Plan: Uşaq folkloru nümunələri uşaqlar üçün yaradılan əsərlərdir



Yüklə 39,17 Kb.
səhifə9/10
tarix08.01.2022
ölçüsü39,17 Kb.
#82715
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 5. Uşaq folkloru. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi (2)

ALQIŞ-LAYLALAR

Qızıl gül bağın olsun,

Bağlar oylağın olsun.

Tanrıdan arzum budur:

At minənə çağın olsun.

QARĞIŞ-LAYLALAR: Anaların əlacı hər şeydən üzüləndə balalarını qorumaq üçün qarğışı kəskin silaha çevirmişlər.

Üzərliksən, havasan,

Hər bir dərdə davasan.

Balama gəc baxanın

Gözlərini ovasan.

6.BƏNZƏTMƏLƏR

Ana övladını müxtəlif əşya və heyvanlarla müqayisə edir, bəzən onun yerişini, gülüşünü, yatacağını, gözlərini ən adi şeylərə bənzədir. Ümumiyyətlə, qadınların dilində işlənən epitetləri, təşbehləri sistemləşdirmək olar: uşaq



1) bitkilərdən gülə, sünbülə, laləyə, bənövşəyə;

2) heyvan və quşlardan şirə, quzuya, bülbülə;

3) göy cisimlərindən aya, ay parçasına, ulduza, günə;

4) insana gündəlik lazım olan maddi-nemətlərdən duza,

çörəyə, bala;

5) məişət əşyalarından güzgüyə, darağa;

6) bəzək şeylərindən sədəfə, dürdanəyə;

7) yarağa, alınmaz qalaya;

8) ananın bəbəyinə, gözünün qarasına, ürəyinin başına,

qardaşına, atasına oxşadılır.

9) Nəhayət, ananın arzusuna, diləyinə, gərəyinə, əməyinə,

ümidinə çevrilir.

10) Uşaq ananın qibləsi, piri olur.

Maraqlıdır ki, gülə, bənövşəyə yanlız körpə özü deyil, həm də onun beşiyi, yuxusu, yastığı, döşəyi bənzədilir. Misallara diqqət yetirək:

Lay-lay çaldım həmişə,

Karvan enər enişə.

Yastığında gül bitsin,

Döşəyində bənövşə


Oxşamalar xalq poetik yaradıcılığının maraqlı formalarından biridir. Oynaqlıq, nikbinlik və yığcamlıq onun əsas xüsusiyyətlərindəndir. Oxşamalarla laylaları müqayisə edərək bu nəticəyə gəlirik ki, «laylalar ananın beşik başında körpəni yatırmaq üçün oxuduğu nəğmələrdir, oxşamalarda isə uşaq yuxudan oyanandan sonra ana onu oxşayır, arzularını ifadə edir. Bu cür şeirlər uşağı fərəhləndirir, onda yaxşı əhvali-ruhiyyə yaradır, nəğmə deyildikcə uşaq əl-qol atır, gülür, atılıb-düşür.

Oxşamalar «mövzu və məqsədləri etibarı ilə laylalara oxşayır. Əgər laylalardakı musiqi ritmi aramlı, sakitləşdirici xarakter daşıyırsa, oxşamalarda əyləndirmə, oxşatma başlıca cəhət kimi nəzəri cəlb edir»

Oxşamalar məzmun etibarilə laylalara çox yaxındır. Əgər laylalar sakitləşdirici xarakter daşıyırsa və uşağı yatırtmaq məqsədilə söylənilirsə, oxşamalarla uşaq oyaq ikən sevilir, əzizlənir. Hər ikisinin mövzusu və məqsədi bir-birinə oxşasa da, laylalardan fərqli olaraq oxşamalar daha ritmli olur və uşağı əyləndirmə xarakteri daşıyır. Burada da arzular ifadə olunur, uşaq həyatının bütün mərhələlərinə xas olan hərəkətlərin vaxtında və düzgün yerinə yetirilməsi dilək edilir.


Yüklə 39,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə