QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 

58 


deyə  buyurdu.  Biz:  «Ya  Rəsulallah!  Dəccəl  yer  üzündə  nə  cür  sürətlə 

yeriyəcəkdir?»  deyə  soruşduq.  Peyğəmbər:  «Küləyin  qovduğu  yağış 

buludlarının  sürəti  kimi!»  deyə  buyurdu.  Peyğəmbər:  «O,  bir  qövmün 

yanına  gəlib  onları  dəvət  edəcəkdir.  Onlar  da  ona  iman  gətirib  itaət 

edəcəklər.  Bundan  sonra  o,  göyə  əmr  edəcəkdir.  Göy  də  onun  əmri  ilə 

yağış  yağdıracaqdır.  Sonra  yerə  əmr  edər.  Yer  də  hər  cür  bitkilərini 

bitirəcəkdir. O, qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl 

bir  halda,  məmələri  südlə  dolu,  ətlənmiş  bir  halda  geri  qayıdarlar.  Sonra 

Dəccəl  digər  bir  qövmə  gəlib  onları  da  dəvət  edər.  Lakin  o,  qövm  onun 

sözünü  qəbul  etməyib  onu  rədd  edərlər.  Dəccəl  o,  qövümdən 

uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub  gedər 

(Başqa rəvayətdə: «Dəccəlin çıxmasından əvvəl üç ilə şiddətli bir qıtlıq və 

quraqlıq olacaqdır. İnsanlar böyük bir aclığa məruz qalacaqlar. Birinci ili 

Allah  göylərə  yağışın  üçdə  birini,  yerə  isə  içdə  birini  kəsməyi  əmr  edər. 

İkinci ili isə üçdə ikisini, üçüncü ili isə tamamən yağmurun yağmasını və 

yerə də bitkilərini bitirməsini qadağan edər. Heç bir yaşıllıq bitməz və bir 

damla su da qalmaz. Bütün dırnaqlı canlılar ölür. Allahın dilədiklərindən 

başqa  insanlar  o.  vaxt  nə  ilə  dolanırlar?  Deyə  soruşduqda.  Peyğəmbər: 

«Təhlil,  Təkbir,  Təsbih  və  Təhmid  ilə  keçinirlər.  Bu  onlar  üçün  yemək 

yerinə  keçər»

282

).  Dəccəl  bir  xarabalığın  yanına  gəlib:  «Öz  xəzinələrini 



çıxart!»  deyər  və  bal  arılarının  (ana)  arının  ardınca  düştükləri  kimi 

xəzinələr də onun ardınca düşərlər». 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  sözünə  davam  edərək 

buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc 

ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-

birindən  ayrılırlar.  Sonra  Dəccəl  iki  hissəyə  böldüyü  gənci  çağırar,  o  da 

həmin  (anda)  üzü  parıldayaraq  və  gülərək  gəlir.  Dəccəl  öz  fitnə-fəsadını 

yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. 

O,  da  iki  paltara  bürünmüş  və  əllərini  iki  mələyin  qanadlarına  qoyaraq 

Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər 

bir kafirə  ölümdən başqa heç bir şey  halal  olmaz. Onun  nəfəsi  isə gözün 

son  görmə  həddinə  qədər  çatar.  İsa  –  əleyhissəlam  –  Dəccəli  axtarır. 

Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlığın-

da  yaxalayaraq  öldürər.  Sonra  İsa  –  əleyhissəlam  –  Allahın  Dəccəlin 

şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların 

üzərilərinə  əli  ilə  toxunub  məsh  edir  və  onlara  Cənnətdəki  dərəcələrini 

söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhənəhu və təalə -, İsa – 

əleyhissəlam – a: «Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç 

                                                        

282

 İbn Məcə «Fitən» 33. 




 

59 


bir  kimsənin  onlarla  müharibə  etməyə  nə  qüdrəti,  nə  də  qüvvəti  çatar! 

Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy 

etdi.  Allah  Yəcuc  və  Məcuc  tayfalarını  göndərir.  «Yəcuc  və  Məcuc 

(səddinin)  açılıb  onlar  hər  tərəfdən  (alçaq  və  yüksək  təpələrdən)  sürətlə 

axışdıqları  zaman».  (əl-Ənbiya  96).  Onların  əvvəli  Təbəriyyə  gölünə 

yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə 

vaxtsa burada su vardı» deyərlər. Allahın Peyğəmbəri İsa – əleyhissəlam – 

və  onunla  birlikdə  olanlar  mühasirədə  qalacaqlar.  Nəhayət  onların  birinə 

bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – 

əleyhissəlam  –  və  səhabələri  Allaha  dua  edərlər.  Allah  da  (Yəcuc  və 

Məcuc)  onların  boyunlarına  qurdlar  salar  və  səhəri  hamısı  məhv  olub 

gedərlər.  Sonra  Allahın  peyğəmbəri  və  onunla  birlikdə  olanlar  yerə 

enərlər.  Yer  üzündə  Yəcuc  və  Məcuc  tayfasının  cəsədlərindən  bir  qarış 

yer  belə  tapa  bilməyəcəklər.  Onların  pis  qoxusu  aləmi  bürüyəcəkdir. 

Allahın  peyğəmbəri  və  onunla  birlikdə  olanlar  Allaha  dua  edərlər.  Bu 

dualarına  cavab  olaraq  Allah  dəvə  boyunları  kimi  uzun  boylu  quşlar 

göndərər.  Quşlar  o,  leşləri  götürüb  Allahın  istədiyi  yerə  apararlar. Sonra 

Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər 

gildən  olsun  heç  bir  ev  o,  yağışın  enməsinə  mane  ola  bilməyəcəkdir. 

Yağış  bütün  yer  üzünü  yuyacaqdır.  Nəhayət  yer  üzü  güzgü  kimi 

parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» 

deyə  əmr  edəcəkdir.  O,  gün  bir  camaat  bir  narı  yeyib  doyarlar  və  qabığı 

altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük 

bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü 

isə  bir  neçə  ailəyə  kifayət  edər  (Başqa  rəvayətdə:  «Həyatım  əlində  olan 

Allaha  and  olsun  ki,  Məryəm  oğlu  İsa  adil  bir  hakim  olaraq  sizin  içinizə 

enməsi  yaxındır.  O,  xaçları  sındıracaq,  donuzları  öldürəcək  və  cizyəni 

qaldıracaqdır, zəkatı buraxacaq, qoyundan və dəvədən zəkat alınmayacaq-

dır,  ədavəti,  kin-kudurəti  aradan  qaldıracaqdır,  hər  zəhərllinin  zəhərini 

çəkib alacaqdır. Belə uşaq əlini ilanın ağzına soxacaq amma ilan ona zərər 

verməyəcəkdir.  Uşaq  aslanı  qovalayacaq  amma  aslan  ona  zərər 

verməyəcəkdir.  Qoyunlar  arasında  qurd  qoyunları  qoruyan  it  kimi 

olacaqdır.  Yer  üzü  barışla  dolacaqdır.  Hərkəsin  sözü  bir  olacaqdır. 

Allahdan  başqasına  ibadət  edilməyəcək,  döyüşlər  sona  yetəcəkdir. 

Qureyşin  hakimiyyəti  əlindən  alınacaqdır.  Adəm  –  əleyhissəlam  –  ın 

zamanında  olduğu  kimi  əkinlər  bitəcək

283


).  Bu  vaxt  Allah  xoş  bir  külək 

göndərər. Bu külək  möminləri  qoltuq altından  yaxalayaraq bütün  mömin 

və  müsəlmanların  ruhlarını  alar.  Yer  üzündə  insanların  şərliləri  qalar. 

                                                        

283

 İbn Məcə «Fitən» 33. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə