Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə337/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   333   334   335   336   337   338   339   340   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
296 
İmam Hüseynin (ə) şəhadəti Əhli-beyt tərəfdarlarının qəlbində 
sağalmaz yara açmışdır. Kərbəla şəhidlərinin xatirəsini canlı saxlamaq 
üçün  məzarını  ziyarətgaha  çevirmişlər.  “Hər  gün  aşura,  hər  yer 
Kərbəla” cümləsini şüar halına gətirən Əhli-beyt tərəfdarları, zalım ilə 
məzlumun  qarşı-qarşıya  gəldiyi  Kərbəla  hadisəsini  yaddan  çıxarmır, 
Qiyamətə  qədər  var  olacaq  yezidi  düşüncə  qarşısında  hüseyni 
düşüncəni ayaqda tutmağa çalışırlar. 
Azərbaycan xalqı da eyni şəkildə bu faciəni qəlbində yaşadır. 
Xalqımız  digər  Əhli-beyt  tərəfdarları  kimi  hər  il  məhərrəm  ayını 
matəm  ayı  kimi  qeyd  edir.  Bu  müddət  ərzində  məclislər  qurulur, 
mərsiyə və rövzələr oxunur, ehsanlar verilir, şəbehlər hazırlanır. “Əli 
və Nino” romanında da bu ənənə təfərrüatlı şəkildə baş qəhrəman Əli 
xan Şirvanşirin dilindən oxucuya çatdırılır. Əli bir şəbeh səhnəsini belə 
təsvir  edir:  “Daşdan  tikilmiş  nəhəng,  mavi  bir  salon,  girişində  də 
Nəsrəddin şahın həkk edilmiş şərəfli adı. Ortada dörtkünclü bir səhnə. 
Və bütün salon əyləşən, ayaq üstə duran, uzanan ləyaqətli kişilər, dəcəl 
uşaqlar, vəcdə gəlmiş cavanlarla doludur. Onlar Həzrət Hüseynin (ə) 
Kərbəla müsibətini nəql edən şəbehə tamaşa edirlər. Salonda zəif bir 
işıq yanır. Səhnədə saqqallı bir mələk gənc Hüseynə (ə) təsəlli verir. 
Zalım  xəlifə  Yezid  süvarilərini  səhraya  göndərir  ki,  bu  müqəddəs 
gəncin  başını  gətirsinlər.  Nalə  və  şivən  səslərini  qılıncların  cingiltisi 
kəsir.  Əli  (ə),  Fatimə  (ə)    və  dünyada  birinci  qadın  olan  Həvva  (ə) 
səhnədə gəzişib rübailər oxuyurdular. Gəncin başını böyük bir sinidə 
gətirib allahsız xəlifənin qabağına qoyurlar. Bir molla cərgələri gəzir və 
tamaşaçıların göz yaşlarını balaca bir şüşəyə yığır. Bu göz yaşlarında 
hər növ sehrli qüdrət vardır. Tamaşaçıların inamı çox olduqca, şəbehin 
təsiri  də  güclənir.  Enli  bir  taxta-səhranı,  sandıq-xəlifəni  ləl-cəvahiri 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə