Azərbaycan



Yüklə 107,78 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü107,78 Kb.
#11149


AZƏRBAYCAN  

 

 



Konstitusiya din azadlığını təmin edir. Lakin  18 mart 2009-cu ili tarixdə    

referendumda Konstitusiyaya bir sıra düzəlişlər qəbul olundu; düzəlişlərdən 

ikisi dinin yayılmasını və təbliğ olunmasını məhdudlaşdırır. Bundan əlavə, 8 

may 2009-cu il tarixdə Milli Məclis dini qrupların qeydiyyatı sisteminə əlavə 

məhdudiyyətlərlə nəticələnə bilən Dini Azadlıq haqqında Qanuna edilən 

dəyişiklikləri qəbul etdi və 2009-cu il mayın 29-da prezident tərəfindən 

imzalandı. Bu düzəlişlərə baxmayaraq, qeyri-ənənəvi hesab edilən dinlərin 

üzvləri üçün bəzi nəzərəcarpaçaq istisnalardan başqa, hökumət vətəndaşlarının 

çox hissəsinin dini azadlığa hörmətlə yanaşmaqda davam etmişdir.  

 

Hesabat dövründə dini azadlığa riayət olunmasında müəyyən geriləmə qeydə 



alınmışdır.  Konstitusiyaya dini azadlığın əsaslarını sarsıdacaq dəyişikliklər 

edilmişdir. Məscidlərin bağlanması və Yevangelist protestant dini qruplarına 

qarşı dövlət və yerli səviyyələrdə dəstəklənən reyd halları olmuşdur. Mərkəzi və 

yerli hakimiyyət işçiləri tərəfindən nəzarət haqqında, eləcə də həm müsəlman, 

həm də qeyri-ənənəvi xristian qruplarına qarşı təqib  və saxlanma halları barədə 

məlumat  daxil olmuşdur. Başlıca olaraq yerli hakimiyyət orqanları tərəfindən 

dini inanclarına görə ibadət edən insanlara qarşı ayrı-seçkilik, onların heç bir 

hüquqi əsas olmadan saxlanılması,sorğu-sual olunması və dini materialların 

müsadirə olunması barədə məlumat daxil olmuşdur.  

 

Bəzi hallarda dini mənsubiyyətinə, etiqadına və ya ibadətinə görə ictimai qınağa 



və ya ayrı-seçkiliyə məruz qalmalar  haqqında ayrı-ayrı məlumatlar  daxil  

olmuşdur. Dinlərini dəyişmiş  müsəlmanlara qarşı müəyyən qədər mənfi rəy 

yaranmış və öz dinini  təbliğ edən qruplara, xüsusən Yevangelist xristianlara və 

digər missioner qruplara qarşı bəzən  ədavət göstərilmişdir..  

 

ABŞ hökuməti insan haqlarının ümumi təbliğ olunması siyasətinin tərkib hissəsi 



olaraq dini azadlıq məsələlərini hökumətlə müzakirə edir. ABŞ səfirliyinin 

rəsmiləri qeydiyyat prosesi və “qeyri-ənənəvi” dini qruplara qarşı rəsmi 

münasibətlə bağlı narahatlıqlarını ifadə etmiş bildirmiş  və dini ədəbiyyata 

senzuranın tətbiq edilməsinə qarşı öz etirazlarını bildirmişlər.  

 

I Bölmə. Dini demoqrafiya 



 

Ölkənin ərazisi 33774 kvadrat mil, əhalisi isə 8.2 milyon nəfərdir. Konkret dini 

qruplara üzvlük barədə heç bir etibarlı statistika yoxdur; lakin rəsmi 

məlumatlara görə əhalinin təxminən 96%-i müsəlmanlardır. Əhalinin qalan 

hissəsi əsasən rus pravoslav, erməni qriqoryan, digər xristian qruplarının 

üzvləri, yəhudilər və ateistlərdən ibarətdir.  




AZƏRBAYCAN  

 

 



 

Müsəlmanların əksəriyyətinin arasında dini ayinlərə əməl olunması səviyyəsi 



kifayət qədər aşağıdır və müsəlman mənsubiyyəti dindən daha çox mədəniyyət 

və milliyətə bağlıdır, lakin etiqad edən müsəlmanların sayı tədricən artmışdır. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) verdiyi məlumatlara görə 

müsəlman əhalisinin 65 faizi Şiə, 35 faizi isə Sünnilərdir; ənənəvi olaraq, kəskin 

fərqlər müəyyən edilməmişdir. 

 

Xristianların böyük əksəriyyəti Rus Pravoslavlarıdır ki, onların da kimliyi, 



müsəlmanlar kimi, dinə olduğu qədər mədəniyyətə və etnik mənsubiyyətə 

əsaslanır. Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm  halında yaşayırlar. 

 

Ölkənin 20,000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır. Qubada  



və başqa ərazilərdə də kiçik icmalar mövcuddur. 

 

Şiələr, Sünnilər, Rus Pravoslavları və Yəhudilər ölkənin ənənəvi dini qrupları 



hesab olunurlar. Lüteranların, Roma Katoliklərinin, Baptistlərin, Molokanların 

(köhnə Rus Pravoslav təriqətçiləri) , Yeddinci Günün Adventistlərinin və 

Bəhailərin kiçik icmaları  ölkədə yüz ildən artıqdır ki, mövcuddurlar.  

 

 



1991-ci ildə müstəqillik əldə edildikdən bəri “Vəhhabi” və Sələfi müsəlmanlar, 

Əllincilər və digər Yevangelist xristianlar, o cümlədən Yehova Şahidləri və Hari 

Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi”  icma kimi hesab etdiyi dini 

qruplar yaranmışdlr.  Bakıda kifayət qədər əcnəbi xristian icmaları vardır.  

 

II Bölmə. Hökumətin Dini  azadlığa Riayət Etməsi  



 

Hüquqi/Siyasət çərçivəsi 

 

Konstitusiyaya əsasən bütün dinlərdən olan insanların öz dinlərini sərbəst 



seçmək və ona ibadət etmək hüququ vardır. Qanun bu hüququ həm hökumət 

tərəfindən , həm də  fərdi şəkildə pozulmasından  qoruyur. Lakin xarici 

ölkələrdən könüllü  ekstremistlərin təsirini məhdudlaşdırmaq niyyətilə, ölkə 18 

mart 2009-cu iltarixdə Konstitusiyaya dinə birbaşa təsir edə biləcək iki düzəlişi 

qəbul etdmişdir. . Konstitusiyanın 18-ci maddəsinin 2-ci bəndi dəyişdirilərək 

aşağıdakı kimi təsdiq olundu: “Insanların şərəf və ləyaqətini alçaldan və 

humanizm prinsiplərinə zidd olan dinin (dini hərəkatların) yayılması və təbliğ 

edilməsi qadağandır.” 48-ci maddəyə aşağıdakı yeni – 5-ci bənd əlavə edildi və 

burada deyilir: “Heç kim öz dini inancını və əqidəsini ifadə etməyə (nümayiş 



AZƏRBAYCAN  

 

 



etdirməyə), dini ritualları yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə 

məcbur edilə bilməz.” Bu dəyişikliklərdən sonra, 2009-cu il mayın 8-də Milli 

Məclis Dini Azadlıq haqqında Qanuna dəyişiklikləri təsdiq etdi ki, bu da, millət 

vəkillərindən  birinin fikrincə, qanunu Konstitusiyaya edilən dəyişikliklərə 

uyğunlaşdırmaq üçün zəruri idi. Prezident tərəfindən qanun 29 may  2009-cu il 

tarixdə təsdiqlənərək qüvvəyə mindii.  

 

Hətta Dini etiqad azadlığı haqqında Qanuna edilən dəyişikliklər qəbul 



edilməzdən əvvəl qeydiyyat tələbləri mürəkkəb olduğundan  bir sıra şikayətlər 

var idi və bəzi hallarda baş verən təqib  qanunun tətbiqini çətinləşdirirdi . 

Qanuna edilmiş dəyişikliklər DQİDK-nı belə bir bəyanat verməyə təşviq etdi ki, 

bütün dini qurumlar 2010-cu ilin yanvarınadək yenidən qeydiyyatdan 

keçməlidirlər və qeydiyyat üçün əlavə tələblər olacaqdır. Öz növbəsində, DQİDK 

qeyd etdi ki, ərizənin rədd edilməsi dini icmanın qanuni şəkildə tələb olunan 

sənədləri təqdim edə bilməməsi ilə izah edilməlidir. 

 

Konstitusiyaya görə hər bir şəxs dinini  (o cümlədən ateizmi) seçmək və 



dəyişmək, istədikləri dini qruplara qoşulmaq və ya yaratmaq və öz dini 

etiqadını, əgər bu etiqad kiminsə öz etiqadını başqa fərdlərlə bölüşməyi tələb 

etmirsə, yerinə yetirmək hüququ vardır. Dini etiqad azadlığı haqqında qanun 

hökumətin hər hansı şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxilə etməsini 

açıq şəkildə qadağan edir; buna baxmayaraq, dini qrupun fəaliyyəti “ictimai 

asayişi və sabitliyi pozduğu” halları  ehtiva edənmüstəsna hallar vardır.  Bir sıra 

qanuni müddəalar hökumətin dini qrupları tənzimləməsinə imkan verir, 

məsələn, dini azadlıq haqqında qanunun tələbi dini təşkilatların, o cümlədən bir 

məzhəbin ayrı-ayrı icmalarının  hökumət qeydiyyatından keçməsini tələb edir. 

Qeydiyyat dini təşkilata bank hesabı açmağa, əmlakı icarəyə götürməyə və 

ümumiyyətlə hüquqi şəxs kimi çıxış etməyə imkan verir. Təcrübədə bəzi qruplar 

qeydiyyatdan keçmədən ibadət etdiklərinə görə hökumətin reydlərinə  məruz 

qalmışlar. Dini qruplar mütləq DQİDK-da qeydiyyatdan keçməlidirlər. DQİDK 

qeydiyyat və dini ədəbiyyatın nəşri, idxalı və yayılması üzərində çox geniş 

səlahiyyətlərə malikdir. Öz növbəsində isə DQİDK qəbul edir ki, qanunu 

pozduğu iddia edilən dini qrupların fəaliyyətini dayandırmaq üçün o, ilk 

növbədə məhkəmə sisteminə müraciət etməlidir. Dini qrupların qeydiyyat 

ərizəsinin rədd edilməsindən apelyasiya şikayəti vermək hüququ vardır. 

Qruplar həmçinin öz işlərinə hüquqi qiymət verilməsini Avropa İnsan Haqqları 

Məhkəməsində (AİHM) tələb etmək hüququnu özündə saxlayırlar. Belə olan 

halda, hər hansı bir qrup AİHM-ə müraciət etməzdən əvvəl ölkədə mövcud olan 

bütün məhkəmə instansiyalarında öz imkanlarından  istifadə etməlidir ki, bu da 

çox zaman bir neçə il davam edir.  



AZƏRBAYCAN  

 

 



 

DQİDK-nın məlumatına görə, 2008-ci ildə qurum 103 dini icmanı qeydiyyata 



almışdır ki, bunlardan da 101-i müsəlman icmalarıdır. DQİDK-ya əsasən, heç bir 

icmanın qeydiyyat ərizəsi rədd edilməmişdir. 2008-ci ildə dini icmaların ümumi 

sayı 534 olmuşdur ki, bunlardan da 502-si müsəlman, qalanı isə qeyri-müsəlman 

dini icmaları olmuşdur. DQİDK qeydiyyatdan keçməmiş 160 icmanın aşkar 

edildiyini iddia edir.  

 

Qeydiyyatdan keçmiş müsəlman təşkilatları məscidlərə axundlar təyin edən, 



İslam təhsil müəssisələrini idarə edən, müntəzəm olaraq mərasimlərə nəzarət 

edən və hər il Məkkəyə həcc ziyarətini təşkil edən Sovet dövründən qalmış 

müftilik – Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) tabedirlər. Müsəlman dini 

qrupları DQİDK-da qeydiyyatdan keçməzdən əvvəl mütləq QMİ-dən təsdiq 

məktubu almalıdırlar.  

 

Dini etiqad azadlığı haqqında Qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə 



məşğul ola bilməzlər. Dini rəhbərlər eyni zamanda həm dövlət idarəsində çalışa, 

həm də dini rəhbərlik edə bilməzlər, lakin bu müddəa dövlət məmurunun etiqad 

etmək hüququnu məhdudlaşdırmır. Dini obyektlər siyasi məqsədlər üçün 

istifadə edilə bilməz.  

 

Dini təhsil icbari deyil və özəl, yaxud dövlət ibtidai və orta məktəblərində heç bir 



dini tədris proqramı yoxdur. Tələbələr dini kurslara ali məktəbdə gedə bilərlər. 

Dövlət tərəfindən dəstəklənən  din  üzrə xaricdə təhsil almaq   istəyənlər mütləq 

ya DQİDK-dan, ya da Təhsil Nazirliyindən icazə almalıdırlar. Bundan başqa 

xaricdə hər hansı sahədə təhsil almaq üçün dövlət orqanlarından  icazə tələb 

olunmur.  

 

Dini azadlıq haqqında məlumat verən Norveç QHT-si Forum 18 Azərbaycanın 



tarixən böyük erməni çoxluğunun yaşadığı separatçı regionu olan Dağlıq 

Qarabağın (DQ) de fakto hakimiyyətinin 2009-cu il yanvarın 5-də və mayın 4-də 

yeni “Din haqqında Qanunu” qəbul etməsi  barədə məlumat vermişdir. 

Azərbaycanın  öz hakimiyyətini DQ-da həyata keçirməyə heç bir imkanı yoxdur. 

“Qanun” 9 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir. Açıq-aşkar 

məhdudiyyətlərə qeydiyyat üçün ən azı 100 nəfər üzvün tələb olunması, 

qeydiyyata alınmamış dini fəaliyyətin qadağan olunması, de fakto hakimiyyətin 

bütün dini ədəbiyyatları təsdiq etməsi tələbi və dini təbliğatı aparmağa   de fakto 

hakimiyyəti tərəfindən “rəsmi” kilsə kimi   iddia edilən Erməni Həvari (Apostol) 

Kilsəsinə  icazə verilməsi məhdudiyyətləri aiddir. Martın 19-da Erməni Katolik 

Kilsəsi bu vaxtadək yeni “qanun”a əsasən qeydiyyatdan keçmiş yeganə kilsədir 



AZƏRBAYCAN  

 

 



(Erməni Həvari Kilsəsinin qeydiyyata ehtiyacı yoxdur). ABŞ-ın Azərbaycandakı 

səfirliyi, eyni zamanda   hökumət bu məlumatı təsdiq etmək iqtidarında deyil.  

 

Dini azadlığı qoyulan məhdudiyyətlər 



 

Hesabat  dövründə  hökumətin dini azadlığa riayət  etməsində müəyyən 

geriləmə qeydə alınmışdır.  

 

Məhdudiyyətlər əmlak mübahisələri, saqqal və hicaba olan məhdudiyyətlər və 



bəzi ərazilərdə azana qadağa qoyulması şəklində olmuşdur.  

 

Qeydiyyat prosesi iki mərhələdən ibarətdir: lazımi sənədlərin toplanılması və 



DQİDK-ya təqdim edilməsi. Bir çoxları   bu prosesi çətin, səmərəsiz və 

bürokratik kimi təsvir etmişlər. Hətta QMİ tərəfindən təsdiq olunmuş fəaliyyətdə 

olan müsəlman qrupları lazımi qaydada qeydiyyata alınmamışlar, lakin onların 

QMİ-tərəfindən tanınması rəsmi qeydiyyatın olmadığı halda DQİDK-nın ətraflı 

yoxlamalarını yüngülləşdirməyə imkan vermişdir. Hesabat dövründə   bir sıra 

qruplar bildirmişlər ki, DQİDK bəzən qeydiyyat ərizələrinə vaxtında 

baxmamışdır. Ümumiyyətlə, qeydiyyat prosesi hökumətin arzuolunmaz hesab 

etdiyi dini qruplara qarşı istifadə etdiyi bir vasitə rolunu oynayır. Bunun nəticəsi 

olaraq rəsmi qeydiyyatı olmadan ibadət etməyi seçən qeydiyyatdan keçməmiş 

təşkilatlar qeyri-qanuni elan olunmaq və bağlanmaq, yaxud yerli hakimiyyət 

orqanları tərəfindən seçim əsasında təqibə  məruz qalmaq təhlükəsilə üzləşirlər. 

Bunun nəticəsi olaraq onların fəaliyyəti çətin, bəzi hallarda isə qeyri-mümkün 

olur. Öz növbəsində isə DQİDK iddia edir ki, bəzi dini icmalar lazımi qaydada 

doldurulmuş/hazırlanmış sənədləri təqdim edə bilməmiş, bu da onların 

qeydiyyatının rədd edilməsi üçün əsas olmuşdur.  

 

Bir sıra xristian qrupların nümayəndələrinə görə, yerli və ya DQİDK rəsmiləri 



qəsdən qeydiyyat prosesini çətin və ya qeyri-mümkün edirlər. Bəzi xristian 

qruplar iddia edir ki, onlar DQİDK-nın qeydiyyat ərizəsini rədd etməsindən 

apelyasiya şikayəti verərkən yerli hakimlər çox vaxt xristian kilsələrinə qarşı 

qərəzli mövqedən çıxış etmiş və ədalətli qərar qəbul etməmişlər.  

 

Hakimiyyət orqanları ümumi şəkildə xristian qrupların əcnəbi üzvlərinin Bakıda 



sərbəst ibadət etməsinə icazə vermişlər, lakin bəzi xristian icmaları çətinliklərlə 

üzləşmişlər. Məsələn, Neftçala və Əliabaddakı baptist kilsələri (sonuncu 

təxminən 15 ildir ki qeydiyyatdan keçməyə çalışır) qeydiyyatdan keçə 

bilməmişlər, Əliabad notariat idarələri Əliabad filialının qeydiyyat ərizəsini 

təsdiq etməkdən boyun qaçırmışdır. Neftçaladakı kilsə yerli hakimiyyət 



AZƏRBAYCAN  

 

 



orqanlarından öz kilsəsi kimi təqdim etdiyi mülkün texniki sənədlərini ala 

bilməmişdir. DQİDK-nın məlumatına görə, Əliabaddakı kilsə DQİDK-ya heç bir 

şikayət ünvanlamamışdır.  

 

Neftçaladakı kilsəyə gəldikdə isə, DQİDK bildirmişdir ki, kilsə qanunvericiliyə 



uyğun sənədləri göndərməmişdir; qeydiyyat müraciəti DQİDK-nın 26 fevral, 

2002-ci il tarixli 79 saylı qərarı ilə rədd edilmişdir. Lazımi sənədlərin olmaması 

və ərizələrdəki texniki səhvlər üzündən Mədh Kilsəsi Gəncədəki və 

Sumqayıtdakı filialların qeydiyyata alınmasında çətinliklərlə üzləşmişdir. 

Bakıdakı Allahın Yığıncaqları icması da öz konqreqasiyasının qeydiyyatı üçün 

uzun müddət çətinliklərlə üzləşmişdir. Bakıda qeydiyyatdan keçmələrinə 

baxmayaraq, Yehova Şahidləri 9 aprel 2009-cu iltarixdə ölkənin hər yerində 

onların qanuni qeydiyyatı üçün bütün ölkəni əhatə edən qurum kimi DQİDK-ya 

yeni hüquqi şəxs qismində qeydiyyatdan keçmək üçün müraciət etmişdir.  

 

Bir sıra qeydiyyata alınmamış dini qruplar, o cümlədən müsəlman qrupları, 



Yehova Şahidləri və bəzi Yevangeliya xristianları fəaliyyət göstərməkdə davam 

etmişlər. Lakin bəzi qeydiyyatdan keçməmiş qruplar polis tərəfindən vaxtaşırı  

və seçin əsasında  dini ayinlərin yarımçıq kəsilməsi və hədə-qorxu şəklində 

təqiblərə  məruz qalmışlar.  

 

Forum 18 təşkilatının məlumatına görə, 2009-cu il mayın 4-də separatçı DQ 



regionunda qeydiyyat üçün müraciət etmiş Dirçəliş Odu Yevangelist Kilsəsinin 

qeydiyyat ərizəsi rədd edilmişdir ki, bu da DQ-nın de fakto hakimiyyətinin yeni 

“Din haqqında Qanunu” əsasında rədd edilmiş ilk müraciətdir. “Qanun”a 

əsasən, vətəndaşlar öz dinlərini başqaları ilə paylaşmaqda sərbəst deyillər və 

praktikada dini təbliğatın qarşısı çox vaxt alınmışdır. “Qanun” açıq şəkildə 

əcnəbilər tərəfindən hər hansı dinin yayılmasını qadağan edir və de fakto 

hakimiyyət bunu ciddi şəkildə həyata keçirir. Eyni zamanda  müxtəlif dini 

məzhəblərin mərasimlərində iştirak edən əcnəbilərin saxlanılması və dini 

təbliğatda ittiham olunması da iddia edilir. . Saxlanma məsuliyyətə cəlbetmə ilə 

nəticələnməmişdir. De fakto hakimiyyət regionda müsəlman missioner qrupların 

(əsasən İran və Sünni Sələfi) fəaliyyətindən narahatdır və onların fəaliyyətini 

məhdudlaşdırmaqda davam etmişdir.  

 

Ölkənin digər ərazilərində isə yerli hakimiyyət orqanları arabir dini mərasimləri 



müşahidə etmiş və məlumatlara görə bəzi müşahidə edilən xristianları və 

müsəlmanları çıxararaq axtarış aparmışlar. Yerli müşahidəçilər iddia edirlər ki, 

yerli hakimiyyət orqanları müəyyən məscidləri müntəzəm olaraq müşahidə 

etmişlər.  




AZƏRBAYCAN  

 

 



 

Forum 18-in məlumatına görə hakimiyyətin dəstəklədiyi ANS televiziya kanalı 



2009-cu il yanvarın 20-də efirə gedən proqramda hökumətin 2009-cu il yanvarın 

18-də Yehova Şahidləri icmasında keçirdiyi  reydi barədə materialı nümayiş 

etdirmişdir.  

 

2008-ci ilin iyulunda Baptist rəhbəri İlya Zençenko əleyhinə onun erməni casusu 



olması barədə irəli sürülmüş ittihamlar televiziya vasitəsilə nümayiş 

etdirilmişdir.  

 

Məscidlərdən mikrofon  vasitəsilə azan verilməsinə qoyulmuş qadağanın 2007-ci 



ilin mayında bütün ölkədə ləğv edilməsinə baxmayaraq, məlumatlara görə, bu 

qadağa Zaqatalada davam etdirilmişdir.  

 

Müxtəlif müsəlman fəaliyyətləri, o cümlədən televiziya proqramları və metro 



stansiyalarında dini ədəbiyyatların satılması üzərində nəzarət qüvvədə 

qalmaqda davam etmişdir, baxmayaraq ki, DQİDK belə bir qadağanın olmasını 

inkar etmişdir.  

 

Qanun DQİDK-nın icazəsilə dini ədəbiyyatın nəşrinə və yayılmasına icazə verir, 



lakin hakimiyyət orqanları seçim əsasında  bəzi dini materialların idxalını və 

yayılmasını məhdudlaşdırmışdır. Dini ədəbiyyatın idxalı üçün icazənin alınması 

uzun sürən proses olaraq qalır və müsəlman və xristian qrupları prosesin üzücü 

olmasından   şikayət edirlər. Hesabat dövründə ölkənin bir sıra ərazilərində bir 

çox həm İslam, həm də qeyri-İslam dinlərin radikal olduğu iddia edilən 

ədəbiyyatın polis tərəfindən müsadirə olunması halları baş vermişdir . DQİDK 

bildirmişdir ki, ölkəyə gətirilən bütün dini ədəbiyyat dini material kimi ölkəyə 

daxil edilməsinə  icazə verilməsi üçün  mütləq DQİDK-nın ekspert baxışından 

keçməlidir və bu, materialların həcmindən asılı olaraq vaxt aparan proses ola 

bilər.  


 

DQ-dakı Yehova Şahidləri də ədəbiyyatların müsadirə olunması ilə bağlı 

problemlərin olduğu barədə məlumat vermişlər. 2008-ci il, avqustun 7-də səfərdə 

olan  Yehova Şahidi ictimai ruhaniliklə məşğul olduğu zaman de fakto 

hakimiyyət orqanları tərəfindən həbs edilmiş, heç bir qida verilmədən səkkiz 

saat saxlanılmış, ədəbiyyatı və şəxsi əşyaları müsadirə olunmuşdur ki, bunların 

da bəziləri qaytarılmamışdır. 2008-ci il iyulun 20-də 120 Yehova Şahidi, o 

cümlədən uşaqlar, yaşlılar və əlillər Stepanakertə/Xankəndinə qayıdarkən, DQ 

de fakto hakimiyyət orqanları tərəfindən saxlanılmış, bütün şəxsi əşyaları yeddi 



AZƏRBAYCAN  

 

 



saat ərzində axtarılmış və İncildən başqa bütün ədəbiyyat müsadirə 

olunmuşdur.  

 

Ölkənin qalan bütün ərazilərində, əvvəlki hesabatlarda olduğu kimi, hakimiyyət 



orqanları pasport və digər rəsmi şəxsiyyəti təsdiq edən  sənədlər üçün çəkilən 

şəkillərdə müsəlman qadınların baş örtüyü geyinməsinə icazə verməmişlər. 

Qanuna görə  təhsil müəssisələrində və ya dövlət idarələrində baş örtüyü 

geyinmək heç kimə  qadağan edilməmişdir. Lakin praktikada hökumət qərəzli 

olaraq bəzi qadınların baş örtüyü geyinməsini məhdudlaşdıran universitet 

rəhbərliyi və ya işçiləri barədə heç bir tədbir görməmişdir. 

 

Dini azadlığın Pozulması   



 

Dini azadlığın pozulması barədə ayrı-ayrı hallar olmuşdur ki, buraya da üç 

məscidin dağıdılması və ya bağlanması daxildir. Bir çox hallarda, hakimiyyət 

orqanlarının  təbiqi Sələfi İslam təriqətini qəbul edən müsəlmanlara və ya 

xristianlığı qəbul edənlərə qarşı yönəltmişdir., Bu,  etnik azərbaycanlıların 

yevangelist xristian məzhəbləri kimi “qeyri-ənənəvi” dini qrupları qəbul 

edənlərə qarşı geniş yayılmış mənfi münasibətini göstərir. DQİDK-nın iddiasına 

əsasən onlar yalnız dini fəaliyyətə məcburetmə halları olduqda müdaxilə edirlər 

və hökumət müsəlman icmalarına təzyiq göstərmir.  

 

Eurasianet.org  QHT-si27 may  2009-cu il tarixdə  ötən ay ərzində Bakının bir sıra 



məhəllələrində bir neçə məscidin bağlandığını bildirmişdir, amma hesabatın 

əhatə etdiyi dövrün sonunda Bakı Dövlət Universitetindəki İlahiyyət Məscidi   

açıq qaımışdır.  Türkiyə səfirliyinin verdiyi məlumata görə Türkiyənin dəstəyilə 

inşa edilmiş Şəhidlər məscidi təmir məqsədilə bağlanmışdır. 2009-cu ilin mayın 

11-də hakimiyyət Neft Daşlarında  tikilmiş məscidi iddia olunan təhlükəsizlik 

səbəblərindən sökmüşdür.  

 

2009-cu il aprelin 26-da polis Yasamal Rayon Dini İcmasına məxsus Məhəmməd 



Məscidini dağıtmışdır. Yasamal Rayon Dini İcması (müsəlman təşkilatı) rayon 

icra hakimiyyətindən, eləcə də DQİDK-dan və QMİ-dən lazımi inzibati icazəni 

aldıqdan sonra 2005-ci ilin yayından icma məscidinin inşasına başlamışdı. 2008-

ci ilin oktyabrında Yasamal rayonu icra hakimiyyəti  tikilinin qeyri-qanuni 

olduğunu iddia etmiş və onun dağıdılmasını əmr etmişdir; bu zaman məscidin 

binasının əsas hissəsinin inşası artıq başa çatmışdır. Bundan əlavə, yerli 

hakimiyyət orqanları əmlakın sahibinə qarşı məhkəmə iddiası da qaldırmışlar ki, 

bunu da yerli məhkəmə təmin etmişdir. Icma əks iddia qaldırmış və onu 

Apellyasiya məhkəməsinə göndərmişdir. Buna baxmayaraq, hakimiyyət 



AZƏRBAYCAN  

 

 



orqanları 2009-cu il martın 30-da məscidə gəlmiş və məscid üzərindəki bəzi 

ornamentləri, o cümlədən tikinti zonası ilə küçə arasındakı hasarı dağıtmışlar. 

Nəhayət, 26 -27 aprel 2009-cu il tarixlərdə  Yasamal rayon hakimiyyət orqanları 

məscidi tamamilə dağıtmışlar. Məscidi dağıdan hakimiyyət orqanlarının niyyəti 

aydın olmamışdır və Bakı şəhər icra hakimiyyəti Səfirliyə məlumat almaq üçün 

rayon icra hakimiyyəti orqanlarına müraciət etməyi məsləhət görmüşdür. Amma 

bəzi yerli müşahidəçilər inanırlar ki, məscidin dağıdılmasında niyyət onun 

ərazisinin kommersiya məqsədilə satın alınması olmuşdur. Məscidin ideoloji 

məqsədlərlə hədəfə alınması barədə heç bir əlamət olmamışdır. Öz növbəsində, 

DQİDK icmanın müvafiq hakimiyyət orqanlarının qərarına uyğun hərəkət 

etmədiyini iddia etmişdir.  

 

2009-cu ilin aprelində Bakı Apellyasiya Məhkəməsi dindarların sərbəst ibadət 



etməsi üçün yerin məhdudlaşması üzündən əmlak mübahisəsinə cəlb edilmiş 

Mədh Kilsəsi (Həyat Sözü) Protestant İcmasının iddiasını rədd etmişdir. 

Üzərində kilsə tikilən torpaq sahəsinin açıq-aşkar qanuni yolla əldə edilməsinə 

baxmayaraq, neft emalı müəssisəsi olan Azərneftyağ tərəfindən qaldırılmış iddia 

nəticəsində icmanın torpaq sahəsi müsadirə olunmuşdur. Icmanın torpaq 

sahəsini 1990-cı ildə neft emalı müəssisəsindən almış iş adamından qanuni yolla 

almasına baxmayaraq, müəssisə iş adamının həmin torpaq sahəsini qanunsuz 

yolla əldə etdiyini iddia etmiş və icmanın torpaq sahəsini almasını inkar 

etmişdir. Neft emalı müəssisəsi işi Xətai Rayon Məhkəməsinə vermiş və rayon 

məhkəməsinin qərarı 492 kvadrat fut (150 kvadrat metr) əmlakın kilsədən 

müsadirə olunmasına icazə vermişdir. Icma müsadirə olunmuş torpağa görə 

ədalətli təzminat verilməsini tələb etmişdir, çünki kilsənin binası artıq tikilmiş, 

təmir edilmiş və avadanlıqla təchiz edilmişdi. Icmanın birinci əks iddiası rədd 

edilmişdir. 2008-ci ilin sentyabrında məhkəmə daha 492 kvadrat fut (150 kvadrat 

metr) əmlak sahəsini müsadirə etmişdir.  

 

Xüsusən də Bakıdan kənar rayonlarda Mədh kilsəsinin üzvləri yerli hakimiyyət 



orqanları tərəfindən təqibə məruz qaldıqlarını , o cümlədən hakimiyyət 

orqanlarının qanunsuz olaraq şəxsi evlərə soxulması, saxlanma və səbəb 

olmadan sorğu-sual edilmə və dini materialların müsadirə edilməsi halları ilə 

üzləşdiklərini bildirmişlər.  

 

2009-cu ilin martında hakimiyyət orqanları 2008-ci ilin iyununda qanunsuz silah 



saxlaması  iddiası ilə həbs edilmiş Əliabad Baptist kilsəsinin rahibi Həmid 

Şabanovu azad etmişlər. Şabanov 2008-ci ilin noyabrında ev dustağı hökmü ilə 

azadlığa buraxılmışdır. Yerli baptistlər yerli hakimiyyət orqanlarının silahı 

Şabanovun yaşadığı evə atdıqlarını  iddia etmişlər. Icma Şabanovun tam 




AZƏRBAYCAN  

 

 



10 

reabilitasiyası üçün məhkəmə iddiası qaldırmış və onu Apellyasiya 

Məhkəməsinə göndərmişdir.  

 

2009-cu ilin martında Azərbaycanın mərkəzi hissəsində yerləşən Ağdaş 



şəhərində Ağdaş Rayon polisi və Ağdaş Rayon Milli Təhlükəsizlik Şöbəsi, 

televiziya qrupu və DQİDK nümayəndəsi İncil hekayələrini dinləmək üçün 

valideynlərinin icazəsilə gəlmiş 12 uşağın və bir neçə böyük adamın toplaşdığı 

baptist yığıncağına reyd etmişlər. Polis uşaqları ayrı otağa toplamış və polis, 

DQİDK nümayəndəsi və bir müəllim onların adlarını qeyd etmiş və onların 

vəkillərinin və ya valideynlərinin iştirakı olmadan onları sorğu-sual etməyə 

başlamışlar. Hakimiyyət orqanları böyükləri polis şöbəsinə aparmış və uşaqlara 

qeyri-qanuni olaraq xristianlığı yaymağı öyrətdikləri üçün onları 12 ABŞ dolları 

(10 manat) məbləğində cərimə etmişdir. Böyüklər iddia edirlər ki, Novruz 

Bayramı ilə bağlı banklar bağlı olduğundan onlar pulu nəğd ödəməyə məcbur 

edilmiş və onlara heç bir çek verilməmişdir. Reyd televiziya vasitəsilə geniş 

şəkildə nümayiş etdirilmiş və saxlanılmış böyüklərin adları və ünvanları 

açıqlanmışdır. Öz növbəsində, DQİDK prosesin əcnəbilər və həddi-büluğa 

çatmamış uşaqlar iştirak etdiyi vəqeyri-qanuni aparıldığına görə yarımçıq 

dayandırıldığını iddia etmişdir.  

 

Hesabat   dövründə Yehova Şahidləri icması onların yığıncaqlarına bir neçə dəfə 



reyd edildiyi və yarımçıq kəsildiyi barədə məlumat vermişlər. 2009-cu ilin 

aprelin 29-da Yehova Şahidləri üçün ilin ən mühüm dini tədbiri olan İsa Məsihin 

ölümünü anma mərasimi zamanı Gəncədə polis yenidən Yehova Şahidlərinin 

dini mərasiminə reyd etmiş, mərasimi dayandırmış və növbəti mərasimin təşkil 

edilməsinin qarşısını almışdır. Hakimiyyət orqanları qrupun bir neçə üzvünü 

polis şöbəsinə aparmış və onları Azərbaycan Respublikası İnzibati Xətalar 

Məcəlləsinin 299-cu – “Dini qurumların yaradılması və fəaliyyət qaydasının 

pozulması  ” maddəsilə ittiham edərək beş saat saxlamışlar. Gözü ilə görmüş 

şahidlərdən birinin dediyinə görə polis qrup üzvlərindən birini vurmuşdur. Icma 

üzvlərinin 2009-cu ilin yanvar və fevralında, eləcə də 2008-ci ilin noyabrında 

Bakıda toplanmış yığıncaqlarına da polis reydləri olmuş və yığıncaqlar yarımçıq 

dayandırılmışdır. Rəsmi açıqlamaİnzibati Xətalar Məcəlləsinin 299-cu 

maddəsinin pozulması olmuşdur.  

 

2009-cu il yanvarın 18-də Gəncədə toplanan yığıncağın dayandırılması zamanı 



polis səkkiz nəfəri saxlamış və 299-cu maddədən sitat gətirərək Bakı şəhərindən 

kənarda toplandığı üçün icmanın rəsmi qeydiyyatının olmadığını səbəb 

göstərərək yığıncağı qeyri-qanuni elan etmişdir.  

 



AZƏRBAYCAN  

 

 



11 

Yehova Şahidlərinin verdiyi məlumata görə, 6 sentyabr 2008-ci il tarixdə 

Mingəçevir şəhərində Milli Təhlükəsizlik Nazirliyindən olan polislər 21 nəfərin 

toplandığı yığıncağı yarımçıq dayandırmış və heç bir məhkəmə qərarı olmadan 

mənzildə axtarış aparmış, iştirak edənləri təhqir etmiş və videokamera ilə lentə 

almış, video yazını televiziyada nümayiş etdirməklə hədələmiş və onların dini 

ədəbiyyatlarını müsadirə etmişlər. Polis dörd qadını, ev sahibini və uşaqlı ər-

arvadı saxlamış, sorğu-sual etmiş və İslamı qəbul etmək üçün onlara təzyiq 

göstərmişdir. Sonra polis onları məhkəmə zalına aparmış, onları 13 dollar (10 

manat) cərimə etmiş və pulu polis hesabına köçürmələrini istəmişdir. 

Hakimiyyət orqanları onların öz vəkilləri və yazılı sənədləşmələrdən istifadə 

etmək  istəyini rədd etdikdə Yehova Şahidləri ifadə verməkdən imtina etmiş və 

dindirməni qanunsuz elan edərək sənədləri imzalamaqdan imtina etmişlər. Polis 

onları azad etmiş, lakin ədəbiyyatlarını müsadirə etmişdir.  

 

DQİDK iddia etmişdir ki, Yehova Şahidlərinin yığıncaqları yalnız qanunun 



pozulduğu hallarda dayandırılmışdır. DQİDK iddia edir ki, əhəmiyyət 

verilməmiş bir neçə xəbərdarlıq edilməsinə baxmayaraq, icma dəfələrlə 

qeydiyyatda olduğu yerlərdən kənarda dini yığıncaqlar təşkil etməyə cəhd 

etmişdir.  

 

Yerli insan hüquqları müşahidəçiləri hökuməti icbari hərbi xidmətə alternativ 



mülki xidməti təşkil etməməkdə ittiham etmiş və Yehova Şahidləri icmasının 

üzvləri iddia etmişlər ki, Avropa İnsan Hüquqları Konvensiyasını imzalamaqla 

ölkə icbari hərbi xidmətə alternativ mülki xidməti təşkil etməyə borcludur. 

Verilən məlumata görə, hökumət rəsmiləri həll olunmamış DQ münaqişəsinə 

görə qrupun hərbi xidmətlə bağlı mövqeyini “qorxaq” və “ictimai əxlaqa zidd” 

kimi qiymətləndirmişlər.  

Forum 18-in verdiyi məlumata görə, Gürcüstan sərhəddinə yaxın olan etnik 

gürcü kəndlərində, Qax rayonunun Kurmux kəndində gürcü pravoslav kilsələri 

il ərzində yalnız iki dəfə mərasimlər üçün açıq olmuşdur. İcmaların  kilsələri 

bərpa etmək istəklərinə baxmayaraq, 2007-ci ildə hakimiyyət orqanları onların 

tarixi abidə olduğunu bildirmiş və bağlamışlar.  

 

Hesabatın  əhatə etdiyi dövrün sonunadək hakimiyyət orqanlarının dərs 



proqramını yoxlamaq bəhanəsilə 2007-ci ilin sonunda bağladıqları 19 mədrəsə və 

ya Quranı öyrənmə kursları  bağlı qalmışlar.  

 

Hesabatın  əhatə etdiyi dövr ərzində hakimiyyət orqanlarının İslamçı radikallar 



olduğu iddia edilən müsəlmanları saxladıqları, onların saqqallarını qırxdıqları, 

silah tapdıqları və İslam ədəbiyyatını qadağan etdikləri barədə çoxsaylı 




AZƏRBAYCAN  

 

 



12 

məlumatlar daxil olmuşdur. Yerli şərhçilərin məlumatlarına görə, Sələfilər 

xüsusilə ölkənin şimal rayonları olan Zaqatala, Quba və Xaçmazda fəal olmuşlar, 

lakin onlar hökuməti çox zaman ekstremistlərlə mömin müsəlmanları 

fərqləndirə bilməməkdə ittiham etmişlər.  

 

Əbu-Bəkr  məscidinin açılması ilə bağlı dəfələrlə məscid camaatının çağırışlarına 



və  məhkəmə çəkişmələrinə baxmayaraq, məscid hökumət tərəfindən bağlı 

saxlanılmışdır. 2008-ci il, avqustun 17-də Bakıdakı Əbu-Bəkr məscidində 

törədilmiş partlayış nəticəsində iki nəfər həlak olmuş və dini icmanın rəhbəri də 

daxil olmaqla 11 nəfər yaralanmışdır. Icmanın rəhbəri sonradan sağalmışdır. 

Hadisədən dərhal sonra hakimiyyət orqanları onun  araşdırılması ilə əlaqədar 

hər cümə günü orta hesabla 7000 möminin ibadət etdiyi məscidi bağladılar və 

bütün ölkədə möminlərin məscidlərdən kənarda görüşmələrini qadağan etdilər. 

Hakimiyyət orqanları sonradan hücumun, rəhbəri 2008-ci ilin sentyabrında 

Rusiyanın Dağıstan Respublikasında  Rusiya federal qüvvələri tərəfindən 

öldürülmüş İlqar Mollaçıyev olan Meşə Qardaşları radikal qruplaşması 

tərəfindən həyata keçirildiyini bəyan etdi. Bir neçə məhkəmə müraciətlərinə və 

iddialarına baxmayaraq, məscid hökumətin “davam etdirilən araşdırmalar” 

adlandırdığı müddət ərzində bağlı qalmışdır. Öz növbəsində DQİDK Əbu-Bəkr 

Məscidinin bağlanması ilə bağlı hökumətin təhlükəsizlik orqanlarına müraciət 

edilməsini tövsiyyə etmiş, eyni zamanda camaatın düzgün qaydada 

qeydiyyatdan keçmədiyini bəyan etmişdir. Bundan əlavə, DQİDK Əbu-Bəkr 

Məscidinin möminlərinin Azərbaycanın qeydiyyatdan keçmiş digər müsəlman 

camaatlarına məxsus olan məscidlərdə ibadət etməkdə sərbəst olduqlarını 

bildirmişdir.  

 

Dinin məcburi dəyişdirilməsi 



 

Birləşmiş Ştatlardan qaçırılmış və ya qanunsuz olaraq çıxarılmış və ya Birləşmiş 

Ştatlara qayıtmasına icazə verilməyən azsaylı ABŞ vətəndaşları da daxil olmaqla 

heç kimin dininin məcburi dəyişdirilməsi barədə məlumatlar daxil olmamışdır.  

 

Din azadlığına riayət olunması ilə  bağlı irəliləyiş  və müsbət dəyişikliklər 



 

Hökumət dini tolerantlığı fəal şəkildə təşviq edir. DQİDK bir neçə dəfə müxtəlif 

dini icmaların rəhbərlərini toplamışdır. Il ərzində DQİDK dini azadlıq və 

tolerantlıq üzrə bir sıra seminarlar, konfranslar və regional yığıncaqlar təşkil 

etmişdir.  

 



AZƏRBAYCAN  

 

 



13 

2007-ci ilin noyabrında Mədəniyyət Nazirlərinin Tripolidə keçirilmiş Beşinci 

İslam Konfransında Bakı 2009-cu ilin İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir. 

Bu, şəhərdə və Abşeron yarımadasında bir neçə məscidin  təmir olunmasına  

təkan vermişdir.  

 

Cümə məscidi yenidən açılmışdır, lakin QMİ ona yeni axund – Hacı Surxay 



Məmmədovu təyin etmişdir.  

 

III Bölmə. Dini azadlığa dair ictimai münasibətin vəziyyəti 



 

Dini mənsubiyyətinə, inancına və etiqadına görə bəzi hallarda ictimai ayrı-

seçkiliyin olduğu barədə məlumat verilmişdir. Digər dini  qəbul etmiş müsəlman 

vətəndaşlarına qarşı geniş yayılmış mənfi fikir və öz dinini yayan qruplara, 

konkret olaraq yevangelist xristianlara və digər missioner qruplara qarşı ədavət  

formalaşmışdır. Bu, həll olunmamış DQ münaqişəsi ilə əlaqədar daha da 

güclənmişdir.  

 

DQ münaqişəsi ilə bağlı ermənilərlə azərbaycanlılar arasındakı intensivləşmiş 



düşmənçilik güclü olaraq qalmışdır. Ölkənin etnik erməni separatçıları 

tərəfindən nəzarət olunan ərazilərdən azərbaycanlılardan ibarət olan əhali 

bütövlüklə  çıxarılmışdır və dağıdılmamış məscidlər fəaliyyətsiz olaraq 

qalmışdır. Ölkənin hər yerində etnik ermənilərə qarşı düşmənçilik onların 

çoxunun 1988-1990-cı illər arasında ölkəni tərk etməsinə səbəb olmuş və on ildən 

artıqdır ki,  etnik üsyanlar zamanı bir çoxu zədələnmiş erməni kilsələri bağlı 

olaraq qalmışdır. Nəticədə ölkədə qalmış təxminən 10 minlə 30 min arası erməni 

öz ənənəvi ibadət yerlərində mərasim keçirmək hüququndan məhrum olmuşlar.  

 

Əvvəlki hesabat  dövrlərində olduğu kimi, qəzetlər və televiziya kanalları 



“qeyri-ənənəvi” dini qrupları ölkənin nüfuzunu   təhlükə altında qoyan və 

ölkənin dinlərarası ahəngdarlıq ənənələrinə xələl gətirən faktor kimi təqdim 

olunmuşdur ki, bu da yerli təqiblərə  yol açmışdır. Məsələn, Forum 18-in 

məlumatına görə 2009-cu ilin martın 25-də televiziya briqadası Ağdaşda 

hakimiyyət orqanları ilə birgə baptist yığıncağına reyddə iştirak etmişdir.  

 

Hesabat  dövründə  Sələfiləri və xristianları tənqid edən məqalələr qəzetlərdə 



çap olunmuşdur. Ümumiyyətlə, cəmiyyət xarici (əksərən İran və Sələfi) 

müsəlman missioner fəaliyyətlərinə mənfi münasibət bəsləmişdir və çoxları buna 

siyasi İslamın yayılması və buna görə də sabitliyə və sülhə təhlükə kimi 

baxmışdır. Hökumətin qanunsuz fəaliyyətlə məşğul olduqlarını iddia etdiyi bəzi 

müsəlman icmaları mətbuatın hədəfinə çevrilmişdir.  



AZƏRBAYCAN  

 

 



14 

 

2008-ci ilədək olan dövrlərə həsr olunmuş məruzələrdən fərqli olaraq, heç bir 



anti-Semitizm insidenti barədə məlumat daxil olmamışdır.  

 

IV Bölmə. ABŞ Hökumətinin siyasəti 



 

ABŞ hökuməti özünün insan hüquqlarının təşviq edilməsi siyasətinin bir hissəsi 

kimi hökumətlə din azadlığı məsələlərini müzakirə edir. Hesabatın  əhatə etdiyi 

dövr ərzində səfirlik nümayəndələri qeydiyyat prosesi və “qeyri-ənənəvi” dini 

qruplara qarşı rəsmi münasibətlə bağlı narahatlıqlarını, eləcə də mömin 

müsəlmanlara qarşı təqiblərlə  bağlı narahatlıqlarını DQİDK-ya çatdırmışlar. 

Səfirlik , həmçinin hökumətlə müzakirələrində və mətbuatda dini azadlıqla bağlı 

rəsmi öhdəliklərin səviyyəsi  ilə bağlı narahatlıqlarını ifadə etmişlər.  

 

Bundan əlavə, 21-22 noyabr 2008-ci iltarixlərdə ABŞ-ın İslam Ölkələri 



Konfransındakı xüsusi səlahiyyətli elçisi ölkəyə səfər etmiş və hökumət və dini 

rəhbərlərlə görüşlərində İslamın Azərbaycanda rolu və Azərbaycanın böyük 

İslam aləmində  rolu barədə müzakirələr aparmışdır.  

 

Səfir  və  digər  səfirlik  işçiləri  din  azadlığını  müşahidə  etmək  məqsədilə  əsas 



müsəlman,  xristian  və  yəhudi  dini  icmalarının  nümayəndələri  ilə  sıx  əlaqə 

saxlamış və qeydiyyatdan keçməmiş dini qrupların üzvləri ilə müntəzəm olaraq 

görüşmüşlər.  Səfirlik  işçiləri  həmçinin  din  azadlığı  məsələləri  ilə  məşğul  olan 

QHT ilə sıx əlaqə saxlamışdır.  



 

Yüklə 107,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə