Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Eleyadan yaxud Miletdən olan Levkip (təqribən eramızdan əvvəl 500-440-cı illər) - qədim yunan materialist 
filosofudur. Levkipin həyatı haqqında məlumat çox azdır. Yalnız o məlumdur ki, o fəlsəfi görüşləri bu nəşrdə 
parçalar şəklində göstərilən Parmenidin, Empedoklun, Anaksaqorun müasiri və Demokritin müəllimi olub. 
Həmçinin məlumdur ki, Levkip Eleyl Zenonu öyrənib, ancaq eleat fəlsəfənin davamçısı olmayıb, İoniya 
filosoflarının (ilk növbədə milet məktəbi [filosoflarının] və Heraklitin) materialist ənənələrini davam  
etdirərək, o ilk dəfə atomistik təlimi irəli sürüb. İstisna deyil ki, Levkip öz təliminin yalnız şifahi şərhi ilə 
kifayətlənib. Ancaq, onun "Böyük diakosmos" və "Zəka haqqında" əsərlərinin müəllifi olduğu güman edilir. 
Levkipin və Demokritin əsərləri artıq eramızdan əvvəl IV əsrdə birləşdirilmiş və sonralar "Corrus 
Democriteum" adlandırılmışdır. Demokritin təlimindən fərqli olaraq bilavasitə Levkipin adına yazılan 
fraqmentlər, onun təliminin daha mücərrəd, baxılan məsələlərin əhatəsinin isə daha məhdud olduğunu təsdiq 
edir. 
 
Abderdən (indi Adra şəhəri) olan Demokrit (eramızdan əvvəl təqribən 460 - 370-ci illər)- atomistik fəlsəfəni 
hərtərəfli işləmiş böyük qədim yunan materialistidir. Eleya məktəbi filosoflarını və pifaqorçuları öyrənmiş, 
ancaq ona həlledici təsiri Levkip göstərmişdir. Bəzi antik mənbələrə görə, Demokrit özünün Misirə, 
Babilistana, həmçinin İrana, Hindistana və Efiopiyaya səfərləri zamanı bir çox elmi məlumatlar 
götürmüşdür. Afinada Demokrit pifaqorçu Filolayı və Sokratı dinləmiş, Anaksaqorla tanış olmuşdur. 
Ömrünün axırına yaxın böyük qədim yunan həkimi və naturfilosofu Hippokratla dostluq etmişdir. 
Demokritin əsas əsəri "Kiçik diakosmos"dur. Deogen Laertsiy, Demokritin fəlsəfi məsələlərə o dövrdə 
mövcud olan elmlərə həsr olunmuş cəmi 70 orijinal əsərinin adını çəkir. Demokritin əsərləri III-IV əsrlərdə 
itirilmişdir. Yalnız cüzi miqdarda parçalar qalmışdır, ancaq antik müəlliflərin çoxlu şəhadətləri vardır. 
Onlardan ən maraqlıları aşağıda A.O.Makovelskinin tərcüməsində verilir. 
 
 
[Varlıq haqqında təlim] 
 
1. Aristotel metaph.I 4.Levkip və onun dostu Demokrit isə, elementlərdən, (təbii ünsürlərdən), birini varlıq, 
digərini qeyri-varlıq adlandıraraq, öyrədirlər ki, onlar dolu olan və boş olandır. Yəni onlardan dolu olanı, 
onlar varlıq, boş, seyrək olanı isə qeyri-varlıq adlandırırlar(elə buna görə də onlar deyirlər ki, boşluq 
cisimdən heç də az real olmadığından, varlıq da qeyri-varlıqdan qətiyyən artıq mövcud deyil). Bu elementləri 
onlar mövcud olan şeylərin maddi səbəbləri hesab edirdilər. Və şeylərin əsasında duran əslin vahid [ilk 
başlanğıc kimi] şeyləri, onun şəklinin dəyişməsindən hasil etdiyini sayanlar kimi, onlar da eynilə beləcə 
bütün baş verən hadisələrin başlanğıclarını seyrək olan və sıx olan zənn edərək, iddia edirlər ki, digər 
şeylərin səbəbləri onlarda olan müəyyən fərqdir. Onların təliminə görə bu fərqlər üçdür; forma, nizam və 
vəziyyət. Doğrudan da, onlar deyirlər ki, varlıq yalnız "ümumi şəkli, təması və dönməsiylə" fərqlənir. 
Onlardan ümumi şəkil-forma, təmas-nizam və dönmə-vəziyyətdir. Məsələn, A, N-dən formasıyla, AN, NA-
dan-nizamıyla, Z, N-dən vəziyyətiylə fərqlənir. Hərəkət haqqında məsələyə gəldikdə isə, o haradandır və 
mövcud olan şeylərə necə xasdır, onlar da başqaları kimi sadəlövhcəsinə etinasız yanaşıblar. 
 
2. Aristotel de caelo III 4. [Levkip və Demokrit]: ilkin səbəblər... ölçüsünə görə bölünməzdirlər. 
 
3. Aktsiy I 16,2.Bəziləri atomların [mövcudluğunu qəbul edir] və [zənn edirlər ki,] bölünmə, bölünməz 
olanlarda dayanır və sonsuzluğa uzanıb getmir. 
 
4. Diogen Laertsiy X 56. [Epikür]: bizə mövcudatı tamamilə mənasız etməmək üçün və mürəkkəb cisimlər 
xüsusunda anlayışlarımızda onu heçə [qədər] xırdalayaraq, reallıqsız qalmaq məcburiyyətində olmamaq 
üçün, sonsuzluğa qədər kiçik hissələrə bölmənin mümkünlüyünü rədd etmək lazımdır. 
 
5. Simplitsiy Phus. 925,10. Başqaları isə,- [real olaraq cisimləri] sonsuzluğa qədər bölə bilmədiyimizin və bu 
səbəbdən bölmənin sonsuzluğuna əmin olmadığımızın əsasında sonsuzluğa qədər bölünməni rədd edənlər,- 
deyirdilər ki, cisimlər bölünməz olanlardan ibarətdir və [bu] bölünməzlərə qədər bölünürlər. Levkip və 
Demokrit ilkin cismin bölünməzliyinin səbəbini təkcə onların özündən [bir şey] keçirməmək qabiliyyətində 
deyil, həmçinin onların çox kiçikliyində və hissələrinin olmamasında görürlər. 
 
Daha sonra ömür sürmüş Epikür isə, onları [artıq] hissələrə malik olmayan hesab etmir, lakin deyir ki, onlar 
[yalnız] özündən [tamamilə bir şey] keçirməmək qabiliyyəti nəticəsində bölünməzdirlər. Aristotel [öz 
əsərlərinin] bir çox yerində Levkipin və Demokritin fikirlərini təkzib etmişdir; həm də, ola bilsin ki, 
 
29


bölünməzlik əleyhinə yönəlmiş bu etirazlar səbəbindən, daha sonra ömür sürmüş Epikur, ilkin cisimlər 
xüsusunda Levkipin və Demokritin fikirlərinə canıyananlıq göstərərək, onların özündən keçirmək 
qabiliyyətində olmaq [ideyasını] saxlamış, onlarda hissələrin yoxluğunu isə-buna görə Aristotel (atomları) 
təkzib etdiyindən,- atmışdır. 
 
6. Aristotel de qen et corr. I 8. Levkip və Demokrit hər şey barədə xüsusi ardıcıllıqla öyrədirdilər..., məsələn 
onlar ilkin səbəbləri təbiətə müvafiq, onun gerçəklikdə olduğu kimi qəbul edirdilər. Məsələ ondadır ki, 
qədim [filosoflardan](4) bəzilərinin zənninə görə, guya varlıq zərurətən vahiddir və hərəkətsizdir. Zira 
boşluq mövcud deyil, hərəkət isə ayrıca mövcud olan boşluq olmadıqda mümkün deyil, və digər tərəfdən, 
əgər bölən şey yoxdursa, onda çox olan şey yoxdur... Levkip isə zənn edirdi ki, hissi qavrayışa müvafiq olan, 
əmələ gəlməni də, yox olmanı da, hərəkəti də, mövcudluğun çoxluğunu da inkar etməyən elmlər sahibidir. 
Bu [məsələdə] hissi təzahürlərin göstərişləriylə, boşluqsuz hərəkətin mümkün olması [məsələsində] isə vahid 
qəbul edən filosoflarla razılaşaraq o deyir ki, boşluq qeyri-varlıqdır və qeyri-varlıq, varlıqdan qətiyyən az 
real deyil. Ona görə ki, həqiqi mənada mövcudluq -mütləq dolu varlıqdır. Belə mövcudluqlar isə vahid deyil, 
sayca sonsuz çoxdur və onlar öz ölçülərinin kiçikliyi səbəbindən gözəgörünməzdirlər. Onlar boşluqda 
uçuşurlar [çünki boşluq mövcuddur], və öz aralarında birləşərək əmələ gəlməyə səbəb olurlar, ayrılaraq isə-
məhv olmaya, təmas etdikləri yerdə, onlar özləri təsir göstərir və başqalarından təsirə məruz qalırlar. Çünki 
orada vahid olan deyil, [ayrı- ayrı mövcudluqların çoxluğu] bulunur. Toplaşaraq və bir-birinə sarılaraq onlar 
[şeyləri] əmələ gətirirlər. 
 
Axı [əgər] müəyyən miqdarda bərk [cisim] mövcuddursa onda onlar bölünməz [olmalıdır]: bu yalnız 
onlardan arasıkəsilməz (başdan-başa) aralıqlar olduğu halda mümkün olmazdı. Lakin sonuncu ağlasığmazdır. 
Çünki [sonuncu halda] heç bir bərk [cisim] olmayacaq, aralıqlardan başqa [heç nə olmayacaq], və hər şey 
[boşluq olacaq]. Beləliklə zəruridir ki, təmasda olan [cisimlər] bölünməz olsunlar, onlar arasındakı aralıqlar 
isə- boş; bu sonuncuları [Empedokl] elə aralıqlar adlandırır. Levkip də buna uyğun surətdə təsir və [digər 
şeylərdən] təsirə məruz qalma haqqında öyrədir. 
 
7. Aristotel de qen et corr.I 1. Demokrit və Levkip isə öyrədirlər ki, hər şey bölünməz cisimlərdən ibarətdir
sonuncular isə sayca sonsuz və formalarına görə müxtəlifdirlər; şeylər isə bir-birindən, onların ibarət olduğu 
[bölünməz olanlar ilə], onların halı və nizamı ilə fərqlənirlər... Axı eyni bir [hərflərdən] də faciə və məzhəkə 
əmələ gəlir. 
 
8. Siseron de deor. nat.I 24,66. Zira Demokritin yaxud ondan da əvvəl Levkipin utanmaz iddiaları belədir ki, 
guya bəziləri kələ-kötür, başqaları yumru, üçüncüləri çıxıq-çıxıq və qarmaq şəkilli, dördüncüləri əyri-üyrü və 
sanki içəriyə əyilmiş bir para yüngül cisimciklər mövcuddur və elə bu [cisimciklərdən] səma və yer təşkil 
olunub, həm də bu təşkil olunma xaricdən hər hansı bir təsir olmadan, ancaq təsadüfi bir toplaşma 
nəticəsində baş verib. 
 
9. Aetsi I 18,3 Levkip, Demokrit... Epikur: atomlar- hədsiz saydadır, boşluq isə ölçüsünə görə hüdudsuzdur. 
 
10. Qalen de elem. sec, Nirr.I 2. Atomlar, keyfiyyətlərə malik olmayan cürbəcür kiçik cisimlərdir, boşluq isə 
bütün bu cisimlərin bütün əbədiyyət boyu yuxarı və aşağı uçuşaraq ya hər-hansı bir tərzdə öz aralarında [bir-
birinə] sarındığı, ya bir-birinə toqquşduğu və kənara sıçradığı, dağıldığı və öz aralarında yenidən belə 
birləşmələrdə cəmləşdiyi bir yerdir və bu tərzdə onlar bütün mürəkkəb [cisimləri] də əmələ gətirirlər, həm 
bizim bədənlərimizi, həm onların halını və duyğuları. Onlar ilkin cisimləri [kənardan] təsirə məruz qalmayan 
hesab edirlər... İlkin cisimlər mövcudluğuna hissi təcrübə əsasında bütün insanların inandığı, heç bir 
münasibətdə dəyişə bilməz və dəyişikliyə məruz qala bilməzlər; belə ki, məsələn, atomlardan heç biri nə 
qızdırılır, nə soyudulur, nə qurudulur, nə isladılır və xüsusən nə ağ, nə qara olmur və ümumiyyətlə [atomda 
əsla] dəyişiklik olmadığından heç bir digər keyfiyyət qəbul etmir. 
 
11. Diogen Laertsiy IX 44. [Demokrit]: Kainatın başlanğıcı-atomlar və boşluqdur... Dünyalar saysız-
hesabsızdır və onlar zamanda başlanğıca və sona malikdirlər. Həm də qeyri-varlıqdan heç nə əmələ gəlmir... 
Həm də atomlar ölçülərinin müxtəlifliyinə və miqdarına görə saysızdırlar; onlar Kainatda, burağanda 
hərlənərək uçuşurlar və beləliklə bütün mürəkkəb olan şeylər əmələ gəlir: od, su, hava, torpaq. Məsələ 
ondadır ki, sonuncular bir sıra atomların birləşməsidir. Atomlar isə heç bir təsir altına düşmür və bərk 
olduqlarının nəticəsində dəyişməzdirlər. 
 
 
30


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə