Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Əməyin gigiyenası, əmək prosesini və istehsalat şəraitini, onların orqanizmlə



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Əməyin gigiyenası, əmək prosesini və istehsalat şəraitini, onların orqanizmlə
qarşılıqlı təsirini müəyyən edir” 

İstehsalat sanitariyası nədir? 

İstehsalat prosesinin xüsusiyyətindən, maşın və avadanlıqdan asılı olan gigiyenik tələb 
və nəticələrə əsaslanan zərərləri sadalayın. 


62 

Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq qızmadan 
mühafizə üçün hansı tədbirlər görülməlidir? 
4.4.1. Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərləri kateqoriyalara 
(qruplara) bölür
 

Əmək prosesinin xüsusiyyətlərindən asılı olan zərərlər
İstehsalat proseslərinin son onilliklərdə yüksək texniki inkişafı işçilərin fiziki 
yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyyat orqanlarının 
(görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji 
yüklənməsinin artmasına, gərginləşməsinə səbəb olur. İnsan fiziki işin mühüm 
hissəsini texnikaya verməklə, özü böyük həcmli mürəkkəb zehni psixoloji 
fəaliyyəti qəbul edir. O, bu gün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni 
zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir. Maşınların konstruksiyası 
mürəkkəbləşdikcə insanların psixoloji yükü artır. 
Şəkil 4.11 Daş karyeri 
Əməyin təhlükəsizliyinin standartlar sisteminin müvafiq olaraq istehsalat proseslərində yaranan 
zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər: 
1. Fiziki amillər: - Bura maşın və mexanizmlərin mühafizə olunmayan hərəkət hissələri işçi 
zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq temperatur, səs-küy və titrəyiş, ionlaşdırıcı 
elektromaqnit şüaları, müxtəlif xarakterli işıqlanmaların yüksək və aşağı səviyyədə olması və s. 
2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amillərinə aşağıdakıları göstərmək olar: ümumi 
toksiklik, dağıdıcı, mutagen (toxumaların çoxalmasına mənfi təsir edir) və s. kimyəvi qrupdan olan zərərli 
istehsalat amilləri (tənəffüs yollarına, dəri örtüyünə və s.) təsir göstərir. 
3. Bioloji amillər: - Bioloji zərərli istehsalat amillərinə bakteriyalar, viruslar, göbələk törədici 
bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə). 


63 
Şəkil 4.11 Çirklənmiş ətraf mühit
4. Psixofizioloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən 
ibarət olmaqla insan orqanizminə təsir göstərir. İnsanın əsəbi yüklənməsi zehni əmək gərginliyini əməyin 
monotonluğunu və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli 
istehsalat amilləri də mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. 
İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərləri, peşə xəstəlikləri, yaxud peşə 
zəhərlənmələri yaradır.
İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin 
zəhərlənmə sayılır. 
İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla və s) sanitariya-gigiyena qaydalarına 
riayət olunmadıqda dəridə xroniki xəstəliklər əmələ gəlməklə ekzema yaranır. 
4.4.2.Tələbələr üçün fəaliyyətlər 

Əməyin təhlükəsizliyi sisteminə müvafiq olaraq istehsalat proseslərində yaranan zərərli 
və təhlükəli amillərin insan orqanizminə təsirinə görə təsnif edin. 

Fiziki amillərin təsirindən orqanizmdə yaranan zərərlər barəsində müzakirə təşkil edin. 

Fiziki və əsəbi yüklənmədən insan orqanizminə təsir göstərən amil haqqında debat 
təşkil edin. 
4.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə