Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   29   30   31   32   33   34   35   36   37
3-cu ishe uygun

TELEDESİC - 
digər peyk sistemlərindən həm təy inatına,
 
həm də istifadə olunan texniki həllərə görə fərqlənir. Bu sistem 
hərəkətli abonentləri də yüksək keyfiyyətli telefon rabitəsi ilə, 
həmçinin qlobal miqyasda genişzolaqlı informasiya müba-di-ləsinə 
ehtiyacı olan digər xidmətləri də təmin edir. Potensial buraxma 
qabiliyyətinə görə bu sistem lifli optik veriliş üsulu ilə müqayisə 
oluna bilər və magistral xətlərdə onlarla birlikdə isti­ fadə üçün 
nəzərdə tutulmuşdur. Sistemin əsas sahibləri McCaw Cellular 
Communications firması və Microsoft firmalarıdır. 
Qlobal xidmət zonasını təmin etmək üçün TELEDESİC 
sistemində peyklərarası radioxətlər nəzərdə tutulur. Ümumi xidmət 
zonası ölçüləri 100 km x 100 km olan 20000 lokal zonalara 
bölünmüşdür. Hər bir lokal zona ölçüləri 53,3 km x 53,3 km olan 9 
- ədəd parsial manqalara ayrılmışdır. Lokal zonalar ekvator xəttinə 
paralel olan “lentlər” əmələ gətirirlər (ekvator boyunca 250 lokal 
zona, onların sayı qütb nöqtələrinə tərəf getdikcə azalır). Sistemin 
kosmik seqmenti - Yerdən 1375 km hündürlüyündə dairəvi 
orbitlərdə yerləşdirilən 288 peykdən ibarətdir. Bu peyklər 12 
müstəvi üzrə 98,142° - 98,182° mailliklə (sinxron-günəş orbitləri) 
yerləşdirilir. Hər bir 
orbitdə 24 peyk yerləşdirilir. Peyklərin ekvator müstəvisində fəzada 
ayrılması 18°-yə yaxındır. İşləyən hər bir peyk 64 lokal zonanı 
(diametr 1400 km,576 manqa) əhatə edən işçi oblast yaradır. Orbit 
boyunca peykin hərəkəti zamanı antena sistemi­ nin 64 şüasının fəza 
istiqamətlənməsi dəyişir və manqaların yerləşməsinin stasionarlığmı 
təmin edir. Hər bir manqa üçün əvvəlcədən müəyyən edilmiş peyk 
kanalının buraxma qabiliy­ yəti ehtiyatı təyin olunmuşdur ki, bunun 
sayəsində xidmət olu­ nan ərazilərin sərhədlərini dəqiqləşdirmək 
mümkündür. Peyk-lərarası radioxətləri 60 QHs diapazonunda 
işləyir; peyklərarası radio xətlərin maksimal uzunluğu 2586 km-dir; 
buraxma qabiliyyəti 1,531 Qbit/san-dir. 
Sistemin yerüstü seqmenti müxtəlif terminallardan ibarət­ dir. 
Fifsə olunmuş (hərəkətsiz) abonentlər üçün diametri 0,16 - 1,8 m 
olan antenalı terminallar, mobil abonentlər üçün diametri 0,08 m 
olan antenalar nəzərdə tutulmuşdur.Verici qurğuların gücü 0,01 - 4,7 
Vt, veriliş sürəti isə terminalın növündən asılı olaraq 16 kbit/san-dən 
2,048 Mbit/san-yə qədər ola bilər. Yüksək sürətli rabitə xətləri 
yaratmaq üçün diametri 0,28 - 1,6 m olan antenaya malik və 
vericisinin gücü 1 - 49 Vt olan terminallardan istifadə edilir. Veriliş 
sürəti 155,5 Mbit/san - dən 1,24416 Qbit/san-yə qədər ola bilər. 
Hər bir peyk onun işçi zonasında olan 16 yüksək sürətli 
terminalla işləyə bilər. Ayrıca manqanın daxilində həcmi 1400 
kanaldan ibarət və buraxma qabiliyyəti 16 kBit/san olan və ya­ xud 
15 kanal və 1.544 Mbit/san olan variantda şəbəkə yarat­ maq imkanı 
da mövcuddur. Sistemin mərkəzi stansiyaları ara­ sında və xüsusi 
dövlət istifadəçiləri arasında ifrat yüksək sürətli 
68
69 


kanalların (155 Mbit/san - dən 2 Qbit/san - yə qədər) təşkili də 
mümkündür. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə