QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   31   32   33   34   35   36   37   38   39

 

72 


«Mehdi  mənim  nəslimdən,  Fatimənin  kökündəndir»

330


.  İbn  Məsud  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Əhli Beytimdən adı mənim adımala eyni olan bir nəfər 

ərəblərə  rəhbərlik  etməyincə  dünyanın  sonu  gəlməyəcəkdir  (Başqa 

rəvayətdə:  Adı  mənim  adıma,  atasının  adı  atamın  adı  ilə  eyni  olan)»

331


Sovban  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Sizin  xəzinənizin  yanında  üç  kişi 

öldürüləcəkdir  (Xəzinəniz  üçün  üçü  döyüşür).  Bunların  üçü  də  Xəlifə 

övladlarıdır.  Lakin  xilafət  heç  birinə  nəsib  olmayacaqdır  (Heç  biri  qalib 

gəlməyəcəkdir). Sonra günçıxan tərfdən qara bayraqlar ortaya çıxacaqdır. 

Onlar daha öncə heç bir qövmün etmədiyi şəkildə sizinlə vuruşacaqlar. O, 

qara bayrağın liderini gördükdə qar üstündə sürüşməli olsazda belə gedib 

ona  beyət  edin.  Çünki  Allahın  xəlifəsi  Mehdidir»

332


.  İbn  Kəsir  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mehdi  şərq  ölkələrindən  dəstək 

görəcəkdir.  Şərq  ölkələri  əhalisi  ona  kömək  edəcək,  onun  hakimiyyətini 

dəstəkləyəcəklər.  Bayraqları  isə  qara  rəngdə  olacaqdır.  Bu  da  əzəmət  və 

vüqar nişanəsidir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də 

bayrağı da qara rəngdə idi və ona Uqab – qartal deyərdilər. Xalid b. Valid 

-  radıyallahu  anhu  –  İraqdan  gəldikdə  o,  bayrağı  Mədinə  yaxınlığındakı 

təpənin  üstünə  sancır.  Həmən  yerin  adı  da  Səniyyətul  Uqab  adlanır»

333



İbn  Kəsir  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bu  hədisdəki  xəzinələrdən 



qəsd  Kəbənin  xəzinələridir.  Xəlifə  uşaqlarından  üç  kişi  onu  almaq  üçün 

bir-biriləriylə  döyüşəcəklər. Axır zaman  olduqda isə şərq tərəfdən Mehdi 

çıxacaqdır. Yoxsa ki, Müxaliflərin iddia etdiyi kimi qaranlıq bir mağarada 

qeyb  olub,  sonra  isə  peyda  olacaqdır  yox.  Onların  bu  görüşü  boş  bir 

şeytan  uydurmasıdır.  Nə  Quran  da,  nə  də  Sünnədə  belə  bir  şey 

yoxdur...”

334

.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətə  yaxın 

ümmətimdə  Mehdi  zühur  edəcəkdir.  Allah  onun  üçün  yağış  yağdıracaq, 

yerdən  nəbatat  çıxacaqdır.  O,  malı  ədalətlə  paylayacaqdır.  Heyvanlar 

artacaq, ümmətim  güclənəcəkdir. O, yeddi-səkkiz  il  yaşayacaqdır (Başqa 

rəvayətdə:  «Doqquz  il  yaşayacaqdır.  Ondan  sonra  həyatda  xeyir-bərəkət 

qalmayacaqdır)»

335

. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət  edir 



                                                        

330


 Əbu Davud 11/373, İbn Məcə 2/1368, Tirmizi, əl-Albani «Səhihul Cəmi» 6610.  

331


 Əhməd 5/199, Əbu Davud 11/371, Tirmizi 6/485, əl-Albani 5180.  

332


  İbn  Məcə  1367,  Həkim  «Mustədrək»  4/463,464,  əl-Albâni  –  rahmətullahi  aleyhi  –

 

deyir  ki:  “O 

Allahın xəlifəsi Mehdîdir” sözü xariç səhihdir. “Zəif Hədislər” 1/119-121, H. 85.  

333


 ən-Nihayə» 1/29,30.  

334


 “əl-Fitən vəl-Məlâhim” 1/29-30.  

335


 Həkim «Mustədrək» 4/557,558, İmam Əhməd «Musnəd» 3/37, əl-Albani «Səhih Silsilə» 2/711.  


 

73 


ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Sizi  Mehdi  ilə 

müjdəliyirəm.  O,  insanlar  arasında  anlaşmazlıq  və  zəlzələlər  olduğu 

zaman  çıxar.  Yer  üzü  ondan  öncə  zülm  və  haqsızlıqla  dolu  olduğu  kimi 

Onun  gəlməsiylə  ədalət  və  doğruluqla  dolar.  Göydə  və  yerdə  kim  varsa 

Ondan razı olar. İnsanlar arasında mal eyni olaraq paylanılır... Bu hal 7-8 

və  ya  9  il  belə  davam  edər.  Ondan  sonra  yaşamanın  (həyatın)  bir  xeyri 

olmaz”

336


.  Əli  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi bizdən – Əhli Beyitdəndir. 

Allah onu bir gecədə islah  edəcəkdir»

337

. İbn Kəsir – rahmətullahi aleyhi 



–  deyir  ki:  «Allah  bir  gecənin  içində  onun  tövbəsini  qəbul  edər,  onu 

müvəffəq  edər,  ona  ilham  verər  və  onu  düz  yola  yönəldər»

338

.  Əbu  Səid 



əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Mehdi  məndəndir.  Alnı  (gicgahına  qədər) 

açıq  və  qırğıburundu.  Yer  üzü  ondan  öncə  zülm  və  haqsızlıqla  dolu 

olduğu kimi o, gəldikdən sonra ədalət və doğruluqla dolub daşar. Yeddi il 

hökm  edər»

339

.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Məryəm  oğlu  İsa  

əleyhissəlam – ın arxasında namaz  qılan şəxs bizdəndir»

340


.  Əbu  İshaq  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  “Əli  oğlu  Həsən  -  radıyallahu  anhu  –  ya 

baxdı  və:  “Bu  oğlum  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

adlandırdığı kimi seyyidir. Onun nəslindən Peyğəmbər – sallallahu aleyhi 

və səlləm – in adını daşıyan bir nəfər çıxacaq. Əxlaq tərəfdən Peyğəmbər 

–  sallallahu  aleyhi  və  səlləm  –  bənzəyəcək,  yaradılış  tərəfdən  isə 

bənzəməyəcək.  Sonra  yer  üzünü  ədalətlə  dolduracaqdır  qissəsini 

danışdı”

341


.  

 

BUXARİ VƏ MÜSLİMDƏ MEHDİYƏ İŞARƏ 



EDİLƏN HƏDİSLƏR 

Cabir  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «  Ümmətimdən  bir  qrup  haqq  uğrunda 

müzəffər şəkildə mübarizəni Qiyamət gününə qədər davam edər. Məryəm 

oğlu  İsa  -  əleyhissəlam  –  yerə  enəcək.  Başçıları  Mehdi  ona:  «Gəl  bizə 

namazda  imamlıq  et!»  deyəcəkdir.  İsa:  «Xeyr,  onlar  bir-birilərinin 

imamıdır.  Bu  da  Allahın  bu  ümmətə  olan  ehtiramıdır»  deyə  cavab 

                                                        

336

 Musnəd 3/37, Heysəmî “Məcmauz-Zəvâid” 7/313-314.  



337

 Musnəd 2/58, İbn məcə 2/1367, əl-Albani «Səhih Cəmius Səğir» 6611.  

338

 ən-Nihayə 1/29. “əl-Fitən vəl-Məlâhim” 1/29.  



339

 Əbu Davud 4265, əl-Albani «Səhihul Cəmi» 6612.  

340

 Suyuti “Hâvî” 2/64 əl-Albâni “Camius-Sağir” 5/219, H. 5796.  



341

 Əbu Davud 4290.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə