Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə339/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   336   337   338   339   340   341   342   343   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
298 
gedirdilər.  Onların  sönük  səsli:  “Şaxsey...  Vaxsey”  nidaları  küçəni 
bürümüşdü  və  hər  bu  nida  gələndə  nəhəng  yumruqları  ilə  bərkdən 
çılpaq  tüklü  sinələrinə  vururdular.  Onların  ardınca  bellərinə  yaşıl 
kəmər  bağlamış  və  Peyğəmbər  (s)  nəslindən  olan  seyidlər  gəlirdilər. 
Dallarınca  kəfənə  bürünmüş  məhərrəm  şəhidləri,  başı  qırxılmış  və 
əllərində  uzun  xəncərlər  tutmuş  adamlar  gəlirdi.  Onların  siması 
qəzəbli,  qapalı  idi  və  elə  bil  başqa  bir  düynaya  qərq  olmuşdular. 
“Şaxsey...  Vaxsey...  “Xəncərlər  göydə  parlayır  və  aşağı,  qırxılmış 
kəllələrə  enirdi.  Şəhidlərin  libasını  qan  bürümüşdü.  Birinin  başı 
gicəlləndi və yanında gedən dostları onu izdihamın içindən çıxartdılar. 
Onun dodaqlarında xoşbəxt bir təbəssüm var idi”. 
Uzaqdan  baş  verənləri  izləyən  Əli,  ruhunun  dərinliklərindən 
gələn hisslərlə bu mənzərədən təsirlənir. On dörd əsr əvvəl həqiqi din 
uğrunda Kərbəla çölündə şəhid olan İmam Hüseyn (ə), onun ailəsi və 
dostlarının halı Əhli-beyti sevən biri olaraq Əlini də bu mənzərənin bir 
parçasına çevirir: 
“Mən  pəncərənin  qabağında  durmuşdum.  İndiyədək  mənə 
məlum olmayan bir hiss almışdı caynağına məni. 
Bu,  indi  mənim  ruhumda  xəbərdarlıq  kimi  səslənirdi  və 
fədakarlıq  arzusu  içimi  doldururdu.  Küçədəki  tozun  üstünə  tökülən 
qan damlalarını gördüm. Şeypurun səsi isə cazibədar qurtuluşa çağırır 
kimi səslənirdi. Gözəgörünməzin sirri, xilasa aparan kədərin darvazası 
bu  idi.  Mən  dodaqlarımı  sıxdım.  Hüseynin  (ə)  bayrağı  qabağımdan 
keçdi. Fatimənin əlini gördüm və bütün aşkar olan şeylər gözlərimin 
qabağında yox oldu. 
Təbilin sönük səsini bir də eşitdim və bu səsin cingiltisi içimdə 
vəhşi bir qışqırığa çevrildi. Qəflətən bir an içərisində bu izdihamın bir 
hissəsinə  çevrildim.  Mən  enli  kürəklilərin  dairəsində  irəliləyir  və  iri 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə