Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

53 
 
N
adenozin nukleozid 
ATF 
ADF 
AMF 
        O        O       O 
                                 
HO




P~O P~O P~O CH
2
 
        

          │
         │
 
        OH     OH    OH 
OH 
OH 



N
N
N
NH
2
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmçinin  bu  qayda  ilə  QMF,  QDF,  QTF,  SMF,  SDF,  STF,  UMF,  UDF  və 
UTF sintez oluna bilər.  
Fosfat turşusu  molekulları arasında  makroergik efir rabitələri çox zəifdir  və 
asan qırılır.  
RNT-nin  hidroliz  zamanı  ribonukleotidlər,  DNT-in  hidrolizi  zamanı 
dezoksiribonukleotidlər alınır. Toxumalarda sərbəst şəkildə ADF və ATF tapılmış-
dır.  Onlar  orqanizmdə  gedən  oksidləşmə  reduksiya  proseslərinin  fəal  iştirakçıla-
rıdır.  Həmçinin  digər  nukleotidlər  də  vacib  fizioloji  əhəmiyyətə  malikdirlər. 
Nukleotidlər demək olar ki, oranizmdə gedən bütün biokimyəvi proselərdə mühüm 
rol  oynayırlar.  Bir  çox  mononukleotidlər  amin,  karbohidrat  və  s.  qalıqlarının  bir 
birləşmədən  digərinə  ötrülməsində,  enerji  mübadiləsində  koferment  kimi  iştirak 
edirlər.  
Nuklein  turşuları  (NT).-  mononukleotidlərin  müxtəlif  sayda  (minlərlə)  bir-
birilə  efir  tipli  rabitə  ilə  birləşərək  oliqonukleotid  və  polinukleotid  zəncirindən 
ibarət yüksəkmolekullu biopolimerlərdir. Poliribonukleotidlərin (RNT) tərkibində  
                                        O 
                                                     
   N=C─
NH
2
            OH──
P OH 
    
│ │
                                          

 
HC   C─
N          H  OH   O   H 
         
║  ║
         
CH  
│ │
             

    

 
 
   N──
C N ─


 C──
C ─
C──
C CH
2
OH 
                                         

        

 
                                 H     H 
                                    O 
Adenil turşusu (Adenozin-3-fosfat) 


54 
 
purin  nukleotidlərindən  adenil  və  quanil  turşuları,  pirimidin  nukleotidlərindən 
sitidil  və  uridil  turşuları  olur.  Polidezoksiribonukleotidlərin  (DNT)  tərkibində  isə 
dezoksiadenil, dezoksiquanil, dezoksitidil  və  timidil  turşuları  mövcuddur. RNT-in 
əmələ gəlməsində pentozalardan riboza, DNT-də isə dezoksiriboza iştirak edir.  
RNT-  molekulunda  60-dan  6  minə  qədər  nukleotid  qalığından,  DNT  mole-
kulları isə 20-25 min və daha çox  (10 mln-a qədər) nukleotiddən əmələ gəlir. Dörd 
xromosomu  olan  DNT  molekul  kütləsi  11,3∙10
10 
Da-dur.  Belə  DNT  molekulunun 
uzunluğu 2,1 sm-ə çatır. Bu DNT molekulunda 62 mln nukleotid cütü mövcuddur.  
İnsanların somatik  hüceyrələrinin  nüvəsində 23 cüt  xromosom  yerləşir.  Hər 
bir hüceyrədə bir molekul DNT olur. İnsanın bir hüceyrə toxumasında 46 molekul 
DNT  olur.  İnsanın  bir  hüceyrə  toxumasında  olan  46  molekul  DNT-in  uzunluğu  2 
metrə  çatır.  Onda  olan  nukleotid  cütlərinin  sayı  3,2  mlrd.  Son  zamanlar  DNT-in 
yeni  A,  B,  C,  D,  Z  formaları  müəyyən  edilmişdir.  A-formada  polinukleotid 
zəncirində azot əsasları aralı, B- formada isə yaxın yerləşir. O. biri C, D, Z forma-
larında isə qarışıq halda yerləşirlər.  
Nuklein  turşularının  molekullarında  nukleotidlərin  yerləşmə  ardıcıllığına, 
onların birincili quruluşu deyilir. 
Nuklein  turşusu  molekullarını  təşkil  edən  monomerlərin  (nukleotidlərin) 
fəzada tutduğu mövqe (fəza konfiqursiyası) onların ikincili quruluşu adlanır.  
RNT-in  4  növü  məlumdur.  Bunlar  miqdarına,  tərkiblərinə,  xassələrinə  və 
funksiyalarına görə bir-birindən fərqlənirlər.  
1) Ribosom-rRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 80-85%-ni təşkil 
edir.  Onun  molekul  kütləsi  1,7  mln  Da  şatır.  3-6  min  nukleotiddən  əmələ  gəlir. 
Onların  80-84%-i  spirallaşmış  haldadır.  Sadə  zülallarla  birləşərək  ribonukleo-
proteid  hissəcikləri  yəni  ribosomları  əmələ  gətirir.  rRNT-in  funksiyası  tam 
aydınlaşdırılmamışdır. 
2) Nəqliyyat-nRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 15% - ə qədəri-
ni  təşkil  edir.  Onların  molekul  kütləsi  35000  Da  çatır  60-90  mononukleotiddən 
təşkil  olunmuşdur.  nRNT-in  funksyası  hüceyrədə  aminturşularını  zülalların  sintez 
olunduğu    yerə-ribosoma  daşımaqdan  ibarətdir.  nRNT  hüceyrədə  həll  olmuş 
haldadır. Onun molekulunda minor aminturşularının sayı digər RNT-dən artıqdır. 
3) Məlumat-mRNT  hüceyrədə olan bütün  RNT - kütləsinin 5%  - ə qədərini 
təşkil  edir.  Onun  molekul  kütləsi  300  min-dən  4  mln  Daltona  çatır.  mRNT-sı 
hüceyrə  nüvəsində  DNT-ın  iştirakı  ilə  sintez  olunur.  mRNT-sı  funksiyası  sintez 
olunacaq  zülal  molekulunun  quruluşu  haqqında  olan  məlumatı  hüceyrənin 
nüvəsindən  ribosoma  aparmaqdır.  Orqanizmdə  saysız  hesabsız  zülal  molekulu 
sintez olunur. Bunların hər birinin sintezi spesifik mRNT-sı vasitəsilə idarə edilir. 
4)  Virus  -  vRNT-sı  virusların  və  faqların  tərkib  hissəsidir.  Onlar  virusun 
(hüceyrə sahibinin) çoxalmasında informasiya rolu-nu oynayır. Molekul kütləsi 2 –  


55 
 
15 mln Dalton arası dəyişir. 
3.  DNT  və  RNT-nin  birinci  quruluşu:  Nuklein  turşularının  molekulunda 
nukleotidlərin  yerləşmə  ardıcıllığına,  onların  birinci  quruluşu  deyilir.  Bu 
birləşmələrin  birinci  quruluşunu  öyrənmək  çox  çətindir.  Azot  əsaslarının  miqdarı 
analiz üsulu bu çətinliyi (E. Carqaff) qismən aradan qaldırdı.  
“Carqaff” qaydaları adı almış bu qanunauyğunluq aşağıdakılardan ibarətdir.  
1.  DNT  -  molekulunda  quanın  və  adeninin  (purin  əsasları)  molyar  qatılığı 
miqdarca  sitozın  və  timinin  (pirmidin  əsaslarının)  molyar  qatılığına  bərabərdir      
A + Q = S + T. Bu qanunauyğunluq RNT - molekulunda özünü doğrultmur.  
2.  DNT  molekulunda  adenin  molekulları  qlığının  sayı  timinə,  quanın 
molekulları qalığının sayı isə sitozinə bərabər A = T;  Q = S. 
RNT molekulu üçün bəzi hallarda bu bərabərlik yaxınlaşsa da, əksər hallarda 
özünü doğrultmur.  
3.  Quaninlə  sitozini  molyar  miqdarının  cəminin  adeninlə  timinin  molyar 
miqdarının cəminə nisbəti 
T
A
S
Q


 DNT-ın spesfik göstəricisi olub hər bir canlı 
növü üçün sabit kəmiyyətdir. Bu kəmiyyət DNT-ın spesfik göstəricisi adlanır. Çox 
vaxt  müxtəlif  mənbələrdən  alınmış  DNT  –  molekulunda  A+T  >  Q+S.  olur,  belə 
olduqda  onları  adenin  timin  tipli  (DNTAT)  adlandırırlar.  Bütün  heyvan  və 
bitkilərin,  həmçinin  bəzi  mikroorqanizmlərin  DNT-sı  adenin  timin  tiplidir. 
Mikroorqanizmlərin  (xüsusən  bakteriyaların)  əksəriyyəti  quanin  sitozin  tipinə 
mənsubdur.  Q+S>A+T  onları  quanin  sitozin  tipli  (DNTQS)  adlandırırlar.  DNT-ın 
spesifik  göstəricisi  DNTAT  tiplilərdə  vahitdən  az,  DNTQS  tipli  DNT-lərdə  isə 
vahiddən çox olur. İnsan DNT-ın spesifik göstəricisi 0,66-dır. Canlılardan DNT-ın 
spesifik  göstəricisi  ən  çox  olan  şüalı  köbələkdir  (aktinomiset)  onun  spesifik 
göstəricisi 2,73-ə bərabərdir. 
DNT  molekulu  nukleotidlərin  miqdarca  (Carqaff  qaydaları)  münasibəti 
RNT-ın tərkibi üçün xarakterik deyil. 
RNT-ın  monomerlərinin miqdarca münasibətində yanız bir qanunauyğunluq 
vardır;  burada  altıncı  karbon  atomu  ikiqat  rabitə  ilə  oksigenlə  birləşmiş  azot 
əsasların  (ketoqruplar)  sayı,  həmin  vəziyyətdə  amin  qurupu  yerləşən  azot 
əsaslarının (aminqurup) sayına bərabərdir. Q+Y=A+S 
RNT  molekulu  bir  ədəd  polinukleotid  zəncirindən  ibarətdir.  Bu  zəncirdə 
monomerlərin  yerləşmə  ardıcıllığı  RNT-ın  birinci  quruluşunu  zarakterizə  edir. 
RNT-ın  zənciri  çox  mütəhərrik  olduğuna  görə  onun  fəza  konfiqurasiyası  sabit 
deyil, dəyişkəndir. 
Son  zamanlar  DNT-ın  birinci  quruluşunda  nukleotidlərin  düzülmə 
ardıcıllığını müasir, tez təyin olunan üsullarla müəyyən olunur.  
Ən çox birinci quruluşu aydınlaşdırılan nəqliyat nRNT molekullarıdır. Çünki 
onların tərkibində 75-90 nukleotid olur. nRNT-ın tərkibində A,Q,U,S əsaslarından 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə