklamı sifarişçinin
istirahətindən tutmuş, turizmdə gərəkli malların içində olması ilə, turizm
23
Turizmdə reklamın xüsusiyyətləri


xidməti  haqqında  ağılla  işlənilmiş  təcrübələri  özündə  birləşdirən  bir
vasitədir. Lakin onun rolunu və əhəmiyyətini mütləqləşdirmək olmaz.
Çoxsaylı tədqiqatlar göstərmişdir ki, marketinq səylərini yalnız reklamda
cəmləşdirməklə bazarda müvəffəqiyyət əldə etmək olmaz. 
Turistik  reklam  digər  təqdimat  fəaliyyətlərinə  görə  istehlakçının
diqqətini daha çox cəlb edir. Lakin turistik məhsulların satın alınmasında
birbaşa təsiri isə zəifdir. Aparılan tədqiqat-lar reklamın istehlakçıların satın
alma qərarlarına 5-10% nisbətdə təsiri müəyyən olunmuşdur.
Turizmdə reklam, milli turizm təşkilatları və fərdi turizm müəssisələri
tərəfindən olmaq üzrə iki fərqli səviyyədə aparılır. Milli turizm təşkilatları
tərəfindən həyata keçirilən turizm reklamları ilə bir ölkənin və ya bir
bölgənin turizm dəyərləri potensial turistlərə təqdim oluna-raq onlara bu
yerləri  görmələrinin  lazım  olduğu  təəssüratını  verir.  Bu  reklamların
məqsədi, istehlakçının müxtəlif xidmət tutumlarının var olduğu yerlərə
düzgün yönəldilməsidir. Turizm müəssisələri isə həyata keçirdiyi reklam
vasitəsilə turistlərə öz xüsusi məhsul və xidmətlərini tanıdır və bunları satın
almağa inandırır. Hər iki vəziyyətdə də reklam, bir turizm məhsulunun
tükətməklə alıcı və satıcının fayda təmin edəcəyi düşüncəsiylə həyata
keçirilən tək istiqamətli bir ünsiyyət müddətidir. Bu müddət ərzində bir
ölkənin və ya bir bölgənin turizm baxımından cazibədarlıq daşıyan bütün
varlıqları və imkanları bir bütün olaraq və ya bir-birindən müstəqil olaraq
potensial turizm tələbini inkişaf etdirmək məqsədiylə xüsusi və ictimai
təşkilatları tərəfindən turizm bazarlarında tanıdılır və xatırladılır.
Turizm reklamının qarşısında duran əsas məqsəd, potensial turistə tur-
izm  məhsullarına  maraq  oyatmaq,  onun  diqqətini  mümkün  turist
tədbirlərinə  yönəltməkdir.  Lakin  biznesin  “müştəriyə  yerinə  yetirə
bilməyəcəyin  vədi  vermə”  kimi  qaydası  bir  çox  turist  müəssisələri
tərəfindən yerinə yetirilmir. Bu amil isə müəssisənin ümumi imicinə xələl
gətirir.
Reklam  müştərinin  maraqlarını  təmin  edərək  onu  yeni  turist
səfərlərinə həvəsləndirir. İndiki zamanda turizm tədbirlərinin reklam ilə
bağlı məsələləri bu sahədəki mütəxəssislərin diqqət mərkəzindədir. Bu
onunla əlaqədardır ki, bazar iqtisadiyyatı şəraitində turizm müəssisələri
əhalinin  turizmlə  bağlı  tələblərini  yüksək  səviyyədə  ödəməlidir  və
müştərini razı salmalıdır ki, bu xidmət yüksək reklam siyasətinə uyğun
gəlsin (2, s. 47).
Turizmdə səmərəli reklam fəaliyyətinin aparılması üçün bəzi təməl
prinsiplər diqqətə alın-malıdır və bunları aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Turizmdə reklamın effektivliyi ölkənin milli imici ilə yaxından
əlaqədardır. Bu səbəblə siyasi baxımından müsbət istiqamətdə də ona təsir
Yadulla Haqverdiyev
24


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə