Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

48
Oleq Kuznetsov
keç mək xahişi ilə müraciət etmiş, Rusiya–İran müharibəsi 
baş lan dıq dan sonra öz xanlığını Rusiyanın protektoratına çe-
vir miş di. Bu protektoratı Abbas Mirzə yalnız 1809-cu ildə 
ləğv edə bil miş di.  Bu  xanların ziddinə olaraq Gəncə hakimi 
Cavad xan Qa car açıq-aşkar  İrana meylli mövqe tutmuşdu. 
İran  hökm dar la rı  nəslinin kiçik bir qolunun nümayəndəsi 
olan bu xan XVIII əsrin sonlarında – XIX əsrin əvvəllərində 
Qafqazda baş verən bütün ara müharibələrində öz əsgərləri 
ilə birlikdə  həmişə  İran  şah sülaləsinin nümayəndələri sı ra-
sından olan qan qohumlarının tərəfi ndə çıxış edirdi. Bir sözlə
haq qında bəhs edilən dövrdə müasir Azərbaycan  əra zi sində 
permanent bellum omnium contra omnes – hamının hamıya 
qar şı müharibəsi, XII–XVI əsrlərdə Avropa ölkələri üçün sə-
ciy yəvi olan müharibə gedirdi.
Bununla  əlaqədar tamamilə  əsaslı bir sual ortaya çıxır: 
nə yə görə  İrandan vassal asılılığı olan Qafqaz vilayətlərinin 
–  Gür cü stanın, Qarabağın,  Şəkinin, Naxçıvanın birdən-birə 
bir neçə hökmdarı 1783-cü ildə Rusiya Kuban korpusunun 
ko man danı ge 
neral-poruçik P.S.Potyomkin ilə danışıqlara 
baş ladı, Kartli-Ka xeti çarı II İrakli isə hətta Rusiyanın hi ma-
yə sinə keçmək  ar zu su nu  bildirdi,  nəticədə 1783-cü il iyu lun 
24-də (avqustun 4-də) Georgiyevsk qalasında  Geor gi yevsk 
traktatı imzalandı?  İş  bu ra sındadır ki, 1747-ci il 
dən  İran 
dövləti daxili iğtişaşlar dövrü nə daxil olmuşdu. Bu iğ ti şaş-
la rın əsas mahiyyəti Zəndlər  sü la ləsi ətrafında bir ləş miş İran 
tay faları ilə qacarların başçılıq  et di yi  Qafqaz  və  Xəzəryanı 
türk tayfaları arasında hakimiyyət  da va sın dan  ibarət idi. Şi-
mali Azərbaycan xanları yaxşı başa dü şür dü lər ki, əlləri qana 
bat mış müstəbid Ağa Məhəmməd xan on la rın hökmdarı ola 
bi lər. Bu şəxsin adı, indi deyildiyi kimi, in san lı ğa qarşı hərbi 
ci nayətlər ilə bağlanırdı. Xanlar təklikdə ona mü qavimət gös-


49
Gülüstan müqaviləsi: 200 ildən sonra
tərməyə qadir deyildilər, odur ki, özləri və tə bəə ləri üçün Bö-
yük Qafqaz sıra dağlarının o tayında – Rusiyada hi ma yə  və 
mü dafi ə axtarmağa məcbur idilər. 
Əgər bu nöqteyi-nəzəri bir qədər də inkişaf etdirsək, ta-
ma milə  qəti  şəkildə söyləyə bilərik ki, 1804–1813-cü illərin 
Ru si ya–İran müharibəsində, ilk dəfə nə qədər qəribə səslənsə 
də, azər baycan  xanlıqları da maraqlı idilər. Rus süngülərinin 
kö mə yi  ilə onlar özləri üçün İran hakimiyyəti dövründə malik 
ol duq la rına nisbətən daha çox hüquq və imtiyazlar almağa 
ümid bəsləyirdilər.  Əlbəttə, bu mülahizə müasir Azərbaycan 
mil li  mənlik şüuru üçün qəribə görünə bilər, amma onun ta-
ri xi  hə qi qət dən çox uzaq olduğunu söyləmək olmaz. Yada sa -
laq ki, Osmanlı imperiyasının bir çox dövlət xadimləri çox əs-
r lik  Rusiya–Osmanlı ixtilafl arının və düşmənçiliyinin  ye ga nə 
mənbəyinin Krım tatarları olduğunu bildirərək, öz hökm-
dar la rını – sultanı və padişahı Krım tatarları üzərində dövlət 
və din süzerenliyindən imtina etməyə çağırmışdılar
6
. 1768–
1774-cü il lərin Rusiya–Türkiyə müharibəsi zamanı Feo do-
siyada yer lə şən sərəskər İbrahim paşanın osmanlı yeniçəriləri 
kor pusu  Krı mın son xanları Dövlət IV Gireyin və Bahadır II 
Gi reyin  on lar  üçün  yabançı olan maraqlarını müdafi ə etməyə 
o qədər də can at madığı kimi
7
  Fətəli  şah ordusunun iranlı 
sər baz ları da Azər bay can  xanlarının mənafeləri naminə qan 
6
  Ресми-эфенди  А.  Сок  достоверного:  О  сущности,  начале  и 
важ  нейших  событиях  войны,  происходившей  между  Высокою  Пор-
тою  и  Россией  от 1182 до 1190 год  гиджры:  Рассказ  Ресми-эфен-
дия, оттоманского министра иностранных дел, о семилетней борь бе 
Турции с Россией (1769-1776) / Пер. с турецкого О.-Ю.И.Сен ков ско-
г о // Биб лиотека для чтения, Т. 124. СПб., 1854. С. 9, 77-78.
7
  Неджати-эфенди  Э.-М.-А.  Крымская  история:  Записки  Му-
хам  ме  да  Неджати-эфенди,  турецкого  пленного  в  России  в 1771-
1775 гг. / Пер.  с  турецкого  В.Д.  Смирнова // Русская  старина, 1894, 
№ 3-5. № 4, С. 190-194


50
Oleq Kuznetsov
tök mə yə meyl gös tər mirdilər, şah özü isə hüsn-rəğbətini tez-
tez dəyişdirən azər bay can lı  təbəələrinin problemlərini yer li 
qüvvələrin və vasitələrin kö mə yi  ilə həll etməkdə oğlu Ab bas 
Mir zəyə tam sərbəstlik ver miş di. Nəticə etibarı ilə bu, mü ha-
ri bədə İranın hərbi-siyasi məğ lu biy yə ti nə gətirib çıxardı.
1804–1813-cü illərin Rusiya–İran müharibəsinin aşkar 
ol ma yan  mühüm  səbəblərindən biri də XVIII əsrin sonlarında 
– XIX əsrin  əvvəllərində  Şimali Azərbaycan xanlıqlarının 
mə  də  ni  inkişaf səviyyəsi ilə bağlı idi. Bakı, Gəncə, Nuxa, Şa-
m a xı,  Şuşa o dövr və region üçün yüksək dərəcədə inkişaf 
et  miş  təsərrüfata, sənətkarlığa və ticarətə malik idilər. Buna 
əya ni  sü but kimi, həmin xanlıqların öz pul sistemlərinin və 
zərb  xa na la rı nın olmasını göstərə bilərik. Bunlar İran döv lə-
tinin oxşar in ki şaf göstəricilərini geridə qoyurdu. Lakin şi-
ma li  Azərbaycan xan lıq la rı öz inkişafının sənaye dövrünə da-
xil olmuş Avropa öl kə lə ri  ilə müqayisədə  mədəni baxımdan 
azı iki əsr geridə idi lər. Burada ictimai münasibətlərin təş-
ki li nin  sənaye (və ya klas sik marksizm terminologiyasında 
bur jua ziya)  tipinə uy ğun gə lən siyasi inkişaf yox idi. Bə-
şər ta rixinin dövrlərə ayrıl ma sı na  formasiya  yanaşması ter-
mi no lo giyasından istifadə et sək, Rusiya ilə birlikdə Avropa 
artıq Yeni dövrdə idi, İran və Azər bay can  isə hələ Orta əsrlər 
dövründə qalmışdılar. Bu hal Ru si ya imperiyasının öz hərbi-
siyasi ağalığını  təkcə  Qafqaz  is ti qa mə tin də deyil, həm də 
müsəlman oykumenası ilə  təmas xəttinin hər yerinə – Qara 
də nizin  şimal sahilboyuna, Balkanlara və Or ta Asiyaya yay-
ma sını xeyli asanlaşdırırdı, çünki XVIII əsrin  son la rın da 
– XIX əsrin  əvvəllərində  təkcə  İran deyil, həm də Osmanlı 
im  pe  riyası özünün mədəni, iqtisadi və bunlarla bağlı olan 
hər bi-tex ni ki  inkişafında Avropa dövlətlərindən keyfi yyətcə 
geri də qa lır dı.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə