QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 

56 


gözü  kordur.  Elə  isə  Allah  kor  deyirdir.  Dəccəlin  sağ  gözü  çuxurundan 

pırtlamış bir üzüm dənəsi kimidir»

273

.  


Məsih  Dəccəl  Allahlıq  iddiasında  olacaqdır.  İstədiyi  hər  şeyi  Allahın 

izni  ilə  edəcəkdir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Dəccəlin  fitnələrindən  biri  də  budur  ki,  o  gəlib  bir  ərəbə  deyəcəkdir: 

«Mən  sənin  ölmüş  ata-ananı  dirildib  yanına  gətirsəm  sən  şəhadət 

verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan 

onun ata və anasının surətində zahir  olub  deyəcəkdir:  «Oğlum! Ona itaət 

et.  O,  sənin  Rəbbindir»

274


.  Cabir  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki: 

“Allah dəccəlin yanında insanlarla danışan şeytanlar göndərəcək”

275

. Əbu 


Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Dəccəl  çıxdığı  zaman 

möminlərdən biri onu görməyə gedir. Dəccəlın gözətçiləri onun qabağını 

kəsərək:  «Hara  gedirsən?»  deyə  soruşdular.  Mömin:  «Bu  ortaya  çıxan 

adamı  görmək istəyirəm»  dedi. Gözətçilər:  «Yoxsa sən bizim Rəbbimizə 

inanmırsan»  dedilər.  Mömin:  «Bizim  Rabbimizdə  bir  gizlilik  yoxdur» 

dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim 

Rəbbimiz  deyib  ki,  onun  icazəsi  olmadan  heç  kəsi  öldürməyin»  demişdi. 

Mömini  Dəccəlin  yanına  gətirirlər.  Mömin  Dəccəli  görən  kimi:  «Ey 

insanlar!  Bu  peyğəmbərimizin  bizə  vəsf  etdiyi  Dəccəldir».  Dəccəl  əmr 

edir,  mömini  üzü  üstə  uzadırlar  və  Dəccəl:  «Onu  tutun.  Başını  yarın. 

Belinə,  qarnına  zərbələr  endirin»  deyir.  Dəccəl:  «İndi  mənə  iman 

gətirirsən?»  deyir.  Mömin:  «Sən  yalançı  Məsihsən»  deyir.  Dəccəlin  əmri 

ilə  mömini  mişar  ilə  iki  hissəyə  bölürlər.  Sonra  Dəccəl  iki  hissəyə 

bölünmüş  cəsədin  ortasından  keçərək:  «Qalx!»  deyir.  Cəsəd  də  dirilərək 

ayağa  qalxır.  Dəccəl  yenə:  «İndi  mənə  iman  gətirirsən?»  deyir.  Mömin: 

«Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin 

üzünü cəmaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu 

əməli  etməyəcəkdir».  Dəccəl  onu  doğramaq  üçün  tutar.  Lakin  Allah 

mömimin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə 

bilməyib  əllərindən  və  ayaqlarından  tutub  atar.  İnsanlar  elə  zənn  edərlər 

ki,  (Dəccəl)  onu  oda  atdı.  Lakin  o,  Cənnətə  atılacaqdır.  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «O,  mömin  aləmlərin  Rəbbinin 

yanında  şəhidlərin  ən  əzəmətlisi  olacaqdır»

276

.  İmran  b.  Hüseyn  - 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və 

                                                        

273

 Əhməd 2/27, Tirmizi «Fitən» 60.  



274

 əl-Albani «Səhih Cəmius Səğir» 6/274, H. 7520. 

275

 Əhməd 3/367-368, Məcmuaz Zəvaid 7/344.  



276

 Buxari 2608, Müslim 2256.  




 

57 


səlləm  –  buyurdu:  «Ümmətimdən  Qiyamət  saatı  gəlincəyə  qədər  haqq 

üzərə  savaşacaq  olan  kimsələr  olacaqdır.  Onlarla  döyüşənlərə  qarşı 

müzəffərdilər  (yenilməz).  Onların  sonuncuları  Məsih  Dəccəllə  qarşı 

döyüşən  (cəmaatdır)»

277

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  – rəvayət  edir 



ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Bəni  Təmim 

mənə  üç  şeyə  görə  sevimlidir:  Onlar  ümmətim  içində  Dəccələ  qarşı  ən 

şiddətli olanlardır (döyüşənlər)...”

278


. Nəvvas b. Səman - radıyallahu anhu 

 rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah 

alçaldaraq,  gah  da  yüksəldərək  elə  bir  tərzdə  danışdı  ki,  biz  onu  Nəhl 

(xurmalıq)  deyilən  bir  yerdə  zənn  etdik.  Biz  onun  yanına  gəldikdə 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bizdə  olan  vəziyyəti  görüb 

buyurdu:  «Sizə  nə  olub?»  Biz:  «Ya  Rəsulallah!  Bu  gün  səhər  Dəccəl 

haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı 

ki,  biz  onu  Nəhl  (xurmalığ)  deyilən  bir  yerdə  zənn  etdik».  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Sizdən  ötrü  məni  qorxudan  şey 

Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa, ona 

qarşı mən sizə kifayət edərəm. Yox əgər mən aranızda yox ikən o, ortaya 

çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir 

müsəlman  üçün  məni  əvəz  edər

279


.  Dəccəl  gəncdir.  Saçları  olduqca 

qıvrımdır.  Bir  gözü  əyridir  (sanki  üzüm  salxımından  irəli  çıxmış  üzüm 

giləsi  kimi).  Mən  onu  Abdul  Uzza  b.  Katana  bənzədirəm.  Sizlərdən  hər 

kim  o,  çıxan  vaxtı  yaşayarsa  ona  qarşı  Kəhf  surəsinin  ilk  on  ayəsini 

oxusun

280


. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya 

çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın 

qulları  imanda  möhkəm  olun!»  Biz:  «Ya  Rəsulallah!  O,  yer  üzündə  nə 

qədər  müddət  qalacaqdır?»  deyə  soruşduq.  Peyğəmbər:  «Qırx  gün.  (Bu 

günlərdən)  Bir  günü  bir  ilə,  bir  günü  bir  aya,  bir  günü  bir  cüməyə  (bir 

həftə)  bərabər  olacaqdır.  (O,  qırx  günün  içində

281

) Qalan  günlər isə sizin 



günləriniz  kimi  olacaqdır»  deyə  buyurdu.  Biz:  «Ya  Rəsulallah!  Bu  bir  il 

qədər  olan  o,  bir  gündə  bizlərə  bir  günün  namazı  kifayət  edirmi?»  deyə 

soruşduq.  Peyğəmbər:  «Xeyr!  (kifayət  etməz)  Siz  o,  uzun  gündə,  adi 

günlərdə  qıldığınız  namaz  vaxtlarını  hesablayıb,  namazlarınızı  qılın!» 

                                                        

277


 Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.  

278


 Buxari 2/898, 4/1587, Müslim 4/1957, İbn Hibban 15/219, Fəthul Bəri 5/172.  

279


  Yəni  Allah  hər  bir  müsülmana  yolunu  azmamaq  və  Dəccəlin  fitnəsinə  düşməmək  üçün  kömək 

edəcəkdir.  

280

 Başqa rəvayətdə son on ayəsini bilən Dəccəlin fitnəsindən qorunar. Müslim. 



281

 Əhməd 5/364, İbn Əbi Şeybə 7/495, Fəthul Bəri 13/105, İbn Kəsir 1/583, Məcmuaz Zəvaid 7/344. 

Başqa rəvayətdə: Yer üzündə 40 ilmi? 40 aymı? 40 günmü.  



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə