Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   2   3   4   5   6   7   8   9   ...   49

dünyasını seyr etdiyini bildirir. Daha sonra, bir məhbəsdə olan kimi insan bədəninə düşür və tədricən özünə 
gələrək və bir az ideyalara bənzəyən şeylər dünyasına nəzər yetirərək, ideal dünyanı xatırlamağa başlayır. 
Beləliklə, bilik əslində ölməz ruhun xatirələrindən başqa bir şey deyil. Buradan insan ruhunu qeyri-material 
və ölməz bir şey hesab edən Platonun görüşlərinin diametral əksliyi aydın görünür. 
 
Platonda ideyalar dünyasını dərk etmə vasitəsi kimi dialektika çıxış edir. Onun fikrinə görə, dialektika təkcə 
həmsöhbətin mühakimələrində ziddiyyətləri aşkar etməkdən ibarət olmayıb, həm də ali anlayışların - 
varlığın, hərəkətin, sükunətin, eyniliyin və dəyişmənin ziddiyyətlərini meydana çıxarmaqdan ibarətdir. Çox 
mühüm fəlsəfi anlayışlara aid olan ziddiyyətlərin obyektivliyi haqqında Platon təlimi dialektikanın tarixində 
böyük rol oynamışdır. 
 
Platonun şagirdi Aristotel dahi qədim yunan filosofu və mütəfəkkiridir. Hazırki nəşrdə o, həcmcə çox 
mətnlərlə təqdim edilmişdir ki, bu da onun tarixdə və antik fəlsəfədə, həm də müsəlman və xristian 
ölkələrinin orta əsrlər fəlsəfəsində böyük roluna uyğundur. Onun əsərləri elmi fikrin yetkinliyi, fəlsəfi 
terminlərin lazımınca işlənib hazırlanması ilə fərqlənir. 
 
Dahi mütəfəkkir öz əsərlərində sanki Qədim Yunanıstanda bütün öncə olan elmi-fəlsəfi inkişafa yekun vurur. 
Bu əsərlərdə hal-hazırda astronomiya, mexanika, fizika, biologiya, zoologiya, psixologiya, siyasi iqtisad, 
estetika, etika, sosiologiya tərəfindən öyrənilən çox geniş çərçivədə məsələlərə toxunulmuşdur. Onun, həm 
elmi biliyin metodologiyası, həm fəlsəfəyə ən yaxşı başlanğıc hesab etdiyi məntiqin yaradılmasında xidməti 
çox böyükdür. 
 
Bu dövrdə Qədim Yunanıstanda elmin inkişaf səviyyəsi kifayət qədər yüksək olduğundan, Aristotel fəlsəfə 
tarixində ilk dəfə biliklərin təsnifatını verməyə cəhd göstərmişdir. Xüsusən də Aristotel, onun fikrinə görə 
sırf nəzəri elmlər olan fəlsəfə, riyaziyyat və fizikanın münasibətlərini müəyyənləşdirməyə  səy etmişdir. 
 
Fəlsəfəni varlığın ən ümumi prinsipləri haqqında olduqca mücərrəd elm olduğunu aydınlaşdıraraq və onu 
birinci fəlsəfə adlandıraraq (sonralar eramızdan əvvəl I əsrdə ona metafizika adı verilmişdir; o vaxtdan 
mütəfəkkirin əsas əsəri də belə adlanır), o fəlsəfəni varlığın daha konkret xassələri haqqında olan elmlərdən - 
riyaziyyatdan və fizikadan ayırmış, onları ikinci fəlsəfə adlandırmışdır. 
 
"Birinci fəlsəfənin" prinsiplərini dərindən öyrənərək, Aristotel ondan əvvəl irəli sürülmüş bütün fəlsəfi 
konsepsiyaları tənqidi araşdırmış, ən çox o öz müəllimi Platonun ideyalar nəzəriyyəsini tənqid edərək, 
şeylərin mahiyyəti kimi ideyaların şeylərin özündən ayırmağın və xüsusən onları qarşı-qarşıya qoymağın 
mümkün olmadığını göstərmişdir. 
 
Platonun əksinə olaraq, Aristotel tək-tək olan şeylərin mövcudluğunun reallığına, obyektivliyinə şübhə 
etmirdi, onların varlığını zahiri deyil, həqiqi sayırdı. Aristotel ümumi anlayışların idrakda böyük əhəmiyyət 
daşıdığını qəbul edirdi, ancaq müəllimi Platonun əksinə olaraq, öz vəzifəsini, vahidi və ümumini insanın 
duyğuları ilə qavranılan tək-tək olanın özündə tapmaqda görürdü. Bu fəlsəfi problem Aristotelin materiya, 
forma haqqında təlimində həll edilir. Materiya - bu hər bir şeyin maddəsidir. Forma isə, bir qəbildən olan 
şeylərin digər qəbildən olan şeylərdən fərqləndirməyə imkan verən müəyyənlik yaradandır. Bu baxımdan 
materiya fərdiləşdirir, forma isə ümumiləşdirir. Forma yalnız materiya ilə birlikdə mövcuddur və hər bir şey 
həmişə materiya və formanın birləşməsidir. Şeylərdən ayrı mahiyyətlər kimi Platon ideyaları, Aristoteldə 
şeylərin özünə daxilən xas olan formalar rolunda çıxış edir. Filosof bununla əlaqədar maddi və formal 
səbəbləri göstərir. O təbiət aləmində bütün dəyişiklikləri insanların məqsədyönlü fəaliyyətinə bənzədir. 
İnsanlar həmişə müəyyən bir məqsədə cəhd göstərdikləri kimi, təbiət aləmi də məqsədli səbəbə malikdir. Hər 
bir ayrıca şeydə fərqlənərək, bir kateqoriya kimi materiya və forma əlaqəlidir. Biri üçün forma olan şey 
başqası üçün materiya sayıla bilər. Məsələn, kərpic ondan tikilmiş ev üçün materialdır, ancaq eyni zamanda 
ondan düzəldiyi gil üçün formadır. Təbiətdə hər şey biri-birinə materiya və forma kimi münasibətdədir, 
təbiətin bütün predmetləri onların birləşməsidir, əbədi formalaşmadır, fasiləsiz təşəkkül tapmadır, imkandan 
gerçəkliyə çevrilmədir. Formaya əbədi, aktiv, fəaliyyətdə olan, materiyaya isə passiv, təsirə məruz qalan 
başlanğıc kimi baxmaqda Aristotel Platona yaxındır. 
 
Bir proses kimi materiya və formanın birləşməsi başlanğıca və sona malikdir. Onun başlanğıcı duyğularla 
qavranılmayan, heç bir formaya malik olmayan qeyri-müəyyən ilkin maddədir. Öz-özlüyündə o tamamilə 
passivdir və sırf imkandır, ancaq o olmadan bütün sonrakı formalaşma prosesi və tədriclə daha yüksək 
 
5


təşkilatların aşkara çıxması mümkün deyil. Bu prosesi ondan yüksək ola bilən hər hansı bir digər formaya 
nisbətən, imkan kimi baxılması artıq mümkün olmayan ali forma tamamlayır. Bu sonuncu, sırf, hər cür 
maddilikdən məhrum formanı Aristotel tanrı adlandırır (bununla əlaqədar "metafizikanın" müəllifi özünün 
"birinci fəlsəfəsini" teologiya - yəni tanrı haqqında təlim adlandırır). Aristotelin tanrısı mifoloji tanrı deyil, 
fəaliyyəti sırf nəzəri olan, özü özünü fikirləşən təfəkkürdür, onda subyekt və obyekt üst-üstə düşür. 
 
Aristotelə görə tanrı, heç də zamanda başlanğıcı olmayan dünya yaradıcısı deyil. Tanrı, təbiətə münasibətdə 
yalnız ilk təkanvericidir, bütün yer təbiətinin ona ən çox yaxın olan insanın, insanlar arasından isə həqiqət 
axtaran filosofun cəhd göstərdikləri son ideal məqsəddir. Ancaq filosofun da bu və ya digər material marağı 
olduğundan, ən dahi mütəfəkkir belə ilahi ilk zəka, ilahi ilk forma iqtidarında olanı həyata keçirə bilməz. 
 
Aristotel təlimi təbiət elmlərinin bütün sahələrini və bütün bilik dairəsini əhatə edirdi. Fəlsəfə tarixi üçün 
Aristotelin yaratdığı məntiqin çox böyük əhəmiyyəti var (bu sahədə onun sələfləri Demokrit, Sokrat və 
Platondur). Bu məntiq olmadan antik dövrdə və orta əsrlərdə heç bir rasional fəlsəfə mümkün olmazdı. Onun 
əsas məzmunu həmin dövrdə riyaziyyatın və bəzi digər elmlərin artıq istifadə etdiyi təfəkkür üsullarına 
əsaslanan deduksiya nəzəriyyəsidir. Deduktiv məntiqin inkişafı, antik elmi-fəlsəfi fikrin əsasən mücərrəd 
xarakterdə olmasını, eksperimental təbiətşünaslığın demək olar ki, tamamilə olmamasını əks etdirirdi. Bu 
məntiqin mərkəzində sillogizmlərdən (əqli nəticələrdən) istifadə edən sübut haqqında təlim durur. 
 
Kosmologiya sahəsində Aristotel belə bir baxışı inkişaf etdirdi ki, bizim dünya yeganədir və həm də 
məkanca sonludur, zira yalnız onun sonluluğu ilahi ilk təkanda təcəssümünü tapan dünyəvi məqsədin 
vahidliyinə zəmin verir. Dünyanın mərkəzində, ətrafında xüsusi dairələr üzrə ay, günəş və planetlər fırlanan 
kürəşəkilli yer durur. Bir-birinə nisbətən hərəkətsiz ulduzlar dairəsinin arxasında yerləşmiş olan ilahi ilk 
təkanverici bizim dünyamızı qapayır. Aristotelin kosmoqonik görüşləri II əsrdə yunan astronomu Ptolomey 
tərəfindən inkişaf etdirilərək Kopernikin və Qalileyin kəşflərinə qədər, bütün orta əsrlər boyunca şübhə 
doğurmayan bir həqiqət kimi qəbul olunmuşdur. Bu təsəvvürlərə görə yer və bütün yer üzü, torpaq, su, hava 
və od kimi dörd ünsürdən, ay və bütün göy üzü isə - beşinci, kamil ünsür olan efirdən ibarətdir. Dünyanı 
təşkil edən ünsürlərin bu fərqinə uyğun olaraq onda baş verən hərəkətlər də fərqləndirilir: yer üzündə əyri və 
sınıq xəttlər üzrə baş verən- düzgün olmayan, göy üzündə isə kamil olan, dairəvi hərəkət üstünlük təşkil edir. 
 
Kitabda verilən mətnlər aşağıdakı nəşrlərdən tərcümə edilmişdir: antologiya mirovoy filosofii, t.1., Moskva - 
1969; Platon. Soçineniə v trex tomax, M., 1974-1986; Cekst GMPİRİK. Soçineniə v dvux tomax, M., 1976; 
Dioqen Laertli. O jizni, uçeniəx i izreçeniəx znamenitıx filosofov, M., 1979. Aristotelğ. Soçineniə v çetırex 
tomax, M.,1976 
 
Qeyd: Mətndə dəyirmi mötərizələrdə () əksər hallarda yunan mətninin özündə bulunan sözlər və ifadələr, 
kvadratşəkilli mötərizələrdə [] isə yunan mətnində olmayan, lakin rus və azərbaycan dilinə tərcümədə fikrin 
düzgün ifadəsi üçün zəruri olan sözlər və ifadələr verilmişdir. 
 
 
* * * 
 
Qədim Yunan Fəlsəfəsi Antologiyası 
Elmlər Akademiyası,  
Fəlsəfə və Hüquq İnstitutu 
Bakı, 2001 
 
 
Fəsil I 
 
ƏN QƏDİM ANTİK FƏLSƏFƏ 
 
Milet Məktəbi 
 
Antik fəlsəfə e.ə. VI əsrin birinci yarısında o zamankı Elladanın Kiçik Asiyaya aid olan hissəsində - 
İoniyada, Milet şəhərində yaranmışdır. Buna görə də ilk qədim yunan fəlsəfi məktəbi Milet məktəbi 
adlandırılır. Bu məktəbə Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri daxil idi. Dünya haqqında 
hələ sadəlövh fəlsəfi təsəvvürlərində miletlilər, mifoloji formadan azad etdikləri və öz dövrünün elmi 
 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə