Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   2   3   4   5   6   7   8   9   ...   49

çarının təklifindən imtina etmiş və bir sıra yunan zadəganlarının etdikləri kimi İrana köçməmişdir. Həyatının 
sonunda Heraklit dağlara çəkilmiş və zahid kimi yaşamışdır. Bir insan kimi Heraklitin taleyi belədir.Ancaq 
bir mütəfəkkir kimi o Milet filosoflarının materializm xəttini və bu xəttin sadəlövh dialektikasını inkişaf 
etdirərək, öz həyat şəraitindən yüksək qalxmışdır. Onun parçalar halında bizə gəlib çatmış "Təbiət haqqında" 
əsas, həm də ola bilsin yeganə əsəri izahının çətinliyi ilə fərqlənirdi. Heraklitə hələ sağlığında "anlaşılmayan" 
ləqəbi vermişdilər. 
 
Kliment Strom.  V 105. Hamı üçün bir şey olan bu kosmos, nə tanrılardan, nə insanlardan heç kəs tərəfindən 
yaradılmış deyil, o həmişə müəyyən  dərəcədə alovlanan və müəyyən dərəcədə sönən canlı od olmuşdur, 
oddur və od olacaqdır. 
 
Plutarx de ei delf. 8 r. 388. Qızıl mallara, mallar isə qızıla [dəyişdirildiyi] kimi, hər şey oda və od hər şeyə 
dəyişdirilir. 
 
Maksim Tirli XII 4. Od - torpağın ölümü ilə, hava - odun ölümü ilə, su - havanın ölümü ilə, torpaq isə suyun 
ölümü ilə yaşayır. 
 
Mark Antonin IV 46. Torpağın ölümü suyun doğulmasıdır, suyun ölümü isə havanın doğulmasıdır, havanın 
[ölümü] odun [doğulmasıdır] və əksinə. 
 
İppolit Refut. IX 10. Gələcək od hər şeyi bürüyəcək və  hamını mühakimə edəcəkdir. 
 
Aetsi 17.22. Heraklit [öyrədir] ki, əbədi dövran edən od [tanrıdır], tale isə əks meyllərdən mövcudluğu 
yaradan loqosdur (zəkadır). 
 
Heraklit I 27.1. Hər şey taleyin hökmü ilə baş verir, sonuncu, [tale], isə zərurətlə eynidir. I 28.1. Heraklit 
taleyin mahiyyətini, Kainatın substansiyasını dəlib keçən loqos adlandırmışdır. Bu efir cismi, Kainatın 
yaranma sperması və müəyyən edilmiş zaman dairəsinin ölçüsüdür. 
 
İppolit Refut IX 10. Dəniz suyu həm ən təmiz, həm ən çirkli [sudur]: balıqlara o içki və qurtuluş, insanlara 
isə fəlakət və zəhərdir. 
 
Platon Nirr. maior 289 A. Meymunların ən gözəli insan nəsli ilə müqayisə edilərsə - eybəcərdir. 
 
Tsets Schol. ad exed. II. Soyuq - qızır, qaynar - soyuyur, rütubətli - quruyur, quru  - rütubətləşir. 
 
Plutarx Cons. ad Aroll. 10. Canlı və ölmüş, oyanmış və yuxulayan, gənc və qoca - bir şeydir, çünki birinci 
ikincidə, ikinci isə birincidə yox olur. 
 
Heraklit Alleg. Nomer. 24. Eyni çaya giririk, həm də girmirik. Mövcuduq, həm də mövcud deyilik. 
 
İppolit Refut. IX 9. Mübarizə hər şeyin atası və hər şeyə çardır. O bəzilərinə allah, başqalarına isə insan 
olmağı qisimət etmişdir. [İnsanlardan] isə, bəzilərinə qul, digərlərinə isə sərbəst [olmağı qisimət etmişdir]. 
 
Origen contra Cels VI 42. Bilmək lazımdır ki, mübarizə ümumidir, ədalət çəkişmədədir, hər şey çəkişmədən 
və zərurətdən meydana gəlir. 
 
İppolit Refut IX 9. Özü-özü ilə ayrılanın, öz-özünə bərpa olunan kaman və lira harmoniyasına necə 
uzlaşdığını başa düşmürlər. 
 
Aristotel Eth.Nic. VIII 2. Ziddiyyət yaxınlaşdırır, müxtəliflik ən gözəl harmoniya doğurur, həm də hər şey 
çəkişmədən yaranır. 
 
İppolit Refut. IX 9. Gizli harmoniya aşkardan güclüdür. 
 
Parfiriy Qaest. Nomer. IY 4. Tanrı üçün hər şey gözəldir, yaxşıdır və ədalətlidir, insanlar isə birini ədalətlilik
digərini isə ədalətsizlik kimi qəbul etmişlər. 
 
11


 
Teofrast Metaph. 15. Ən gözəl kosmos nizamsız səpələnmiş zibilə bənzər. 
 
Stobey Flor. I 174. Öyrənib başa düşdüyüm təlimlərdən heç biri müdrikliyin hər şeydən ayrıldığını [mənə]  
anlatmadı. 
 
Ariy Didim Yevseviydə Praer.evang. XV 20. Ruhlar da nəmişlikdən buxarlanırlar. 
 
Kliment Strom. VI 16. Ruhlara ölüm - suya həyatdır. Suya ölüm - torpağa həyatdır. Axı torpaqdan su 
meydana gəlir, sudan isə ruh. 
 
Stobey Flor. V 8. Parıldayan, quru ruh ən yaxşıdır. 
 
Stobey Flor V 7. Hər dəfə insan sərxoş olanda uşaq kimi olur, o nəm ruha malik olduğundan səndələyir və 
hara getdiyini görmür. 
 
Numeniy fr. 35. (Porfiriydə de antr. nymph 10) Ruhlar üçün nəm olmaq zövq, yaxud ölümdür. 
 
 
Kliment strom. IV 143. Gecə ilə [ölərək] insan özü öz ruhunu odlandırır: onun gözləri sönsə də o sağdır. 
 
Kliment strom. IV 146. İnsanları ölümdən sonra inanmadıqları və təsəvvürlərinə gətirmədikləri [şey] 
gözləyir. 
 
Ariy Didim Yevseviydə Praep.evang XY 20. Zenon Heraklit kimi ruhu buxarlanma ilə duymaq qabiliyyətinə 
malik olan adlandırır. 
 
Stobey Flor. I 180 a. Ruha öz-özünə zənginləşən loqos xasdır. 
 
Sekst adv. math. VII 126. Görünür, Heraklitin fikrinə görə də insan həqiqəti dərk etməyin iki vasitəsinə 
malikdir: hissi qavrayışa və loqosa. 
 
İppolit Refut. IX 9. Görmənin və eşitmənin bizə öyrətdiklərini mən hər şeydən yüksək qiymətləndirirəm. 
 
Polibiy XII 27. Gözlər qulaqlardan daha doğru şahiddir. 
 
Sekst adv.math. VII 126. Gözlər və qulaqlar kobud ruhlara malik adamlar üçün pis şahiddir. 
 
Diogen Laertsiy IX 7. Ruhun hüdudlarına getməklə, hətta bütün yolu getsən belə onları tapmayacaqsan: o 
belə dərin loqosa malikdir. 
 
Stobey Flor. 179. Düşüncə hamıya xasdır. 
 
İppolit Refut. IX 9. Müdrikliyin əlaməti - mənə deyil, loqosa diqqət yetirərək, hər şeyin vahid olduğu ilə 
razılaşmaqdır. 
 
Diogen Laertsiy IX I. Axı yeganə müdriklik mövcuddur: hər şeyi hər şey vasitəsilə idarə edən biliyi dərk 
etmək. 
 
Sekst adv.math VII 131. Belə ki, onda iştirakımızla zəkalı olduğumuz bu ümumi və ilahi zəkanı Heraklit 
həqiqətin meyarı adlandırır. Buradan, ümumiyyətlə hamıya təzahür edən inama layiqdir (çünki bu ümumi və 
ilahi zəka ilə qavranılır); hər hansı bir kəsə təzahür edən isə, əks səbəbə görə doğru deyildir. 
 
Sekst adv.math VII 132. Bu zəka əbədi mövcud olsa da, insanlar həm bir şey eşitməzdən əvvəl, həm ilk dəfə 
eşidəndən sonra başa düşməyən olurlar. Baxmayaraq ki, [hər şey] bu zəka üzrə baş verir, onlar, hər bir şeyi 
onun mahiyyətinə görə fərqləndirərək və onun necə olduğunu aydınlaşdıraraq mənim ölçüb-biçdiyim sözlərə 
 
12


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə