Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə341/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   336   337   338   339   340   341   342   343   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
300 
zalımları tərəfindən zülmə məruz qalan, istismar edilərək qula çevrilən, 
azadlıqları  əlindən  alınan  və  əqidələri  dəyişdirilməyə  çalışılan  İslam 
ümmətinin  azadlığı  uğrunda  canından  belə  keçdi.  Əli  xan  da 
parçalanmış, fiziki və mədəni mənada işğala məruz qalan çox sevdiyi 
ölkəsi  Azərbaycanın  və  onun  fədakar  xalqının  azadlığı  uğrunda  hər 
şeyini və hətta canını fəda etdi. Yəni İmam Hüseyn (ə) Əli xan üçün 
gözəl bir örnək təşkil edirdi. 
Bəli, məhərrəm ayında təşkil olunan məclislərdə sinə döymə, 
zəncir vurma və xəncərlə baş yarma səhnələri ilə qarşılaşırıq. Romanda 
təsvir  edildiyi  kimi,  Kərbəla  şəhidləri  və  əsirlərin  çəkdiyi  əzabı  hiss 
etmək üçün bu davranışlarla bağlı alimlərin fikri birmənalı deyildir.  
Hər şeydən əvvəl onu qeyd edək ki, Əhli-beyt imamları özləri 
də hər il bu faciənin xatirəsini yaşatmış, tərəfdarlarına da bunu tövsiyə 
etmişlər.  İmam  Hüseyn  (ə)  üçün  göz  yaşı  tökmüş,  əzadarlıq 
məclislərində iştirak etmiş, şairlərin növhə və mərsiyyələrini dinləmiş, 
həmin şairləri mükafatlandırmışlar. Bu haqda kifayət qədər rəvayətlər 
vardır.  Lakin  sinə  döymək,  zəncir  vurmaq  və  baş  yarmaq  kimi 
hərəkətləri təsdiq etdiklərinə dair heç bir rəvayətlə qarşılaşa bilmərik. 
Bu səbəblə bir çox alim və müctəhid aşura mərasimlərində insanların, 
xüsusilə zəncir vurmaq və baş yarmaqla özlərinə əziyyət vermələri və 
qan  tökmələrini  qadağan  etmişlər.  Məsələn,  Mirzayi  Şirazi,  Seyid 
Məhəmməd Kazım Təbətəbai Yəzdi, Seyid Əbulhəsən İsfahani, Şeyx 
Abdulkərim  Hairi,  Seyid  Möhsün  Həkim,  Seyid  Hüseyn  Burucərdi 
kimi  alimlər  buna  qarşı  çıxmışlar.  Əllamə  Seyid  Möhsün  əl-Əmin 
təziyə məclislərində rast gəlinən əməllərə aydınlıq gətirmək üçün “ət-
Tənzih  li-əmaliş-şəbih”  adlı  əsər  qələmə  almışdır.  O,  aşura 
mərasimində nəinki zəncir vurmaq və baş yarmaq, hətta kəfən geyinib 
küçələrə çıxmaq, şəbeh təşkil etmək, sinə vurmaq kimi əməllərin belə 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə