Plan: Uşaq folkloru nümunələri uşaqlar üçün yaradılan əsərlərdir



Yüklə 39,17 Kb.
səhifə4/10
tarix08.01.2022
ölçüsü39,17 Kb.
#82715
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 5. Uşaq folkloru. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi (2)

Ay arığ oğlan,

Çəpərdən boylan.

Qoy qızlar görsün,

Dərdinnən ölsün

Layla və oxşamalar uşaqların tərbiyə nərdivanının ilk pillələri hesab oluna bilər. Çünki həyata yeni gəlmiş körpənin ilk eşitdiyi sözlər, ilk duyduğu hisslər məhz  bu  şeirlərdən başlayır. Analarımızın, nənələrimizin, doğmalarımızın həzin səsləri,  incə duyğuları ilə deyilən bu sətirlər uşağın gələcək inkişafında baza rolunu oynayır.

Sözsüz ki, bu şeirlər uşaqlara  ən müsbət insani keyfiyyətləri (xeyirxahlıq, əliaçıqlıq, səmimilik, alicənablıq, vətənpərvərlik və s.) aşılamalıdır. Körpələrin yeni inkişaf etməkdə olan kövrək beyinlərinə  təsir etmək üçün bu şeirlər adi və sadə sözlərin düzümündən ibarət olmamalı, daha təsiredici, emosional və qulağayatımlı  olmalıdır.

Laylalar anaların uşağın beşiyi başında oxuduğu nəğmələrdir. Laylalar ananın hələ danışa bilməyən uşağı ilə ilk ünsiyyətidir. Laylalarda analar uşaqlarını əzizləyir, balalarına öz sonsuz məhəbbətlərini, gələcəkləri üçün ən yaxşı arzularını, xeyir-dualarını ifadə edir. Ana balasını sevir, əzizləyir: «Dağların lalasına, Gözlərin qarasına, Analar qurban olsun, Öz körpə balasına.» Laylalar uşaqlarda estetik hisslərin cücərməsinə də səbəb olur.



Layla - körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:

Layla beşiyim, layla,
Evim, eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla !
Gülüm layla, a layla !

Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.




Yüklə 39,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə