Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   29   30   31   32   33   34   35   36   37
3-cu ishe uygun

Teledesic
peyklərinin bortunda kommutasiya 
qovşaqları vardır. Sistem paketlərin kommutasiyasına malik olan 
şəbəkədir. Bu mənada o, ATM şəbəkələrinə analojidir, la­ kin 
Teledesic şəbəkələrinin paketləri ATM —manqalannkmdan 
(bunlarda 53-baytdır) uzundur. Hər bir paket təyinat ünvanına malik 
başlıqdan, informasiya ardıcıllığından, başlığı səhvlərdən qoru-yan 
müdafiə sahəsindən və istifadəçilər verilənlərindən (payload) ibarət 
olur. Şəbəkə daxilində verilənlərin ötürülməsi paket formasında olur. 
Verilənlərin formatının dəyişdirilməsi terminallarda həyata keçirilir. 
Hər bir paket fərdi olaraq təyinat məntəqəsinə paketlərin adaptiv 
marşrutlanması alqoritmindən istifadə etməklə göndərilir ki, bunun 
sayəsində paketin yayılma müddəti və onun dəyişə bilməsi 
minimallaşdınlmış olur. 
CELESTRİ 
- Bu sistem müxtəlif təyinatlı, ümumi istifa-dəli 
yerüstü telefon şəbəkələrinin və fiksə olunmuş, həmçinin hərəkətdə 
olan tələbatçılann lokal şəbəkələrinin birləşdiril-mə-sini də daxil 
etməklə, genişzolaqlı rabitə şəbəkələri yarat-maq üçündür. Sistemin 
aşağı orbitli kosmik seqmenti 70 peykdən (onlardan 7-si rezervdir) 
ibarətdir. Bu peyklər aşağı dairəvi or­ bitlərdə yerləşmiş olur. 
Qlobal əhatəni təmin etmək üçün, peyklərarası radioxətləri istifadə 
edilir. Burada 40, 50, 60 QHs diapazonlarından, ya da optik 
diapazondan istifadə edilməsi variantları nəzərdən keçirilir. 
Sistemin yerüstü seqmentində ki­ çik ölçülü antenalardan (diametri 
66 sm) istifadə edilməsi plan­ laşdırılmışdır. 

Peyk rabitə sistemlərinin inkişaf perspektivləri 
Peyk rabitə sistemlərinin əsas problemi- istifadə olunan tezlik 
diapazonlarının çox yüklənməsidir. Məsələn, C, Ku-diapazonlannda 
(bax: cədvəl 8.1) Beynəlxalq Elektrorabitə İtti­ faqına geostasionar 
orbitdə kosmik aparatlar (KA) üçün işçi tezliyin verilməsi üzrə daxil 
olmuş sorğular, mövcud ehtiyatlar­ dan dəfələrlə çoxdur. Düzdür, 
Ka - diapazonu hal-hazırda tam istifadə edilmir və rabitə 
texnikasının bu istiqamətdə sonrakı inkişafı üçün əsas ehtiyat hesab 
olunur. Bu diapazonun isti­ fadəsində bəzi texniki çətinliklər 
mövcuddur. İlk növbədə, bu diapazona keçilməsi atmosferin 
nəmliyində və yağışlarda ra-diodalğaların çox udulması ilə bağlı 
olan energetik itkilərin xeyli artmasına gətirib çıxarır. Bu itkilərin 
qiyməti, Yer stan­ siyalarının yerləşdiyi ərazilərdəki hava şəratindən 
və peyk trassasmın atmosferdən keçən hissəsinin uzunluğundan asılı 
olur. Bu itkiləri kompensasiya etmək üçün, peyk rabitə xəttlə­ rində 
əlavə energetik ehtiyatlar həyata keçirmək lazım gəlir. Bu əlavə 
ehtiyatların qiyməti isə, abonentlər tərəfindən tələb olu­ nan rabitə 
etibarlılığından da asılıdır. Ona görə də, adətən əlavə energetik 
ehtiyatların lazım olan dəqiq qiymətini göstərmək çətin olur. 
Təxmini olaraq bu qiymət 20 QHs tezliyində 6 dB və 40 QHs 
tezliyində isə 13 dB tərtibindədir. Bir məsələni də qeyd etmək 
lazımdır ki, Ka- diapazonunda kabellərdə, dal-ğaötürənlərdə
birləşdiricilərdə, ferrit məmulatlarında, süzgəc­ lərdə və digər 
qurğularda itkilər xeyli çox olur. Nəticədə Ka-diapazonuna 
keçərkən, energetik itkilər o qədər çoxalır ki, xid­ mət prinsiplərinin 
radikal olaraq dəyişdirilməsi (yəni şanvari strukturlara keçilməsi 
yolu) məsələsini gündəmə gətirirlər. 
71 
70 


Peyk TV yayımı sistemlərinə gəldikdə isə, bu sahədəki son 
illərin nailiyyəti - spektrin sıxlaşdınlması ilə təsvirlərin rə­ qəmli 
ötürülməsinə keçilməsidir. Əvvəllər TV siqnalı peyk ra­ bitə xəttləri 
ilə analoq formasında tezlik modulyasiyasından istifadə etməklə 
verilirdi. Bu zaman bir proqramın retranslya-siyası üçün tezliyi 30 
MHs - dən başlayaraq və gücü lOOVt tər­ tibində olan stvolun 
(lüləsinin) aynlmasu tələb olunurdu. Ona görə də ən güclü peyk 
retranslyatoru vasitəsilə yalnız onlarla proqramı translyasiya etmək 
olurdu (bu rəqəm iri şəhərlərdə yerüstü vasitələrlə təmin edilən 
proqramların sayma yaxındır). Məhz bu səbəbdən istifadıçilərin peyk 
yayımına olan marağı azalırdı. Eyni zamanda mütəxəssislərə çoxdan 
aydın idi ki, TV siqnalın tərkibində xeyli artıqlıq (izafilik) var, ona 
görə ki, hərəkətsiz təsvir elementlərin (bunlar informasiyanın çox his­ 
səsini təşkil edirlər) ötürülməsi, çoxqat (kadr tezliyi ilə) təkrar olunur. 
Ona görə də XX əsrin ortalarından başlayaraq TV siq­ nalın 
sıxlaşdınlması üzrə işlər apanlırdı. Burada əsas çətinlik - insan 
gözünün, təsvirin təbiiliyinin azca da olsa pozulmasına yüksək 
dərəcədə həssas olması idi. Yalnız XX əsrin 90-cı illə­ rində onun 
qarşısını almaq mümkün oldu, işlənib hazırlanmış olan standart, TV 
siqnalın rəqəmli təsvir edilməsinin həcmini 2-^-8 Mbit/san -yə 
qısaltmağa imkan verdi. Aşağı hədd - aşağı dinamikalı verilişlərə 
(studiyadan xəbərlərin verilməsi, müsa­ hibələr və s.), yuxarı hədd isə 
- yüksək dinamikalı verilişlərə (məsələn, idman yarışları) uyğundur. 
Əgər sıxlaşdınlmış TV məlumatların həcmini, sıxlaşdırılmamış 
haldakı ilə (məsələn, İKM-çevirməsi ilə) müqayisə etsək, sonuncuda 
100 Mbit/san-yə yaxın qiymət alınar. Bu standartın istifadə edilməsi
eyni 
retranslyasiya ehtiyatlarının (hansılar ki, bir TV proqramını analoq 
şəklində translyasiya üçün ayrılmışdır) tətbiqi ilə, rəqəm formasında 
6-^-8 proqramın ötürülməsini təmin etməyə imkan yaradır. 
Proqramlar zamana görə sıxlaşdınlaraq, təxminən 35 Mbit/san sürəti 
ilə qrup siqnalı əmələ gətirir və ümumi daşıyıcı tezliyində bir stvol 
(lülə) vasitəsilə ötürülürlər. Abonent teleyayımı terminalının (ATT) 
kabinet blokunda istifadəçinin istəyi ilə stvol (lülə) ayrılır, 
demodulyasiya və zamana görə ayrılmadan sonra - tələb olunan 
proqram təmin edilmiş olur. Nəticədə bir ədəd peyk - retranslyator 
vasitəsilə 60 -г- 80 TV kanalı təşkil etmək olar ki, bunun sayəsində 
istifadəçilərin peyk yayımına marağı artmış olur. ATT, adətən 
qəbuledici olur. Bu yer stansiyaları antenalarının güzgüsünün 
diametri 0,6 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə