Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

İppolit. Refut. I. 8, 1. O, fikir söyləmişdir ki,  Kainatın başlanğıcı zəka və maddədir; zəka - törədən, maddə - 
təsirə məruz qalan [başlanğıcdır]. 
 
Simplisiy. Phus. 34, 28. "Təbiət haqqında" [əsərin] birinci kitabının demək olar ki, [lap] əvvəllərində 
Anaksaqor aşağıdakını deyir: "...düşünmək olar ki, bütün birləşmələrdə çoxlu müxtəlif [maddələr]  və bütün 
şeylərin cürbəcür formalara, rənglərə, dadlara və qoxulara malik toxumları [vardır]. 
 
Aetsi. I. 3, 5. Anaksaqor...mövcudluğun başlanğıcları [kimi] homeomeriyaları qəbul etmişdir. Ona görə ki, 
bir şeyin qeyri-varlıqdan əmələ gələ bilməsi, yaxud qeyri-varlığa məhv ola bilməsi ona həddən artıq 
anlaşılmaz görünürdü. Doğrudan da biz, sadə və həmcins qidanı - çörəyi və suyu qəbul edirik və onunla saç, 
damarlar, arteriyalar, ət, əzələlər, sümüklər və bədənin, qalan hissələri qidalanırlar...Razılaşmaq lazımdır ki, 
qəbul etdiyimiz qidada bütün mövcud olan vardır və hər şeyin artması (artıq) mövcud olanın hesabına baş 
verir. Və bizim qidamızda hissəciklər - qanın , əzələlərin və [bütün] sairənin törədiciləri bulunurlar, belə ki, 
qidada [bulunan] hissəciklərin onların törətdikləri [şeylərə] oxşar olması səbəbinə görə o, onları 
homeomomeriyalar (oxşar hissəli) adlandırmış və onları mövcudluğun başlanğıcları hesab etmişdir. 
 
Simplisiy. Phus. 27, 2. Anaksaqor deyir: "hər şeydə hər şeyin hissəsi vardır". 
 
Aristotel. Phus. III. 4. Anaksaqor sübut etməyə çalışır ki, hər hansı bir şeyin hər hansı şeydən əmələ gəldiyini 
görmək mümgün olduğundan, hissəciklərdən hər biri oxşar qatışıqdır. 
 
Simplisiy. Phus. 166, 15. Teofrast "Anaksaqor haqqında" (əsərin) ikinci kitabında aşağıdakını yazır: "Sonra 
həm böyükdə, həm kiçikdə də sonsuzluğun bulunması və nə ən kiçiyi, nə ən  böyüyü almağın mümkün 
olmaması səbəbdən, hər şeyin hər şeydə bulunmasının təsdiqi kifayət qədər əsaslı deyildir. 
 
Aristotel. Metarh. I. 3. Anaksaqor...sübut etməyə çalışır ki, başlanğıclar [sayına görə]  qeyri-məhduddur. 
 
Simplisiy. Phus. 27, 2. Bütün homeomeriyalar...zaman daxilində nə başlanğıca, nə sona malik deyil. 
 
Simplisiy. Phus. 163, 18. Anaksaqor "Fizika" (əsərinin) birinci kitabında aydın deyir ki, əmələ gəlmə və 
məhv olma birləşmə və ayrılmadır. Məsələn, o aşağıdakı kimi yazır: "Əmələ gəlmə və məhv olma (sözlərini) 
ellinlər düz işlətmirlər. Ona görə ki, [əslində]  bircə şey belə nə əmələ gəlir, nə də məhv olur, yalnız [hər biri] 
mövcud şeylərin qarışmasından əmələ gəlir, yaxud onlardan ayrılır. Beləliklə, "əmələ gəlmək" əvəzinə - 
"qarışmaq" və "məhv olmaq" əvəzinə - "ayrılmaq" ifadə edilsəydi düzgün olardı. 
 
Simplisiy. Phys. 27, 2. Hər şey hər şeydə bulunur, hər bir [şey] isə onda üstünlük təşkil edənlə xarakterizə 
olunur. Belə ki, qızılı çox olan şeydə hər şey olsa da, qızıl kimi görünür. Hər halda Anaksaqor belə deyir: 
"...hər bir ayrıca şey onda daha çox olan xüsusda görünür və görünürdü." 
 
 
Aetsi. I. 3, 5. [Onun əsəri] də aşağıdakı kimi başlayır: "Bütün şeylər birlikdə idi, zəka isə onları ayırdı və 
nizama gətirdi." 
 
Aristotel. Phys. N 4. Anaksaqor...deyir ki, bir zamanlar "bütün şeylər bir yerdə olmuşlar." 
 
Simplisiy. Phys. 155, 23. [Anaksaqor "Fizika" [əsərinin] birinci kitabının əvvəlində deyir] ki, "bütün şeylər 
bir yerdə olmuşlar - həm çoxluq, həm də azlıq cəhətdən hüdudsuz olanlar. Çünki az hüdudsuz idi (hüdudsuz 
az idi). Onların hamısı bir yerdə olduqca, [onlardan] biri də azlığına görə hiss edilmirdi. Çünki [onların] 
hamısını, hər ikisi hüdudsuz olan hava və efir saxlayırdı. İş ondadır ki, həm miqdarına, həm də ölçüsünə görə 
onlar hər şeydə ən çox bulunurlar." 
 
Aristotel. Metaph. I. 8. [Anaksaqor] sübut etməyə çalışır ki, zəkadan başqa hər şey qarışıq idi və yalnız təkcə 
o qarışıq deyil və safdır. 
 
Aetsi. I. 7, 5. Anaksaqor isə deyir ki, başlanğıcda cisimlər [hərəkətsiz] imiş, ilahi zəka isə onları nizama 
salmış və Kainatın əmələ gəlməsini törətmişdir. 
 
 
23


Aristotel. Phys. III, 4. Anaksaqor sübut etməyə çalışır ki,...müəyyən bir əmələ gəlmə başlanğıcı olmalıdır; o 
vahiddir; və [Anaksaqnor], onu zəka adlandırır; zəka bir zamanlar başlamaqla, təfəkkür vasitəsilə təsir 
göstərir; beləliklə, zərurətən hər şey bir vaxtlar bir yerdə imiş və məlum zamanda hərəkətə başlamışdır. 
 
Simplisiy. Phys. 164, 24, 156, 13. [Anaksaqor deyir ki,] "qalan [şeylər] özlərində hər şeyin hissəsinə 
malikdir, zəka hüdudsuzdur, hakimi - mütləqdir və bir şeylə belə qarışığı yoxdur, yalnız təkcə o öz-özünə 
mövcuddur. Çünki o öz-özünə deyil, hər hansı bir şeylə - bircə şeylə belə qarışıqda mövcud olsaydı, onda o 
bütün şeylərdə iştirak edərdi. İş ondadır ki, hər şeydə hər şeyin hissəsi bulunur...Bu qatışıq ona mane 
olduğundan o bir şeyi belə, ayrıca öz-özünə mövcud olduğundakı kimi idarə edə bilməzdi. Doğrudanda, o 
bütün şeylərdən ən incəsi və ən safıdır, o hər şey barəsində mükəmməl biliyə və ən böyük qüvvəyə malikdir. 
Ruhu olan hər şeyin istər böyüyün, istərsə də kiçiyin üzərində zəka ağalıq edir. Bu dairəvi hərəkətin də 
başlanğıcını aldığı ümumi dövran üzərində də zəka ağalıq edir. Əvvəlcə bu dövran az bir şeydə başlamış 
(sonradan) ölçülər almış və gələcəkdə daha böyük ölçülər alacaqdır, qarışıq, ayrılan və bölünən hər bir şeyi 
də zəka bilirdi. Necə gələcəkdə olmalı idi, necə [keçmişdə] olmuşdur və necə hal-hazırdadır - bütün bunların 
ardıcıllığını zəka müəyyənləşdirmişdir.O indi ulduzların, günəşin, ayın və ayrılan havanın və efirin dairəvi 
hərəkətini də [müəyyən etmişdir]. Bu dövranın özü [onların] ayrılmasını törədir. Sıx seyrəkdən, isti 
soyuqdan, işıqlı qaranlıqdan və quru nəmdən ayrılır. [Orada] çox [maddələrin] çoxlu hissəcikləri bulunur. 
Zəkadan başqa tam şəkildə heç bir şey, başqa bir şeydən nə ayrılır, nə bölünür. Hər hansı bir zəka isə- istər 
böyük, istərsə də kiçik - eynidir. Yerdə qalanlardan bir şey belə, digərinə oxşar deyil, hər bir ayrıca şey, daha 
artıq dərəcədə onda çox olan kimi görünür və görünmüşdür." 
 
Platon. Phaedon. 97 V. Bir dəfə kimsə mənə, Anaksaqorun kitabında zəkanın dünyada hər şeyə nizam 
verdiyinin və hər şeyə səbəb olduğunun oxuduğunu söyləmişdi; elə bu səbəb mənim xoşuma gəldi, 
düşündüm ki, əgər hər şeyin səbəbi zəkadırsa bu [özü] çətinliklərdən ən gözəl çıxışdır. Mən qərara gəldim ki
belə olduqda, nizama gətirən zəka, hər şeyi ən yaxşı tərzdə nizama gətirməlidir... Ən böyük həvəslə mən 
Anaksaqorun kitablarını götürdüm ki, tezliklə onları oxuyum və nəyin hər şeydən yaxşı, nəyin isə pis 
olduğunu tezliklə öyrənim. Lakin...mən...gördüm ki, onda, [Anaksaqorda], zəka heç bir yerə tətbiq edilmir və 
təbiətdəki nizam ümumiyyətlə heç bir səbəbə müncər edilməyərək,tamamilə gözlənilmədən və 
mənasızcasına havaya, efirə, suya və bir çox başqa şeyə aid edilir. 
 
Simplisiy. Phus. 327, 26. Hərçənd, Anaksaqor da zəkanın [başlanğıclar sırasında olduğunu] mümkün hesab 
edirdi... Lakin [zənn edirdi] ki, çox şey [onun köməyi olmadan] öz-özünə əmələ gəlir. 
 
Diogen Laertsi. IX. 41. Demokrit Kainatın qurulması və zəka haqqında Anaksaqorun təlimini ələ salırdı. 
 
Letsiy. II. 13, 3. Anaksaqor [zənn edir] ki, bizi əhatə edən öz mahiyyətinə görə oddur [və öyrədir] ki, o 
özünün fırladıcı hərəkətinin qüvvəsilə yerdən daşları qoparıb və onları alovlandırıb ulduzları əmələ 
gətirmişdir. 
 
İppolit. Refut. 1, 8, 6. Günəş, ay və bütün ulduzlar efirin dövri hərəkətilə əhatə olunmuş yanan daşlardır. 
 
Diogen Laertsiy. II. 12. Anaksaqor... demişdir ki, bütün səma daşlardan ibarətdir. Qüvvətli dairəvi hərəkət 
nətiçəsində o möhkəm durur və [bu hərəkət] kəsilərsə aşığı düşəcəkdir. 
 
Aetsiy. II. 29, 6, 21, 3. Anaksaqor: günəş-gözərmiş dəmir parçası yaxud yanan daşdır...[Günəş] 
Peloponnesdən dəfələrlə böyükdür. 
 
İppolit. Refut. l. 8. Ay isə günəşdən aşağıda və bizə yaxın yerləşib... O demişdir ki, ay-yer [təbiətlidir] və 
onun üzərində düzən yerlər və uçurumlar vardır. 
 
Ayın tutulması isə yerin, bəzən də aydan aşağıda yerləşən çisimlərin qabağını tutduğu üçün baş verir; günəş 
tutulması isə ayın təzə çıxdıqı vaxtda özü ilə künəşin qabağını tutduğu zaman olur. 
 
Platon. Cratyl. 409 A.  O (Anaksaqor) bir az bundan qabaq  demişdi ki, ay öz işığını günəşdən alır. 
 
Diogen Laertsiy. II. 8. Ay da məskundur, onun da üzərində təpələr və vadilər vardır. 
 
 
24


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə