Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

54
Oleq Kuznetsov
Rusların Hindistana soxulmaq niyyəti barəsində alı-
nan xə bər lər Britaniya hökumətini olduqca narahat etdi və 
Ru siya  ilə Bri taniya arasında rəqabətin yaranmasına tə kan 
ver di.  Son ra lar  bu  rəqabətə «böyük oyun» (Britaniya ənə-
nə sin də) və ya «köl gə lər turniri» (Rusiya ənənəsində) adı 
ve ril miş di,  həm də əgər bi rinci termin hər halda daha bö yük 
də rə cədə  Mərkəzi Asiyada geo 
siyasi hegemonluq uğ run-
da mübarizəyə aid idisə, ikinci ter min daha çox məhz Za-
qaf qa zi ya  regionunda  qarşıdurmanı  nə zər də tuturdu
9
. Hicri 
1215-ci il şaban ayının 12-də, yəni 1800-cü il dekabrın 29-
da Teh randa İngiltərə–İran hərbi və ticarət  mü qa vi lələrinin 
im za lan ması Böyük Britaniya tərəfi ndən aparılan «bö 
yük 
oyun»un tərkib hissəsi oldu (Britaniya mənbələrində mü 
-
qa vi lə lərin imzalanması tarixi 1801-ci il 4 yanvar gös tə ri-
lir). Mü qavilələrin imzalanmasında Britaniya adından ka pi-
tan Con Mal kolm, İran adından sədrəzəm (baş  vəzir) Ha cı 
İbra him  xan  iş ti rak  etmişdilər. Yaxşı  məlumdur ki, Hin di-
stan da kı Britaniya ha 
ki 
miyyət orqanları C.Malkolmu Fə-
tə li  şahın yanına Fransa ilə  İranın yaxınlaşmasına mane ol-
maq, fransızların Hindistana bas qı nı üçün İran  ərazisindən 
əməliyyat meydanı kimi istifadə edilməsinin (hələ 1796-cı 
ildə Olivye missiyasını İrana gön dər miş Fransa hökuməti bu-
na çalışırdı) qarşısını almaq, habelə  Hin dis tan dakı ingilis tor-
paq larının  əfqan müdaxiləsindən təh lü kə siz liyini  qorumaq 
от но  шения  в  зеркале  бонапартистской  пропаганды. 1800-1801 гг. // 
Фран  цузский ежегодник 2006. М.: Наука, 2006. Səh. 184-190; Шиль-
дер Н.К. Император Павел I. М.: Вече, 2009. С. 308-312.
9
  Леонтьев  М.В.  Большая  Игра:  Британская  империя  против 
Рос  сии и СССР. М.: Астрель, Спб.: Астрель-СПб, 2012; Сергеев Е.Ю. 
Боль  шая игра, 1856-1907: мифы и реалии российско-британских от-
но шений в Центральной и Восточной Азии. М.: Товарищество науч-
ных  изданий  КМК, 2012; Хопкирк  П.  Большая  Игра  против  России. 
Азиат ский синдром. М., 2004.


55
Gülüstan müqaviləsi: 200 ildən sonra
məq sədi ilə göndərmişdilər. Hər bi-si ya si  müqaviləyə görə, 
şah Hindistandakı ingilis torpaqlarına  Əf qa nı sta nın basqın 
edə cəyi halda Əfqanıstana qoşunlar göndərməyi, fran sızları 
qov mağı  və bundan sonra İrana buraxmamağı öh də si nə gö-
tür müşdü. Bu öhdəliklərin yerinə yetirilməsi müqabilində 
Bri  taniya  İranın Fransa və ya Əfqanıstan tərəfi ndən hücuma 
mə  ruz  qalacağı halda onu hərbi ləvazimatla təchiz etməyi 
öh dəsinə gö türmüşdü. Dolayı olaraq bu müqavilə Britaniya 
qoşunlarının Mal tanı tutmasından sonra Fransanın müttəfi qi 
sayılan Rusiyaya qar şı da yönəlmişdi.
Böyük Britaniya ilə  hərbi ittifaq bağlanılması indiyədək 
neyt ral  və hətta dost ölkə olan İranı Rusiya ilə qarşı-qarşıya 
qoy du, onu bir sıra düşmənçilik hərəkətlərinə sövq etdi. Baş-
lı ca  düş mən çilik  əməli Xəzərin Hirkan körfəzindəki Aşur-
ada da  yer lə şən, tarixdə daha çox «Astrabad faktoriyası» adı 
ilə tanınan Ru 
si 
ya ticarət faktoriyasının bağlanılması ol-
du.  Əl bəttə, bu hə rə kət təkcə  İranın Böyük Britaniya ilə ya-
xın laş ma sından və onun la bağladığı ticarət müqaviləsi üz rə 
öh də liklərini icra et mə sin dən deyil, həm də Gürcüstan ha-
kim lə rinin  İranın vassal asılı lı ğından çıxaraq 1801-ci il yan-
va rın 18-də imperator I Pa ve lin manifestinə  əsasən Rusiya 
tə bəəliyinə keçməsinə  mü na si bət bildirilməsi niyyətindən irə -
li gələ bilərdi. 1801-ci il mar tın 11–12-də saray çevrilişi za-
manı atası imperator I Pavel öl dü rül dük dən sonra Rusiya tax-
tı na  çıxan imperator I Aleksandr İran  ha ki miyyət  or qan la rı nın 
Astrabad faktoriyasını bağlamasına ca vab olaraq 1802-ci il 
dekabrın 19-da Gürcüstandakı baş  ko man dan,  ge ne ral-ley te-
nant P.D.Sisianovun adına reskript qə bul etdi. Res kript Xə-
zər də  dəniz ticarəti üzərində Rusiyanın  in hi sa rı nı müəy yən 
edir di.  Azərbaycan xanları yalnız balıqçı qa 
yıq la rı do 
nan-
ma sı na malik ola bilərdilər, özü də bu imkan on la ra «hü quqa 


56
Oleq Kuznetsov
gö rə deyil, taxılın qayıqlarla gətirildiyi  əya lət lə rə  il ti fat  gös-
tə ril məklə və bu kirjimlərin (sahilboyu üz mək üçün uy ğun laş -
dı rılmış yastı dibli iri qayığın yerli adı) də niz  gə mi lə rin dən da -
ha çox qayıqlar şəklində olması nəzərə alın maq la»  ve ri lir di
10
.
Gördüyümüz kimi, 1800–1801-ci illərin qışı Qafqazın ta-
ri xi üçün taleyüklü əhəmiyyətə malik idi; Qafqaz o dövrdə 
dün ya da  möv cud  olan  altı imperiyadan dördünün geosiyasi 
ma raq larının toq quşduğu regiona çevrilmişdi. Nəticədə Bö-
yük Britaniya tə rə fi n dən hərəkətə  gətirilən  İran və Fransa 
tə rə fi ndən hərəkətə  gə ti ri lən Rusiya böyük sürətlə bir-birinə 
qar şı müharibəyə ya xın la şırdılar. Taleyin hökmü ilə müasir 
Azər baycan  ərazisi isə  hər bi  əməliyyatlar meydanı kimi se-
çil mişdi. Tamamilə müm kün dür ki, hər iki ölkə çoxvektorlu 
xa ri ci  təsirə  və  hət ta  təz yi qə  məruz qalmasaydı, silahlı mü-
na qişədən qaçına bi lər di  və  son ra lar  baş verdiyi kimi, ayrı-
arı xanlıqları  siyasi  su ve ren lik dən və inzibati müstəqillikdən 
məh rum  etmək yolu ilə Qaf qaz da təsir sahələrinin bölünməsi 
ba rə də nisbətən dinc yolla, si 
lah lı münaqişəni on il süni 
surətdə uzatmadan razılığa gələ bi lər di, lakin Britaniyanın 
və Fransanın təsirinin obyektiv möv cud lu ğu öz işini gördü 
– Rusiya–İran müharibəsi başlandı. Bu za man indiki Azər-
bay can  torpaqlarına tərəfl ər  əzəl başdan qalib üçün mükafat 
kimi baxmırdılar – daha böyük ehtimalla bu əra zi  «kölgələr 
turniri»nin və ya «böyük oyun»un iştirakçıları üçün şah mat 
taxtası idi və qalib gələni daha böyük qazanc – Hin di sta nın 
sərvətləri gözləyirdi.
Müharibənin hansı hadisə ilə başlandığı sualı indiyədək 
ak tual dır.  İmperiya və sovet dövrünün Rusiya tarixşünaslığı 
bu suala anlaşıqlı bir cavab vermədən hərbi  əməliyyatların 
10
  Акты,  собранные  Кавказскою  археографическою  комиссиею: 
1868. т. II.. С. 789.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə