Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   41   42   43   44   45   46   47   48   49

hərbçilərin əlində cəmləşir.  4. Göstərilən dövlət quruluşlarından uzaqlaşma aşağıdakılardır: çar 
hakimiyyətindən - tiraniya, aristokratiyadan - oliqarxiya, politiyadan - demokratiya. Tiraniya - bir hökmranın 
mənafeyini güdən monarxiya hakimiyyətidir; oliqarxiya varlı vətəndaşların mənafeyini qoruyur; demokratiya  
- kasıbların mənafeyini; onlardan heç biri ümumi xeyir məqsədi güdmür. 
 
 
Beşinci kitab 
 
I. 6. Ümumiyyətlə, bərabərliyin olmaması, əgər ona həqiqi bərabərsizlik uyğun gəlmirsə, hər yerdə qiyamlara 
səbəb olur; axı bərabər olanlar arasında bulunan ömürlük çar hakimiyyəti də bərabərsizlikdir. Həm də 
ümumiyyətlə bərabərlik əldə etmək naminə qiyama qalxırlar. 7. Bərabərlik isə iki cür olur: kəmiyyətə görə 
bərabərlik və ləyaqətə görə bərabərlik...Bu və ya digər növ bərabərliyi adi bir şey kimi tətbiq etməyə cəhd 
göstərmək ümumiyyətlə səhvdir. Həm də sonra baş verən hadisələr buna yaxşı sübutdur:  bu cür bərabərliyə 
əsaslanmış dövlət quruluşlarından heç biri sabit qalmır... 9. Hər halda demokratik quruluş daha təhlükəsizdir 
və oliqarxiya quruluşuna nisbətən daxili ədavətlərlə az nəticələnir. Oliqarxiyalarda  iki növ çəkişmənin 
rüşeymi gizlənir: bir-birilə və xalq ilə ixtilaflar; demokratiyalarda isə - yalnız oliqarxiya ilə; xalq özü-özünə 
qarşı - həm də bunu xüsusi qeyd etmək lazımdır - qiyama qalxmayacaq. Üstəlik ortababların üstünlüyünə 
əsaslanan dövlət quruluşu oliqarxiyaya nisbətən demokratiyaya daha yaxındır, o isə saydığımız dövlət 
quruluşları içərisində  daha artıq təhlükəsizliyə malikdir. 
 
 
Yeddinci kitab 
 
IV. 3. Çoxları belə hesab edir ki, uğurlu dövlət öz ölçülərinə görə böyük olmalıdır. Ancaq bu fikir doğru olsa 
belə, hər halda onlar bir şeyi başa düşmürlər ki, hansı dövlət böyükdür və hansı böyük deyil. Dövlətin 
böyüklüyünü onlar əhalinin sayı ilə ölçürlər; ancaq kəmiyyətə deyil, imkanlara diqqət yetirmək daha doğru 
olardı. Axı dövlətin də öz vəzifələri var, buna görə də bu vəzifələri daha yaxşı surətdə həyata keçirməyə 
qabil olan dövləti daha böyük saymaq lazımdır... 5. Təcrübə göstərir ki, həddən artıq əhalisi çox olan 
dövlətin yaxşı qanunlarla idarə olunması mümkün deyil deməsək də, hər halda necə çətindir; hər halda biz 
görürük ki, gözəl quruluşu ilə şöhrətlənmiş bütün dövlətlər öz əhalisinin sayının həddən artıq artmasına yol 
vermirlər. Bu məntiqi mülahizələrə görə də aydındır: axı qanun müəyyən bir nizamdır; yaxşı qanunlar 
şübhəsiz yaxşı nizamdır; həddən artıq böyük kəmiyyət isə nizama yol vermir. Bunu birləşdirmək, bu 
Kainatın da bütövlüyünü möhkəmlədən ilahi qüvvənin işi olardı. 6. Gözəllik adətən kəmiyyətdə və ölçüdə öz 
təcəssümünü tapır; buna görə də böyüklük və yuxarıda göstərilən hədd birləşən dövlət labüdən gözəldir. 
 
 
* * * 
 
 
 
QEYDLƏR VƏ İZAHATLAR 
 
SOFİSTLƏR 
 
1. "Əks-YER" - Pifaqorçuların təliminə görə Yer və mərkəzi kosmik od arasında  olan göy cismi. 
 
2. Bu halda kvadrat və müxtəliftərəfli düzbucaq müqabil qoyulur. 
 
3. Harmoniya dedikdə burada musiqi intervalı deyil, musiqi qammasının səs pərdələri məcmuu nəzərdə 
tutulur. 
 
4. Söhbət Parmenid və eleya məktəbindən olan digər filosoflardan gedir. 
 
5. Klepsidra - quruluşuna görə qum saatlarına bənzəyən su saatı. 
 
6. Ambraziya - qədim yunan mifologiyasına görə əbədi cavanlıq və ölməzlik bəxş edən tanrıların yeməyi. 
 
 
96


7. Epiheyrema - ixtisar edilmiş əqli nəticə, yəni qismən göstərilən deyil, nəzərdə tutulan mühakimələrlə əqli 
nəticə. 
 
 
PLATON 
 
1. Sokrat - Aristofan, Evpolid, Teleklid, Kalliy kimi məzhəkəçilərin gülüş predmeti idi. 
 
2. Aida - qədim yunan mifologiyasında - yeraltı aləmin tanrısı, ölmüşlərin kölgələr səltənətinin hökmranı, 
həmçinin kölgələr səltənətinin özünün adı. 
 
3. Endimion - Selenanın (Ayın) sevgilisi - Latis dağında əbədi yuxuya qərq olmuşdur. 
 
4. Anaksaqora görə, zəka "birdən fəaliyyətə başlayaraq əvvəl nizamsızlıqda olan bütün şeyləri bir yerə 
bağlamışdır." Bax: Anaksaqor. 
 
5. Böyük Panafineya (Ümumafina) - qədim yunanıstanda böyük bayram şənliyi. 
 
6. Keramik - Afinanın şimal-qərb ətrafı (Keramikin bir hissəsi şəhərin içində idi). 
 
7. Burada konkret bir şeyin çoxluğu deyil, ümumiyyətlə çox nəzərdə tutulur. 
 
8. Burada Sokrat, Parmenidi və Zenonu istehza ilə qeyd edir. 
 
9. Burada ideyalar haqqında Platon təlimi şərh edilir. Parmenid Sokratın sözlərini elə şərh edir ki, guya 
ideyalar öz-özünə, duyğularla qavranılan şeylər aləmindən asılı olmadan mövcuddurlar. 
 
10. Akropol - qədim yunan şəhərlərində qala  
11. Bu atalar sözündə, idarə edənlərin idarə edilənlərə uyğun götürüldüyü nəzərdə tutulur. 
 
 
ARİSTOTEL 
 
1. Burada və aşağıda: təsadüfi - yəni qeyri-əsl olan, kənardan daxil olmuş xassə, aksidensiya; məsələn, 
ağbənizlik insan üçün təsadüfi, kənar olan bir şeydir, çünki o ağbənizdir, ancaq o ağbənizliyin özü deyil. 
 
2. Yəni əslin təşəkkülüdür. 
 
3. Mətndə kvadratşəkilli mötərizələrdə [] yunan mətnində olmayan, lakin fikrin düzgün ifadəsi üçün zəruri 
olan sözlər, dəyirmi mötərizələrdə () isə əksər hallarda yunan mətninin özündə bulunan şərhedici sözlər və 
ifadələr verilmişdir. 
 
4. Aksioma - burada öz-özünə məlum olan müddəalar mənasında deyil, postulat mənasındadır. 
 
5. Qəbil həmişə ümumi olan bir şeydir,  ancaq ümumi olan həmişə  qabil deyil; Aristotelə görə mövcudluq və 
vahidlik qabil deyil, ən ümumidir. 
 
6. Yəni filosof. 
 
7. Bax: İkinci analitika, on doqquzuncu fəsil. 
 
8. Burada sübutun başlanğıcının sübut edilmədən qəbul olunan müddəalar olduğunu bilməyən Antisfen və 
digər "avam" filosoflar nəzərdə tutulur. 
 
9. Ziddiyyət qanununu qısaca və dürüst şəkildə ifadə edərək, Aristotel burada onu varlığın universal prinsipi 
kimi şərh edir. 
 
 
97


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə