Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

81
Amerika prezidentləri
ZAKARİ TEYLOR 
ZACHARY TAYLOR
(1849-1850)
Onu bəzən apolitik (siyasətdən kənar) prezident də ad-
landırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Za-
kari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera 
qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə ola-
raq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur.


82
Amerika prezidentləri
Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının 
Orinc dairəsində anadan olmuşdur. Amerikada yaşamış ilk 
Teylor 1620-ci ildə  məşhur «Meyfl auer»  gəmisində Yeni 
Dünyaya gəlmiş piliqrimlərdən idi. Gələcək prezidentin 
atası Riçard Teylor Virciniya və Kentukkidə böyük tor-
paq sahələrinə, çoxlu sayda qula sahib olmuş, İstiqlaliyyət 
müharibəsində zabit kimi iştirak etmişdi. Erkən uşaqlıq 
çağ larından ailəsi ilə Kentukkiyə köçən Zakari Luisvilldə 
böyüyür. Ailənin geniş maddi imkanlarına baxmayaraq, 
səthi təhsil alır. 20 yaşı olarkən Kentukki polisinə  qəbul 
edilir və 1808-ci ildə ona leytenant rütbəsi verilir. Bu vaxt-
dan etibarən onun bütün həyat və fəaliyyəti ordu ilə bağlı 
olmuşdur.
1810-cu ildə Merilendli Marqaret Mekel Smitlə ailə 
qurmuş, bu nikahdan onların altı övladı dünyaya gəlmişdir.
Z.Teylorun tərcümeyi-halını Birləşmiş  Ştatların XIX 
əsrin birinci yarısında apardığı müharibələr tarixi kimi 
dəyər ləndirmək olar. O, 1812-ci ildə İngiltərəyə qarşı apa-
rılan müharibədə iştirak edir və mayor rütbəsi alır. Müha-
ribənin sonuna yaxın ordudan tərxis olunmuş və rüt bəsinin 
endirilməsinə baxmayaraq, növbəti il yenidən orduya qayı-
daraq əvvəlki hərbi rütbəsini bərpa etmişdir.
1830-cu ildə Konqres «Hinduların köçürülməsi haqqın-
da qanun» qəbul etdi və hinduların əksəriyyəti on il ərzində 
bəzi yerlərdə torpaq alqı-satqısı haqqında müqavilə yolu 
ilə, digər yerlərdə zorla boş  qərb torpaqlarına köçürüldü. 
Bu isə hindu qəbilələrinin haqlı narazılığına səbəb oldu 
və hindularla ABŞ ordusu arasında elan olunmamış qanlı 
müharibələr başlandı. 1832-ci ildə  İllinoys və Viskonsin 
əra zisində «Qara tərlanlar» adlandırılan müharibədə iştirak 
edən Teylor böyük rəşadət göstərir və ona polkovnik rütbəsi 
verilir. İki il sonra Hindu-seminollarla aparılan müharibədə 
isə briqada generalı olur. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq 
və cəsurluğu ona «Qoca dəlisov» ləqəbi qazandırır.


83
Amerika prezidentləri
Zakari Teylorun iştirakçısı olduğu sonuncu müharibə 
1846-48-ci illərdə Meksika ilə aparılan müharibədir. 
Müharibə ərəfəsində, xüsusilə Palo-Alto və Monterey ya-
xinlığındakı döyüşlərdə özünü bacarıqlı  sərkərdə kimi 
göstərmiş  və ona general-mayor rütbəsi verilmişdir. Bue-
na-Vista yaxınlığında rəqibin sayca üstün ordusu üzərində 
çaldığı qələbə isə onu milli qəhrəmana çevirmişdir.
1848-ci il prezident seçkilərində Z.Teylor viqlər par-
tiyasının namizədi olur. Viqlər heç vaxt siyasi fəaliyyət 
göstərməmiş generalın xalq arasındakı nüfuzuna güvənir-
dilər. Demokrat partiyası isə daxili çəkişmələrdən olduq-
ca zəif görünürdü. Quldarlığa olan münasibət partiyada 
ikitirəliyin yaranmasına səbəb olur. Buna görə  də par-
tiyanın  şimal qanadı ayrılaraq seçkilərdə Azad torpaq 
parti yası kimi çıxış edir. Onlar quldarlığın yeni yaradıl-
mış  ştatlarda yayılmasının qəti  əleyhdarı M.Van Bureni 
prezidentliyə, C.K.Adamsın oğlu Çarlz Frensis Adamsı isə 
vitse-prezidentliyə namizəd göstərirlər. Köhnə Demokrat-
lar Miçiqanlı senator Lyuis Kassı namizəd göstərsələr də, 
onun proqramı tərəfdarlarından ciddi dəstək almır. Belə ki, 
L.Kass quldarlığın qəbul edilib-edilməməsinin ştatların da-
xili işi kimi onların özlərinə həvalə edilməsini istəyirdi.
Teylorun cənubdan olub Luizianada yaşaması, Miçi-
qanda pambıq plantasiyaları və 100-ə yaxın qula sahib ol-
ması seçkilərdə qalib gəlməsinə mane olmur. İlk dəfə ola-
raq bütün ştatlarda eyni gündə keçirilən seçkilərdə, seçki 
hüququna malik əhalinin 72 %-i iştirak edir. Zakari Teylor 
ümumi səsvermədə 47,4 %, seçimcilərin isə 163 səsini ala-
raq prezident olur. Nyu-Yorklu liberal viq Millord Fillmor 
isə vitse-prezident seçilir.
ABŞ prezidentləri sırasında, ölkənin siyasi kursuna 
onun qədər az təsir göstərmiş ikinci prezident olmamış-
dır. Gözlənilirdi ki, o bütün qanunvericilik təşəbbüslərini 
Konqresə etibar edərək, yalnız qanunların icrasına nəzarətlə 


84
Amerika prezidentləri
məşğul olacaq. Teylorun səlahiyyətlərinin icra etməsinə 
əvvəlcə siyasi cəhətdən daha təcrübəli vitse-prezident Fill-
mor köməklik göstərsə  də, sonradan bu funksiyanı Mas-
saçusetsli senator Uilyam Syüard yerinə yetirir. Onun 
məsləhəti ilə prezident kadr islahatları aparmaqla viqlərin 
mövqeyini möhkəmləndirməyə cəhd göstərmiş, lakin əsaslı 
nəticələrə nail olmamışdı. Diplomatiya sahəsində heç bir 
təcrübəyə malik olmayan Con Kleytonun xarici işlər naziri 
təyin olunması uğursuz kadr siyasətinin göstəricisi idi. Na-
zirin qeyri-diplomatik davranışı Fransa ilə münasibətlərə 
sərinlik gətirmişdi.
Buna baxmayaraq 1850-ci ildə  İngiltərə ilə imzalan-
mış «Kleyton-Bulever» sazişini Teylor hökumətinin uğuru 
kimi dəyərləndirmək olar. Bu sazişə əsasən hər iki dövlət 
Mərkəzi Amerika torpaqlarını ilhaq etməmək haqda öhdəlik 
götürürdülər.
Zakari Teylorun prezidentliyi 1 il 3 ay davam edir. O, 
1850-ci il iyulun 9-da Ağ Evdə gözlənilmədən vəfat edir. 
İstiqlaliyyət gününə həsr edilmiş təntənəli mərasimdə işti-
rak edən Teylor qızmar günəş altında çoxlu vaxt keçirərək 
yorğun halda evə qayıtmışdı. Çoxlu meyvə yeyərək, buz 
kimi soyuq süd içmiş, bunun nəticəsində  də onda qıc 
olma və bağırsaqlarda soyuqlama baş vermişdi. Teylorun 
qəfi l  vəfatı müxtəlif  şayiələrin yayılmasına səbəb oldu. 
Şayiələrdə prezidentin zəhərlənib öldürülməsi versiyası üs-
tünlük təşkil edirdi. Nəhayət 1891-ci ildə aparılan eksqu-
masiya və məhkəmə-tibb ekspertizası Teylorun ölümündə 
sui-qəsd olmadığını birmənalı olaraq təsdiq etdi.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə