Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə336/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   332   333   334   335   336   337   338   339   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
295 
Kərbəla qumunda rahatlıq  tapsınlar.  Əllərimizlə  gözlərimizi bağlayıb 
onların  qabağında  səcdə  qıldıq.  Bərkdən  qışqırıb  dedik  ki,  İmamın 
məzarında bizim üçün də dua edin”. Sarvan da cavab verib dedi: “Biz 
özümüz də duaya möhtacıq. 
Kərbəlada  faciəvi  şəkildə  şəhid  edilən,  ailəsi,  uşaqları  əsir 
götürülən  məzlum  İmam  Hüseynin  (ə)  halı  onu  sevənlərin 
yaddaşından  silinmir,  ilin  bütün  günlərində  bu  hissləri  daşımaqla 
bərabər Məhərrəm ayında yenidən alovlanır. Məhz bu səbəblə “Əli və 
Nino”  romanında  Əhli-beytdən  ən  çox  İmam  Hüseyn  (ə)  və  onun 
Kərbəlada şəhid olması hadisəsi yer alır.  
Kimdir İmam Hüseyn (ə) və Kərbəlada nələr baş verdi? 
Həzrət  Peyğəmbərin  (s)  çox  sevdiyi,  “övladlarım”,  -  deyə 
xitab  etdiyi,  Cənnət  gənclərinin  ağası  olaraq  təqdim  etdiyi  iki 
nəvəsindən biri olan İmam Hüseyn (ə) 626-cı ildə Mədindədə dünyaya 
gəldi.  O,  Həzrət  Əli  (ə)  və  Peyğəmbərin  (s)    qızı  Xanım  Zəhranın 
ikinci övladı idi. 
İmam  Hüseyn  (ə)  uşaqlıq  dövrünün  altı  ilini  babası 
Peyğəmbərin  (s)  yanında  keçirmişdir.  Peyğəmbərin  (s)  vəfatından 
sonra otuz il Həzrət Əli (ə) ilə birgə yaşamış və atasının hakimiyyəti 
dövründə yaranan çətinliklərin həllində fəal iştirak etmişdir. Əlinin (ə) 
şəhadətindən sonra siyasi və ictimai səhnələrdə qardaşı İmam Həsənlə 
(ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra on il 
müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki 
İslami vəzifələr İmam Hüseynin (ə) boynuna düşmüşdür. Müaviyənin 
ölümündən sonra hakimiyyətə gələn Yezidin dövründə inqilab etmiş 
və nəhayət 680-cı ildə Məhərrəm ayının 10-da İraqın Kərbəla çölündə 
çoxlu sayda yaxını ilə birlikdə şəhid edilmişdir. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə