Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Qiymətləndirmə meyarının adı”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Qiymətləndirmə meyarının adı” 

İstehsalatda zərərli mühit dedikdə nə nəzərdə tutulur? 

Kimyəvi təhlükəli və zərərli amillər hansı altqruplara bölünür? 

Kəskin peşə xəstəliklərinə səbəb olan zərərli istehsalat şəraiti hansıdır?
Təhlükəli və zərərli 
istehsalat faktorları
?
?
?
?


59 
4.3.1. Əməyin gigiyenası, əmək prosesini və istehsalat şəraitini, onların orqanizmlə qarşılıqlı 
təsirini müəyyən edir 

Əməyin gigiyenası, əmək prosesi və istehsal şəraiti 
Əməyin gigiyenası - “İnsan-maşın-mühit” sistemində istehsalat mühitinin insan 
orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib, hazırlayır ki, 
beləliklə də müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur. 
Əməyin gigiyenası əmək prosesini və istehsalat şəraitini, onların 
orqanizmlə qarşılıqlı təsirini öyrənməklə bərabər, həm də sağlam əmək şəraiti 
yaradılması üçün təcrübi üsullar hazırlayır, istehsalat zərəri barədə xəbərdarlıq edib, onların aradan 
qaldırılmasına köməklik edir. İnsanın əmək fəaliyyəti zamanı istehsalat, yaxud əmək prosesinin bəzi 
amilləri orqanizmə müəyyən müddət mənfi təsir göstərir və nəticədə onun əmək qabiliyyəti azalır. Belə 
amillərə, yuxarıda deyildiyi kimi, peşə və ya istehsalat zərərləri deyilir. İstehsalat sanitariyası peşə 
zərərlərinin və insanı əhatə edib orqanizmə mənfi təsir edən başqa istehsalat zərərlərinin kifayət qədər 
azaldılması və qarşısının alınması üsullarını öyrənir. Əmək şəraitinin sağlamlaşdırılması və əmək 
məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər işləyib hazırlayır. İstehsalat sanitariyası ümumi sanitariya 
sahəsinin bir bölməsidir. Əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırılması üçün elmin gigiyenik 
tələb və nəticələrinə əsaslanan istehsalat zərərlərini üç qrupa bölmək olar:
Şəkil 4.7 Sahədə təmizlik işləri 
1. İstehsalat prosesinin xüsusiyyətindən, maşın və avadanlıqdan asılı olan zərərlər: bu qrupa 
qeyri-normal meteoroloji şərait (qeyri-normal temperatur, nəmlik, havanın sürəti, istilik şüalanması), 
istehsalatda yaranan tozlar, zəhərli buxar və qazlar, səs-küy, titrəyiş və s. daxildir ki, bunların da 
orqanizmə tədricən təsiri nəticəsində müəyyən müddətdən sonra müxtəlif peşə xəstəlikləri meydana 
çıxır.
2. Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərlər: bu qrupa orqanizmin 
sümük-əzələ sisteminin birtərəfli yüklənməsi, uzun müddət oturaq vəziyyətdə işləmə, iş rejiminin 
pozulması, normadan artıq işləmə, istirahət vaxtlarının pis təşkili, yaxud pozulması və s. daxildir. 


60 
3. İstehsalat binalarında yerləşən ümumi məişət avadanlıqlarındakı çatışmazlıqlar: bunlara 
istehsalat binalarının qızdırılma və işıqlandırılma sistemindəki 
çatışmazlıq, binalarda sanitariya normalarına görə işçilərə lazım 
gələn iş yeri həcminin azlığı, ventilyasiya sistemlərindəki 
çatışmazlıq və s. daxildir. İstehsalat zərərlərinə qarşı mübarizədə bir 
sıra ümumi tədbirlər görülür. Bunlara istehsalat proseslərinin 
mexanikləşdirilməsi, 
avtomatlaşdırılması, 
texnologiyanın 
səmərələşdirilməsi, zəhərli toz, buxar, qaz və s. amillər ayrılan 
qurğuların 
hermetikləşdirilməsi, 
işçilərə 
fərdi 
mühafizə 
vasitələrinin verilməsi və s. daxildir.
Sənaye müəssisələri ərazisinin sanitariya cəhətdən 
abadlaşdırılması məsələləri də istehsalat sanitariyası bölməsinə 
daxildir.
İş yerində sanitar gigiyena qaydalarına əməl etmək, istər 
müştərinin, istərsə də özümüzün sağlamlığımız üçün əsas şərtdir. İş 
yeri işıqlı, geniş və havası təmiz olmalıdır. İşlədəcəyiniz alət və 
ləvazimatlar sterilizə və dezinfeksiya edilməlidir.
İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işçinin sağlamlığına, təhlükəsizliyinə və onun 
əmək məhsuldarlığına mühüm təsir göstərir.
Ətraf mühitin temperaturunun artması orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə 
bədənin temperaturu artır, ürək döyüntüsü başlayır, tərləmə güclənir, diqqət zəifləyir, hərəkətlərin 
əlaqəliyi pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir.
Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir, çünki bu zaman 
bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın immunobioloji xassələri zəifləyir, nəfəs yolları 
xəstələnir, yel zökəm və digər soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq 
temperaturları insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur. Bu isə 
əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə imkanlarını artırır.
Şəkil 4.9 Ətraf mühitin qorunması
İş zonasında mikroiqlimin parametrlərini nizamlayan sanitariya-gigiyena normaları vardır. Bu 
normalarla mikroiqlim parametrlərinin optimal və buraxılabilən qiymətləri təyin edilmişdir. 
Şəkil 4.8 Ekologiya kitabı


61 
Optimal şəraitlər mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, onun insana uzun 
müddətli təsirində belə termotənzimləmə aparatı gərgin işləmədən orqanizm öz normal funksional və 
istilik vəziyyətlərini saxlaya bilir.
İş zonasında mikroiqlim parametrlərinin buraxıla bilən hədləri onların qiymətlərinin elə 
uyğunluğudur ki, onun insana müntəzəm və uzunmüddətli təsiri funksional və istilik vəziyyətlərində 
sonradan keçib gedən dəyişikliklər yarada bilər. Bu dəyişikliklər insanın fizioloji uyğunlaşma 
imkanlarından kənara çıxmır və normal şəraitdə tezliklə qaydaya düşür. Mikroiqlimin buraxılabilən 
hədləri sağlamlığı pozmur, lakin insana qeyri-rahat istilik hissiyyatı yaradır, əhvalını pisləşdirir və 
işgüzarlığını azaldır. 
Şəkil 4.10 Sənaye tullantıları 
Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq qızmadan mühafizə 
etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, 
su pərdəsi ilə soyudulması, mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi 
və s. tədbirlər tətbiq edilir.
İstehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin yaradılmasında ən yüksək 
nəticə havanın kondensasiyasının təşkili ilə əldə edilə bilər. 
İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından 
asılı olaraq iş yerlərində havanın temperaturu, nisbi nəmliyi və hərəkət sürəti normallaşdırılır. 
Mikroiqlimi normallaşdırmaq üçün görülən başlıca tədbirlər havanın isidilmə, ventilyasiya və 
kondensasiya sistemlərinin tətbiqindən ibarətdir. 
4.3.2.Tələbələr üçün fəaliyyətlər 

Əmək gigiyenasının əmək prosesinə və əmək şəraitinə təsiri haqqında müzakirə aparın. 

Əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırılması üçün elmin gigiyenik tələb və 
nəticələrinə əsaslanan istehsalat zərərləri haqqında esse yazın. 

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqliminin işçinin sağlamlığına, təhlükəsizliyinə 
və onun əmək məhsuldarlığına təsiri haqqında müzakirə təşkil edin. 
4.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə