QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 

66 


“O,  (həm)  beşikdə  ikən,  (həm  də)  yaşa  dolduqdan  sonra  insanlarla 

danışacaq  və  salehlərdən  (xeyirli  iş  görən  şəxslərdən)  olacaqdır”.  (Ali 

İmran  46).  (Ya  Rəsulum!)  Xatırla  ki,  o  gün  (Qiyamət  günü)  Allah 

(İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi 

yadına  sal.  O  zaman  səni  müqəddəs  ruhla  qüvvətləndirmişdim.  Sən 

beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...”. (Məryam 

110)İbn Zeyd – rahmətullahi aleyhi –

 

birinci ayənin təfsirində deyir  ki: 



Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...” İsa – 

əleyhissəlam  –  onlarla  beşikdə  ikən  danışmışdır  və  Dəccəli  öldürdükdən 

sonra  cavan  ikən  onlarla  danışacaqdır”

306

.  Sələbi  –  rahmətullahi  aleyhi  –



 

deyir  ki:  “Yetkin  çağında  da”  İsa  –  əleyhissəlam  –  yer  üzünə  yetkin 

olaraq  enəcəkdir”.  İbn  Cərir  –  rahmətullahi  aleyhi  –

 

deyir  ki:  “Bu  nəql 



etdiklərimiz  bütün  təfsir  əhlinin  görüşüdür.  Ayəni  hamısı  belə  təfsir 

etmişlər”

307

.  


“Şübhəsiz  ki,  o,  (İsanın  zühuru)  Qiyamət  saatı  üçün  bir  əlamətdir. 

Ona  (Qiyamətə)  şəkk  etməyin  və  Mənə  tabe  olun.  Bu,  doğru  yoldur!”. 

(əz-Zuhruf  61).  İbn  Abbas  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Şübhəsiz  ki,  o, 



(İsanın  zühuru)  Qiyamət  saatı  üçün  bir  əlamətdir”  ayəsi  haqqında: 

Məryəm oğlu İsa – əleyhissəlam – Qiyamət günündən öncə nüzul edər”

308

.  


 

İSA – Əleyhissəlam – IN ZÜHRU BARƏDƏ VARİD 

OLAN HƏDİSLƏR 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Həyatım  əlində  olan  Allaha  and 

olsun  ki,  Məryəm  oğlu  İsa  –  əleyhissəlam  –  adil  bir  hakim  olaraq  sizin 

içinizə  enməsi  yaxındır.  O,  xaçları  sındıracaq,  donuzları  öldürəcək  və 

cizyəni  qaldıracaqdır.  Mal  gələcək  lakin  (elə  bir  şəkildə  artacaq  ki)  heç 

kimsə  qəbul  etməyəcəkdir.  Nəhayət  bir  səcdə  dünya  və  dünyadakı 

şeylərdən xeyirli olacaqdır»

309

. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 



edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Görün  siz 

necə  (bir  ümmətsinizki)  rəhbəriniz  özünüzdən  olduğu  bir  halda  Məryəm 

oğlu İsa – əleyhissəlam – sizlərə nazil olacaqdır (İmamınız sizdən olduğu 

halda  Məryəm  oğlu  aranıza  nüzul  etdikdə  halınız  necə  olacaqdır?)»

310



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Sübh  çağı  imam 



                                                        

306


 “Cəmiul Bəyan” 6/420.  

307


 İbn Kəsir 1/214, Ruhul Məani 4/179, Zadul Məsir 1/392, Zəməhşəri “Kəşşaf” 1/192.  

308


 İbn Hibban 8/288, İbn Kəsir 4/132.  

309


 Buxari 4/414, 5/121, 6/490, Müslim “İman” 155 (242), Əbu Davud 4324, Tirmizi 2234.  

310


 Buxari 6/491, Müslim 2/193, Əhməd 2/336, İbn Hibban 8/284.  


 

67 


onlarla  birlikdə  namaza  durduğu  bir  vaxtda  Məryəm  oğlu  İsa  – 

əleyhissəlıam  –  gələcəkdir.  Bu  imam  geri  çəkilib  yerini  ona  vermək 

istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç 

yerinə  namazı qıldır». İmam  irəli keçib  namazı  qıldıracaqdır. Sonra İsa – 

əleyhissəlam  –  Qüdsə  gedəcəkdir.  Orada  Ludd  qapsının

311


  yaxınlığında 

Dəccəli  yaxalayıb  öldürəcəkdir.  Dəccəl  onu  gördükdə  duz  suda  əridiyi 

kimi əriyəcəkdir»

312


. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət  edir 

ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bir 

qrup  haqq  uğrunda  müzəffər  şəkildə  mübarizəni  Qiyamət  gününə  qədər 

davam  edər.  Məryəm  oğlu  İsa  –  əleyhissəlam  –  yerə  enəcək.  Başçıları 

Mehdi ona: «Gəl bizə namazda imamlıq et!» deyəcəkdir. İsa: «Xeyr, onlar 

bir-birilərinin imamıdır. Bu da Allahın bu ümmətə olan ehtiramıdır» deyə 

cavab  verər

313


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Peyğəmbərlər ata bir qardaşdılar. Anaları ayrıdır. Dinləri isə birdir. Mən 

Məryəm  oğlu  İsa  –  əleyhissəlam  –  a  ən  yaxın  olanam.  Çünki  mənimlə 

onun  arasında  Peyğəmbər  yoxdur»

314

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm – buyurdu: «İsra gecəsində Musa – əleyhissəlam – ilə qarşılaşdım. 

O,  uzun  boylu  və  düz  saçlı  olduğunu  gördüm.  Şerve  qəbiləsinin 

adamlarına  bənzəyirdi.  İsa  –  əleyhissəlam  –  ilə  də  qarşılaşdım  (Başqa 

rəvayətdə:  «Mən  yuxumda  Kəbənin  yanında  bir  adam  göstərildi.  Bir  də 

baxdım  ki,  gördüyüm  əsmər  (qarabuğdayı)  kimsələr  içərisində  ən 

gözəlidir. Saçları  dümdüz  (telləri)  çiyinlərinə  qədər  uzanmışdı.  Başından 

su damcılayırdı. Əllərini  iki  kişinin çiyinlərinə dayamış halda beyti təvaf 

edirdi.  Kim  bu?  Deyə  soruşdum  Mənə:  «Məryəm  oğlu  Məsihdir  (Başqa 

rəvayətdə: «İsa – əleyhissəlam – ı da gördüm. Ona ən çox bənzəyən Urva 

b.  Məsud  idi.  İbrahimi  də  gördüm.  Ona  ən  çox  bənzəyən  qardaşınızdır 

(özünü  qəsd  edir).  Cəbraili  də  gördüm  Ona  ən  çox  bənzəyən  Dihyə  b. 

Xəlifətil  əl-Kəlbidir»)  dedilər.  Onun  arxa tərəfində  saçı  qısa,  qıvrım,  sağ 

gözü  kor  birini  də  gördüm.  Gözü  su  üzərindəki  üzüm  dənəsi  kimi 

pırtlağdı.  İbn  Katana  bənzəyirdi.  Əllərinin  birinin  (iki  nəfərin)  çiyninə 

dayamış halda beyti təvaf edirdi. Kim bu? Deyə soruşdum. Mən: «Məsih 

Dəccəldir»  deyə  cavab  verdilər)

315

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Nəfsim  əlində  olana  and  olsun  ki,  Məryəm  oğlu  Həcc  və  ümrəsini 

                                                        

311


 Fələstinin Rəmlə şəhərinin yaxınlığında. 

312


 İbn Məcə, İbn Huzeymə, əl-Albani «Səhihul Cəmi» 7752. 

313


 İbn Qeyyim «Mənar əl-Munif» 147,148, Süyuti  «əl-Havi  fil  Fətava» 2/64. Buxari 6/491, Müslim 

“İman” 247, 2/193,194. 

314

 Buxari «Ənbiya» 48, Əhməd 2/437, Təbəri «Cəmiul Bəyan» 4/22,23,  



315

 Buxari «Ənbiya» 48, 6/477, 13/90, Müslim «İman» 272. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə