Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

 
 
KSENOFAN 
 
Stobey Esl. I 8 2. [Ksenofan]: tanrılar fani insanlara hər şeyi əzəldən açıqlamayıb; onlar [özləri] tədricən, 
axtararaq daha yaxşını müəyyən edirlər. 
 
Kliment Strom. 109. [Ksenofan]: fani insanlar düşünürlər ki, guya tanrılar da onlar kimi doğulur, paltara, 
səsə və cismani surətə malik olurlar. 
 
Kliment. Strom. VII. 22. [Ksenofan]: həbəşlər deyirlər ki, onların tanrıları fındıqburun və qaradırlar; 
frakiyalılar isə [öz tanrılarını] mavigözlü və kürənə çalar [təsəvvür edirlər]. 
 
 
Kliment. Strom. 110. [Ksenofan]: əgər öküzlərin, atların və şirlərin əlləri olsaydı və onlarla insanlar kimi 
şəkil çəkə və [incəsənət] əsərləri yarada bilsəydilər, onda atlar, tanrıları atlara bənzər, öküzlər isə öküzlərə 
bənzər təsvir edər və [onlara] özlərində olduğu kimi cismani surətlər verərdilər. 
 
Sekst. adv. math. 193. [Ksenofan]: İnsanlarda abırsız və eyibli olan hər şeyi - oğurluğu, zinakarlığı və 
qarşılıqlı aldatmanı Homer və Hesiod tanrılara isnad etmişlər. 
 
Kliment. Strom. Y. 109. [Ksenofan]: vahid tanrı - tanrılar və insanlar arasında ən böyüyü, nə xarici görünüşü, 
nə fikri ilə fani insanlara bənzəmir. 
 
Sekst. adv. math. IX. 144. [Ksenofan]: Özünün bütün varlığı ilə o görür, düşünür və eşidir. 
 
Simplitsiy. Phus. 23, 19. [Ksenofan]: lakin zorsuz zəkanın qüvvəsilə o hər şeyi sarsıdır. 
 
Simplitsiy. Phus. 22, 9. [Ksenofan]: o həmişə heç yerə hərəkət etməyərək, eyni yerdə olur. Bir yerdən o biri 
yerə keçmək ona yaraşmır. 
 
Diogen. IX. 19. O, öyrədir ki,...ilahi varlıq kürəvaridir və əsla  insana oxşamır. Tanrı özünün bütün varlığı ilə 
görür və o hər şeyi eşidir, lakin nəfəs almır. Həm də o bütünlüklə zəkadır, təfəkkürdür və əbədilikdir. 
 
Siseron. Acad. II. 118. Hər şey vahiddir və dəyişməzdir və bu heç vaxt yaranmamış, əbədi, kürəvari formalı 
tanrıdır. 
 
Siseron. de nat. deor. I. 11,28. Sonra Ksenofan, üstəlik hüdudsuz da saydığı kainata zəka şamil edərək, onu 
tanrı hesab etmişdir. 
 
Aristotel. de Melisso, Xenorhane, Goryia. 4. O özü, ümumilikdə tanrı haqqında, yaxud onun mahiyyəti 
haqqında danışaraq deyir ki, o cisimdir. Axı, qeyri-cismani olmaqla, o necə kürə şəkilli ola bilərdi? 
Axill. I. Ycag. 4 r. 11. [Ksenofan]: hava ilə təmasda olan yerin bu yuxarı hüdudunu biz ayaqlarımız altında 
görürük, aşağı hissə isə hüdudsuzluğa uzanıb gedir. 
 
Aetsiy. IY. 5. [Ksenofan]: hər şey torpaqdan [əmələ gəlib] və ən axırı, hər şey torpağa çevriləcək. 
 
İppolit. Refut. 114. Günəş hər gün xırda qığılcımların yığılmasından meydana gəlir, yer isə hüdudsuzdur və 
nə hava, nə səma ilə əhatə olunmamışdır...Yer dənizlə qarışıq olur və zaman keçdikcə nəmdən azad olur. 
Dənizdən uzaq ölkələrdə və dağlarda balıqqulaqları tapılır...Yer hər dəfə dənizə qərq olub, palçığa döndükdə, 
bütün insanlar həlak olurlar; sonra o yenidən yaranmanın başlanğıcını qoyur və belə növbələnmə bütün 
dünyalarda olur. 
 
Filopon. Phus. 125, 27. Ksenofan qurunu və nəmi, yəni torpağı və suyu başlanğıc hesab edirdi. 
 
Sekst. adv. math. 314. [Ksenofan]: zira biz hamımız torpaqdan və sudan yaranmışıq. 
 
 
19


 
PARMENİD 
 
Diogen Laertsiy. IX. 22. O, demişdir ki, iki fəlsəfə [mövcuddur]: biri həqiqət fəlsəfəsi, digəri fikir 
fəlsəfəsi...[həqiqətin] meyarını isə o zəkada görmüşdür. [Onun fikrincə], duyğularda dəqiqlik yoxdur. 
 
Timon. (Diogen Laertlidə IX. 23.). Camaatın rəyinə məhəl qoymayan, qüdrətli, qürurlu Parmenid doğrudan 
da təfəkkürü təxəyyülün aldatmasından xilas etmişdir. 
 
Aleksandr Afrodisiy in Metaph. I. 3. O, Kainatın əbədiliyini sübut edir və [eyni zamanda] mövcudluğun 
əmələ gəlməsini izah etməyə çalışır, özü də onun, o və digər [predmet] haqqında mühakimələri ardıcıl deyil, 
ancaq o hesab edir ki, Kainat vahiddir, əzəlidir və kürə şəkillidir; camaatın rəyincə isə, əmələ gəlməni izah 
etmək üçün o zahiri [dünyanın] iki başlanğıcını göstərir - odu və torpağı: birini - maddə, digərini isə - 
fəaliyyətdə olan səbəb sifətilə. 
 
Simplitsiy. Phys. 146, 29. Əgər o deyirsə ki, vahid mövcudluq "tamamilə düzgün kürənin kütləsinə 
bənzəyir", təəccüb etmə. İş ondadır ki, poetik ifadə üsulu nəticəsində, o da mifik bir surətə əl atır. Doğrudan 
da, nə fərqi var - bunu demək, ya da Orfey deyən kimi: "Gümüşü yumurta"? 
Psevda - Plutarx. Strom. 5. O, elan edir ki, şeylərin adi qaydasında Kainat əbədi və hərəkətsizdir...Əmələ 
gəlmə isə, yanlış fikirə müvafiq olaraq, zahiri varlığa aiddir. Duyğuları da o həqiqət sahəsindən kənar edir. 
O, deyir ki, varlıqdan əlavə bir şey mövcuddursa, o varlıq deyildir. Qeyri-varlıq isə Kainatda yoxdur. Bax elə 
bu tərzdə o varlığı əmələ gəlmədən ayrı qoyur. 
 
Aetsiy. I. 7, 26. Parmenid: tanrı hərəkətsiz, hüdudlu və kürə formalıdır. 
 
Aetsiy. I. 25, 3. Parmenid və Demokrit: hər şey zərurətə görə mövcuddur. Tale, həqiqət, qabaqcadan görmə 
və xaliq - elə bir şeydir. 
 
 
 
ZENON 
 
Simplisiy. Phys. 139, 5. Öz əsərində...o, sübut edir ki, [mövcudluğun] çoxluğunu ideya edən ziddiyyətlə 
üzləşməli olur...[Məsələn] o, sübut edir ki, "Əgər mövcudluq çoxluqdursa, onda o həm böyük, həm də 
kiçikdir; o qədər böyükdür ki, ölçüsünə görə hüdudsuzdur və o qədər kiçikdir ki, əsla ölçüyə malik deyildir". 
Bax bununla o, sübut etməyə çalışır ki, nə ölçüyə, nə qalınlığa, nə həcmə malik olmayan [şey] mövcud ola 
bilməz. "Çünki, - o deyir, - əgər [bu] başqa mövcudluğa əlavə edilərsə, onu az da olsa artıran deyil. Axı onun 
əsla ölçüsü olmadığından, birləşməklə o az da olsa arta bilməz. Və beləliklə, artıq [aydın olduğu kimi] bir 
şey əlavə edilməzdi. Axı əgər başqa bir [şey bu şeyin] ayrılmasından az da olsa azalmayacaqsa və digər 
tərəfdən [bu şeyin] əlavə edilməsilə az da olsa artmayacaqsa, onda aydındır ki, əlavə edilən və ayrılan heç 
nədir". Və Zenon bunu vahidi inkar etmək məqsədilə, belə bir [fikir] əsasında deyir ki, sonsuz bölünə 
bildiyinə görə hər bir [şeyin] qarşısında bir şey qalmalı olduğundan, çoxlu sonsuz [saylı şeylərdən] hər biri 
ölçüyə malik olmalıdır. O bunu çoxlu [şeylərin] hər birinin özü ilə eyni və vahid olduğunu göstərdikdən 
sonra sübut edir. 
 
Simplisiy. Phys. 140, 27. Əgər çoxluq mövcuddursa, onda eyni bir şeyin məhdud və hüdudsuz olacağını 
sübut edərək, Zenon aşağıdakını yazır: "Əgər çoxlu [şeylər] mövcuddursa, onda onlar olduqlarından əsla nə 
az, nə çox [həqiqətdə] olduqları qədər olmalıdırlar. Əgər onlar olduqları qədərdirlərsə, onda onların sayı 
məhduddur. 
 
Əgər çoxlu [şeylər] mövcuddursa, onda mövcudat hüdudsuzdur. Ona görə ki, "[ayrı-ayrı] mövcud olan 
[şeylər] arasında daim başqa [şeylər], onların arasında isə yenə başqaları bulunur. Və beləliklə, mövcudat 
hüdudsuzdur". 
 
Simplisiy. Phus. 140. 34. Əvvəlcədən göstərərək ki, "mövcudluq ölçüyə malik olmasaydı, o mövcud 
olmazdı", o davam edir: "Əgər o mövcuddursa, onda hər bir [şey] mütləq müəyyən bir ölçüyə, qalınlığa və 
hər hansı başqa şeydən məsafəyə malik olmalıdır. Onun qarşısında bulunan [şeyə] də [yenə] həmin 
 
20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə