QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   31   32   33   34   35   36   37   38   39

 

74 


verdir

342


. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Görün siz necə (bir ümmətsinizki) 

rəhbəriniz özünüzdən olduğu bir halda Məryəm oğlu İsa - əleyhissəlam – 

sizlərə  nazil  olacaqdır  (İmamınız  sizdən  olduğu  halda  Məryəm  oğlu 

aranıza  nüzul  etdikdə  halınız  necə  olacaqdır?)»

343

.  Cabir  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Qiyamətə  yaxın  ümmətimin  axırında  saysız  (saymadan)  mal 

paylayan xəlifə olacaqdır»

344


. Hədisin ravilərindən  olan  Cəriri belə  deyir: 

«Əbu Nədra və Əbul Əlaya – sizcə bu Ömər b. AbdulƏzizdirmi? – deyə 

müraciyət  etdim.  Onlar  da:  «Xeyr»  deyə  cavab  verdilər

345


.  Mehdi 

hədislərini  inkar  edənlər  deyirlər  ki,  Mehdi  elə  İsa  –  əleyhissəlam  –  ın 

özüdür  və  buna  dəlil  olaraq:  Ənəs  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Fitnə-fəsad 

yayılacaq,  dünyanın  sonu  yaxınlaşacaq,  insanlarda  paxıllıq  və  xəsislik 

çoxalacaq,  qiyamət  yalnız  pis  insanlara  görə  qopacaqdır.  Mehdi  isə  elə 

Məryəm  oğlu İsadır»

346


. Bu  hədis zəifdir. Çünki Muhəmməd b. Xalid əl-

Cundi  haqqında Zəhəbi – rahmətullahi aleyhi –  deyir ki: “Ezdi deyir  ki: 

“Hədisi qəbul edilməz. Hakim – rahmətullahi aleyhi – deyir ki: “Bilinmir 

kimdir”.  Mən  deyirəm  ki:  “Mehdi  isə  elə  Məryəm  oğlu  İsadır”  hədisi 

munkərdir

347


.  İbn  Teymiyyə,  İbn  Həcər  –  rahmətullahi  aleyhi  –  deyirlər 

ki: “Bilinmir kimdir”

348

.  


 

MEHDİ HƏDİSLƏRİNİN MUTƏVATİR OLMASI 

Əbul  Həsən  əl-Arabi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Mehdi 

barəsində  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  gələn  hədislər 

mutəvatir  olmasıdır...”

349

.  Şövkani  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



“Mehdinin gəlməsini Mutəvatir olduğunu 50 hədislə açıqlamaq yetərlidir. 

Bu hədislərin mutəvatir olmasını bütün üsul qaydaları qəbul etmişlər...”

350



Sıddıq  Həsən  Xan  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Mehdi  barəsində 



hədislər fərqli  olsa da həqiqəətən çoxdur və  mutəvatir dərəcəsindədir. Bu 

hədislər Sünən, Mucə və Musnədlərdə vardır”

351

.  


                                                        

342


 İbn Qeyyim «Mənar əl-Munif» 147,148, Süyuti  «əl-Havi  fil  Fətava» 2/64. Buxari 6/491, Müslim 

2/193,194. 

343

 Buxari 6/491, «Ənbiya» 49, Müslim 2/193. 



344

 Müslim 18/38,39. 

345

 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/38,39, Bəgavi “Şərhus-Sünnə”, Mehdî 15/86,87.  



346

 İbn Məcə 2/1340, Həkim «Mustədrək» 4/441,442, zəif hədis.  

347

 “Mizanul-İtidâl” 3/535.  



348

 “Minhacus-Sünnə” 4/211, “Takribut-Təhzîb” 4/157.  

349

 Təhzibul-Kəmal” 3/1194, “əl-Mənârul-Munîf” s:142, “Fəthul Bəri” 6/493,494.  



350

 “ət-Təvzîh”, “əl-İzâa” s:113,114.  

351

 “əl-İzâa” s:112.



 

 



 

75 


MEHDİ HƏDİSLƏRİNİ İNKAR EDƏNLƏR VƏ 

ONLARA CAVAB 

Lakin  son  zamanlarda  törəyən  yazarlardan  bəziləri  (“Rəşid  Rıza 

“Mənâr  Tefsiri”  9/499-504,  Əhmed  Əmin  “Duhal-İslam”  3/237-241) 

Mehdinin  gəlməsini  inkar  etməklə,  onunla  bağlı  hədislərin  zəif  və  batil 

olduğunu və Mehdini sadəcə Rafizilərin uydurduqları bir şey olduğunu və 

sonradan  Əhli  Sünnənin  kitablarına  qarışdığını  söyləmişlər.  Bu  yazarlar 

Tarixçi  İbn  Haldunun  məşhur  “Muqəddiməsində”  Mehdi  hədislərini  zəif 

etməsindən  faydalanmışlıar.  Belə  ki,  İbn  Haldun  bu  sahədə  geniş  elm 

sahibi  deyildi  ki,  hədislərə  zəif  və  səhih  desin.  Bütün  bunlara 

AbdulMuhsin əl-Abbad – hafizahullah - “Mehdî Hakkında Gələn Sahih 



Hədisləri  Yalanlayanlara  Cavap”adlı  kitabında  geniş  olarak  cavab 

vermişdir. Allah ondan razı olsun. Həmçinin Əhməd Şakir “Şərh Musnəd 

Əhməd” 5/197-198 cavab vermişdir.  

İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “İmamilərə görə Mehdi, 

Həsən  -  radıyallahu anhu  –  nun  deyil,  Hüseyn  -  radıyallahu  anhu  –  nun 

övladlarından olan Muhəmməd b. Həsən əl-Əsakir əl-Muntazadır. Musa 



əleyhissəlam  -  ın  əsasına  sahib  olub,  500  yüz  ilə  qədər  öncə  Samirədəki 

mağaraya girib ondan sonra onu görən olmamışdır. Buna görə də Rafizilər 

hərgün onu gözləyərlər və bu mağaranın qapısında bir atla durub yanlarına 

çıxması  üçün:  Ya  Mövlana  çıx,  Ya  Mövlana  çıx”  deyərlər.  Sonra  da 

pərişan və ümüdsüz olaraq geri dönərlər. Bu da onların halı”

352


.  

 

YƏCUC VƏ MƏCUC 



Zülqərneyn  dedi:  «Bu  Rəbbimdən  bəxş  edilən  bir  mərhəmətdir. 

Rəbbimin  təyin  etdiyi  vaxt  (Qiyamətə  yaxın  Yəcuc-Məcuc  tayfalarının 

dünyanı  bürüyəcəyi  zaman)  gəldikdə  isə  onu  yerlə  yeksan  edəcəkdir. 

Rəbbimin  vədi  həqiqətdir».  (əl-Kəhf  90-98)

353

.  Zeynəb  b.  Cəhş  

radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  üzü  qıp-qırmızı  halda,  həyacanlı  olaraq  çölə  çıxdı  və:  «Lə 

İləhə İlləllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! 

Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu 

söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəkilində etdi. Bunun 

üzərinə mən: «Ya Rəsulillah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı 

oluruq?»  dedim.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Bəli  (fasiqlik,  fahiş  əməllər,  əxlaqsızlıq,  zülm)  kimi  pisliklər  çoxaldığı 

                                                        

352


 “Minhacus-Sünnə” 2/131, “əl-Mənârûl-Munîf” s: 152-153.  

353


 İncildə Qoq  və  Maqoq tayfaları.  Geniş məlumat üçün bax:  «Qurani-Kərim»  Kəhf  surəsi 83-98-ci 

ayələrə qədər. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə