Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   2   3   4   5   6   7   8   9   ...   49

təfəkkürünün başlanğıclarına müvafiq olaraq yenidən işlədikləri Homer və Gesiodun daha qədim 
dünyagörüşünə əsaslanırdılar. 
 
Antik ənənənin  "yeddi müdrik" sırasına daxil etdiyi ilk qədim yunan filosofu Fales kübar mənşəyinə 
baxmayaraq bir zaman ticarətlə məşğul olurdu (Falesin özünün, yaxud onun əcdadlarının Finikiyadan 
gəldikləri haqda rəvayət var). Fales doğma şəhərinin və bütün İoniyanın taleyi ilə dərindən maraqlanırdı. O 
İoniya polislərinə farslara qarşı birləşməyi məsləhət görürdü. Fales yaxın şərq- babilistan, misir, finikiya elmi 
ilə tanış idi; o Misir kahinlərindən riyaziyyat və astronomiyanı öyrənmişdi. Çoxəsrlik müşahidələrilə günəş 
və ay tutulmalarının dövriliyini müəyyənləşdirmiş, yaxın şərq astronomiyasına əsaslanaraq, müasir 
astronomların hesabladığı kimi, İoniyada e.ə. 585-ci il mayın 25-də baş vermiş günəş tutulması haqda 
qabaqcadan xəbər vermişdir. 
 
Falesin şagirdi Anaksimandr haqda bizim çox az məlumatımız var. Məlumdur ki, yunan dilində "Təbiət 
haqqında" adını daşıyan və naturfəlsəfə (təbiət fəlsəfəsi) məsələlərinə həsr olunmuş nəsr əsərini yazan birinci 
o olmuşdur (e.ə. VI əsrin ortalarında). Bu əsərdən bizə iki-üç parça gəlib çatmışdır. Alim kimi Anaksimandr 
Falesdən daha görkəmli idi. 
 
Anaksimandrın şagirdi e.ə. VI əsrin ikinci yarısında yaşamış Anaksimen haqqında bildiklərimiz daha azdır. 
Onun "Təbiət haqqında" əsərindən yalnız bir parça qalmışdır. 
 
Milet filosoflarının görüşləri barədə məlumatları biz əsasən daha sonrakı dövrlərdə yaşamış yunan və roma 
alim və yazıçılarının əsərlərindən alırıq. 
 
 
FALES 
Tərcüməçi: Hacıyev F.X. 
 
 
Diogen Laertsiy  I. 24, 27. [Fales], bəzilərinin [xəbər verdiyi] kimi, birinci olaraq təbiət haqqında mühakimə 
yeritməyə başlamışdır... O, hər şeyin mənbəyinin su olduğunu qət etmişdir. 
 
Aristotel. Metaph. I. 3. İlk filosofların əksəriyyəti mövcudatın başlanğıcını yalnız maddi başlanğıc sayırdı, 
yəni elə bir şey ki, bütün şeylər ondan ibarətdir, bir əsas kimi ondan əmələ gəlir və məhv olaraq sonuncu 
kimi ona çevrilirlər, həm də əsl saxlanılsa da təzahürlərində dəyişilir, - bunu onlar şeylərin ünsürü və 
başlanğıcı sayırlar. Buna görə də onlar zənn edirlər ki, heç bir şey əmələ gəlmir və yox olmur, çünki belə əsl 
həmişə qalır... Belə başlanğıcın miqdarı və halı xüsusuna hamı bir cür öyrətmir. Fales - bu qəbildən olan 
fəlsəfənin banisi - sübut etməyə çalışır ki, başlanğıc sudur (elə buna görə də bildirir ki, yer suda bulunur); ola 
bilsin, o, bu fərziyyəni hər şeyin su ilə qidalandığını və istiliyinin özünün ondan yarandığını müşahidə edərək 
demişdir...bir də ona görə ki, hər şeyin toxumu təbiətən nəmdir, nəm təbiətin başlanğıcı isə sudur. 
 
Aristotel. de caelo. II. 13. Başqaları [hesab edir] ki, [yer] suyun üzərində yerləşir. Bu haqda bizdə, 
deyilənlərə görə Fales Miletlinin söylədiyi çox qədim bir təlim vardır: guya ki, yer ağac və ya bu qəbildən 
olan bir şey kimi suyun üzərində  dura bilməsi  sayəsində batmır. 
 
Aristotel. de anima. I. 2. Xatırlayırlar ki, əgər Fales həqiqətən, dəmiri hərəkətə gətirdiyinə görə daşın ruhu 
olduğunu öyrədirdisə, o, ruhun hərəkətverən bir şey olduğunu fərz etmişdir. 
 
Aetsi. IV. 2, 1. Fales birinci olaraq demişdir: ruhun təbiəti elədir ki, o əbədi hərəkətdə yaxud öz-özünə 
hərəkətdədir. 
 
Aetsi. I. 7, 11. Falesə görə zəka kainatın tanrısıdır, hər şey canlıdır və iblislərlə doludur. 
 
Svida.  Falesin kəlamları olduqca çoxdur, məşhur "Özünü dərk et" kəlamı da onlardandır. 
 
 
ANAKSİMANDR 
 
 
7


Simplitsi. Phus. 150, 20. Anaksimandr birinci olaraq əsasda olanı başlanğıc adlandırmışdır. 
 
Simplitsi. Phus. 24, 13. Anaksimandr Miletli... demişdir ki, mövcudatın başlanğıcı və əsası apeyrondur. O, 
birinci olaraq başlanğıc üçün belə ad daxil etmişdir. 
 
Aetsi. I. 3, 3. [Anaksimandr] apeyronun nə olduğunu deməyərək səhv edir: o havadırmı, yaxud sudur, yaxud 
torpaqdır, ya hər hansı başqa bir cisimdir. 
 
Simplitsi. Phus. 149, 13. Anaksimandr əsasda olan cismi apeyron adlandıraraq və onu görünüşünə görə nə 
od, nə su, nə də hava kimi müəyyənləşdirməyərək haqqında qeyri-müəyyən danışır. 
 
Aetsi. de rlac. I. 3, 3. Apeyron materiyadan başqa bir şey deyil. 
 
Simplitsi. Phus. 24, 13. Aydındır ki, dörd ünsürün bir-birinə çevrilməyini müşahidə edərək, Anaksimandr 
onlardan birini deyil, onlardan fərqli bir şeyi əsas kimi götürməyi mümkün saymışdır. 
Simplitsi. de caelo. 615, 13. [Anaksimandr] birinci olaraq apeyronu əsas kimi qəbul etmişdir ki, yaranma 
mənbəyi bol olsun. 
 
Aristotel. Phus. III 5. Bəziləri, qalan hər şey bu ünsürlərin sonsuzluğunda yox olmasın deyə, suyu və ya 
havanı deyil, apeyronu bu cür [başlanğıc] hesab edir: axı onlar hamısı bir-birinə əksdir: hava soyuqdur, su 
nəmdir, od istidir. Əgər ünsürlərdən biri apeyron olsaydı, onda yerdə qalan məhv olardı. Buna görə də 
deyirlər ki, bütün bu ünsürlərin yarandığı başqa bir şey var. Lakin mümkün deyil ki, belə bir cisim mövcud 
olsun. 
 
Aristotel Phus. III 4. Hər şey ya başlanğıcdır, ya da başlanğıcdan [yaranmışdır]. Apeyronun isə başlanğıcı 
yoxdur, çünki bu onun hüdudu olardı...Apeyron özü  ola bilsin bütün başqa şeylərin  başlanğıcıdır. 
 
Simplitsi. Phus. 1121, 5. [Anaksimandr deyir ki, hərəkət əbədidir. 
 
Germi Irris. 10. Anaksimandr deyir ki, suya nisbətən daimi hərəkət daha qədim başlanğıcdır, elə onun 
sayəsində bir şey yaranır, başqa bir şey isə məhv olur. 
 
Diogen Laertsiy I 1. [Anaksimandr sübut etməyə çalışırdı ki,] hissələr dəyişir, tam isə dəyişməzdir. 
 
Simplitsi. Phus. 24, 13. [Anaksimandr deyir ki,] hüdudsuz təbiətdən bütün səmalar və onlardakı dünyalar 
yaranır. 
 
Avqustin de civ. dei VIII 2. Və bu dünyalar... gah dağılır, gah da yenidən yaranır, həm də [onlardan] hər biri 
onun üçün mümkün vaxt ərzində mövcud olur. Həm də Anaksimandr bu məsələlərdə ilahi zəka üçün heç bir 
yer saxlamır. 
 
Aristotel Phus. III 4. Apeyrondan başqa, digər səbəblərin mövcudluğunu mümkün hesab etməyənlərin dediyi 
kimi, [apeyron] hər şeyi əhatə edir və hər şeyi idarə edir. 
 
Aristotel Phus. III 4. [Apeyron] ilahidir: axı o, Anaksimandr dediyi kimi, ölməz və əbədidir. 
 
Siseron de nat. deor. I 10, 25. Anaksimandrın da fikri ondan ibarətdir ki, dövri olaraq əmələ gələn və qeyb 
olan yaranmış tanrılar vardır, həm də bu dövrlər uzunmüddətlidir. [Onun fikrinə görə], bu tanrılar hədsiz 
saylı dünyalardır. Məgər tanrını əbədi olmayan təsəvvür etmək mümkündürmü? 
Aetsi II 1, 3. Anaksimandr inkar edirdi ki, saysız-hesabsız dünyalar tanrılardır...Anaksimandr...dünyanı fani 
hesab edirdi. 
 
Aristotel Phus. 14. Bəziləri zənn edir ki, Anaksimandr dediyi kimi, vahiddən, onda birləşmiş əksliklər 
ayrılır... 
 
 
8


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə