Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə343/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   336   337   338   339   340   341   342   343   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
302 
yayılan  bu  ənənənin  tamamilə  ortadan  qaldırılmaq  mümkün 
olmamışdır. Bütün şəri məsələlərdə yuxarıda adı çəkilən müctəhidləri 
təqlid  edən  bir  çox  insan,  əzadarlıq  məsələsində  verdikləri  fətvalara 
məhəl  qoymayıb  özlərinə  əziyyət  verməyə  və  qan  tökməyə  davam 
edir. 
Son olaraq qeyd etmək istəyirik ki, tarixi roman olan “Əli və 
Nino” müxtəlif cəhətləri ilə yanaşı, Azərbaycan xalqının milli-mənəvi 
dəyərlərini göstərən önəmli bir əsərdir.  
Burada  Azərbaycan  xalqının  Əhli-beyt  sevgisi  geniş  bir 
şəkildə  əks  olunmuşdur.  Xüsusilə  İmam  Hüseyn  (ə)  və  onun 
Kərbəlada  şəhid  olması  münasibətilə  təşkil  edilən  aşura  mərasimi 
dolğun bir şəkildə öz təsvirini bu romanda tapmışdır. Görünən odur ki, 
çətin zamanlarında belə Azərbaycan xalqı Əhli-beytə olan bağlılığını 
göstərən bu cür mərasimləri təşkil etməkdən çəkinməmişdir. 
Romanda bəhsi keçən zaman kəsiyindən sonra qurulan Sovet 
rejimi bütün cəhdlərinə rəğmən Azərbaycan xalqının qəlbindən İslamı, 
o cümlədən Əhli-beyt sevgisini silə bilməmişdir. Bütün təzyiqlərə və 
təqiblərə baxmayaraq, xalqımız Əhli-beytə sahib çıxmış və əminik ki, 
qiyamətədək də çıxacaqdır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə