Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

62 
 
Birkomponentli  fermentlərə  hidrolazaları,  ikikomponentli  fermentlərə  isə 
oksidoreduktazaları misal göstərmək olar. 
Hazırda  müəyyən  edilmişdir  ki,  eyni  təsirə  malik  olub,  fiziki-kimyəvi  və 
qeyri  xassələri  ilə  (elrktroforetik  hərəkətliyinə,  kinetik  xassələrinə,  inqibitorlara, 
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də 
vardır. Bunlara izofermentlər (izoenzimlər) və ya  izozimlər də deyilir. 
İzofermentlər 
ayrı-ayrı 
fermentlərin 
formalarıdır. 
Müxtəlif 
bioloji 
materiyallarda  50-yə  yaxın  fermentin  izozimləri  müəyyən  edilmişdir.  Bunlardan 
laktatdehidrogenazanı,  fosfatazanı,  esterazanı,  aminotransferazanı,  leysinamino-
peptidazanı  və  s.  göstərmək  olar.  Laktatdehidrogenazanın  5─forması,  izofermenti 
(LD
1─5
)  bəllidir.  Bunların  hamısının  molekul  kütləsi  134000-ə  yaxındır. 
Tərkiblərində  hər  birinin  molekul  kütləsi  33500  olan  dörd  polipeptid  zənciri 
(subvahid)  vardır.  Bu  polipeptid  zəncirləri  iki  tipdə  olur.  Onlardan  biri  M  (ingilis 
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu 
zəncirlərdən  laktatdehidrogenazanın  müxtəlif  formaları  (LD
1
;  LD
2
;
 
LD
3
;  LD
4
  və 
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
 və ya LD
5
) zəncirindən, digər üç M və bir 
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M 
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
 və ya LD
1
) zəncirindən 
əmələ  gəlmişdir.  Bu  polipeptid  zəncirləri  aminturşu  tərkiblərinə  görə  fərqlənir  və 
təklikdə fermentativ fəallıqları yoxdur.  
M
4
  və  M
2
H  izofermentləri  əsas  enerji  mənbəyi  qlükoliz  olan  toxumalarda 
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH

və H
4
 isə aerob mübadilə ilə 
xarekterlənən toxumalarda çox olur.
 
İzofermentlər  molekullarının  quruluşuna  və  müxtəlif  orqanlarda  miqdarına 
görə  də  fərqlənir.  Bütün  orqanlarda  laktatdehidrogenazadan  ən  çox  M
4
  forması 
vardır.  Güman  edilir  ki,  hüceyrələrdə  nəinki  izofermentlər,  hətta  zülallar  da 
müxtəlif  formalarda  ola  bilər.  Odur  ki,  bu  məsələlərin  tədqiqinin  hüceyrə 
diferensasiyasının  və  morfogenezinin  molekulyar  əsaslarının  öyrənilməsində  də 
çox böyük əhəmiyyəti vardır.  
Fermentlərin  bəzi  növləri  birlikdə  kompleks  əmələ  gətirir,  multienzimlər 
adlanır-bu  növ  fermentlər  eyni  zamanda  ardıcıl  bir  neçə  biokimyəvi  reaksiyanı 
kataliz  edir.  Ferment  kompleksi  adlanan  üç  növ  fermentdən  təşkil  olunmuş 
multifermentim  molekul  kütləsi  4.500.000  Daltondur,  piroüzüm  turşusunun 
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.  
Son  zamanların  tədqiqatları  göstərir  ki,  RNT-nin  bəzi  növləri  zülallarla 
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar ribozimlər adlanır. Ribozimlər-
pepdid  rabitəsinin  hidrolizini,  sintezini,  polinukleotidlərin  fosfoefirləşməsini, 
mononukleotidlərin  polimerləşməsini  sürətləndirir.  Ribozimlərin  katalitik  aktiv-
liyə  malik  olan  əsas  12-13  oliqonukleotid  olan  hissəsidir  ki,  bunlar  minozimlər 


63 
 
adlanır.  Ribozimlərdə  ribonukleotidlərin  dezoksiribonukleotidlərlə  əvəz  olunması 
nəticəsində hibrid quruluşlu-nukleozimlər alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.  
Ribozimlərin  və  nukleozimlərin  yeni  növlərinin  sintezi  biokatalizatorların 
evalyusiyasının  başlanğıcı  olacaq  və  gələcək  nəslin  sağlam  inkişafını  təmin 
edəcəkdir. 
4.  Fermentlərin  təsnifatı  və  nomenklaturası:  Adətən,  hər  bir  fermenti 
adlandırmaq  üçün  onun  təsir  göstərdiyi  substratın  adının  sonuna“aza”şəkilçisi 
əlavə edilir. Lakin bütün fermentləri bu cür adlandırmaqla, onları bir-birindən fərq-
ləndirmək  mümkün  deyil,  çünki  çox  zaman  bir  substrat  müxtəlif    fermentlərin 
təsiri  altında  bir-birindən  əsaslı  surətdə  fərqlənən  kimyəvi  çevrilmələrə  uğraya 
bilir.  Bununla  əlaqədar  olaraq,  bir  sıra  hallarda  fermentə  müəyyən  ad  verilərkən 
onun təsir xüsusiyyətini də nəzərə alırlar (laktatdehidrogenaza, suksinatdehidroge-
naza  və  s.).  Bununla  əlaqədar,  fermentlərin  adlandırılmasında  qeyri-mütəşəkkillik 
meydana  çıxır.  Bəzi  hallarda  eyni  bir  fermentin  adı  müxtəlif  terminlərlə  ifadə 
olunur  və  təsir  xüsusiyyətlərinə  görə  bir-birindən  kəskin  surətdə  fərqlənən 
fermentlərə oxşar adlar verilir.  
1961-ci ildə cəmi 900-ə qədər ferment növü məlum idi. Onların 1978-ci ildə 
tərtib olunmuş siyahısına isə 2142 ferment növü daxil edilmişdir. Yeni kəşf edilən 
fermentlərin  sayı  ildən-ilə  artır.  Buna  görə  də  fermentlərin  öyrənilməsini 
asanlaşdırmaq  üçün  onların  əlverişli  nomenklatura  və  təsnifatının  tərtib  edilməsi 
zəruridir.  Fermentlərin  müasir  təsnifatı  və  nomehklaturası  1961-ci  ildə 
biokimyaçıların  Moskvada  keçirilən  beynəlxalq  konqresində  bəyənilmiş  və  qəbul 
edilmişdir. 
Bu təsnifata əsasən, fermentlər kataliz etdikləri reaksiyaların  növlərinə  görə 
altı sinfə bölünür: 1) oksireduktazalar, 2) transferazalar, 3) hidrolazalar, 4) liazalar, 
5) izomerazalar, 6) liqazalar (sintetazalar). 
Bu  siniflərin  hər  biri  müəyyən  sayda  yarımsiniflərə,  onlar  isə  qruplara 
bölünür. Yarımsiniflər çox zaman fermentin təsiri ilə dəyişikliyə uğrayan kimyəvi 
radikalı  səciyyələndirir.  Təsnifata  daxil  olan  hər  bir  fermentin  özünəməxsus  şifri 
vardır. Fermentlərin şifri bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəmdən ibarətdir. 
Bu  rəqəmlərdən  birincisi  fermentin  daxil  olduğu  sinfi,  ikinci  yarımsinifi,  üçüncü 
qrupu təmsil edir, dördüncü rəqəm  isə  fermentin qrupdakı sıra  nömrəsini  göstərir. 
Məsələn,  laktatdehidrogenaza  1.1.1.27  şifri  ilə  ifadə  olunur.  Deməli,  bu  ferment 
birinci  sinfin,  birinci  yarımsinfinin,  1-ci  qrupunda  yerləşir,  onun  sıra  nömrəsi  27-
dir. Yeni kəşf edilən fermentlərin şifrini yalnız Beynəlxalq biokimya cəmiyyətinin 
fermentlər üzrə komissiyası təyin edir. Fermentlər üçün iki cür nomenklatura qəbul 
edilmişdir: sistematik və adi (işçi) nomenklaturalar. 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə