Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə338/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   334   335   336   337   338   339   340   341   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
297 
taxtını, bir neçə paya-Ədən bağını və bir saqqallı kişi-Peyğəmbərin (ə) 
qızını təsvir edirdi”. 
İmam  Hüseynin  (ə)  Kərbəlada  faciəvi  şəkildə  şəhid  edilmə 
hadisəsini canlandıran şəbeh ənənəsi bu gün də davam edir. 
Həzrət  Hüseyn  (ə)  və  Kərbəla hadisəsini  geniş kütlələrə çat-
dırmaq  üçün  ən  çox  istifadə  olunan  metod  aşura  mərasimləridir. 
Burada  xalqın  hər  təbəqəsinə  mənsub  insanlar  iştirak  edir  və  belə 
mərasimlər  daha  çox  rəğbət  görür.  Əli  xan  Şirvanşir  bir  aşura 
mərasimində şahid olduğu mənzərəni belə təsvir edir: 
“Uzaqdan şeypurun səsi sönük gəlirdi. Bu səs Gözəgörünmə-
zin  xəbərdarlığı  qədər  qorxunc  və  cəzbedici  idi.  Pəncərəyə 
yaxınlaşdım. Küçə tozlu idi. İstidən yanıb-əriyirdi. Günəş düz Şəmiran 
sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş yavaş yaxınlaşırdı. 
Onun  səsini  minlərlə  insanın  təkrar  etdiyi  “Şaxsey...  Vaxsey-Şah 
Hüseyn... Vay Hüseyn” nidaları müşayiət edirdi. 
İzdiham  tində  göründü.  Qızılla  işlənmiş  üç  nəhəng  bayrağı 
qüdrətli əllər izdihamın başı üstündə ucaldırdı. Onların birinin üstündə 
böyük qızıl  hərflərlə  Əlinin  (ə)  -  Allahın  yer üzündəki dostunun adı 
yazılmışdı.  İkinci  bayrağın  qara  məxmər  parçası  üstündə  sol  əlin 
qalxıb düşən şəkli çəkilmişdi. Bu, Peyğəmbərin (s) qızı Fatimənin (ə) 
əli idi. Və üçüncü bayraqda nəhəng hərflərlə yalnız bir söz yazılmışdı: 
“Hüseyn”, Peyğəmbərin (s) nəvəsi, Şəhid və Xilaskar. 
İzdiham  ağır  addımlarla  küçədən  keçirdi.  Bu  izdihamın 
qabağında qara matəm libası  geymiş, belləri  çılpaq  və  əllərində  ağır 
zəncirlər tutmuş, günahlarını tövbə edən möminlər gedirdilər. Təbilin 
ahənginə  uyğun  olaraq  onlar  əllərini  qaldırır  və  zəncirlər  qanayan 
çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca geniş bir yarım dairədə 
daim  iki  addım  qabağa,  bir  addım  dala  atan  enlikürəkli  kişilər 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə