Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   2   3   4   5   6   7   8   9   10   ...   49

və işlərə girişərkən təcrübəsiz görünürlər. Onlar özlərinin yuxuda [etdiklərini] yaddan çıxartdıqları kimi, ayıq 
olduqda etdikləri də başqa insanlardan gizli qalır. 
 
Diogen Laertsiy IX 1. Əllaməlik alimlik öyrətmir, yoxsa o Hesiodu və Pifaqoru, eləcə də Ksenofanı və 
Qekateyi öyrədərdi. 
 
Yamvlik de anima Stobeydə Esl. II I 16. Düzü, insan fikirlərini uşaq əyləncələri adlandırmış Heraklitin fikri 
nə qədər də yaxşıdır. 
 
Prokl in Alc. 1. Onlarda o nə ağıldır, nə dərrakədir? Onlar çoxluğun pis, azlığın isə yaxşı olduğunu 
bilməyərək xalq xanəndələrinə inanır və camaatı özlərinin müəllimi sayırlar. 
 
Diogen Laertsiy IX 1. Homer yarışlardan qovulmağa və çubuq cəzasına layiqdir. 
 
İppolit Refut IX 10. Əksəriyyətin müəllimi Hesioddur. Onun barəsində məlumdur ki, ən geniş biliklərə 
malikdir; o isə gündüzü və gecəni dərk edə bilməmişdir, onlar ki vəhdətdədir. 
 
Kliment Strom V 105. Dərin düşünən [adam] da yalnız zahiri olanı dərk edir və onu əzizləyir. Lakin 
yalançıları və yalançı şahidləri cəza tapacaqdır. 
 
Sekst adv.math VII 133. Loqos hamıya xas olsa da, əksəriyyət sanki öz xüsusi zəkası olduğu kimi yaşayır. 
 
Stobey Flor. I 176. İnsanların bütün arzuları yerinə yetsəydi belə, onlara daha yaxşı olmazdı. 
 
Böyük Albert de veget. VI. Xoşbəxtlik bədənin ləzzət çəkməsində olsaydı, onda biz öküzləri yemək üçün 
noxud tapanda xoşbəxt adlandırardıq. 
 
Plutarx Koriol. 22. Ehtirasla mübarizə aparmaq çətindir! Axı ürəyin arzusu ruhun hesabına həyata keçir. 
 
Stobey Flor. IV 40.23. İnsanın xasiyyəti onun şeytanıdır. 
 
Origen contra Cels.VI 12. İnsan şeytan qarşısında uşaq böyük qarşısında olduğu kimi itaətkardır. 
 
Kliment Strom. V 60. Ən ləyaqətli  [insanlar] bir şeyi hər şeydən üstün tuturlar: əbədi şöhrəti - keçici 
şeylərdən. Əksəriyyət isə heyvan kimi həddən artıq doydurulmuşcasına [yaşayır]. 
 
Stobey Flor. I 179. Axı bütün bəşəri qanunlar vahid ilahi [qanunla] qidalanır. 
 
Qalen de dignozc.VIII. Əgər o ən yaxşıdırsa, biri mənim üçün on minlərə bərabərdir. 
 
Kliment Strom. V 116. Birinin iradəsinə tabe olmaq da qanundur. 
 
Diogen Laertsiy IX 2. Xalq qanun uğrunda öz ev-eşiyi uğrunda olduğu kimi mübarizə aparmalıdır. 
 
Stobey Flor 1 178. Dərrakə çox böyük məziyyətdir, müdriklik də həqiqəti söyləməkdən və təbiətə etina 
göstərərək onunla uyğun fəaliyyətdən ibarətdir. 
 
 
 
PİFAQOR MƏKTƏBİ 
 
İoniya farslar tərəfindən işğal edildikdən sonra antik fəlsəfi fikrin mərkəzi "Böyük Yunanıstana" (Siciliya 
adasında və Appenin yarımadasının cənubunda yunan polislərinin məcmusu) yerini dəyişir. İlk fəlsəfi 
məktəbin əsasını burada mənşə etibarilə İoniyalı (Samos adası) Pifaqor qoymuşdur. Pifaqor uzun müddət 
Misirdə və Babilistanda təlim almışdır; vətənində Polikratın qəddarlığına dözməyərək, cənubi italiya polisi 
Krotona köçmüş və burada da öz məktəbinin əsasını qoymuşdur. Bu alimlərin qapalı korporasiyası idi: 
buraya uzunmüddətli sınaqdan sonra yalnız bəzilərini qəbul edirdilər. Erkən pifaqorizm gizli təlim idi. 
 
13


Pifaqor ittifaqına daxil olanların əmlakı ümumiləşdirilirdi. Pifaqor ittifaqının üzvləri birlikdə yaşayırdılar, 
onların ümumi süfrəsi, gimnastika ilə, musiqilə və elmlərlə məşğələlərdən ibarət ümumi gündəlik iş qaydası 
var idi. Pifaqor ittifaqı siyasi fəaliyyətdə də iştirak edirdi. Bir müddət Pifaqorçular hətta "Böyük 
Yunanıstanın" bir çox polislərində hakimiyyət başında durmuşdular, ancaq sonra ittifaq amansızcasına 
darmadağın edilmişdi. Bu ittifaqın siyasi siması aydın deyil. Hər halda bu mürtəce qəbilə aristokratiyasının 
partiyası deyildi. 
 
Pifaqor məktəbi eramızdan əvvəl VI əsrin sonuncu üçdə bir hissəsindən eramızdan əvvəl IV əsrin ikinci 
yarısına qədər - iki yüz illik müddətdə mövcud olmuşdur. Bu məktəbdə Pifaqor, Gippaz Filolay, həkimlər 
Alkmeon və Dimoket, dramaturq Epidarm, heykəltəraş Poliklet, nəbatatçı Menestor, riyaziyyatçı və mexanik 
Arxit və başqaları kimi bir çox görkəmli filosoflar və alimlər olmuşdur. 
 
Pifaqor məktəbi antik elmin və fəlsəfənin inkişafında böyük rol oynamışdır. Riyaziyyatçı olmaqla və təbiət 
hadisələrinin kəmiyyət əsasını tədqiq etməyə təşəbbüs göstərərək, pifaqorçular bütün mövcudluğun  ən 
mühüm səbəbini, özlüyündə sonsuz və qeyri-müəyyən materiyanı (Anaksimandrın apeyronu) 
müəyyənləşdirən başlanğıcı məhz ədəddə görmüşlər. 
 
Pifaqorizm haqqında bizim biliklərimizin başlıca mənbəyi Aristotelin və digər daha sonra yaşamış alimlərin 
və yazıçıların verdikləri məlumatdır. Pifaqorçuların özlərinin əsərlərindən bizə çox az şey gəlib çatmışdır. 
 
 
 
PİFAQORÇULAR BÜTÖVLÜKDƏ 
 
Aristotel Metaph.15. Pifaqorçu adlananlar riyazi elmlərlə məşğul olaraq, ilk dəfə onları inkişaf etdirmiş və 
onlara yiyələnərək onların başlanğıclarını bütün şeylərin başlanğıcları zənn etmişlər. Lakin bu elmlər 
sahəsində ədədlər mahiyyət etibarilə əsasdır; ədədlərdə isə onlar (onlara belə gəlirdi) mövcud olan və baş 
verənlə çoxlu - odda, torpaqda, suda olduğundan daha çox - oxşar cəhətlər görürdülər (məsələn, ədədlərin 
filan xassəsi ədalətdir, filan [xassəsi] isə ruhdur və ağıldır,  digər [xassəsi] uğurdur və demək olar, qalan 
halların hər birində də eynilə  bu qaydada). Bundan başqa, onlar ədədlərdə harmonik uyğunluqlara xas olan 
xüsusiyyətlər və münasibətlər görürdülər. Beləliklə, bütün yerdə qalan açıqdan açığa öz mahiyyətinə görə 
ədədlərə bənzədiyindən, ədədlər isə bütün təbiətdə əsas olduğundan, onlar ədədlərin elementlərini bütün 
şeylərin elementləri və bütün kainatı harmoniya və ədəd zənn etmişlər. Onlar ədədlərdə və hormoniyalarda 
dünyanın və bütün dünya quruluşunun vəziyyətləri və hissələrilə uyğunluğunu göstərə bildikləri hər şeyi bir 
yerə toplayır və [birini digərinə] uyğunlaşdırırdılar; və əgər onlarda haradasa bu və ya digər çatışmamazlıq 
yaranırdısa, onlar bütün quruluşun başdan-başa əlaqədə olması üçün [çatışmayanı] əlavə etməyə çalışırdılar. 
Belə ki, məsələn, onluq onların təsəvvürüncə mükəmməl bir şey olduğundan ədədlərin bütün təbiətini 
özündə yerləşdirdiyindən, səmada hərəkət edən cisimləri də on hesab edirdilər, görünən cisimlər isə yalnız 
doqquz olduğundan, onlar onuncu yerə "əks yeri" (1)  yerləşdirirlər...hər halda onlarda da, görünür, ədəd 
başlanğıc kimi həm şeylər üçün maddə sifətində, həm də onların vəziyyətlərinin və xassələrinin [ifadəsi] 
sifətində qəbul edilir, ədədin elementlərini isə onlar cüt ədəd və tək ədəd hesab edirlər, onlardan birincisi 
qeyri-müəyyən, ikincisi isə müəyyəndir; vahid isə onlarda o və digərindən ibarətdir, o həm cüt, həm də 
təkdir; ədəd vahiddən [əmələ gəlir], [müxtəlif] ədədlər isə, deyildiyi kimi, bütün Kainatdır. Digər 
pifaqorçular cüt-cüt yerləşmiş on başlanğıc olduğunu qəbul edirlər: - sonluluq və sonsuzluq, tək və cüt, vahid 
və çoxluq, sağ və sol, kişilik və qadınlıq, sükunətdə olan və hərəkət edən, düz və əyri, işıq və qaranlıq, yaxşı 
və pis, kvadrat və müxtəliftərəfli(2)...Pifaqorçular göstərmişlər ki, neçə əkslik vardır və onlar hansılardır. Bu 
və digər halda biz, əlbəttə, bilirik ki, əksliklər şeylərin başlanğıclarıdır; lakin onlar nə qədərdir və həmçinin 
onlar hansılardır - təkcə pifaqorçulardan bilirik. Lakin [pifaqorçuların qəbul etdikləri başlanğıcların] 
yuxarıda göstərilmiş səbəblərə neçə müncər olunduğu onlarda aydınlaşdırılmamışdır, ancaq görünür onlar öz 
elementlərini maddə sırasında yerləşdirirlər; çünki onların sözlərinə görə, tərkibdə olan hissələr kimi, əsl elə 
bu elementlərdən təşkil olunmuşdur. 
 
Aristotel Metaph.16. Pifaqorçular sübut etməyə çalışırlar ki, şeylər ədədlərə bənzədiklərindən mövcuddurlar. 
 
Aristotel Metaph.XIV 3. Pifaqorçular duyğularla qavranılan cisimlərdə , ədədlərdə olan bir çox xassələri 
görərək, şeylərin ədədlər olduğunu, ancaq müstəqil mövcud olan ədədlər deyil, onların fikrincə şeyləri təşkil 
edən ədədlər olduğunu elan etmişlər. Axı nəyə görə? Ona görə ki, ədədlərin xassələri səma quruluşunda 
 
14


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə