Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

mühakimə tətbiq edilə bilər. Yəni o da ölçüyə malik olacaq və onun qarşısında hər hansı başqa bir [şey] 
bulunacaqdır. Beləliklə, bir dəfə deyilən həmin bu [mühakiməni] sonsuzluğa qədər təkrar etmək olar. Çünki 
onun, (mövcudluğun) heç bir belə [şeyi] sonuncu olmayacaq və heç vaxt onun başqa şeyə [yuxarıda 
göstərilmiş] münasibəti olmayan bir şey olmayacaq. Beləliklə, əgər mövcudluq çoxludursa, onda o həm 
kiçik, həm də böyük olmalıdır: o dərəcədə kiçik ki, [əsla] ölçüsü olmasın və o dərəcədə böyük ki, hüdudsuz 
olsun". 
 
Diogen Laertsi. IX. 72. Zenon isə:"Hərəkət edən [predmet] nə onun olduğu, nə onun olmadığı yerdə hərəkət 
etmir," - deyərək, hərəkəti inkar edir. 
 
Aristotel. Phus. VI. 9. Zenonun hərəkət haqqında onları həll etmək istəyənlərə böyük çətinliklər gətirən dörd 
mühakiməsi vardır. Birincisi - yerini dəyişən cisim [yolun] yarısına sonundan əvvəl gəlib çatmış olduğundan  
hərəkətin mövcud olmaması haqqındadır...İkincisi - "Axilles" adlandır: bu [mühakimə] ondan ibarətdir ki, ən 
yavaş qaçan məxluq, heç vaxt ən yeyin qaçanla qovulub tutula bilməz, çünki təqib edən əvvəlcə qaçanın 
hərəkətə başladığı yerə gəlməlidir, belə ki, daha yavaş hərəkət edən həmişə müəyyən bir üstünlüyə malikdir. 
Yçüncüsü... ondan ibarətdir ki, uçan ox hərəkətsizdir; bu, zamanın ayrı-ayrı "indilərin" cəmlənməsi 
fərziyyəsindən irəli gəlir...Dördüncü mühakimə meydanda qarşı tərəflərdən eyni sürətlə hərəkət edən iki 
bərabər kütlələrə aiddir: [kütlələrin] bir cismi meydanın axırından, digər cismi ortasından [hərəkət edirlər], 
nəticədə, onun fikrincə, belə çıxır ki, zamanın yarısı onun ikiqat miqdarına bərabərdir. 
 
 
 
EMPEDOKL 
 
Empedokl Siciliyanın Aqrigent şəhərində yaşamışdır. Özünün aristokratik mənşəyinə baxmayaraq, o 
demokratiyanın tərəfində idi. Onun akmesi eramızdan əvvəl V əsrin ortasına düşür. Onun müəllimləri 
sırasında Pifaqorun və pifaqorçular - Ksenofan və Parmenidin adını çəkirlər. Empedokl daha erkən yunan 
naturfilosoflarının görüşlərini birləşdirəcək sistem yaratmağa çalışmış böyük mütəfəkkirdir. Bir növ Falesi, 
Anaksimeni, Herakliti və Ksenofanı barışdıraraq, Empedokl "bütün şeylərin kökləri" hesab etdiyi bir-biri ilə 
calaşmayan və dəyişməz dörd ünsürü - torpağı, suyu, havanı və odu bütün mövcudatın başlanğıcı və əsası 
elan etmişdir. Ətraf aləmin şeylərini isə o, heraklitcəsinə dəyişkən və axıcı, bu ünsürlərin (müxtəlif 
proporsiyada) müvəqqəti birləşmələri hesab etmişdir. Empedokla görə, bütün Kainat da bütövlükdə 
dəyişkəndir. Bu dəyişkənliyi o, iki [bir-birinə] əks qüvvənin mübarizəsi ilə izah edirdi. Filosof - şair onları 
Məhəbbət (Dostluq) və Nifaq (Nifrət, Ədavət) adlandırmışdı. 
 
Empedoklun antik fəlsəfə tarixində xidməti həmçinin orqanizmlərin məqsədəuyğunluğunun təbii üsulla 
izahına çalışmasında idi. Empedokl yalnız parçaları saxlanılmış iki poemanın müəllifidir: "Təbiət haqqında" 
və "Saflaşmalar". 
 
Aristotel. Metaph. I. 3. Belə başlanğıcın miqdarı və forması xüsusunda hamı bir cür öyrətmir: məsələn, Fales 
... onu su hesab edir... Digər tərəfdən, Anaksimen və Diogen isə havanı sudan daha əsas sayırlar və sadə 
cisimlərdən başlıca olaraq onu başlanğıc kimi qəbul edirlər; Metapondan olan Qippas və Efesdən olan 
Heraklit - odu, Empedokl isə adları çəkilənlərə dördüncü ünsür kimi torpağı əlavə edərək dörd ünsürü 
[başlanğıc hesab etmişdir]; bu ünsürlər daim yaşamaqda davam edir və əmələ gəlmirlər, yalnız böyük və ya 
kiçik miqdarda bir şeydə cəmləşir və ya bir şeydən dağılırlar. 
 
 
Simplisiy. Phys. 25, 21. O, dörd cismani ünsür [olduğunu] qəbul edir: əbədi olan, əmələ gətirdikləri qarşılıqlı 
birləşmədən və dağılmadan asılı olaraq böyük və ya kiçik ölçülərdə dəyişən odu, havanı, suyu və torpağı; 
yuxarıda adları çəkilən [ünsürləri] sözün əsl mənasında hərəkətə gətirən başlanğıclar isə Məhəbbət və 
Ədavətdir. İş ondadır ki, ünsürlər gah Məhəbbətlə birləşərək, gah Ədavətlə ayrılaraq daima bir-birini əvəz 
edərək əks istiqamətdə hərəkət etməlidirlər. Beləliklə, Empedokla görə, başlanğıclar [cəmisi] altıdır. 
 
Plutarx. de animae procreat. 27, 2. Əksəriyyətin tale adlandırdığı zərurəti Empedokl eyni zamanda Məhəbbət 
və Ədavət adlandırır. 
 
 
21


Aetsi. I. 5, 2. Empedokl: kosmos (yəni dünya, nizamlanmış tam kimi) təkdir, lakin kosmos [bütün] Kainatı 
deyil, onun kiçik bir hissəsini [təşkil edir], [Kainatın] qalan [hissəsi] isə xam maddədən ibarətdir. 
 
Simplisiy. de caelo. 293, 18. Bəziləri deyirlər ki, eyni bir [dünya] növbə ilə əmələ gəlir və məhv olur və 
yenidən əmələ gəlib, yenə dağılır və dəyişmə əbədidir. Beləliklə, Empedokl deyir ki, növbə ilə gah 
Məhəbbət, gah Ədavət üstün gəlir, həm də birinci hər şeyi vəhdətə gətirir, Ədavət aləmini dağıdır və ondan 
kürə əmələ gətirir, Ədavət isə yenidən ünsürləri ayırır. 
 
Aristotel. Metaph. I. 4. Empedokl isə səbəblərə Anaksaqordan çox müraciət edir, lakin o da kifayət qədər 
müraciət etmir və bu halda onda ardıcıl nəticələr alınmır. Doğrudan da, bir çox hallarda onda dostluq ayırır, 
ədavət isə birləşdirir. Axı tam, ədavətin təsiri altında ünsürlərə parçalananda, od bir şeydə birləşir və bütün 
qalan ünsürlərdən hər biri də bunun kimi. Dostluğun təsiri altında ünsürlər yenidən bir şeydə birləşəndə hər 
bir ünsürün hissəcikləri bir daha [müxtəlif tərəflərə] səpələnməlidir. BELƏLİKLƏ, Empedokl əvvəlki 
filosoflardan fərqli olaraq, ilk dəfə [hərəkət etdirən] səbəbin bölünməsini qəbul etmiş, bir hərəkət başlanğıcı 
deyil, iki müxtəlif, həm də bir-birinə əks [hərəkət başlanğıcı] müəyyən etmişdir. Bundan başqa o, ilk dəfə 
maddi ünsürlərə aid edilən dörd ünsürü göstərmişdir. 
 
Aetsi. V. 19, 5. İlk heyvanlar və ilk bitkilər heç də bütöv deyil, bir şeydə yığıla bilməyən ayrı-ayrı hissələrlə 
doğulmuşlar; ikincisi, xəyali görünüşdə olduğu kimi, hissələrin yığılması baş vermişdir; üçüncüsü, bütöv 
vücudlar meydana çıxmışdır; dördüncüsü, torpaq və su kimi ünsürlərdən əmələ gəlmək əvəzinə, onlar bir-
birindən törəmişlər - bir tərəfdən qidanın bol olduğundan, digər tərəfdən, dişilərin gözəlliyi cinsi istək 
oyandırdığından. 
 
Aetsiy. V. 24, 2. Ölüm, birləşməsi insanı təşkil edən odlunun [havalının, sulunun və torpaqlının] 
bölünməsindən baş verir. Beləliklə, göstərilən səbəb üzündən bədənin və ruhun ölümü, eyni zamanda baş 
verir. Yuxu isə odlunun ayrılmasına görə əmələ gəlir. 
 
Aetsiy. II. 24, 7. [Günəş tutulması] ayın günəşin altına girməsi nəticəsində [baş verir]. 
 
 
 
ANAKSAQOR 
 
Anaksimenin ardıcılı İonyanın Klazomen şəhərində anadan olmuş Anaksaqor (eramızdan əvvəl 500-428-ci 
illərə yaxın) ilk məşhur afina filosofu idi. O qədimdə, hətta onun şagirdi hesab edilən (məşhur faciələr 
müəllifi Evripidin) afina quldarlıq demokratiyasının rəhbəri Perikllə yaxın idi. Peloponnes müharibəsi 
ərəfəsindən Anaksaqor, ən ağır nəticələr törədə biləcək kafirlik ittihamı ilə məhkəmə təqibi təhlükəsi altında 
idi və yalnız Periklin müdafiəçiliyi onu bu kədərli aqibətdən xilas etdi. Buna baxmayaraq, filosof Afinanı 
tərk etməli və orada öz fəlsəfi məktəbini yaratdığı Lampsaka (Kiçik Asiya) qaçmalı oldu. 
 
Özünün naturfəlsəfi görüşlərində Anaksaqor ioniya filosoflarının xəttini davam etdirirdi, lakin bununla 
bərabər eleya məktəbi filosoflarının ifadə etdikləri bir para ideyaları da qəbul etmişdi. Onun diqqət 
mərkəzində bir sıra şeylərin keyfiyyətcə başqa şeylərə çevrilməsi məsələsi [dururdu]. Anaksaqora görə
bütün təbiət, onun özünün şeylərin toxumları adlandırdığı və sonralar homeomeriyalar adlandırılmış əbədi, 
ən kiçik duyğularla qavranılmayan müxtəlif keyfiyyətli hissəciklərin hədsiz çoxluğudur. Onlar maddi 
hissəciklərdən (toxumdlardan) asılı olmayaraq mövcud olan, nə isə bir kosmik zəka (nus) tərəfindən hərəkətə 
gətirilir və nizama salınır. 
 
Özünün "Təbiət haqqında" əsərində Anaksaqor səma hadisələrinin, məsələn, ay tutulmalarının təbii-elmi 
izahını vermişdir (elə bu əsər Anaksaqoru kafirlikdə ittihamının səbəbi olmuşdur). 
 
Simplisiy. Rhys. 460, 4. [Anaksaqor hesab edirdi ki,] heç bir şey qeyri-varlıqdan əmələ gəlmir. 
 
Aetsiy. I. 3, 5. [Anaksaqor] homeomeriyaları maddə, hər şeyi nizama gətirmiş zəkanı isə təsir edən səbəb 
[hesab edirdi]. 
 
 
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə