Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

76. Aristotel de resr. 4. Demokrit deyir ki, tənəffüsdən tənəffüs edənlər üçün mühüm bir şey alınır, [məhz] 
tənəffüs ruhun sıxışdırılıb-çıxarılmasına mane olur. Ancaq o, təbiətin bunu bir məqsədlə etməsi haqqında heç 
nə deməyib. Zira ümumiyyətlə, o da digər fiziklər kimi məqsədli səbəbi araşdırmır. O deyir ki, ruh və istilik 
elə bir şeydir; (məhz onlar) - kürəvi (cisimciklərin) ilkin formalarıdır. BELƏ ki, onlar əhatə olunduqları və 
sıxıldıqları [vücudun təsirilə] birləşən zaman, tənəffüs, onun, [Demokritin], təliminə görə, onlara müdafiə 
xidmətində olur. Məsələ ondadır ki, havada küllü miqdarda onun ağıl və ruh adlandırdığı [atomlar] var. 
Demək, tənəffüs zamanı hava daxil olanda, onunla birlikdə daxil olan bu [atomlar], [yuxarıda göstərilən] 
təziqi saxlayaraq, canlı məxluqlarda bulunan ruhun [bayıra] keçib-getməsinə mane olurlar. Buna görə də 
nəfəsalmada və nəfəsvermədə həyat və ölüm bulunur. Məsələn, hər dəfə onları sıxıb çıxaran əhatə 
olunduqları [vücud] üstünlüyə malik olanda və kənardan daxil olan artıq tutub saxlamaq iqtidarında 
olmayanda, tənəffüsün mümkün olmaması nəticəsində heyvan tələf olur. Beləliklə, ölüm bu cür formalarda 
olan [atomların] əhatə olunduqları [mühitin] təzyiqi nəticəsində vücuddan çıxmasıdır. Nə üçün hamının 
istənilən vaxt deyil, məhz təbiətən qocalmadan, elə təbiətlə üz-üzə zorakılıqdan bir zaman ölməli olduğunun 
səbəbini isə o əsla göstərməyib. 
 
77. Sekst adv. Math. VII 349. Başqalarının fikrinə görə, Demokritin ardıcıllarından bəzilərinin [öyrətdiyi] 
kimi, ağıl bütün vücudda yerləşir. 
 
78. Aetsi IV 7.4. Demokrit və Epikur: ruh fanidir, o vücudla birlikdə məhv olur. 
 
79. Aetsi IV 5,12. Parmenid, Empedokl və Demokrit: ruh və ağıl elə bir şeydir. Onların fikrinə görə 
tamamilə ağılsız bir heyvan belə ola bilməz. 
 
80. Aetsi IV 4.7. Demokrit deyir ki, hər şey və  [hətta] meyitlər də ruha malikdirlər, çünki onlarda həmişə 
aşkar surətdə isti və duymağa qabil olan nə isə bulunur, hərçənd [bu isti olanın] çox hissəsi səpələnib. 
 
 
[Tanrılar və din haqqında. Cəmiyyət haqqında] 
 
81. Siseron de deor.nat. I 12,29. Bəs nə, məgər tanrılar sırasına gah dairəvi hərəkətlərilə surətləri, gah 
obrazları buraxan və yollayan əslin özünü, gah bizim düşüncəmizi və ağlımızı şamil edən Demokrit çox 
böyük səhv etmirmi?  Məgər o, heç bir şeyin daim öz vəziyyətində qalmadığına əsaslanaraq əbədi  olan hər 
şeyin mövcudluğunu inkar edəndə, [özünün bu iddiası ilə] tanrı xüsusunda müəyyən bir təsəvvürü qeyri-
mümkün edərək, onu inkar etmirmi?43.120. Hər halda mənə elə gəlir ki, Demokrit, - o şəxs ki, əsərlərindən 
böyük alim Epikurun özü vüsət almışdır, - tanrıların təbiətinə  [baxışında]  tərəddüd edir. Məsələn, gah o fərz 
edir ki, Kainatda ilahilik verilmiş surətlər olur, gah o deyir ki, tanrılar elə həmin Kainatda olan əqli 
əsaslardır, gah adətən bizə ya kömək edən, ya zərər verən canlı  surətləri [tanrılar sifətində qəbul edir] , gah 
kənardan bütün dünyanı əhatə edə bilən nə isə bir nəhəng surətləri [tanrılar hesab edir]; bütün bu fikirlər 
Demokritin özündən daha çox [axmaqlar yurdu kimi] Demokritin vətəninə layiqdir. 
 
82. Sekst adv. Math. IX 24. Bəzilərinin fikrinə görə, biz dünyadakı möcüzəli hadisələrə [isnad edərək] 
tanrılar haqqında təsəvvürə gəlib çıxmışıq; deyəsən Demokrit bu fikirdədir. Məsələn, o deyir ki, qədimdə 
yaşayanlar səma hadisələrini, yəni göy gurultusunu, ildırımı, ulduzların yaxınlaşmasını, günəş və ay 
tutulmalarını müşahidə edərək dəhşətə gəlirdilər və zənn edirdilər ki, bunların səbəbkarı tanrılardır. 
 
 
 
83. Avqustin Epist. 56. Deyirlər ki, təbiət haqqında məsələlərdə Demokrit Epikurdan onunla fərqlənir ki, 
atomların birləşmələrində müəyyən bir canlı və ruhi qüvvə olduğunu zənn edir. Mən əminəm ki, bu qüvvənin 
sayəsində o surətlərin özünə də  - bütün şeylərin bütün [surətlərinə] deyil, tanrıların [surətinə] - ilahilik bəxş 
edir; həm də o öyrədirdi ki,  əqlin əsası onun ilahilik bəxş etdiyi dünyalarda olur;  həm də o, adətən bizə ya 
xeyir verən, ya ziyan gətirən canlı surətlərin  [olduğunu zənn edirdi]. Epikur isə şeylərin əsasında atomlardan 
savayı heç nə sanmır. 
 
84. Plutarx Quaest. Conv. V 7,6 p. 682 F. O. dedi: Demokritin surətlərini Ekeydən və Meqardan olanlar kimi 
nə saymaq, nə zəka ilə əhatə etmək olur. O deyir ki, onlar paxıl  [adamlardan] törəyirlər, həm də [bu 
surətlər], nə duyğudan, nə  [paxılları çulğalayan]  istəkdən əsla məhrum deyillər və törəndikləri  qüsurun və 
 
37


paxıllığın içindədirlər; onlar bütün bu  [qüsurla] paxıllıq etdikləri kəslərlə bir yerdə olaraq, onları narahat 
edir, onların vücuduna  və ağlına yamanlıq törədirlər. Düşünürəm ki, [bu] alimin təsəvvürləri təxminən bax 
beləcədir;  [öz fikirlərini] isə o valehedici və çox gözəl ifadə edir. 
 
85. Sekst adv.math. IX 19. Demokrit deyir ki, "İnsanlara müəyyən bir bütlər, [surətlər],  yaxınlaşırlar və 
onlardan bir qismi xeyirverən, digər qismi isə ziyanverəndir.  Buna görə də o dua edirdi ki, ona uğurlu 
obrazlar düşsün." Onlar nəhəng ölçülü, [görünüşcə] qorxuncdurlar və müstəsna möhkəmliklərilə fərqlənirlər, 
lakin ölməz deyillər.  Onlar görünüşləri və çıxartdıqları səslərlə insanlara gələcəyi xəbər verirlər. Bu 
hadisələrə əsaslanaraq qədim insanlar tanrının mövcudluğu  [haqqında]  təsəvvürə gəldilər, halbuki,  
[əslində] onlardan başqa ölməz xassəyə malik ola bilən heç bir tanrı mövcud deyil. 
 
 
86. Yevstafiy Odiseyə XII 65 p. 1713. 1. Bir başqaları Zevsi günəş hesab edirlər...ambroziyanı (6) isə - 
Demokrit də zənn etdiyi kimi, günəşin qidalandığı buxarlanma. 
 
87. Platon Leges 889 E. Hər şeydən əvvəl bu adamlar, [Demokritin ardıcılları], mənim əzizim, iddia edirlər 
ki, tanrıların mövcudluğu hiyləgər uydurmadır, guya əslində onlar yoxdur, onların mövcudluğu isə [yalnız] 
bəzi müəyyənetmələrə görə tanınır, həm də guya hər bir [xalqın] özündə öz adət-ənənələrini yaradaraq 
müəyyən etdiyinə uyğun surətdə müxtəlif yerlərdə tanrılar müxtəlifdir. Buna görə də gənclərdə qanun 
[tərəfindən] tanılması göstərilən  tanrıların guya olmaması  kimi günah [fikirlər]  yaranır. 
 
88. Diodor I 8 (1). İlk insanlara gəldikdə isə, onlar qanun-qaydasız, heyvan kimi həyat tərzi keçiriblər. [Hər 
biri öz-özünə] təklikdə fəaliyyət göstərərək yemək axtarmağa çıxırdılar və özlərinə daha yararlı olan otu və 
yabanı ağacların meyvələrini əldə edirdilər. 
 
(2) Onlara vəhşi heyvanlar hücum etdiyindən, [birgə fəaliyyətin gətirdiyi] faydaya görə biri-birinə qarşılıqlı 
kömək etməyi öyrənməyə başladılar. Qorxu üzündən bir yerə yığışdıqca, onlar bir-birinə göstərdikləri 
işarələri yavaş-yavaş dərk etməyə başladılar. 
 
(3) Həm də o zaman onların səsi mənasız və başadüşülməz tərzdə idi, tədricən onlar başa düşüləcək tərzdə 
danışmağa və bir-birilə ünsiyyətdə, şeylərdən hər biri xüsusunda [sözlərlə ifadə olunan] simvollar müəyyən 
etməyə başladılar, [beləliklə də] onlar özlərinə [mövcud] hər şey haqqında ilkin nitqi yaratdılar. 
 
(4) [İnsanların] belə birlikləri bütün məskunlaşmış yerdə yarandığından, [qruplardan] hər biri isə sözləri 
istədiyi kimi tərtib etdiyindən, hər yerdə  eyni bir dil yaranmadı. 
 
Bunun nəticəsində öz xüsusiyyətlərilə müxtəlif dillər meydana gəldi və insanların [belə] ilkin yaranmış 
birlikləri bütün xalqların banisi oldu. 
 
(5) Beləliklə, ilk insanlar, [o vaxt hələ] həyat rahatlığı üçün heç bir şey ixtira  olunmadığından öz günlərini 
fasiləsiz ağır zəhmətdə keçirirdilər, çünki onlar paltarla [özlərini] qorumamışdılar, ev tikməyi bacarmırdılar, 
oddan istifadə edə bilmirdilər və yemək hazırlamaq haqqında qətiyyən bir təsəvvürləri yox idi. 
 
(6) Doğrudan da, yabanı şəkildə olan qidanı [hələ] toplamaq adətinə malik olmayaraq, onlar öz ehtiyacları 
üçün meyvələrdən heç bir ehtiyat yığmırdılar. Bu səbəbdən onlardan çoxu qışda soyuqdan və qida 
çatışmazlığından tələf olurdu. 
 
(7) O zamandan yavaş-yavaş səriştələnərək, onlar qışda mağaralarda sığınacaq axtarmağa və saxlanıla bilən 
meyvələrdən bir yana yığmağa başladılar. [Sonra] onlara oddan istifadə etmək aydın oldu və tədricən onlar 
[həyat  üçün] xeyirli digər [şeylərlə] də tanış oldular, daha sonra onlar tərəfindən incəsənət və ictimai həyat 
üçün xeyirli ola bilən bütün qalan şeylər də kəşf olundu. Həqiqətən,  ehtiyac özü hər bir şeyin dərk 
olunmasında müvafiq surətdə onlara nəsihət verərək, insanlara müəllim kimi xidmət etdi.  [Beləliklə 
ehtiyacdan], hər şeyə qadir olan, əlləri, zəkası, tez anlayan ruhu ilə təbiətən zəngin istedadlı canlı məxluq 
[yarandı]. 
 
89. Prokl in Crat . 16 p. 5,25. Pasqu. Kratilin fikirlərinə Pifaqor və Epikur tərəfdar idi, Hermogenin 
[fikirlərinə isə] - Demokrit və Aristotel... p. 6,10. Pifaqor işarə edir ki, [şeylərə]  adları zəkadan 
 
38


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə