4. İndi təhlil etmək lazımdır ki, məziyyət nədir. Bir halda ki ruhda üç cür [şey] - ehtiraslar, qabiliyyətlər,
əxlaqi əsaslar bulunur,
çox güman , məziyyət bu üç şeydən birilə əlaqədardır. Ehtiraslarla, [yaxud
həyəcanlarla] , mən həvəsi, qəzəbi, qorxunu, şücaəti, kini, sevinci, məhəbbəti, nifrəti, qəmi, həsrəti,
mərhəməti, ümumiyyətlə zövq və iztirabla müşayiət olunan hər şeyi adlandırıram. Qabiliyyətlər odur ki,
onların sayəsində biz həmin ehtiraslardan asılı hesab olunuruq, onların sayəsində bizi, məsələn,
qəzəbləndirmək, əzab-əziyyət çəkməyə məcbur etmək, rəhmə gətirmək mümkündür. Əxlaqi əsaslar, [yaxud
ruhun xarakteri] odur ki, onların sayəsində biz yaxşı ya pis ehtiraslarımızı idarə edirik, məsələn, qəzəbi: əgər
coşqun yaxud süst [qəzəbləniriksə], onda pis idarə edirik, orta hədd tuturuqsa- yaxşı. Bütün qalan ehtiraslar
da eynilə bunun kimi.
Beləliklə, nə məziyyətlər, nə qüsurlar ehtirasın əsli deyil,çünki ehtiraslara görə bizi nə ədəbli, nə səfeh
saymırlar, məziyyətlərə və qüsurlara görə isə sayırlar;
həm də onun üçün ki, ehtiraslara görə biz nə tərif, nə
məzəmmət qazanırıq; axı qorxuya görə tərif etmirlər və ümumiyyətlə, qəzəbə görə deyil, [müəyyən bir
qəzəbə] görə məzəmmət edirlər. Amma bax, məziyyətlərə və qüsurlara görə isə biz həm tərifə, həm
məzəmmətə layiqik.
Bundan başqa, biz özümüzdən asılı olmadan qəzəblənir və qorxuruq, məziyyətlər isə, əksinə, düşünülmüş
addımdır, yaxud [hər halda ], nəzərdə tutulandır. Və nəhayət ehtiraslarla əlaqədar [ruhun] hərəkətlərini
məziyyətlər və qüsurlarla əlaqədar isə hərəkətləri deyil, müəyyən meylləri göstərirlər. Buna görə də
məziyyətlər- qabiliyyətlər deyil: axı bizi ümumiyyətlə bir hiss keçirməyə qabil olduğumuza görə məziyyətli
və qüsurlu hesab etmirlər; (və buna görə bizi nə tərifləyir nə məzəmmət edirlər). Bundan başqa, qabiliyyətlər
bizə təbiətən verilir, məziyyətli və qüsurlu isə biz təbiətən deyilik. Bu haqda biz artıq demişik. Axı bir halda
ki, məziyyətlər nə ehtiraslar, nə də qabiliyyətlərdir, belə çıxır ki, onlar əxlaqi əsaslardır.
Beləliklə,
deyildi ki, öz qəbil anlayışına görə məziyyət nədir.
5 (Vl). Bununla belə, məziyyətin nəinki [əxlaqi] əsas olduğunu, həm də onun nə cür olduğunu göstərmək
lazımdır. Hər halda demək lazımdır ki, hər bir məziyyət, məziyyəti olduğunu kamilliyə çatdırır, və gördüyü
işə kamillik verir. Deyək, gözün məziyyəti həm gözü, həm onun işini keyfiyyətli edir, ona görə ki, gözün
məziyyətinə görə biz yaxşı görürük, eynilə beləcə də atın məziyyəti atı məziyyətli edir, qaçmaq üçün, at
üstündə gəzmək üçün, düşmənə müharibədə müqavimət göstərmək üçün yaxşı edir.
Əgər bu bütün hallara aiddirsə, onda insanın məziyyəti , ola bilsin [ruhun] elə xarakteridir ki, onda
məziyyətli insanın təşəkkülü baş verir və onda o öz işini yaxşı yerinə yetirir.
Bu iş nədən ibarətdir, biz,
birincisi, artıq demişik, ikincisi isə, məziyyətin mahiyyətini təhlil edəndə bu aydın olacaq.
Beləliklə, hər bir mürəkkəb və bölünən şeydə böyük, kiçik və bərabər hissələri ya bir-birinə, ya bizə nisbətən
fərqləndirmək mümkündür; bərabərlik isə artıqlıq və əksiklik arasında orta bir şeydir.
Cismin ortası ilə mən, hər bir kənardan eyni qədər aralı olanı adlandırıram, həm də bu [orta] təkdir və hamı
üçün bərabərdir. Bizə münasibətdə orta isə, mən onu adlandırıram ki, nə artıqdır, nə də əksikdir, həm də belə
orta nə təkdir, nə də hamı üçün bərabərdir. Belə ki, məsələn, on çox, iki isə azdırsa, onda altı orta kimi
götürülür, çünki altı ikidən nə qədər çoxdursa, bir o qədər də ondan azdır, bu isə elə ədədi mütənasibliyə görə
ortadır.
Ancaq bizə nisbətən ortanı bu cür başa düşmək lazım deyil. Axı əgər on minalıq (1) yemək çox, iki minalıq
isə azdırsa, onda gimnastika məşğələləri üzrə tərbiyəçi altı minalıq yemək yeməyi tapşırmayacaq,
çünki bu
da həmin adam üçün [həddən artıq] çox yaxud [həddən artıq] az ola bilər. Milon (2) üçün bu azdır, yeni
başlayan şagird üçün isə çoxdur. Beləcə də qaçış və güləş ilə. Buna görə də hər bir bələd adam, ortanı
axtararaq və özü üçün [məhz] onu seçərək, - həm də [cisimin özünün] ortasını deyil, bizə nisbətən olan
[ortanı], - artıqlıq və əksiklikdən çəkinir.
Əgər hər bir elm öz işini bax belə tərzdə, yəni ortaya doğru can ataraq və ona doğru öz nəticələrini
yönəldərək müvəffəqiyyətlə tamamlayırsa, (kamil surətdə yerinə yetirilmiş işlər haqqında adət-ənənə deyir
ki, "nə az, nə çox" , nəzərdə tutaraq ki, artıqlıq və əksiklik kamillik üçün xətərlidir, orta olmaq isə xeyirlidir,
90
həm də sənət ustaları biz təsdiqlədiyimiz kimi, bu [qaydanı] nəzərə alaraq işləyirlər), onda məziyyət də, hər
hansı bir [ustanın] sənətindən həm dəqiq, həm yaxşı olan təbiət kimi, ola bilsin, orta olacaq.
Mən əxlaqi məziyyəti nəzərdə tuturam, ona görə ki, məhz o ehtiraslarda və əməllərdə özünü göstərir,
burada
isə artıqlıq, əskiklik və orta meydana çıxır. Belə ki, məsələn, qorxuda və şücaətdə, həvəsdə, qəzəbdə və
peşimanlıqda və ümumiyyətlə iztirabda və zövq almada həm "az", həm "çox" mümkündür, həm o, həm
digəri isə yaxşı deyil. Ancaq bütün bunlar vaxtında, lazımi şəraitdə, lazımi əşyaya münasibətdə lazımi
məqsəd naminə və lazımi üsulla olduqda orta və ən yaxşıdır, bu isə məhz məziyyətə xasdır.
Eynilə beləcə əməllərdə də artıqlıq, əskiklik və orta olur. Məziyyət ehtiraslarda və əməllərdə özünü göstərir,
bunlarda artıqlıq qüsurdur əskiklikdə [həmçinin] (tərifləməyəcəklər), halbuki orta təriflənəndir və
müvəffəqiyyətlidir; həm o, həm digəri məziyyət kimi tanılır.
Məziyyət, beləliklə, bir növ orta əldə etməkdir; hər halda ona nail olunduğu dərəcədə mövcuddur.
Buna əlavə edək ki, müxtəlif cür qəbahət etmək mümkündür (çünki yamanlıq, pifaqorçuların təşbihlə dediyi
kimi, hüdudsuzluğa mənsubdur, yaxşılıq isə - müəyyənliyə), halbuki düzgün əməl yalnız yeganə vasitə ilə
mümkündür (əbəs deyil birinci asandır, ikinci isə çətindir, axı yan vurmaq asandır, hədəfə vurmaq isə
çətindir). Deməli, artıqlıq
və əskikliyin qüsura, orta əldə etməyin isə məziyyətə xas olmasının səbəbi
bundadır.
Sadədir yaxşı adamlar,
Cürbəcürdür qüsurlar.
6. Beləliklə, məziyyət, düşüncəli insanın mühakiməsilə müəyyənləşdirilmiş, bizə nisbətən ortaya
yiyələnmədən ibarət olan [ruhun] şüurlu surətdə seçilib-götürülən xüsusiyyətidir. Ortaya iki qüsurun -
artıqlığın və əskikliyin - arasında malik olurlar. Bir də ona görə [məziyyət ortaya malik olma bildirir] ki,
ehtiraslarda olduğu kimi əməllərdə də [qüsurlar] lazım olanı ya artıqlığa, ya əskikliyə doğru pozur, məziyyət
isə ortanı müəyyən edir və onu seçir.
Məhz buna görə , onun varlığının mahiyyətini müəyyənləşdirən əslinə və anlayışına görə, məziyyət ortaya
malik olmadır, ali nemət və kamillik nöqteyi-nəzərindən isə, ucalığa malik olmadır (3).
Lakin heç də hər bir əməldə və hər bir ehtirasda orta yol verilən deyil, çünki bəzi ehtirasların adının özündə
pis
keyfiyyətlər ifadə olunub, məsələn, bədxahlıq, utanmazlıq, yamanlıq, əməllərdən isə - əxlaqsızlıq,
oğurluq, qatillik. Bütün bunlar və bunun kimilər artıqlıq yaxud əskiklik üzündən deyil, özlüyündə pis sayılır
və deməli, bu keyfiyyətlərdə heç vaxt düzgün hərəkət olmaz, yalnız qəbahət etmək olar; həm "yaxşı" həm
"qeyri-yaxşı" bu [keyfiyyətlərdə] mümkün deyil; [məsələn] bir kəslə, bir vaxt yaxşı əxlaqsızlıq etmək
mümkün deyil; ümumiyyətlə belə [əməllərdən] hər hansı birini etmək - qəbahət etməkdir. Əgər bu belə
olmasaydı, qanunsuz hərəkətlərdə qorxaqlıqda, əxlaqsızlıqda ortaya artıqlığa və əskikliyə malik olmanın
mümkünlüyünü gözləmək olardı; axı onda hər halda artıqlıqda və əskiklikdə ortaya malik olma və həmçinin
artıqlığın artıqlığı və əskikliyin əskikliyi mümkün olardı. Və kamalın, kişiliyin artıqlığı olmadığı kimi, çünki
burada orta, bir növ ucalıqdır, eləcə də [yuxarıda göstərilən qəbahətlərdə] nə ortaya malik olma, nə artıqlıq,
nə əskiklik mümkün deyil, ancaq, əgər belə hərəkət edilirsə, qəbahət edilir. Axı,
ümumiyyətlə desək, nə
artıqlıqda və əskiklikdə ortaya malik olma, nə ortaya malik olmada artıqlıq və əskiklik mümkün deyil.
Beşinci kitab
Ədalət haqqında
8. Hər halda bəziləri belə zənn edir ki, əvəz vermə (4) sözsüz ədalətlidir...Ancaq əvəz vermə nə bölgü
hüququ üçün, nə də qayda yaratma üçün yaramır...ona görə ki, [o] bir çox şeyə ziddir. Məsələn, əgər vəzifəli
şəxs kimə isə zərbə vurubsa, onda cavab zərbə endirmək lazım deyil, əgər vəzifəli şəxsə zərbə endirilibsə,
onda [cavab olaraq] onu nəinki vurmaq, həm də cəza vermək lazımdır. Bundan başqa, fərqləndirmək
vacibdir, [həmin şəxs belə hərəkəti] qəsdənmi, yaxud qeyri-ixtiyari etmişdir.
Buna baxmayaraq, mübadilə
ilə əlaqədar ictimai münasibətlərdə məhz belə qayda tətbiq olunur - əvəz vermə, ancaq bərabərlik əsasında
91