Plan: Uşaq folkloru nümunələri uşaqlar üçün yaradılan əsərlərdir



Yüklə 39,17 Kb.
səhifə2/10
tarix08.01.2022
ölçüsü39,17 Kb.
#82715
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 5. Uşaq folkloru. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi (2)

– BÖYÜKLƏRİN (nağıllar, tapmacalar, laylalar, oxşamalar və s.) və

UŞAQLARIN YARADICILIĞI (dolamalar, acıtmalar, öcəşmələr, oyun nəğmələri və s.) hesabına zənginləşir.

Tapmacalar əqli tərbiyənin ən mühüm vasitəsidir. Xalq öz biliyini uşaqlara çatdırmaq üçün bir vasitə kimi bu formadan da istifadə etmişdir. Tapmacaların əsas məqsədi insanları düşündürmək olmuşdur.

Ana bətnindən tutmuş, ta qocalanadək insan həyatının bütün mərhələlərinə aid tapmacalar vardır.

Təbiət və təbiət hadisələri ilə bağlı çoxlu tapmacalar vardır. Bu tapmacalara diqqət yetirək: «Üçü bizə yağıdı, Üçü cənnət bağıdı, Üçü yığar gətirər, Üçü vurar dağıdar» (ilin fəsilləri),

Nağıllar. Nağıl uşaqların qarşısında geniş, sirli bir aləm açır. Ona görə də, uşaqlar böyük həvəslə və maraqla bu nağıllara qulaq asırlar. Nağıllar uşaqların təfəkkürünün, nitqinin, lüğət ehtiyatının inkişafına hədsiz kömək edir, ətraf aləm haqqında biliklərini və təsəvvürlərini zənginləşdirir. Uşaqlar nağıllarda yeni sözlər eşidir və eşitdiyi sözlərin mənasını dərk edir.

Nağıllarda şəxsiyyətin inkişafına təsir edən amillərə - irsiyyət, mühit və tərbiyəyə aid maraqlı və pedaqoci cəhətdən dolğun fikirlər vardır. Eyni zamanda, tərbiyənin bütün tərkib hissələri baxımından nağıllar zəngin materiala malikdir.

Nağılları təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: heyvanlar haqqında nağıllar, sehirli nağıllar, tarixi nağıllar, ailə-məişət nağılları:

DÜZGÜLƏR- Düzgü adı altında toplanan uşaq şeirlərinin mənşəyi çox qədimlərlə səsləşir Düzgülərdə bir xüsusiyyət özünü göstərir: bəzi misralar, epizodik əhvalatlar, təsvirlər, demək olar ki, əksər nümunələrdə təkrar verilir. Belə ki, misralar zəncirvari şəkildə bağlana-bağlana bir-birinin ardınca düzülür. Valideynlər dəcəl uşaqları çox vaxt canavarla hədələyirlər. Eləcə də evdə tək olanda tapşırırlar ki, qapını həç kəsə açmasınlar. Yoxsa keçinin balalarını aldadıb aparan canavar onları da yeyər.

«Əkil-Bəkil»

Əkil-Bəkil quş idi,

(Ağaca) qonmuş idi.

(Getdim) onu tutmağa,

O məni tutmuş idi.

Meydana salmış idi,

Dövrəyə dalmış idi,

Çardağın ağacları,

(Meydanın) ağacları,

Dən (gətirir quşları

Harayladım quşları,

Qanadı sınmışları...

Meydana saldı məni,

Dövrəyə aldı məni,

Məni soyub gəzdilər,

Təpikləyib əzdilər.



SANAMALAR Ulu əcdadlarımız əkilən torpaq sahələrini ölçəndə, otlaqdan qayıdan mal-qaranı sayanda işi asanlaşdırmaq, səmərəsini artırmaq və alınan rəqəmləri, nəticəni uzun müddət yadda saxlamaq məqsədi ilə xüsusi şeir nümunələri yaratmışdılar.


Yüklə 39,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə