Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

onda bu elə təbiətin yaratdığı şeylərdə də mümkündür; eybəcərliklər də "nəyə görə" xüsusunda belə 
səhvlərdir. 
 
 
Üçüncü kitab 
 
Dördüncü fəsil 
 
Təbiət haqqında elm hər biri zərurətən ya sonsuz, ya sonlu olan ölçülərlə, hərəkətlə (12) və zamanla 
münasibətdə olduğundan (hətta hər şey sonsuz ya sonlu olmasa belə, məsələn, xassə yaxud nöqtə kimi; 
onlara bəlkə də nə ondan, nə digərindən olmaq zərurəti yoxdur), təbiət haqqında tədqiqat apararaq sonsuzluq 
haqqında [məsələni] təhlil etmək yerinə düşər - o mövcuddur ya yox, əgər mövcuddursa, o nədir. Belə təhlil 
etmənin bu elmə münasib olduğuna sübut [aşağıdakılar ola bilər]: adı çəkilməyə layiq surətdə bu fəlsəfə ilə 
məşğul olanların hamısı sonsuzluq haqqında fikir söyləyiblər və hamı onu mövcud olan [şeylərin] müəyyən 
bir əsası sayır. 
 
Bəziləri, pifaqorçular və Platon kimi, onu başqa bir şeyin xassəsi deyil, müstəqil əsl hesab edərək, öz-
özlüyündə sonsuzluğu (to apeiron) təhlil edirlər - o fərq ilə ki, pifaqorçular onu duyğu ilə qavranılan  
şeylərdə [görürlər] (axı onlar ədədi də [onlardan] ayırmırlar) və [sübut etməyə çalışırlar] ki, Səmanın  o 
tayında [da] sonsuzluq bulunur; Platon isə deyir ki, səmanın o tayında heç bir cisim yoxdur, onlar bir yerdə 
olmadığından hətta ideyalar da yoxdur, sonsuzluq isə həm duyğu ilə qavranılan şeylərdə və həm də 
ideyalarda bulunur. Sonra, pifaqorçular sonsuzluğu cüt [ədədlə] eyniləşdirirlər, çünki o, [cüt], daxilə salınmış  
və təklə hüdudlanmış olmaqla mövcud [şeylərə] sonsuzluğu bildirir. Ədədlər ilə baş verən hadisə buna 
sübutdur, yəni əgər qnomonları vahidin ətrafına düzsək və bunu ayrılıqda tək və cüt ədədlər üçün etsək, onda 
birinci halda həmişə eyni bir fiqur, axırıncı halda isə digər görünüşlü fiqur alınacaqdır (13). Platon isə iki 
sonsuzluq olduğunu hesab edirdi - böyük və kiçik (14). 
 
Təbiət haqqında yazanların hamısı, elementlər adlananlardan müəyyən bir mahiyyəti sonsuzluğun əsası 
sayırlar, məsələn, suyu, havanı, yaxud onlar arasında orta bir şeyi. Məhdud sayda elementlər müəyyən 
edənlərdən heç kəs [onları]  sonsuz saymır; elementləri [sayına görə] sonsuz götürənlər isə Demokrit və 
Anaksaqor kimi - biri fiqurların homeomeriyasından digəri panspermiyasından (15)  - deyirlər ki,  sonsuzluq 
[hissəciklərin] təmasına görə  arasıkəsilməzlikdir... 
 
 
Yeddinci kitab 
 
Üçüncü fəsil 
 
...Bütün bunlardan başqa, çox ehtimal, [birincisi] fiqur və formalarda, [ikincisi] isə xassələrdə həm də onların 
əldə edilməsində və itirilməsində, keyfiyyət dəyişmələrinin olduğunu fərz etmək olar; ancaq nə onda, nə 
digərində o bulunmur, yəni hazırlandıqdan sonra, forma verilmiş və işlənmiş [əşyanın], o hazırlandığı 
[materialın] adı ilə adlandırmırıq, məsələn, heykəli mis ilə, şamı mum ilə, yatağı taxta ilə, ancaq törəmə söz 
tərtib edərək onu misdən [düzəldilmiş], mumdan [düzəldilmiş], yaxud taxtadan [düzəldilmiş] adlandırırıq. 
Eləcə də təsirə məruz qalanı və keyfiyyətcə dəyişilənləri adlandırırıq; biz deyirik: duru, isti ya bərk mis, 
yaxud mum. Həm də təkcə belə yox göstərilən təsiri və materialı ümumi ad ilə ifadə edərək, duru və isti şeyi 
mis adlandırırıq. Beləliklə, əgər müəyyən fiqura malik əmələ gəlmiş [əşya] formasına fiquruna görə deyil, 
vəziyyətinə və məruz qaldığı dəyişikliyə görə adlanırsa, onda aydındır ki, bu qəbildən əmələ gəlmələr 
keyfiyyət dəyişiklikləri olmayacaq. Sonra əgər desək ki, insan ya ev  ya əmələ gəlmiş [əşyalardan] daha hər 
hansı biri keyfiyyətcə dəyişib, təəccüblü görünə bilər; hər halda, onlardan hər biri, yəqin ki, bir şeyin 
keyfiyyətcə dəyişilməsi nəticəsində əmələ gəlməliydi, məsələn, materiyanın sıxılması yaxud seyrəkləşməsi, 
qızdırılması yaxud soyudulması nəticəsində; [bu zaman] əlbəttə əmələ gələn [əşyalar] keyfiyyətcə 
dəyişmirlər və onların əmələ gəlməsi keyfiyyət dəyişikliyi deyil... 
 
Sonra, biz deyirik ki, bütün məziyyətlər müəyyən bir şeyə məlum münasibətdən ibarətdir. Yəni, bədənin 
[məziyyətlərini], məsələn, sağlamlığı yaxud yaxşı əhvalı biz bədənin daxilində istinin və soyuğun 
qatışmasında və mütənasibliyində, yaxud bədənin daxilində onların biri-birinə münasibətində, yaxud 
ətrafdakılarla münasibətində zənn edirik; bu həm də gözəlliyə, gücə və digər məziyyətlərə və nöqsanlara 
 
84


aiddir. Onlardan hər biri məlum münasibətdə bir şeydə olur və onların yiyələndiyi [əşyada] onun özünün xas 
olduğu yaxşılığa yaxud pisliyə meyl oyadır, xas olan isə, onun öz təbiətinə görə yarana və məhv ola biləcəyi 
şey olacaq. Münasibətlər öz-özlüyündə keyfiyyət dəyişikliyi olmadığından və onlarla keyfiyyət dəyişikliyi 
baş vermədiyindən, onlar əmələ gəlmədiyindən və ümumiyyətlə heç cür dəyişmədiyindən, aydındır ki, nə 
xassələrin [özləri], nə xassələrin itirilməsi ya əldə edilməsi özlüyündə keyfiyyət dəyişikliklərini təmsil etmir, 
hərçənd müəyyən keyfiyyət dəyişmələrində əmələ gəlmək və yox olmaq bəlkə onlara zəruridir də (görünüşə 
və formaya da həmçinin), məsələn istiyə və soyuğa yaxud quruya və nəmə, ümumiyyətlə onların əsas kimi 
bulunduqları hər şeyə. 
 
 
 
 
Səkkizinci kitab 
 
 
 
Birinci fəsil 
 
... ZAMAN xüsusunda, biri istisna olmaqla bütün [mütəfəkkirlər], çox güman, eyni cür fikirləşir: onlar 
zamanı yaradılmayan adlandırırlar. Buna əsaslanaraq, zaman yaranmamış bir şey olduğundan, Demokrit də 
hər şeyin yaranmasının mümkün olmadığını sübut edir. Təkcə bir Platon onu yaradır: o deyir ki  zaman 
Kainatla birlikdə yaranmışdır, Kainat isə onun fikrinə görə yaranmışdır (16). Əgər zamanın "indi"siz mövcud 
olması və düşünülməsi mümkün deyilsə," indi" isə özünə eyni zamanda həm başlanğıcı həm sonu daxil edən 
müəyyən bir orta olduğundan -gələcəyin başlanğıcı və keçmişin sonu - zamanan daim mövcud olması 
zəruridir. Axı zamanın axırıncı götürülmüş son həddi "indi"nin birində olacaqdır (zamanda "indi"dən başqa 
heç nə tutmaq olmadığından) deməli əgər "indi" başlanğıc və sondursa, onda onun hər iki tərəfində həmişə 
zaman olmalıdır.Əgər zaman bulunursa, bir halda ki, zaman hərəkətin bir xassəsidir, aydındır ki, hərəkət də 
mövcud olmalıdır. 
 
 
Üçüncü fəsil 
 
[Burada] müzakirə ediləcək məsələnin başlanğıcı şərh edilmiş çətinlik olacaq: nə üçün mövcud [şeylərdən] 
bir qismi bəzən hərəkət edir bəzən isə yenə sükunətdə olurlar. BUDUR bax, zəruridir ki, ya bütün [şeylər] 
həmişə sükunətdə olsun, ya hamısı həmişə hərəkət etsin, yaxud bəzi şeylər hərəkət etsin, başqaları sükunətdə 
olsun və burada yenə də [aşağıdakı imkanlar var]: hərəkət edən şeylər həmişə hərəkət edirlər, sükunətdə 
olanlar isə həmişə sükunətdə olurlar, onların hamısı təbiətən hərəkət etməyə və sükunətdə olmağa qabildir; 
və nəhayət bir də üçüncü - mümkündür ki, mövcud olan [şeylərdən] bəziləri hərəkətsizdir, başqaları həmişə 
hərəkətdədir, üçüncülər [bu vəziyyətlərin ] hər ikisinə növbə ilə aiddir. Bu axırıncı fikir bütün çətinliklərin 
həllini özündə cəmləşdirdiyindən və bizim tədqiqatımızı  bütünlüklə tamamladığından biz məhz onu sübut 
etməyə çalışacağıq. 
 
Duyğuların verdiyi [ifadələri]  bir tərəfə ataraq, hər şeyin sükunətdə olduğunu iddia etmək, nəinki ayrı-ayrı 
şeylər xüsusunda, hətta ümumi bir şey xüsusunda təfəkkürün gücsüzlüyü və şübhə ifadəsi olar; onların 
hamısı hərəkətdən istifadə etdiyindən [bu nöqteyi-nəzər] təkcə fizika əleyhinə deyil, həm də, necə deyərlər, 
bütün elmlərə və bütün fikirlərə qarşı yönəlmişdir. Sonra, riyaziyyat haqqında mühakimələrdə əsaslara qarşı 
etirazlar riyaziyyatçı üçün heç bir əhəmiyyət kəsb etmədiyi kimi [bu həmçinin digər elmlərə də aiddir], 
eynilə beləcə, fizikin əsas fərziyyəsinə görə təbiət hərəkətin başlanğıcı olduğundan, gətirilən müddəanın da 
onun üçün heç bir əhəmiyyəti yoxdur. 
 
Hər şeyin hərəkətdə olması haqqında iddia da təqribən belə xarakterə malikdir: o səhvdir, ancaq birinciyə 
nisbətən elmi metodla az dərəcədə ziddiyyət təşkil edir: axı fizika haqqında kitablarda biz müəyyən etmişdik 
ki, təbiət  hərəkətin əsası olduğu kimi, eyni dərəcədə sükunətin də əsasıdır və hərəkət təbiətə xas olan bir 
şeydir. Həm də bəziləri deyirlər: məsələ mövcud [əşyalardan] birinin hərəkət etməsi digərinin isə hərəkət 
etməməsində deyil, hamısı və həmişə hərəkət edir, ancaq bu bizim duyğularımızdan gizlidir (17). hərçənd 
onlar məhz hansı hərəkətdən, yaxud bütün hərəkətlərdən söhbət getdiyini göstərməsələr də onlara etiraz 
etmək çətin deyil. Axı fasiləsiz nə artmaq, nə azalmaq olmaz, həmişə orta [vəziyyət] bulunmaqdadır... 
 
85


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə