Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə342/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   336   337   338   339   340   341   342   343   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
301 
haram  və  şeytan  əməli  olduğunu  qeyd  etmişdir.  Dövrün  böyük 
ustadlarından  mərhum  Ayətullah  uzma  Seyid  Əbülhəsən  İsfahani 
Seyid  Möhsün  əl-Əmini  dəstəkləmiş,  “Aşura  günündə  əza 
məclislərində  qılınc,  zəncir,  təbil  və  kərənaydan  (uzun  nəfəsli  alət) 
istifadə etmək və buna oxşar əməllərə yol vermək haramdır və şəriətə 
uyğun deyildir”
3
 şəklində fətva vermişdir.  
Müasir  dövrün  alimlərindən  Ayətullah  Fazil  Lənkərani, 
Ayətullah Xameneyi, Ayətullah Behcət, Ayətullah Məkarim Şirazi və 
Nuri Həmədani, Muhəmməd Hüseyn Fəzlullah da aşura məclislərində 
bədənə əziyyət verən və qan tökən bu kimi hallara yol verməyin doğru 
olmadığı fikrindədirlər. 
Ümimiyyətlə bir insana bəslənən ifrat sevgi bəzi həddi aşma 
hallarına da gətirib çıxardır. Məsələn, Həzrət Peyğəmbərin (s) “Ya Əli! 
İki dəstə sənin barəndə həlak olacaq: Sənin fəzilətlərin barəsində həddi 
aşanlar  və  səninlə  düşmənçilik  edənlər”
4
  reallaşmış,  İslam  tarixində 
Həzrət Əliyə (ə) qarşı duyulan ifrat sevgi sayəsində ona “nəbi”, hətta 
“ilah”  deyən  firqələr  ortaya  çıxmışdır.  Yenə  Əhli-beyt  imamlarına 
bəslənən ifrat sevgi sayəsində ifratçı bəzi qruplar yaranmışdır. Həzrət 
Hüseyn (ə) sevgisi də bəzi ifrat hərəkətlərə səbəb olmuşdur. İmamı və 
Kərbəla  hadisəsini  yaddaşlarda  saxlamaq  və  gələcək  nəslə  ötürmək 
üçün  tövsiyə  edilən  əzadarlıq,  ifrat  davranışlarla  xoşa  gəlməz  hala 
gətirilmişdir.  Baş  yarmaq,  zəncir  vurmaq  və  başa  sinəyə  şiddətli  bir 
şəkildə  vurmaqla  qan  tökmə  ənənəsi,  imamların  tövsiyə  etdiyi 
əzadarlığı tamamilə fərqli istiqamətlərə çəkmişdir.  
Çox təəssüf  ki, romanda  da  qeyd  olunduğu  kimi,  son iki-üç 
əsrdir  Əhli-beyt  tərəfdarları,  o  cümlədən  Azərbaycan  xalqı  arasında 
                                                 
3
 Dairətül-məarife-təşəyyu. 2 cild. Tehran, 1368 şəmsi, səh. 531.
 
4
 Hakim. Əl-Müstədrək. 3 cild. səh. 123; Əbu Yalə. Əl-Müsnəd. 1 cild. səh. 407.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə