Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə340/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   336   337   338   339   340   341   342   343   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
299 
yumruqlarım çılpaq sinəmə çəkic kimi zərbə endirirdi. Bir az sonra bir 
məscidin qaranlıq sərinliyini hiss etdim və imamın nalə çalan nidasını 
eşitdim. Kimsə mənə ağır bir zəncir verdi və mən kürəyimdə iniltili bir 
ağrı hiss etdim. Saatlar keçdi. Qabağımda geniş bir meydan gördüm və 
boğazımdan  elə  əvvəlki  vəhşi  və  şad  bir  nida  çıxdı:  “Şaxsey... 
Vaxsey”. Üzü əldən düşmüş bir dərviş peyda oldu qarşımda. Bürüşük 
dərisinin  altında  qabırğaları  görünürdü.  İzdihamdakıların  gözlərində 
inadcıllıq  ifadəsi  vardı.  Onlar  oxuyurdular  və  meydanda  çulu  qana 
bulaşmış  bir  at  hərəkət  edirdi.  Körpə  Hüseynin  atı.  Əldən  düşmüş 
dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü 
atın ayaqları altına atdı. Başım gicəlləndi. İri yumruqları çılpaq sinəmə 
endirirdim. “...Şahxey... Vaxsey”. İzdiham xoşbəxt idi. Ağ libası qana 
batmış  bir  cavanı  yanımdan  sürüyüb  apardılar.  Uzaqdan  sayısız-
hesabsız  məşəllər  gəlib  məni  də  özü  ilə  apardı.  Mən  bir  məscidin 
həyətində  oturmuşdum  və  yanımdakı  adamlarin  hündür  yumru 
papaqları var idi. Onların gözündən yaş gəlirdi. Kimsə körpə Hüseyn 
barədə  mərsiyə  oxumağa  başladı.  Kəskin  ağrı  onu  boğurdu.  Ayağa 
durdum. İzdiham sel kimi dala axmağa başladı....” 
Bəli, Avropa təhsili görmüş və Azərbaycanın cənuba nisbətən 
daha mütərəqqi olan şimal hissəsində yaşayan Əli xan Şirvanşir aşura 
mərasiminin  bir  parçasına  çevrilmişdi.  Əvvəlcə  kənardan  izləməkdə 
olan Əli, indi matəm məclisinin tam ortasındadır. O da izdihamdakılar 
kimi  sinə  döyür,  zəncir  vurur,  mərsiyədə  iştirak  edir  və  “Şaxsey-
Vaxsey”,  -  deyə  qışqırır.  Əli  ilə  tanımadığı  bu  insanları  bir  araya 
gətirən ortaq nöqtə Əhli-beyt sevgisi idi.  
Əslində Əlinin keçirdiyi bu hisslər təsadüfi deyildi. Məsələyə 
daha  dərindən  baxıldığında  İmam  Hüseyn (ə) ilə  Əli xan  Şirvanşirin 
ortaq nöqtələri var idi: “Azadlıq”. İmam Hüseyn (ə) Yezid və Əməvi 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə