QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   31   32   33   34   35   36   37   38   39

 

68 


edərkən  və  ya  hər  ikisini  edərkən  Rahva  (iki  dağ  arasında  yol)  təlbiyə 

edəcəkdir”

316

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsa b. Məryəm enər, 

donuzları öldürər, xaçı sındırar, namaz için ətrafında toplanırlar, mal verir 

qəbul  edilməz,  cizyəni  qaldırır,  Həcc  və  Ümrə  üçün  və  ya  hər  ikisi  üçün 

Rahvaya  enər”

317

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Mən  Məryəm  oğlu 

İsa – əleyhissəlam – a insanların ən yaxınıyam. Peyğəmbərlər anaları ayrı, 

ataları bir qardaşdılar. (Başqa rəvayətdə: Doğulan elə bir uşaq yoxdur ki, 

şeytan  ona  toxunmuş  olmasın.  Elə  şeytanın  toxunmasındandır  ki,  uşaq 

doğulduqda  fəryad  edərək  ağlayır.  Şeytanın  bu  toxunmasından  Məryəm 

oğlu  İsa  –  əleyhissəlam  –  ilə  anası  müstəsnadır:  «Məryəmi  və  onun 



nəslini  məlum  şeytandan  Sənə  tapşırıram».  (Ali  İmran  36)

318

.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Peyğəmbərlər  anaları  ayrı,  ataları  bir 

qardaşdılar.  Mən  Məryəm  oğlu  İsa  –  əleyhissəlam  –  a  insanların  ən 

yaxınıyam.  Çünki  mənimlə  onun  arasında  Peyğəmbər  yoxdur.  O, 

enəcəkdir.  Onu  gördükdə  (bu  vəsflərlə)  tanıyacaqsınız:  Ağ  və  qırmızıya 

çalan  rəngdədir.  Əynində  xəfif  sarı  rəngdə  iki  libas  vardır.  Yaşlı  olmasa 

da  belə  başından  su  damcılar.  Xaçı  sındırar,  donuzları  öldürər,  cizyəni 

qaldırar,  insanları  İslama  dəvət  edər.  Onun  zamanında  Uca  Allah 

İslamdan  başqa  bütün  dinləri  qaldıracaq  və  onun  zamanında  Məsih 

Dəccəli  öldürəcəkdir.  Sonra  yer  üzünə  əmanət  enəcəkdir.  Aslanlar 

dəvələrlə,  pələnglər  inəklərlə,  canavarlar  qoyunlarla  birlikdə  yeyəcək 

(otlayacaq), uşaqlar ilanlarla oynayacaq onlara zərər verməyəcəkdir. İsa – 

əleyhissəlam  –  40  il  qalacaqdır,  sonra  vəfat  edəcəkdir,  müsəlmanlar  da 

onun  cənazəsini  qılacaqlar”

319

.  İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət 



edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Meraca 

çıxdığım  gecə  İbrahim,  Musa  və  İsa  –  əleyhimussəlam  –  ilə  görüşdüm. 

Qyamət  haqqında  danışırdılar.  İbrahim  –  əleyhissəlam  –  söz  verdilər.  O: 

“Bu  barədə  məndə  elm  yoxdur”  deyib  sözü  Musa  –  əleyhissəlam  –  a 

verdilər o: “Bu barədə məndə elm yoxdur” deyə cavab verdi. Nəhayət İsa 

–  əleyhissəlam  –  a  yönəldilər  və  ondan  cavab  gözlədilər,  o  da:  “Onun 

vaxtına gəlincə onu Allhdan başqa kimsə bilməz. Rəbbimin mənə verdiyi 

söz,  heç  şübhəsiz  ki,  Dəccəl  çıxacaqdır.  Mənim  əlimdə  iki  qılınc 

                                                        

316

 Müslim 1252, Əhməd 2/240,272,540.  



317

 Əhməd 2/290, 7890, İbn Cərir 6/458.  

318

 Müslim 2366.  



319

 Əhməd 9259, Əbu Davud 4/117, Həkim 2/595, İbn Hibban 8/277, İbn Cərir 9/388.  




 

69 


olacaqdır.  Məni  gördükdə  qurğuşunun  əridiyi  kimi  əriyəcəkdir.  Məni 

gördükdə  Allah  onu  həlak  edəcəkdir.  O,  qədər  ki,  daş  və  ağac:  “Ey 

müsəlman! Mənim arxamda bir kafir var, gəl və onu öldür” deyəcəkdir və 

Allah onları həlak edəcəkdir. Sonra insanlar öz ölkələrinə dönəcəklər. Bu 

anda  Yəcuc  və  Məcuc  çıxacaqdır.  Onlar  yüksək  yerlərdən  sürətlə 

enəcəklər  və  onların  məmləkətlərini  dağıdacaqlar.  Qarşılarına  nə  çıxarsa 

həlak  edərlər,  çatdıqları  hər  suyu  içəcəklər.  Sonra  insanlar  onlardan 

şikayət üçün mənim yanıma gələcəklər və mən də onların əleyhinə Allaha 

dua edəcəyəm. Allah onları həlak edəcəkdir. Yer üzü onların pis qoxuları 

ilə  qoxacaqdır.  Uca  Allah  bir  yağış  endirəcək  və  onların  cəsədlərini 

sürükləyib  dənizə  atacaqdır.  Rəbbimin  mənə  verdiyi  söz  belədir:  Bütün 

bunlar  Qiyamət  günü  doğuşunu  gözləyən  hamilə  bir  qadın  kimi  qısa 

zaman içində baş verəcəkdir”

320


. Peyğəmbər – sallallahu aleyhi və səlləm 

  buyurdu:  “Müsəlmanların  üç  məmləkəti  olacaq:  İki  dənizin  birləşdiyi 

yerdə olan məkan, Hirədə bir məmləkət, Şamda da bir məmləkət. İnsanlar 

üç  dəfə  qorxacaqlar.  Dəccəl  şərq  tərəfdən  çıxaraq  gələcəkdir.  Onun  ilk 

olaraq  girəcəyi  məmləkət  iki  dənizin  birləşdiyi  yerdə  olacaqdır.  O, 

məmləkətin  xalqı  üç  qrup  olacaqdır.  Bir  qrup:  “Qalxın,  imtahan  edilirik. 

Baxaq görək kimdir bu?” deyəcəklər. Bir qrup: “Bədəvilərə qatılacaqdır”. 

Üçüncü  qrup:  “Onlardan  sonra  olan  məmləkətə  pənah  aparacaqlar”. 

Dəccəlin  yanında  əyinlərində  yaşıl  taylasan  olan  70  min  adam  olacaqdır. 

Yanındakıların çoxu Yəhudi və qadınlar olacaqdır. Sonra digər məmləkətə 

gələcəkdir.  Müsəlmanlar  Əfik  boğazına  enəcəklər  və  özlərinə  aid  bir 

sürünü də azad edəcəklər (buraxacaqlar). Sürülər ələ keçiriləcək. Şiddətli 

bir aclığa və ağrıya düşəcəklər. O, qədər ki, onlardan biri oxunun taxtasını 

bişirib  yeyəcəklər.  Onlar  bu  halda  olduqları  vaxt  bir  carçı  çıxıb:  “Ey 

insanlar!  Sizə  kömək  gəldi!”  deyə  üç  dəfə  nida  edəcəkdir.  Bir  qism 

digərinə:  “Heç  şübhəsiz  ki,  bu  tox  adamın  səsidir”  deyəcəkdir.  Məryəm 

oğlu  İsa  –  əleyhissəlam  –  səhər  namazı  vaxtı  enəcək  və  onların  əmirləri 

İsa:  “Ey  Allahın  Rəsulu!  Önə  keç,  namaz  qıldır”  deyəcək  o  da:  “Bu 

ümmət  bir-birilərinə  əmir  edilmişdir”  deyəcək  və  əmirləri  önə  keçib 

namaz qıldıracaq. Namazı bitirdikdə İsa – əleyhissəlam – qısa nizəni alıb 

Dəccələ  doğru  gedəcək,  Dəccəl  onu  gördükdə  qurğuşun  əridiyi  kimi 

əriyəcək  və  İsa  –  əleyhissəlam  –  nizəni  onun  sinəsinə  salaraq 

öldürəcəkdir.  Ətrafındakılar  da  məğlubiyyətə  uğrayacaqlar.  O,  gün 

onlardan heç birini gizləyəcək bir şey tapılmayacaq. Hətta ağac belə: “Ey 

mömin!  Kafir  buradadır”  daş  belə:  “Ey  mömin!  Kafir  buradadır” 

                                                        

320


 Əhməd 1/375, İbn Məcə 4081, Həkim 2/384.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə