Balama qurban sərçələr, Balama qurban dayçalar,
Balam nə vaxt dirçələr?! Balam nə vaxt əl çalar?!
Oxşama — ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn:
Dağdakı atlar,
Atlar göy otlar.
Göyçək arvadlar,
Bu balama qurban.
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Ana övladını əyləndirərkən hər kəlməbaşı xoş bir hərəkətlə –uşağın başına sığal çəkməklə, qollarını açıb-yummaqla, dizlərini açıb-bükməklə sanki hansısa oyunu yerinə yetirir. Və oğul yerinə qız verilməsi ona dərd olsaydı, qurbanı qurban üstünə gətirməzdi:
Səni verənə qurban,
Məmə görənə qurban.
Demişdim ki, xoruz ver,
Fərə verənə qurban
Oxşamalarda məqsəd uşağın ətraf mühitlə ünsiyyətini yaratmaq, hərəkət və davranışlarını tənzimləməkdir:
Balama qurban - inəklər,
Balam haçan iməklər?
Oxşamalardakı incə yumor anaların şən əhvali-ruhiyyəsindən (balası ilə ona dünyanın ən böyük sevinci bağışlanır) doğur. Şeirlərin ifa tərzi də özünəməxsusdur: böyüklər bəzi sözləri uşaq tələffüzünə uyğun şəkildə söyləyirlər
Dostları ilə paylaş: |