Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   41   42   43   44   45   46   47   48   49

Hər bir obyektin tədqiqi ilk növbədə onu təşkil edən kiçik hissələrin təhlilindən başlanmalı olduğundan, 
ailənin isə ilkin və kiçik hissələri ağa və qul, ər və arvad, ata və uşaqlar olduğundan, bu üç elementdən hər 
birini nəzərdən keçirmək lazımdır: onlardan hər biri özündə nə təmsil edir və o necə olmalıdır. 
 
2. Göstərilən bu üç cür elementlər arasındakı münasibəti belə xarakterizə etmək mümkündür: ağalıq, kəbin  
(ər və arvadın birgə yaşayışını ifadə etmək üçün xüsusi bir termin yoxdur), və üçüncü - ata (bu münasibət də 
xüsusi bir terminlə ifadə olunmur). Göstərdiyimiz üç münasibəti nəzərdən keçirək...İlk növbədə ağa və qul 
münasibəti üzərində dayanaq və əməli fayda nöqteyi-nəzərindən onların qarşılıqlı münasibətinə baxaq. Bu 
münasibəti aydınlaşdırmaq üçün mövcud olan nəzəriyyələrə nisbətən daha doğru olan nöqteyi-nəzərdə 
dayana bilərikmi? 3. Məsələ ondadır ki, bəzilərinin fikrinə görə ağanın qul üzərində hakimiyyəti bir növ 
elmdir, özü də həm bu hakimiyyət, həm ailənin təşkili, həm dövlət, həm çar hakimiyyəti, biz artıq yuxarıda 
dediyimiz kimi bir şeydir. Əksinə, başqalarının fikrinə görə ağanın qul üzərində hakimiyyəti qeyri-təbiidir
yalnız qanuna görə biri qul, digəri sərbəstdir, mahiyyətcə isə heç bir fərq yoxdur. Buna görə də ağanın qul 
üzərində hakimiyyəti zorakılığa əsaslandığı üçün  ədalətsizdir. 
 
4. Mülkiyyət evin bir hissəsidir, həm də qazanc ailə təşkilinin bir hissəsidir: zəruri olan şeylərsiz nəinki yaxşı 
yaşamaq, hətta ümumiyyətlə yaşamaq mümkün deyil...Mülkiyyətin əldə edilməsi külli miqdarda vasitə tələb 
edir, özü də ümumiyyətlə, sənətlərdə hər hansı sənətkar bir vasitə kimi daha vacib olduğu qədər, qul da 
mülkiyyətin canlı hissəsidir. 5. Əgər hər bir alət ona verilən əmrə görə, yaxud  hətta onu qabaqcadan 
duyaraq, ona mənsub olan işi özü görə bilsəydi...əgər toxucu məkikləri özləri toxusaydı, mizrablar özləri 
gifara (1) çalsaydı, onda memarların da işçilərə ehtiyacı olmazdı, ağalara isə qullar lazım olmazdı... 
 
8. Hökmranlıq və itaətkarlıq nəinki zəruridir, hətta xeyirlidir, və elə anadangəlmə bəzi məxluqlar [sanki] 
itaətkarlıq, başqaları hökmranlıq üçün [yaranmışlar]. Hökmranlıq edənin və itaətkarlıq edənin müxtəlif 
növləri mövcuddur. Lakin itaətkarlıqda olanlar nə qədər uca olsalar, onlar üzərində hakimiyyətin özü bir o 
qədər mükəmməldir; belə ki, məsələn, insan üzərində hakimiyyət, heyvan üzərində hakimiyyətə nisbətən 
daha mükəmməldir. Axı usta nə qədər kamildirsə, onun icra etdiyi iş də bir o qədər mükəmməldir; lakin bir 
tərəf hökmranlıq digər tərəf isə itaətkarlıq edən yerdə söhbət ancaq onların gördüyü hər hansı işdən gedə 
bilər. 
 
9. Vahid tamlıq təşkil edən, biri digərilə arasıkəsilməz bağlı yaxud ayrılmış olan, bir neçə hissədən təşkil 
olunmuş hər bir şeydə, hakim başlanğıc və və itaətkar başlanğıc özünü büruzə verir. Bu təbiətin ümumi 
qanunudur və özlüyündə canlı məxluqlar ona tabedir. Doğrudur, cansız şeylərdə, məsələn musiqi 
harmoniyasında da müəyyən bir hökmranlıq tapmaq olar; ancaq bu məsələ ola bilsin  xüsusi bir tədqiqatın 
predmetinə xidmət edə bilər. 10. Canlı məxluq ilk növbədə ruh və bədəndən ibarətdir; ruh öz təbiətinə görə 
hakim, bədən itaətkar başlanğıcdır... 
 
11. Bizim fikrimizə görə, hər bir canlı məxluqda ilk növbədə ağalıq və siyasi hakimiyyət görmək olar. Ruh 
bədən üzərində bir ağa kimi, zəka isə bizim meyllərimiz üzərində bir dövlət xadimi kimi hökmranlıq edir. 
Buradan aydındır ki, bədən üçün ruhun, ruhun ehtiraslara məruz qalmış hissəsi üçün isə zəkanın və təfəkkür 
elementlərinin itaətkarlığında olmaq nə qədər təbii və xeyirlidir; və əksinə, bərabər yaxud əks münasibətdə 
həmişə necə zərər alınır.12. İnsana və digər canlı məxluqlara münasibətdə də eyni müddəa öz qüvvəsidə 
qalır. Belə ki, öz təbiətinə görə ev heyvanları üçün insanın tabeliyində olmaq daha münasibdir: onlar beləcə 
faydalanırlar. Kişi də arvada münasibətdə bunun kimi: öz təbiətinə görə birinci daha yüksəkdir, ikinci 
aşağıdır, özü də budur birinci hökmranlıq edir, ikinci itaətkarlıqdadır. Elə bu prinsip özü labüdən bütün 
bəşəriyyətdə də hökm sürməlidir. 
 
13. Ruh bədəndən, insan isə heyvandan fərqləndiyi kimi yüksək dərəcədə biri digərindən fərqlənən adamlar 
(bu, fəaliyyəti fiziki qüvvə tətbiq etməkdən ibarət olan şəxslərə aiddir, həm də bu onların bacardığının ən 
yaxşısıdır) öz təbiətinə görə quldur; yuxarıda göstərdiyimiz məxluqlar kimi onlar üçün də ən yaxşı qismət, 
belə bir hakimiyyətin itaətkarlığında olmaqdır. Axı qul təbiətinə görə başqasına mənsub ola bilən (buna görə 
də başqasına mənsubdur), həm də təfəkkürə, başqasının əmrlərini başa düşmək dərəcəsində aidiyyatı olan, 
lakin özü təfəkkürə malik olmayan [adamdır]. Digər canlı məxluqlara gəldikdə isə, onlar əmrləri başa 
düşmək qabiliyyətinə malik olmayıb, ancaq hisslərinin artıb - əksilməsinə itaət edirlər.14. Bununla belə, ev 
heyvanlarının verdiyi xeyir, qulların verdiyi xeyirdən bir o qədər də fərqlənmir: həm onlar, həm digərləri öz 
fiziki qüvvələri ilə bizim ən vacib tələbatlarımızın ödənilməsinə kömək edirlər. 
 
 
94


Təbiət elə yaranıb ki, sərbəst adamların fiziki quruluşu da qulların fiziki quruluşundan fərqlənir: bu 
sonuncular lazımi fiziki əməyi yerinə yetirməyə yarayan möhkəm bədənlidirlər; sərbəst adamlar isə özlərini 
düz tuturlar və uyğun işləri yerinə yetirməyə qabil deyillər, əvəzində onlar siyasi həyat üçün yararlıdırlar, bu 
axırıncı isə onlarda hərb və sülh dövründə olan fəaliyyətə bölünür. Ancaq onu demək lazımdır ki, çox vaxt 
əksinə də olur: bəziləri sərbəst adamlara xas olan yalnız bədənlərə malik olurlar, başqaları isə-yalnız ruhlara. 
15.Hər halda aşağıdakılar aydındır: əgər insanlar bir-birindən yalnız fiziki quruluşuna görə allahların şəkilləri 
onlardan fərqləndiyi dərəcədə fərqlənsəydilər, onda hamı etiraf edərdi ki, fiziki quruluşuna görə geri qalan 
insanlar qul olmağa layiqdir. Əgər bu müddəa insanların fiziki təbiətinə görə düzdürsə, onda onların ruhi 
təbiətinə görə belə hədd qoymaq daha düzgündür, ancaq ruhun gözəlliyini görmək, bədənin gözəlliyini 
görmək kimi asan deyil. 
 
16. Onu da görmək çətin deyil ki, bunun əksini iddia edənlər də müəyyən mənada haqlıdırlar. Doğrudan da 
"qulluq" və "qul" ifadələri iki mənada işlədilir: qanuna görə də qul və qulluq olur; qanun bir növ 
razılaşmadır, ona görə müharibədə zəbt edilən şeylər, onları ələ keçirənin mülkiyyəti sayılır... 
 
20. Beləliklə, deyilənlərdən aydın olur ki, [qul olmanın mahiyyətinə baxışlardan] tərəddüd müəyyən əsasa 
malikdir: bir tərəfdən bəziləri təbiətən qul deyillər, digər tərəfdən isə bəzilərində bu fərq mövcuddur və onlar 
üçün birinin qul olması digərinin ağalıq etməsi xeyirli və ədalətlidir, həm də birinin itaətkar olması digərinin 
isə hökmranlıq etməsi və təbiətən ona verilmiş hakimiyyəti bir ağa olmaqla həyata keçirməsi zəruridir.  
Ancaq hakimiyyətin pis işlədilməsi nə ona nə digərinə xeyir gətirmir: axı hissə üçün xeyirli olan, tam üçün 
də xeyirlidir, bədən üçün xeyirli olan, ruh üçün də xeyirlidir, qul isə ağanın bir növ canlı, hərçənd onun 
bədənindən ayrı olan müəyyən bir hissəsidir. 
 
21. Bir halda ki, onların qarşılıqlı münasibəti təbii əsaslar üzərində durur, qula və ağaya qarşılıqlı dostluq 
münasibəti xeyirlidir; bu [ münasibətlər] belə olmayıb qanun və zorakılıq üzərində duran [halda] isə hər şey 
əksinə baş verir. 
 
Yuxarıda deyilənlərdən həm də o aydındır ki, bəzilərinin iddia etdiyi kimi ağanın hakimiyyəti və dövlət 
xadiminin hakimiyyəti, eləcə də bütün hakimiyyət növləri, eyni deyildir. Təbiətən sərbəst olanlar üzərində 
hakimiyyət bir şeydir, qullar üzərində hakimiyyət - başqa. Ağanın ailə hakimiyyəti monarxiyadır (ona görə 
ki, hər bir ailə öz ağası ilə monarxiya üsulu ilə idarə olunur), dövlət xadiminin hakimiyyəti isə sərbəst və 
bərabər olanlar üzərində hakimiyyətdir. 22. Ağanı onun biliyinə görə deyil, təbii xüsusiyyətlərinə görə ağa 
adlandırırlar; qula və sərbəstə münasibət də eyilə bunun kimidir... 
 
23. Ağanın hakimiyyəti  xüsusunda elmdə, heç bir böyüklük, ya ucalıq yoxdur: axı qulun icra etməyi 
bacarmalı olduğunu ağa əmr etməyi bacarmalıdır. Buna görə də belə başağrısından yaxa qurtarmaq imkanı 
olanlar bu vəzifəni idarəedicinin öhdəsinə verirlər, özləri isə  siyasət yaxud fəlsəfə ilə məşğul olurlar. 
Qulların əldə edilməsi haqqında elmə gəldikdə isə (onun nə dərəcədə ədalətli olub-olmamasına görə), o nə 
isə bir növ müharibə, yaxud ov haqqında elm olmaqla  yuxarıda göstərilən hər iki [elmdən] fərqlənir. Bizim 
qul və ağa haqqında fikirlərimiz bax budur. 
 
 
Üçüncü kitab 
 
V. 1. Dövlət təşkili, elə dövlət idarəetmə üsulunu bildirir, axırıncı isə dövlətdə ali hakimiyyət ilə təmsil 
olunur və ali hakimiyyət hökmən ya birinin, ya az bir qismin, ya əksəriyyətin əlində olur. Həm də  bir 
nəfərmi olsun, ya az bir qisim, ya əksəriyyət ümumi xeyri əsas tutaraq idarə edən zaman təbiidir, dövlət  
quruluşunun belə növləri düzgündür, lakin ya bir şəxsin, ya az bir qismin, ya əksəriyyətin xeyri güdülən 
dövlət quruluşları isə pozuntulardır. Axı ikisindən birini qəbul etmək lazımdır: ya dövlət icmasında iştirak 
edən adamlar vətəndaş deyil, ya onların hamısının ümumi xeyirdə əli olmalıdır. 2. Ümumi xeyri nəzərdə 
tutan monarxiya idarəetmə üsulunu biz adətən çar hakimiyyəti adlandırırıq; bir nəfərdən artıq olmaq şərtilə 
azlığın hakimiyyəti aristokratiyadır (ya dövləti ən yaxşı adamlar  idarə etdiklərinə görə, ya da dövlətin və ona 
daxil olanların ali rifahı əsas götürüldüyünə görə); ümumi xeyir naminə dövləti əksəriyyət idarə edən zaman, 
biz hər bir növ dövlət quruculuğu üçün ümumi olan ifadə işlədirik,- politiya (2).  3. Həm də belə hədd qoyma 
məntiqi olaraq düzgündür: bir nəfər yaxud bir neçə nəfər öz məziyyətlərilə  seçilə bilər, ancaq əksəriyyət 
üçün hər bir məziyyətdə müvəffəqiyyət qazanmaq artıq çətin işdir, hərçənd hərbi şücaət xalq kütləsində rast 
gəlindiyindən, məhz onda daha asandır. Bax buna görə belə palitiyada ali hakimiyyət öz hesabına silahlanan 
 
95


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə