QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 

64 


deyir ki: “Allahın İsa – əleyhissəlam – ı vəfat etdirməsi, onu öz dərgahına 

qaldırmasıdır”.  Şovkani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Burada  vəfat 

kəliməsi  ilə  qəsd  edilən  yuxudur”

298


.  “Sizi  gecələr  yuxuya  daldıran  (bu 

minvalla  sizi  bir  növ  ölüm  halına  salıb  hiss-həyacandan  məhrum  edən)

gündüz  isə  nə  etdiyinizi  (nə  qazandığınızı)  bilən  Odur.  Sonra  O  sizi 

gündüz  (yuxudan)  oyandırır  ki,  müəyyən  olunmuş  vaxt  (əcəl)  gəlib 

yetişsin.  Sonra  onun  hüzuruna  qayıdacaqsınız  və  sonra  da  O  sizə 

etdiyiniz  əməllər  barəsində  xəbər  verəcəkdir”.  (əl-Ənam  60).  “Allah 

(əcəli  çatan  kimsələrin)  canlarını  (ruhlarını)  onlar  öldüyü  zaman, 

ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki 

yuxu  da  ölüm  kimi  bir  şeydir,  yuxu  zamanı  ruh  bədəni  tərk  edər). 

Ölümünə  hökm  olunmuş  kimsələrin  canlarını  (ruhlar  aləmində) 

saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən 

ölüb  gedər).  Digər  (ölümünə  hökm  olunmamış)  kimsələrin  canlarını  isə 

müəyyən  bir  müddətədək  (əcəlləri  gəlib  çatıncaya  qədər  yuxudan 

oyandıqda  bədənlərinə)  qaytarar.  Həqiqətən,  bunda  düşünən  bir  qövm 

üçün  (Allahın  hər  şeyə  qadir  olmasına,  Qiyamət  günü  ölüləri 

dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”. (əz-Zumər 42). Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – buyurdu: “(Yuxudan oyandıqda) Həmd bizi 

öldürdükdən sonra təkrar dirildən Allahadır. Qayıdış da Onadır”

299

 Həsən 


-  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  Yəhudilərə  buyurdu:  “Heç  şübhəsiz  ki,  İsa  –  əleyhissəlam  – 

ölmədi.  O,  Qiyamət  günündən  öncə  sizə  gələcəkdir”

300

.  İbn  Əbu  Hatim, 



Əhməd b. Sinan, Əbu Muaviyə, əl-Aməş, Minhal b. Amr, Said b. Cubeyr, 

İbn  Abbas  –  Allah  onlardan  razı  olsun  -  rəvayət  edir  ki:  “Allah  İsa  – 



əleyhissəlam – ı səmaya yüksəltməyi dilədiyi zaman İsa – əleyhissəlam – 

həvarilərinin  yanına  çıxdı.  Evdə  Həvarilərdən  12  kişi  vardı.  Onların 

yanına çıxdığı zaman başından su damcılayırdı. O: “İçinzdən  mənə  iman 

etdikdən sonra 12 dəfə inkar edən vardır. Hansınız mənə oxşadılıb yerimə 

öldürüləcək  və  mənimlə  eyni  dərəcədə  olmaq  istər?  (Başqa  rəvayətdə: 

Cənnətdə yoldaşım olmaq istər

301

)”. Yaşca kiçik olan cavanlardan bir gənc 



(Sərcis) qalxdı və Ona: “Otur” dedi. Sonra onlara dönüb təkrar etdi, yenə 

o,  gənc  qalxdı  və  Ona:  “Otur”  dedi.  Sonra  təkrar  onlara  dönüb  təkrar 

edincə  o, gənc  yenə: “Mən”  dedi. Bundan sonra: “Bəli, o sən  olacaqsan” 

dedi.  O,  İsa  –  əleyhissəlam  –  a  oxşadıldı,  İsa  –  əleyhissəlam  –  evin 

                                                        

298


 “Fəthul Qadir” 1/344.  

299


 Buxari 6325, 7395.  

300


  İbn  Kəsir  “Təfsir”  1/366,  Mursəl  (Tabiin  Səhabənin  adını  zikr  etmədən  bir  başa  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm –

 

dən rəvayət edir) hədis.  



301

 İbn Cərir ət-Təbəri 9/372.  




 

65 


pəncərəsindən  səmaya  yüksəldilir.  Yəhudilər  girib  bənzərini  götürdülər, 

onu öldürdülər və asdılar. İçlərindən biri ona iman etdikdən sonra 12 dəfə 

küfr etdi”

302


.  

«Onlar  (İsaya  inanmayanlar)  hiyləyə  əl  atdılar.  Allah  da  onların 

hiyləsinə  qarşı  əvəz  verdi.  Allah  bütün  hiyləgərlərdən  tədbirlidir 

(hiyləgərlərə ən yaxşı cəza verəndir)». (Ali İmran 54). Bu ayə Yəhudilərin 

İsa  –  əleyhissəlam  –  ı  öldürmək  istədikləri  üzərinə  nazil  olmuşdur.  Xain 

Yahuza  adında  biri  İsa  –  əleyhissəlam  –  ı  öldürmək  üçün  onu  təqib 

edənlərlə birlikdə (İsa – əleyhissəlam – ın) olduğu yerə gəlir. Lakin Allah 



-  subhənəhu  və  təalə  -  İsa  –  əleyhissəlam  –  ı  səmaya  yüksəldir.  Xain 

Yahuzanı isə İsa – əleyhissəlam – a bənzədir. Xain Yahuza evi axtarıb İsa 



–  əleyhissəlam  –  ı  orada  tapmadıqda  çölə  çıxır.  Onunla  gələnlər 

Yahuzanın  İsa  –  əleyhissəlam  –  olduğunu  görüb  bu  inancla  onu 

öldürürlər

303


. İbn Cərir, Mücahid – rahmətullahi aleyhi – dan rəvayət edir 

ki:  “Onlar  İsa  –  əleyhissəlam  –  a  bənzəyən  birini  asdılar.  İsa  – 



əleyhissəlam – isə diri olaraq səmaya qaldırıldı”.  

Bu  ayələr  İsa  –  əleyhissəlam  –  ın  diri  olmasının  və  Qiyamət 

əlamətlərindən biri olmasının dəlilidir. Məryəm oğlu İsa – əleyhissəlam – 

ın  Şamda  ağ  minarəli  (məscidin)  üzərinə  iki  mələyin  qanadında  enməsi, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr 

etməsi,  donuzları  və  xaçları  məhv  etməsi,  Dəccəli  öldürüb  yer  üzündə 

İslam ilə hökm etməsi. «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən 

əvvəl  ona  (İsaya)  iman  gətirməsin,  lakin  o  Qiyamət  günündə  onların 

əleyhinə  şəhadət  verəcəkdir».  (ən-Nisa  159).  İbn  Abbas  -  radıyallahu 

anhu  –  ayə  haqqında  deyir  ki:  “Kitab  əhlindən  elə  bir  kəs  olmaz  ki, 

ölümündən  əvvəl  ona  (İsaya)  iman  gətirməsin”:  Məryəm  oğlu  İsa  – 

əleyhissəlam  –  ın  ölümündən  öncə”  deməkdir

304


.  Əbu  Malik  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  “Kitab  əhlindən  elə  bir  kəs  olmaz  ki, 

ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Bu İsa – əleyhissəlam – 

ın nüzulundan sonra olacaqdır. Məryəm b. Isa – əleyhissəlam – ölmədən 

öncə Əhli Kitabdan hər biri mütləq ona iman gətirəcəkdir” dedi. İbn Cərir 

– rahmətullahi aleyhi –

 

deyir ki: “Bu  görüşlər içində  doğru olanı birinci 



görüşdür:  İsa  –  əleyhissəlam  –  ın  nüzulundan  sonra  Əhli  Kitabdan,  İsa  – 

əleyhissəlam  –  ın  ölümündən  öncə  ona  iman  etməyən  kimsə 

qalmayacaqdır” deyənləri görüşüdür

305

.  


                                                        

302


 İbn Kəsir “Təfsir” 1/575.  

303


 İbn Kəsr 11/37 heç bir qaynaq zikr etmədən göstərir.  

304


 “Cəmiul Bəyan” 9/380, “Fəthul Bəri” 6/492.  

305


 “Cəmiul Bəyan” 6/386, “Fəthul Bəri” 6/492.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə